Ana Səhifə Blog Səhifə 14

Paşinyan konstitusiyada dəyişiklik etməyəcəklərinin anonsunu verir – Elman Nəsirov

0

Xəbər verdiyimiz kimi, İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb. O bildirib ki, sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real imkan və tarixi məqam mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, Mirzoyan müqavilənin imzalanmasının regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça biləcəyi fikrindədir.

Milli Məclisin üzvü Elman Nəsirov mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılmaqdadır: 

“Ola bilsin ki, Bakıda keçiriləcək COP29 tədbirinə qədər belə bir sənəd imzalansın. Ancaq təəssüf ki, bu proses ləng gedir. Xüsusilə son zamanlar keşiş Baqratın rəhbərliyi altında Paşinyan hakimiyyəti əleyhinə təzyiqlərin artması, onların ultimatum dili ilə danışması Ermənistanın siyasi hakimiyyətinin sülh müqaviləsi ilə bağlı məsələlərdə addımlarını ləngidən faktora çevrilib.

Bir yandan Ararat Mirzoyan ikitərəfli münasibətlərin normallaşmasından danışır, real sülh şəraiti olması barədə fikirlər səsləndirir, bir yandan da parlamentin sədri Simonyan tamamilə buna əks mövqe irəli sürür, dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarını qoyur”.

Elman Nəsirov: COP29-a qədər sülh müqaviləsi imzalana bilər

Deputat qeyd edib ki, həm Paşinyan, həm də Simonyan konstitusiyalarında bu kontekstdə hər hansı bir dəyişiklik etməyəcəklərinin sanki anonsunu verirlər:

“Ermənistan Konstitusiyasında həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev də söyləyib ki, bir dövlətin konstitusiyasında Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıbsa, burada münasibətlərin hər iki dövlətlə normallaşmasından söhbət getməsi də sual altındadır. İlk növbədə Ermənistan referendum keçirib bu məsələni həll etməlidir. 

Referendum ideyası Ermənistana nə qədər aktual olsa da, son zamanlar bu prosesdə bir qədər geriləmə özünü göstərir. Bunu da birbaşa keşişin rəhbərliyi altında Paşinyana olan təzyiqlərlə əsaslandırmaq olar. Keşişin etiraz dalğası endikcə  açıla bilər və artıq referendumla bağlı konkret addımın atılması mümkün ola bilər”.

E.Nəsirov vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan, sərhədləri tam dəqiqləşdirmədən, kommunikasiyaları bərpa etmədən və Zəngəzur dəhlizi işə düşmədən Ermənistan düşdüyü blokada vəziyyətindən çıxa bilməyəcək.

“Paşinyan və komandası da bu vəziyyətin fərqindədir. Deməli, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bunu da rəsmi İrəvan nə qədər tez dərk eləsə, bu istiqamətdə addımlar atsa, daha yaxşı olacaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb. 

“İctimai və sosial bəla: narkomaniya!” layihəsinin icrasına start verilib

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.

Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır.Narkomaniyanın və narkobiznesin tək  mənfi təsiri insanların sağlamlığına və ya mənəviyyatına vurulan zərbə deyil, narkomaniya həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını ildən-ilə daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilib.Amma etiraf etmək lazımdır ki, bu yöndə problemlər hələ də qalmaqdadır.Layihənin məqsədi də “ağ ölüm”lə mübarizəyə müəyyən dəstək olmaqdır.

Təşkilatdan verilən məlumatda həmçinin vurğulanır ki, Fəaliyyət Planına uyğun olaraq, Sumqayıt və Şirvan şəhərlərində 40 nəfər (18-35 yaş aralığı) iştirakçı ilə görüş keçiriləcək. Eyni zamanda narkomaniya ilə bağlı İnternet TV-də ekspertlərlə nəzərdə tutulmuş III debat ərsəyə gətiriləcək. “Narkotiklər: mənim yolum deyil!” maarifləndirici sosial çarxın hazırlanması da görüləcək işlər sırasındadır.

“Yaşıl enerji”yə keçidin Azərbaycan modeli

Bakı Enerji Həftəsi çərçivəsində iki mühüm sərgi keçirildi. Bu sərgilər həm Azərbaycanın ənənəvi, həm də “yaşıl enerji” sahəsindəki potensialını, imkanlarını, onların həyata keçirilməsini özündə ehtiva edən və ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirən bir tədbirdir. Prezident İlham Əliyev tədbirdə geniş proqram xarakterli çıxış etdi və bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı qeyd etdi ki, “Əsrin müqaviləsi”nin 1994-cü il 20 sentyabr tarixində imzalanması Azərbaycanın sonrakı dövrün inkişafının əsasında dayanır. Həmin dövrdə ilk dəfə Bakıda Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi keçirildi.

Artıq bu mühüm hadisələrin 30 illiyi ərəfəsindəyik və ötən yola nəzər saldıqda, görürük ki, ilk belə bir sərginin keçirilməsi Azərbaycanın enerji potensialının beynəlxalq aləmdə təbliği, təşviqi baxımından çox mühüm bir hadisə idi. Halbuki, həmin dövrdə “Əsrin müqaviləsi”nin imzalanması qeyri-mümkün görünürdü. Çünki vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, ölkə daxilində hərc-mərclik, hakimiyyət uğrunda mübarizə gedirdi..

Lakin ümummilli liderin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı. Nəhəng neft şirkətləri fərqində idilər ki, Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edir. Həmin hadisədən sonra Azərbaycanın hərtərəfli inkişafının əsasları formalaşdı və bu gün də biz onu hiss edirik. Tarixi uğurlarımızda “Əsrin müqaviləsi”nin imzalanması müstəsna rol oynayır. Ölkə başçısı iyunun 4-də çıxışı zamanı qeyd etdi ki, bu gün biz enerji baxımından çox mühüm addımlar atırıq.

Belə ki, “yaşıl enerji” ilə bağlı üç günəş və külək elektrik stansiyalarının təməli qoyulacaq. Onlar Neftçala, Biləsuvar rayonlarında, eyni zamanda Abşeronun Qaradağ ərazisində olacaq və bu addımın atılması nəticəsində bizim bərpaolunan enerji potensialımız bir qiqavat da artmış olacaq və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə 270 meqavatlıq layihə reallaşıb. Qarabağ və Şərqi Zəngəzurun bu istiqamətdə çox böyük potensialı var, oradakı su elektrik stansiyalarının işə düşməsi nəticəsində 270 meqavat enerji potensialımız yaranıb. 5-6 ilə onların həcmini 500 meqavata çatdırmaq niyyətindəyik və bu da nəticə etibarilə 2027-ci ilə qədər iki qiqavatlıq bərpa olunan enerji deməkdir. Bunun sayəsində Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də “yaşıl enerji” baxımından da tanınacaq.

Bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbiri də eyni dinamikada təşkil ediləcək. Bu da bir daha onu göstərir ki, sözün həqiqi mənasında, Azərbaycanın çox böyük enerji potensialı var, biz zəngin neft və qaz imkanlarına malik olsaq da, hazırkı dövrdə bərpaolunan enerjiyə daha çox üstünlük veririk. Ölkəmizin böyük neft və qaz imkanlarının olması bizim günahımız deyil. Bəzən belə ölkələrə mənfi münasibət bəsləyirlər. Buna görə də bizə fərqli gözlə baxmaq lazım deyil. Əsas odur ki, neftdən və qazdan necə istifadə edirik. Biz ədalətli bölgü həyata keçiririk. Ölkə əhalisinin yoxsulluğunun səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan sosialyönümlü dövlətdir və bu istiqamətdə işlər gedir. Ona görə də bizə qarşı fərqli yanaşmanı qəbul etmirik və əsas odur ki, bu gün iqlim dəyişmələri problemlərini önə çəkir, bu istiqamətdə addımlar atır və töhfələr veririk. “Yaşıl enerji”yə keçid də elə bu istiqamətdə mühüm addımlardan biridir. İqlim dəyişmələri çox ciddi böhranlara gətirib çıxarır. Onun ən böyük ziyanından birini elə biz görürük. Artıq Xəzər dənizinin dayazlaşması prosesi gedir. Biz çalışırıq ki, bəndlər və su anbarları vasitəsilə Xəzər müəyyən mənada su ilə təmin edilsin. Ancaq məsələ ondadır ki, bu gün Xəzər dənizini qidalandıran əsas mənbələrdə problemlər yaşanır və iqlim dəyişmələri özünü göstərir. Cənab Prezidentin çıxışı bir daha onu göstərdi ki, Azərbaycan həm bərpaolunan, həm də bərpaolunmayan enerji potensialına malikdir. Onlardan səmərəli şəkildə istifadə etmək hədəf seçilib. Ölkəmiz də COP29 tədbirinə ev sahibliyi etməklə bir daha öz niyyətini və əsas hədəfini ortaya qoyur.    

                                         

Elman NƏSİROV,

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor

Elman Nəsirov yenidən deputatlığa namizəd olacaq? – ÖZÜ AÇIQLADI

Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Ölkənin tanınmış siyasətçiləri və deputatların bəzilri sosial şəbəkə hesablarında seçkilərdə iştirak edəcəyini və hətta hansı dairədən namizəd olacaqlarını belə açıqlayırlar.Lent.az-ın əməkdaşı Milli Məclisin deputatı Elman Nəsirovdan  yenidən deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini, əgər elə bir fikri varsa, hansı dairədən namizəd olacağını öyrənməyə çalışıb.

“Ölkəmizdə  növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı MSK sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, seçkilərin vaxtının irəli çəkilməsi gözlənilir. Bu  noyabr ayında ölkəmizdə COP 29 beynəlxalq tədbirinin keçirilməsi ilə əlaqədardır. Dünyanın nəbzi Azərbaycanda döyünəcək, paytaxtımız 80 min nəfərdən çox qonaq qəbul edəcək. Bu reallıqda seçkilərin öz vaxtında noyabr ayında keçirilməsi mümkünsüz olur

Mən hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edirəm və partiyanın  rəhbər qurumlarından olan Təftiş Komissiyasının üzvüyəm. Cənubi Qafqazın ən böyük partiyası olan YAP da ciddi nizam intizam qaydaları var. Partiyamız seçkilərdə 125 dairə üzrə öz namizədlərini müəyyənləşdirir və sonra namizədlər seçki prosesində iştirak edirlər.

Əgər YAP rəhbərliyi mənim seçkilərdə iştirakımı məqbul hesab edərsə, əlbəttə iştirak edərəm. O ki, qaldı hansı seçki dairəsindən namizədliyimin verilməsi məsələsinə, bunu da partiya müəyyən edir. Hər şey partiya rəhbərliyinin və partiyanın qərarından asılıdır. İşlədiyim müddət ərzində çalışmışam ki, seçicilərimin problemlərini yerli və mərkəzi icra hakimiyyəti qurumları qarısında qaldırım və həllinə nail olum”,- deyə deputat bildirib. 

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək – DƏVƏT

Cari ilin 6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcəkdir.

Azərbaycan Milli İstiqlal Partiyasının uzun illərdən bəri əməkdaşlıq etdiyi  İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib.

Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar.Bu barədə Aktor.Az-a partiyadan məlumat verilib.

Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, həmçinin, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin, 9 iyun axşamı seçkilər başa çatdıqdan sonra Moderat partiyasının Mərkəzi Seçki Qərərgahında ölkə üzrə yekun nəticələr məlum olanadək seçkilərin nəticələrini canlı izləmə tədbirində və yekun brifinqdə  iştirak nəzərdə tutulmuşdur.

Türkiyə üzərindən Azərbaycana hücumları kimlər təşkil edir? – VİDEO

Qəzzada müharibənin getdiyi vaxt bir qrup təxribatçı SOCAR-ın İstanbul ofisinə hücum etdi. Onlar Azərbaycan şirkətinin “İsrailə neft satdığını”, “insanları bombalayan təyyarələrin bu neftlə işlədiyi” kimi iddialar irəli sürür, binanın fasadını rəngli boyalarla rəngləyir, şüşələrini sındırırdılar.

AXC TV-nin “Azad meydan” verilişində bu yöndə sualları siyasi ekspert Ramiz Əliyev cavablandırıb.

Ətraflı videoda:

“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinə start verilib

 “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin icrasına start verib.Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2024-cü il) icra olunacaq.Ucar və Oğuz rayonlarında həyata keçiriləcək hər tədbirdə 40 nəfərin  iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq  ekspertlər, mütəxəssislər də iştirak edəcək.

Məlum olduğu kimi, Azərbaycan açıq hökumət prinsiplərinin tətbiqi və bu sahədə reallaşdırılan davamlı və məqsədyönlü fəaliyyətlər nəticəsində böyük uğurlara imza atmış və zəngin təcrübə əldə etmişdir. Həyata keçirilmiş fəaliyyətlərdə açıq hökumət prinsipləri əsas götürülmüş və nəticədə dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsinə, ictimai iştirakçılığın artmasına nail olunmuşdur.

Dövlət xidmətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və innovativ yanaşmalardan istifadə bu sahəsində dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.

Bu sahədə uğurlardan biri Elektron Hökumət İnformasiya Sisteminin yaradılmasını qeyd edə bilərik ki, hazırda burada ümumilikdə 450-dən çox elektronlaşdırılmış xidmətin təqdim olunması təmin edilir. Beləliklə, “Elektron Hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan  imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Beləliklə, ölkəmizdə ötən dövr ərzində açıq hökumət prinsiplərini özündə əks etdirən institusional və qanunvericilik bazasının formalaşdırıldığını, geniş miqyaslı islahatlar aparıldığını və açıq hökumətin təşviqini təbliğ edən dövlət proqramlarının uğurla edildiyini və effektiv nəticələr əldə edildiyini əminliklə deyə bilərik. Bununla yanaşı qeyd edilməlidir ki, əhalinin sosial cəhətdən həssas qrupları arasında dövlət orqanları tərəfindən tətbiq edilən elektron xidmətlər barədə məlumatlılıq və onlardan istifadə geniş yayılmamışdır, yaxud xidmətlərin əldə edilməsində savadlılıq yüksək deyildir.Layihənin də məqsədi bu sahədə mühüm işlərin təşkilidir.

Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 4 veriliş ərsəyə gətiriləcək. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulur.

“Hədəfimiz türk dünyasıdır” – Deputat

“Biz birlikdə güclüyük”.Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almatıda Türkiyə və Özbəkistandan olan həmkarları ilə baş tutan görüşünü şərh edərkən deyib.

Deputat bildirib ki, cari ilin fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev parlamentdəki andiçmə mərasimində ölkəmizin xarici siyasətində prioritet istiqaməti Türk Dövlətləri Təşkilatı olduğunu qeyd etdi:

”Türk Dövlətləri Təşkilatı bir ailədir və bu ailə üzvlərilə əməkdaşlıq Azərbaycan üçün strateji xətt və istiqamətdir. Həqiqətən də hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq dinamik inkişaf tempinə malikdir. Söhbət 1,4 trilyon dollarlıq ümumdaxili məhsula malik dövlətlərdən gedir. Bu ölkələr arasında ticarət dövriyyəsi isə 856 milyard dollar təşkil edir. 4,8 milyon kvadrat kilometrlik ərazini əhatə edən bu məkan doğrudan da insan resursları və təbii ehtiyatlar potensialı baxımından böyük potensiala malikdir. Bu dövlətləri həm dəorta dəyərlər birləşdirir. Bu format çərçivəsində əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Almatıdakı tədbir çərçivəsində eyni zamanda, TDT-nin diplomatik korpus müşavirlərinin görüşü də keçirilib. Azərbaycan Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu fonda türkiyəli və özbəkistanlı həmkarları ilə birgə görüş keçirib”. 

Deputat bildirib ki, xarici siyasətimizin əsas prioriteti TDT-dirsə, deməli bu dövlətlər arasında diplomatik münasibətlər və onun inkişafı da xüsusi önəm kəsb edir:

”Bu baxımdan Hikmət Hacıyevin Türkiyə və Özbəkistan diplomatları ilə görüşündə həm təşkilat çərçivəsində, həm də ikitərəfli formatda diplomatik münasibətlər, onların inkişafı, qarşıdakı hədəflər, problem, çağırış və onların həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar onu göstərir ki, sözün həqiqi mənasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafı nəticədə hər bir üzv dövlətin maraqlarına xidmət edir. Biz bir yerdə olduqda güclüyük və bu görüş də eyni mahiyyətin göstəricisidir”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb. Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib. 

Elman Nəsirov SOCAR-ın İstanbul ofisinə təşkil olunan hücumu şərh edib

“Heç kəsə sirr deyil ki, dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürür. Bu reallıqlar fonunda Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nümunə və örnəkdir”.Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Elman Nəsirov SOCAR-ın İstanbul ofisinə təşkil olunan hücumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı-Ankara dostluğu və müttəfiqlik münasibətləri regionumuzda, eləcə də dünyamızda sülhə, əminamanlığa xidmət edir:

“Lakin onu da qeyd edim ki, bir sıra anti-Azərbaycan və anti-Türkiyə siyasi dairələr bu iki dövlət və xalq arasındakı dostluğa, qardaşlığa kölgə salmağa çalışırlar. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında keçirilən etiraz addımlarının motivlərini başa düşmək mümkündür. Bu ofis qarşısında Türkiyədə kök salmış və İran tərəfindən maliyyələşdirilən qruplaşma etiraz aksiyası keçirib. Tələbləri də odur ki, Azərbaycan İsrailə neft satışını dayandırsın. Çox əsassız bir iddiadır”.

Deputat deyib ki, şirkətlər öz neftlərini dünyada treyderlərə satırlar və bu, bəlli bir həqiqətdir:

“Treyderlər həmin nefti alıb, istənilən ölkəyə sata bilir. Bu baxımdan da şirkətlər prosesə nəzarət edə bilmirlər. Biz neftimizi treyderlərə satırıq, onlar da hansı ölkəyə və hansı qiymətə satırlar, artıq öz işləridir. Prosesi nəzarətdə saxlamaq çətin məsələdir. Məsələyə bu kontekstdə yanaşdıqda bir daha qeyd edirəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, heç kim mövcud qardaşlığa, müttəfiqlik münasibətinə xələl gətirə bilməz! Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost və qardaşdırlar. Bütün bu reallıqlar fonunda müəyyən siyasi dairələr bulanıq suda balıq tutmaq xəttini həyata keçirirlər. Amma bunun heç bir nəticəsi olmayacaq! Çünki bizim işimiz haqq işidir, biz bölgəmizdə və dünyada sülhün, ədalətin bərqərar olmasında maraqlı dövlətik. Bu istiqamətdə də həlledici, mühüm addımlara imza atırıq”.

“Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinə start verilib

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “ Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin icrasına start verib.Layihə rəhbəri Leyla Rəcəbzadənin bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.

Sumqayit, Şirvan və İsmayıllı şəhərində həyata keçiriləcək tədbirdə 40 nəfər (18-35 yaş aralığı) iştirak edəcək. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq  ekspertlər iştirak edəcək.

Məlum olduğu kimi, BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransı (COP 29) Bakıda baş tutacaq.Sözügedən konfranslar 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də, XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir.

COP29 Azərbaycan və digər neft ölkələri üçün olduqca vacibdir və bütövlükdə onun gündəliyini Azərbaycan üçün əlverişli hesab etmək olar. Bu, həmçinin dünyanın diqqətini iqlim məsələləri ilə bağlı Cənubi Qafqaz regionu və Azərbaycana cəlb etmək deməkdir.

Leyla Rəcəbzadə onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 veriliş, həmçinin İsmayıllı rayonunda ekoloji inkişafa dəstək məqsədi ilə gənclər, eləcə də digər yaş kateqoriyasından olan yerli sakinlərlə flaşmob düzənlənəcək, təbliğat xarakterli söhbətlər aparılacaq.