Ana Səhifə Blog Səhifə 15

Elməddin Behbudun “Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabı” işıq üzü görüb

Jurnalist, siyasi təhlilçi, QHT rəhbəri Elməddin Behbudun “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabı” işıq üzü görüb. Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində Zəngəzuru təmsil edən millət vəkili, yazıçı, türk millətçisi Məhəmmədsadıq Aran haqqında ilk dəfədir ki, ölkəmizdə kitab nəşr olunur.

M.Aran sovet rejiminə qarşı aramsız mübarizə aparan və bu istiqamətdə yüzlərlə kitab, məqalə yazan azsaylı insanlardandır. “Mücahid ömrü” adlı kitabda  Məhəmmədsadıq Aranın Azərbaycan dilinə uyğunlaşdırılmış iki kitabı və onlarla məqaləsi oxucuların ixtiyarına verilib. Kitabda eyni zamanda M.Aranın xaricdə yaşayan doğmalarının maraqlı xatirələri də yer alıb.

Kitab Cümhuriyyət və mühacirət dövrünün öyrənilməsi baxımından qiymətli mənbədir.

Deputatın Rusiyanın Xankəndində Baş Konsulluq açmaq istəyinə mövqeyi – 

Rusiya Xankəndində Baş Konsulluq açmaq istəyi ilə bağlı Azərbaycan tərəfinə öz arzusunu çatdırıb. Bu barədə TASS agentliyi yazıb. 

 Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib ki, “Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı hər hansı mövqeyi açıqlanmayıb.  

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deputat Elman Nəsirov hesab edir ki, Rusiyanın Xankəndində Baş Konsulluq açmasının ciddi əsasları yoxdur.

“Rusiya sülhməramlıları Qarabağda idi, lakin Qarabağdan çıxarılıb və onların Qarabağda hərbi təmsilçiliyi, hərbi mövcudluğu yoxdur. Söhbət hərbi təmsilçiliyin diplomatik təmsilçilik ilə əvəzlənməsindən gedir. O yerlərdə səfirlik, konsulluq açılır ki, orada insanların konsulluğa müraciəti üçün əsaslar yaransın. Bu nöqteyi-nəzərdən yanaşsaq, orada erməniəsilli vətəndaşlar yaşamır və bu konsulluğa kim müraciət edəcək? Bunun özü də sual altındadır. Rusiyanın Bakıda səfirliyi var, səfirlikdə konsulluq xidməti də fəaliyyət göstərir. Bu konsulluq fəaliyyətindən Azərbaycanlılar da istifadə edə bilirlər. Xüsusi olaraq bunun Qarabağda açılmasına ciddi əsaslar yoxdur. Bəzən belə fikirlərə rast gəlinir ki, bu addımın atılması gələcəkdə yenidən Qarabağdan gedən erməniəsilli vətəndaşların geri qayıtması istiqamətində bir siqnaldır və buna şərait yaradılır. Ermənistanın siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, Qarabağa geri dönüş yoxdur. Ermənistan hakimiyyəti bunun əleyhinədir. Belə olan halda konsulluğun açılması üçün heç bir əsas yaranmır”, – Nəsirov deyib./ anews.az/

Путин переназначил Алексея Дюмина

Президент РФ Владимир Путин подписал указ о назначении помощника главы российского государства Алексея Дюмина секретарем Госсовета.

Как передает НФ, об этом сообщает пресс-служба Кремля.

“Назначить секретарем Государственного совета Российской Федерации помощника президента Российской Федерации Дюмина А. Г.” – говорится в сообщении.

Ранее секретарем Госсовета был Игорь Левитин.

Yüksək dəyərin təcəssümü – Elman Nəsirovun şərhi

Bütün qitələrdən göndərilən məktublar Azərbaycan Prezidentinə olan hörmət və ehtiramın ifadəsidir

“İlk dəfədir ki, Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam və qəti şəkildə təmin edildiyi reallıqda qeyd edirik. Bundan qürur duyur, fəxarət hissi keçiririk. Təsadüfi deyil ki, bütün qitələrdən dövlət və hökumət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərirlər”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, ABŞ Prezidenti Cozef Bayden təbrik məktubunda Azərbaycanın enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorizmə verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib. Eyni zamanda o, Azərbaycanın iqlim dəyişiklikləri və “yaşıl enerji”yə keçid sahəsində qazandığı uğurlara toxunaraq, bu siyasəti dəstəklədiyini qeyd edib.
Eyni mövqeyi digər böyük dövlətlərin rəhbərlərindən də eşidirik. Çin rəhbərinin, Rusiya Prezidenti Vladimir Putinin məktublarında da Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi uğurlar, zəfərdən bəhs olunub, Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığının dünya üçün nümunə olduğunu bildirib, dostluğumuzun və qardaşlığımızın sarsılmazlığından bəhs edib. O, Azərbaycanın qazandığı tarixi uğurlardan məmnunluğunu ifadə edib. Amma bu reallıqlar fonunda Fransa prezidenti susur. Bu, əslində, diplomatik qaydaların pozulmasıdır”, – deyə o əlavə edib.
E.Nəsirov qeyd edib ki, Makron beynəlxalq hüququ o qədər tapdalayıb ki, onun üçün diplomatik qaydaları pozmaq artıq adi bir davranışa çevrilib. Dənizaşırı ölkələrdə müstəmləkəçiliyə qarşı etirazları qan içində boğan bir liderdən başqa bir yanaşma gözləməyin də mənası yoxdur. Hətta o, Azərbaycan Prezidentini təbrik etsə belə, səmimiliyinə inanmaq olmaz. Çünki təpədən dırnağa qədər erməni maraqlarına və mənafeyinə xidmət edən bir şəxs heç bir halda səmimi ola bilməz.
Deputat vurğulayıb ki, dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən və bütün qitələrdən Azərbaycanın dövlət başçısına göndərilən məktublar ölkəmizin rəhbərinə olan hörməti, diqqəti ifadə edir. Bütün bunlar Azərbaycan dövlətinə olan xoş münasibətin göstəricisidir.

В США разбился F-35B – ВИДЕО

В США разбился уникальный истребитель пятого поколения F-35, единственный экземпляр модификации F-35B, называемый “супер-истребителем”. Истребитель рухнул в районе аэродрома в Альбукерке. Пожар, начавшийся на месте падения самолета, был потушен. Компания Lockheed Martin раскрыла подробности крушения истребителя F-35B в США. Представители корпорации сообщили РИА Новости, что падение военного самолета случилось после остановки на дозаправку в Нью-Мексико. Уточняется, что F-35B направлялся из Техаса в Калифорнию. Пилот истребителя эвакуировался, он жив. В Lockheed Martin заявили, что по факту случившегося будет проведено расследование.

https://youtube.com/watch?v=6N0mQC5Wq58

Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb – FOTOLAR

Paytaxtın Yasamal rayonunda, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq, aktiv terapevt və digər mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.

Mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov iştirak ediblər.

V. Behbudov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həssas əhali qruplarından olan şəxslər daim diqqət mərkəzində saxlanılır. Onların sosial müdafiəsi tədbirləri mütəmadi olaraq gücləndirilir, sosial xidmətlər sisteminin əhatə dairəsi genişləndirilir. Agentlik hazırda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri səyyar, stasionar və yarımstasionar formada sosial xidmətlərlə təmin edir.
E.Həsənov Mərkəzin fəaliyyətə başlamasını həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində mühüm addım adlandırıb.
Daha əvvəl açılışı olan Abşeron, Sabunçu və Nərimanov İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində bu kateqoriyadan olan 350-dən çox uşağın reabilitasiyası işləri aparılıb, hazırda 178 uşaq müvafiq xidmətlərlə təmin edilir.
Yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yarımstasionar formada 0-18 yaş qrupuna aid əlilliyi olan uşaqlar yararlanacaqlar. Agentliyin mütəxəssisləri tərəfindən onlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstəriləcək.
Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil ediləcək, valideynləri müvafiq təlimlərə cəlb olunacaq.

Ay ərzində 60-a yaxın uşağa xidmət göstərəcək Mərkəz uşaqlara keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla da təchiz edilib.

Elman Nəsirovun da iştirakı ilə Lefkoşada Azərbaycanin müstəqillik günü yüksək səviyyədə qeyd olunub – VİDEO/FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti olaraq müəyyən etmişdir: “Türk Dövlətləri Təşklatı bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

Eyni məntiqə söykənərək, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələri son dövrdə dinamik xarakter kəsb etməkdədir. 2022-ci ilin 11 noyabr tarixində Türk Dövlətləri Təşklatının Səmərqənddə keçirilən IX Zirvə toplasında ŞKTC TDT-yə müşahidəçi statusunda  qəbul edildikdən sonra rəsmi Bakı-Lefkoşa münasibətlərini yüksələn xətt üzrə inkişafı üçün yeni imkanlar pəncərəsi açılmışdır. 2023-cü ilin oktyabr ayında ŞKTC-nin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri olmuş, noyabrın 13-də isə Bakı şəhərində ŞKTC-nin yaradılmasının 40 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. İkitərəfli münasibətlərdə müşahidə olunan bu yeni reallıqların məntiqi davamı olaraq Azərbaycan Respublikası-ŞKTC parlamentlərarası işçi qrupu yaradılmışdır. Eyni məntiqlə qarşılıqlı səfərlər intensiv xarakter kəsb etmiş və onun coğrafiyası daha da genişlənmişdir.

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirovun 22-26 may tarixində ŞKTC-yə səfərini də eyni konteksdə qiymətləndirmək lazımdır. Səfər Azərbaycan Respublikasının 28 May Müstəqillik Gününün qardaş ölkədə qeyd olunması məqsədi ilə reallaşdırılmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu mühüm tədbirin keçirilməsinə maliyyə və mənəvi dəstək göstərmişdir. Təkilatçı qismində isə Kipr-Azərbaycan Diaspora Mərkəzi çıxış etmişdir. Səfərdə Azərbaycan tərəfdən “Paradiqma” İctimai-siyasi tədqiqatlar İB-nin sədr müavini Zahir Həsənov və tanınmış muğam ustası, xanəndə Könül Məmmədli də iştirak etmişdir.

Səfər çərçivəsində deputat Elman Nəsirov mayın 23-də ŞKTC-nin Baş naziri Ünal Üstel və  Türkiyə Respublikasının ŞKTC-də Fövqəladə və Səlahiyyətli səfiri Metin Feyzioğlu ilə görüşmüşdür.

Mayın 24-də isə isə millət vəkili Elman Nəsirovu ŞKTC-in Daxili İşlər naziri Dursun Oğuz, ŞKTC-nin Cümhuriyyət Məclisinin sədri Zorlu Törə və ŞKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu qəbul etmişdir.

Aparılan müzakirələr zamanı ikitərəfli və TDT çərçivəsində əməkdaşlığın real vəziyəti və perspektivləri, xüsusilə iki qardaş dövlət arasında parlament diplomatiyası istiqamətində atılmış addımlar və onların intensivləşdirilməsi ilə bağlı məsələlərə toxunulmuşdur.

Mayın 25-də Lefkoşada Atatürk Mədəniyət Mərkəzində Kipr-Azərbaycan Diaspor Mərkəzinin (KADM) təşkilatçılığı ilə 28 May Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir təşkil olunmuşdur. KADM-ın sədri Raul Diniyevin giriş nitqi ilə başlanan tədbirdə rəsmi qonaqlar olaraq ŞKTC-nin Cümhuriyət Məclisinin sədri cənab Zorlu Törə, deputat Elman Nəsirov, ŞKTC Prezidentinin köməkçisi Gökhan Gülər və Bağçaşəhər Kipr Universiteti rektorunun köməkçisi İsmayıl Bahadır Turan çıxış edərək Türk dünyasının müstəqillik tarixi ilə bağlı mühüm məsələlər ətrafında fikirlərini səsləndirmiş, bir vahid ailə olaraq Türk dövlətlərinin birliyinin daha da möhkəmləndirlməsinin vacibliyinə diqqəti cəlb etmişlər. Tədbir bədii hissə ilə davam etdirilmişdir.

Sülhə keşiş əngəli

Aprelin əvvəllərindən başlayaraq. Ermənistanda siyasi gündəmi qəsb edən keşiş Baqrat (Arxiyepiskop Baqrat Qalstanyan kəndinə qayıdır. Əslində indi “Tavuş” adlanan və tarixi yurd yerlərimizdən olan inzibati ərazi subyektinin keşiş Baqrata heç bir aidiyyatı yoxdur. Daha dəqiq desək, Kanadanın Monreal, İranın İsfahan şəhərinin ermənilərə nə qədər aidiyyatı varsa, Tavuşun da bir o qədər aidiyyatı var. Məsələ burasındadır ki, keşiş Baqratın valideynləri indiki Ermənistanın indiki Gümrü şəhərinə 1971-ci ilin mart ayında, İsfahan şəhərinin Şəhrestan qəsəbəsinin ərazisində yerləşən Sangibaran kəndindən köçüblər. İki ay sonra, mayın 20-də Baqrat, artıq SSRİ vətəndaşı kimi dünyaya göz açıb. Çox güman ki, keşiş Baqratın “təməli” də planlı şəkildə, bəlli zaman kəsiyi nəzərə alınaraq, Zəngi tayfasının adı ilə bağlı olan “Zəngibar” (Səngibaran) kəndində “atılıb”. Sonra isə anasının bətnində bir Zəngi (türk) yurdundan digərinə – Zəngəzura köç edib.

Daha sonra Baqratın valideynləri, onun məktəbli yaşına çatdığını nəzərə alaraq, İrəvana köçüblər. Keşiş Baqratın həyatı, təmsil etdiyi toplumun tarixi gələnəklərindən əsla fərqlənmir. İrəvanda, Böyük Britaniyada təhsil alıb və günün birində – 2003-cü ildə Kanada Erməni Yeparxiyasının rəhbəri seçilib və dərhal, az qala bir neçə gün ərzində Kanada vətəndaşlığını alıb. Hətta 2012-ci ildə Monrealdakı Konkordiya Universitetində Ermənistanın səhiyyə sisteminə həsr olunmuş ilahiyyat və bioloji etika üzrə doktorluq dissertasiyası müdafiə edib. Qeyd edim ki, Kanada Erməni Yeparxiyasının mərkəzi əhalisinin 60%-dən çoxu fransızlardan ibarət olan Monrealda yerləşir və burada yeganə rəsmi dil fransız dilidir. Baqrat fransız, ingilis, fars və rus dillərində sərbəst danışır. Namizədlik dissertasiyası yepiskop Xosrov Andzevaçi haqqında olduğu üçün 1995-1998-ci illərdə arxiv materiallarını əldə etmək üçün İran yolunu “sü yolu”na döndərib.

Yəni demək istədiyim odur ki, keşiş Baqrat göründüyü, yaxud təqdim edildiyi kimi sadə, “xalq arasından çıxmış” məxluq deyil, kifayət qədər hazırlıqlı, istənilən zaman kəsiyində hadisələrin epidsentrinə atıla biləcək peşəkar təxribatçıdır. Keşiş Baqrat Erməni Apostol Kilsəsinin uzun illərdən bəri İrəvandan İrana, İrandan Böyük Britaniyaya, Böyük Britaniyadan Kanadaya, ən müxtəlif elm mərkəzlərinə göndərilərək yetişdirdiyi dini-siyasi təxribatçıdır, süni böhranyaratma mexanizmdir. Keşiş Baqratın tərcümeyi-halında yer alan İran-Ermənistan – fransız Kanadası üçbucağı, qənaətimə görə, bir çox mətləblərdən xəbər verir.

…Keşiş Baqratın “kəndinə” qayıdışı öncəsi baş verənlər, zənnimcə onun Tavuşa, ənənəvi missiyasını davam etdirmək üçün qayıtdığını söyləməyə əsas vermir. Keşişin İrəvanda separatçılarla görüşündən sonra mayın 26-na İrəvanın mərkəzi meydanına mitinq təşkil edir və bu prosesin bütün Ermənsitanı bürüməsi üçün görüşlər keçirir. Çox güman ki, mayın 26-dan sonra keşiş Baqratın missiyasının növbəti mərhələsinin nədən ibarət olacağı da gün işığına çıxacaq. Proses heç bir halda səngiməyəcək və davamlı şəkildə Ermənistan-Azərbaycan sərhədlərinin bütün istiqamətlərində, delimitasiya prosesinin sürətinə uyğun olaraq, davam etdiriləcək. Hadisələrin gedişatı belə düşünməyə əsas verir ki, Baqratı “oyuna salanlar”ın yaxın hədəfi nəyin bahasına olursa-olsun bu ilin sonunadək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaqdan ibarətdir.

Elçin Mirzəbəyli

Пашинян полетел в Иран

Премьер-министр Армении Никол Пашинян примет участие в траурных мероприятиях в связи с гибелью президента Ирана Ибрагима Раиси, главы МИД Хоссейна Амира Абдоллахиана и других лиц в результате крушения вертолета.

Как сообщили в пресс-службе армянского Кабмина, глава правительства уже отправился в исламскую республику с рабочим визитом. Премьер будет присутствовать на официальной поминальной церемонии.

Норвегия официально признала Палестину

Норвегия признает независимость государства Палестина, официально решение вступит в силу 28 мая. Об этом говорится в заявлении, размещенном на сайте норвежского правительства, пишут зарубежные СМИ.

«Правительство Норвегии решило, что Норвегия признает Палестину в качестве государства», — указано в документе.

В релизе также отмечено, что ряд других европейских стран также официально признают Палестину 22 мая.

В Норвегии считают, что признание Палестины в качестве государства поможет разрешить конфликт на Ближнем Востоке, между этой страной и Израилем.

В начале мае глава европейской дипломатии Жозеп Боррель подтвердил, что Испания, Ирландия, и ряд других стран Евросоюза намерены признать Палестину 21 мая.

Позднее издание Politico со ссылкой на источники сообщило, что Испания, Ирландия и «еще одна страна» 22 мая намерены выступить с заявлением о признании Палестины.

Ранее американские сенаторы предложили не финансировать ООН, если туда примут Палестину.