Ana Səhifə Blog Səhifə 13

Azərbaycanın məqsədi regionda sabitliyin möhkəmləndirilməsidir – Deputat

“Hazırda dünyada cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycan təhlükəsizlik adasını xatırladır. Lakin bir sıra qüvvələrin, eləcə də Ermənistanın fəaliyyəti bu sabitliyi pozmağa, faktiki olaraq Cənubi Qafqazı toqquşma meydanına çevirməyə yönəlib. Qərb siyasi dairələri də Ermənistan vasitəsilə regionu hərbi-siyasi kataklizmlər məkanına çevirmək üçün cəhdlər edirlər. Bu reallıq fonunda da Azərbaycan sabitləşdirici rol oynayır, regionda təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır”.


Bu fikirləri Az’rbaycan qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, dünyamız heç zaman indiki qədər təhlükəli hal almayıb: “Bunun səbəbləri bəllidir. Nəzərə almaq lazımdır ki, hətta soyuq müharibə dövründə belə beynəlxalq hüquqi sənədlər işləyirdi. İndiki dövrdə isə beynəlxalq hüquqi sənədlər işləmir, onların işləməsinə heç bir təminat yoxdur. Bu baxımdan dünyamız hazırda çox təhlükəli səviyyədədir və məşhur bir deyimdə deyildiyi kimi, təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Günümüzün reallığı məhz belədir”.
Deputatın sözlərinə görə, bu gün artıq hərbi-siyasi toqquşmaların olmadığı məkan tapmaq müşkül məsələyə çevrilib. Dünyanın istənilən nöqtəsində münaqişə ocağı mövcuddur, onların bir çoxu yanan, bəziləri isə közərən vəziyyətdədir. Xüsusilə də regionumuzda və onun ətrafında qorxulu hərbi-siyasi proseslər gedir. Şimal qonşumuz Rusiyanın Ukrayna və kollektiv Qərblə olduğu müharibə vəziyyəti getdikcə şiddətlənir. Cənub qonşumuz İran isə İsraillə müharibə vəziyyətindədir və bu müharibənin hansı xətt üzrə inkişaf edəcəyini, hansı siyasi və hərbi kataklizmlərə yol açacağını proqnozlaşdırmaq çətindir. 


“Bu gün müstəqil siyasət həyata keçirən dövlətlər barmaqla sayılacaq qədər azdır. Azərbaycan da o ölkələrdəndir ki, dünyada və regionda sabitlik adası kimi qalır. Vətənimizdə ictimai-siyasi sabitlik hökm sürür, xalq-hakimiyyət birliyi müşahidə edilir. Ölkəmizdə həmçinin səfərbər olunmuş cəmiyyət mövcuddur. Vətəndaş həmrəyliyinin hökm sürdüyü Azərbaycanda xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir”, – deyə müsahibimiz əlavə edib.


Deputat söyləyib ki, Fransa və Ermənistanın digər havadarları isə çirkin planlarından əl çəkmirlər, İrəvanı silahlandırmaqla məşğuldurlar: “Parisin siyasəti ona yönəlib ki, növbəti Qarabağ müharibəsi baş versin və Rusiya ilə mübarizəni təkcə Ukraynada deyil, eyni zamanda Cənubi Qafqazda aparsın. Yəni Cənubi Qafqazı fəlakətlər zonasına çevirmək Fransanın əsas hədəflərindən biridir. Buna baxmayaraq, Rusiya Ermənistanın yeritdiyi bu iyrənc siyasətə hələ ki lazımi qədər kəskin reaksiya verməyib. Amma bu reaksiyanın veriləcəyi istisna deyil. Rusiya Cənubi Qafqazda onun maraqlarının tapdalanmasına və Ermənistanın onun təsir dairəsindən tamamilə çıxmasına qətiyyən razı ola bilməz”.


 Elman Nəsirov sonda vurğulayıb ki, bizim gücümüz həmrəyliyimizdədir: “Həmçinin regionda sabitləşdirici rol oynayan Türkiyə ilə müttəfiqik. Ölkəmizi dəstəkləyən çox güclü tərəfdaşlarımız var. Bütün bu reallıqlar fonunda Azərbaycan gücünün və potensialının artırılması istiqamətində addımlarını daha da sürətləndirir”.

Sülhün imzalanmasına heç olmadığımız qədər çox yaxınıq – Deputat

Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasına heç olmadığımız qədər çox yaxınıq.Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov bildirib.

Sülh prosesinə yaxın olmağımızın ilk baxışdan belə göründüyünü, deyən Elman Nəsirov sözlərinə belə davam edib:

“Ermənistan Xarici İşlər Naziri maksimum 1 aya sülhün əldə olunacağını deyir. Bu zaman belə bir sual ortaya çıxır ki, o zaman bu prosesə mane olan mədir? Ermənilər öz konistitutsiyalarında Azərbaycan və Türkiyəyə olan ərazi iddialrından əl çəkmir. Onlar refendumla bağlı hər hansı bir addım atmırlar. Yenə də deyirəm ki, əvvəlcə referenduma gedin sonra sülhdən danışarıq.”

Elektron xidmətlərdən istifadənin təşviqi hansı şəkildə aparılmalıdır? – Ekspertlərin şərhi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin ikinci müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli ilə əhalinin sosial cəhətdən həssas qrupları arasında açıq hökumət prinsiplərinin təbliği, elektron xidmətlərdən istifadənin təşviqi, həmçinin xidmətlərin əldə edilməsində savadlılığın artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.

Ətraflı videoda:

Ermənistan Azərbaycandan hansı təkliflər paketi alıb ? – Deputatdan açıqlama

0

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.

Təkliflər paketində hansı məsələlərin müzakirə edilməsi ilə bağlı Referans.az-a deputat Elman Nəsirov danışıb:

“Azərbaycan Respublikası, onun ali siyasi rəhbəri, ölkə Prezidenti, cənab İlham Əliyev dəfələrlə ən yüksək ali kürsülərdən bəyan edib ki, biz Cənubi Qafqaz regionuna uzunmüddətli və dayanıqlı sülh gətirmək istəyirik. Eyni məntiqlə, biz Ermənistanla münasibətlərimizi normallaşdırmaq istəyirik. Təbii ki, bu o anlama gəlmir ki, biz başverən tarixi keçmişimizi yaddan çıxaracağıq. Bu qətiyyən belə deyil. Ermənilərin hərbi cinayətlərini heç bir zaman unutmayacağıq. Biz əbədi qonşularıq və regiondan köçüb gedəsi deyilik. Əbədi düşmənçiliyimiz də ola bilməz. Hər şeyə ağ səhifədən başlamaq istəyirik.

Danışıqları aparmaqçün Azərbaycan konkret sülh müqaviləsi layihəsini irəli sürüb. Söhbət həmin layihə çərçivəsində sərhədlərin delimitasiyası üzərində gedir. Bu məsələərdə çox ciddi anlaşmazlıqlar var idi. Artıq bununla bağlı nəticələr göz qabağındadır. İndiyə qədər 12,6 km ərazinin delimitasiyaya məruz qaldığı faktı bəllidir. Digər məsələ hər iki dövlətin arasında nəqliyyat- kommunikasiya ilə bağlı məsələlərdir. Hesab edirəm ki, hazırda təkliflər paketi çərçivəsində söhbət bu cürə danışıqlar haqda gedir. Prosesləri sonlandırmaq, Zəngəzur dəhlizinin işə salınması üçün vaxt aparan danışıqlar var. Delimitasiya və demarkasiya məsələlərində məqamlar nəzərdən keçirilir, elə ərazilər də ola bilər ki, bununla bağlı fikir ayrıqlıları olsun. Xüsusən də xəritə məsələlərində buna rast gəlinir. Bununla əlaqəli yekdil qərara gəlinmədiyi haqda məlumatlar var. Düşünürəm ki, təkliflər paketində bu məsələləri də nəzərdən keçirməliyik. Qeyd elədiyim məsələlərin müzakirəsindən sonra sülh müqaviləsinin imzalanması üçün yaşıl işıq yana bilər”.

Parlament üzvü Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı əsas məqama diqqət çəkib:

 “Cənab İlham Əliyev qeyd edib ki, Ermənistanla sülh muqaviləsi imzalamağa razıyıq, amma bir şərtlə. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir. Bu baş nazirin hər hansı sənədə qol çəkilməsi ilə baş tuta bilməz. Sabah Ermənistanın konstitutsiya məhkəməsi prezidentin imzasından ikmtina edə biləcək şərait yarada bilər. Yenidən eyni nöqtəyə qayıtmış olarıq. Prezidentimizin mövqeyi budur ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etsin və bu referendumla, yəni erməni xalqının siyasi iradəsi ilə baş versin. Bu bizim əsas irəli sürdüyümüz tələbdir. Bu reallaşacağı təqdirdə, hesab edirəm ki, sülh müqaviləsinin imzalanması üçün maneələr aradan qalxmış olacaq”.

İsmayıllıda ətraf mühitin qorunması ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Milli İnkişaf  Layihəsi İctimai Birliyi tərəfindən icra olunan “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi çərçivəsində İsmayıllı rayonunda tələbə və gənclərlə görüş keçirilib.

İsmayıllı şəhərinin mərkəzində fəaliyyət göstərən Uşaq kitabxanasının akt zalında 50-dən çox iştirakçı ilə keçirilən görüşdə çıxışın edən Azərbaycan Milli İnkişaf  Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov təşkilat məsullarının ideya və təkliflərini dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, qurum maliyyə yardımı göstərməklə, cəmiyyətimizdə aktuallıq kəsb edən məsələlərin həllinə ciddi təkan verir. Təbir iştirakçılarına müraciət edən natiq vurğulayıb ki, BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransının (COP 29) Bakıda baş tutması olduqca önəmli hadisədir. COP konfransları 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də, XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Sözügedən konfransın zaman-zaman fərqli ölkələrdə keçirildiyini diqqətə çatdıran təşkilat sədri iştirakçı gənclərdən bu prosesdə aktivlik göstərmələrini istəyib.

Növbəti çıxış edən layihə rəhbəri Leyla Rəcəbzadə günümüzdə ətraf mühitin qorunması, milli inkişafın ekoloji istiqamətlərinin təşviqinin vacibliyinin önəmindən danışıb, görülən işlərə toxunub, layihə çərçivəsində təşkilat üzvlərinin üzərinə düşən öhdəlikləri xatırladıb.Geniş məruzə ilə çıxış edən layihə rəhbəri bildirib ki, ətraf mühitin çirklənməsi bərk, maye və qazaoxşar tullantıların təbii mühitə: atmosferə, hidrosferə, torpağa atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması, ətraf mühitdə səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsi bəşəriyyəti narahat etməyə bilməz.Bu problemlərin qarşısının alınmasında hər kəsin iştirakı bir tələbdir.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təmsilçisi Nəsimi Teymurov isə bu yöndə rayonda aparılan işlərdən danışıb və bildirib ki, ətraf mühitin çirklənməsi çirklənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir. Rayonda ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini xatırladan natiq vurğulayıb ki, İsmayıllı meşələrində qırıntı hallarına yol verilmədiyini, əksinə olaraq meşələrin bərpası istiqamətində ardıcıl iş aparılır, yeni ağaclar əkilir və toxumlar səpilir.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov da mövzu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.Sonda layihə çərçivəsində iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi köynək və papaq dəsti paylanılıb, gənclərin iştirakı ilə rayon mərkəzində flaşmob çəkilib.

Xatırladaq ki, layihənin icra müddəti 3 aydır.

Narkomaniya nə kimi ictimai və sosial problemlər yaradır? – VİDEO

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai və sosial bəla:narkomaniya!” layihəsi çərçivəsində nəzərdə tutulmuş birinci efir müzakirəsi reallaşdırılıb.

Bu yöndə sualları Milli Məclisin Səhiyyə komitəsi, həmçinin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sabiq üzvü Rauf Zeyni cavablandırıb.

Məlumdur ki, bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir.Verilişdə bu məsələlərlə barabər qanunvericilik bazası, həmçinin narkotiklərlə mübarizədə dövlət qurumlarının gördüyü işlərə münasibət bildirilib.

Qeyd edək ki,  layihənin icra müddəti 3 aydır.

Ətraflı videoda:

“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi nələri özündə ehtiva edir? – VİDEO

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin birinci müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva və Digital Umbrella şirkətinin qurucusu və rəhbəri, The World Summit Awards –ın milli eksperti, “Femmes Digitales – texnologiyalarda qadınlara dəstək” İctimai Birliyinin Şura üzvü Ulduzə Xəlilova əhalinin sosial cəhətdən həssas qrupları arasında açıq hökumət prinsiplərinin təbliği, elektron xidmətlərdən istiafədinin təşviqi, həmçinin xidmətlərin əldə edilməsində savadlılığın artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

“Vətənə dönüb, günahını etiraf edənlərə qarşı münasibətdə fərqli baxış ola bilir” – Elman Nəsirov 

0

“Jurnalist Şirin Abbasov 9 il öncə – 2015-ci ildə Azərbaycanın dövlət sərhədini qeyri-qanuni yolla keçərək Almaniyaya mühacirət edib və barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə cinayət işi açılmışdı. Cari ilin iyun ayının 14-də isə Şirin Abbasov Bakıya qayıdıb. O, açılmış cinayət işinə müvafiq olaraq Hava Limanında saxlanılıb. Baş Prokurorluğun təqdimatına əsasən, Binəqədi Rayon Məhkəməsi Abbasovun sərbəst buraxılması ilə bağlı qərar qəbul edib. Burada humanizm prinsipləri əsas götürülür. Yəqin ki, Şirin Abbasov törətdiyi cinayət əməlinin fərqindədir, günahını boynuna alıb. Belə olan vəziyyətdə bir daha eyni əmələ imza atmayacağına dair öhdəlik götürüb. Məhkəmə də müvafiq qərar qəbul edib”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, Ş.Abbasovun fəaliyyəti və atdığı addımlar qanunlara tamamilə zidd olub: “İndiki şəraitdə isə onun davranışı və mövqeyi məhkəmənin bu addımını şərtləndirib. Düzgün yola qayıdanlar, Vətənə dönüb, öz günahını etiraf edənlərə, pis əməllərindən əl çəkənlərə qarşı münasibətdə fərqli baxış ola bilir. Bu, Azərbaycan dövlətinin humanist mövqeyindən irəli gəlir. Əsas budur ki, insan düz yola qayıtsın və tutduğu cinayət əməlinin fərqində olsun. Bilsin ki, bu yol onun bir şəxsiyyət kimi deqradasiyasına aparıb çıxarır. Nə qədər gec deyil, cinayət yolundan geri qayıtmağın özü də uğurdur. Oxşar yolu seçmiş və bu gün xarici ölkələrdə yaşayan, gecə-gündüz anti-Azərbaycan təbliğatı aparanlar papaqlarını qarşılarına qoyub, düşünsünlər. Nə qədər gec deyil, bəd əməllərdən imtina etsinlər. Belə olan vəziyyətdə istisna deyil ki, onların hərəkətlərinə, törətdikləri qanunazidd addımlara yenidən baxıla bilər. Dövlətimizin humanist mövqeyini heç vaxt yaddan çıxarmasınlar”. 

Attila Tilki və İstvan Apati Milli Məclisdə – FOTOLAR

İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati Milli Məclisdə olublar.

Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli parlamentin sədri Sahibə Qafarovanın adından qonaqları səmimi salamlayaraq, dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolu qeyd olunub, qarşılıqlı səfərlərin, aparılan görüşlərin, müntəzəm təmasların, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb. Parlamentlərin profil komitələri, o cümlədən də parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışan Əli Hüseynli, Macarıstan tərəfinə Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirakına görə təşəkkürünü bildirib. 

Görüşdə çıxış edən parlamentin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov, ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə toxunub, əlaqələrin dərinləşməsində ölkə başçılarının şəxsi münasibətlərini qeyd edib.

Azərbaycana səfərin məqsədləri barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri Attilla Tilki, iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edərək, bildirib ki, xalqlarımızı ortaq dəyərlər birləşdirir.

Dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının yürütdüyü məqsədyönlü siyasət barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri, Macarıstanın daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb, bu dəstəyin bundan sonra da bütün səviyyələrdə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Азер Аллахверанов – “Определенное ужесточение миграционной политики будет иметь место” – ВИДЕО

Во время прямого включения на канале CBC TV Azerbaijan от 11 июня 2024 года председатель Евразийской платформы миграционных инициатив Азер Аллахверанов говорил о предварительных результатах выборов в Европарламент и их влияния на миграционную политику стран-членов Европейского Союза.

НФ представляет данную беседу: