Ana Səhifə Blog Səhifə 12

Azay Quliyevin namizədliyinin qeydə alınması üçün sənədlər DSK-ya təqdim edildi – “Birlikdə güclüyük…” – FOTOLAR

“Birlikdə Güclüyük” Seçicilərin Təşəbbüs Qrupu 8 saylı Binəqədi birinci seçki dairəsindən Azay Quliyevin deputatlığa namizədliyini irəli sürüb.

Aktor.Az xəbər verir ki, bu barədə Təşəbbüs Qrupunun mətbuat xidmətindən məlumat verilib.

Xəbərdə qeyd olunur ki, 17 iyul 2024-cü il tarixdə 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan seçicilər 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Azay Quliyevin deputatlığa namizədliyini irəli sürmək məqsədi ilə təşəbbüs qrupu yaradıb.

8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan ağsaqqalların, gənclərin, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun “Birlikdə Güclüyük” adlandırılması barədə qərar qəbul olunub.

İclasda çıxış edən təşəbbüs qrupunun üzvləri Azay Quliyevin deputat kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil etməsini qeyd ediblər. Çıxışçılar Azay Quliyevin 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərini VI çağırış Milli Məclisdə layiqincə təmsil etdiyini, seçiciləri ilə daim görüşdüyünü, onların qaldırdıqları məsələlərin həllinə hər zaman köməklik göstərdiyini və heç bir seçicini diqqətdən kənarda qoymadığını vurğulayıblar.

İclasa sədrlik edən Səlim Səlimov “Birlikdə Güclüyük” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən Azay Quliyevin 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi haqqında təklifi səsə qoyub və təklif yekdilliklə dəstəklənib.

VI çağırış Milli Məclisin deputatı Azay Quliyev göstərdikləri yüksək etimada görə Təşəbbüs Qrupunun üzvlərinə təşəkkür edib və bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi dühası, şanlı ordumuzun qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaəti, xalqımızın fədakarlığı sayəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda, müstəqillik tarixindən bəri ilk dəfə olaraq ölkəmizin hər bir guşəsində, Qarabağda və Şərqi Zəngəzurda Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək hamımız üçün qürurvericidir.

Toplantıda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlərin 8 saylı Dairə Seçki Komissiyasına təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçilib.

Regionlarda elektron xidmətlərdən istiafədinin təşviqi hansı şəkildə aparılır? – VİDEO

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin üçüncü müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri  Xalid Kazımov ilə əhalinin sosial cəhətdən həssas qrupları arasında açıq hökumət prinsiplərinin təbliği, elektron xidmətlərdən istifadənin təşviqi, həmçinin xidmətlərin əldə edilməsində savadlılığın artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının ilə bağlı toplantı keçirilib – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının I ildönümü münasibətilə toplantı keçirildi.İcmadan verilən məlumata görə, tədbiri açıq elan edən QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov yarandığı 1 il ərzində icma tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. O bildirdi ki, sözügedən nümayəndəlik ötən il ərzində üzvlər arasında sıx əlaqə, habelə yerli idarəetmə orqanları ilə də koordinasiyalı fəaliyyət qura bilib.


Belə ki, nümayəndəlik ofislə, avadanlıqla təmin olunub, icma üzvlərinin bir yerdə toplanması, mütəşəkkil qaydada fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.


Hesabatdan sonra QAİ Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirildi. QAİ İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, çox az müddətə baxmayaraq İcmanın Sumqayıt şəhər nümayəndiliyi ən nümunəvi təşkilatlardan biridir. O həm icma üzvlərinə, həm də tədbirdə iştirak edən Sumqayıt şəhər rəhbərliyinə təşəkkür edərək bildirdi ki, icma Qayıdış konsepsiyasının prinsiplərindən irəli gələn öhdəlikləri bütün resurslardan istifadə edərək yerinə yetirməyə davam edir. QAİ sədri İcmanın ən böyük uğurunun Qərbi Azərbaycan məsələsinin ümummilli məsələyə çevrilməsinə nail olmasını vurğuladı və icmanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşviq Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov bildirdilər ki, hər bir azərbaycanlı bu yolda mübariz olmalı, aktivlik nümayiş etdirməlidir.


Daha sonra Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətində fəallıq göstərən, xüsusi xidmətləri ilə seçilən icma üzvləri təşəkkürnamə ilə təltif olundular və icmaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi və döş nişanları ilə təqdim olundu.

Elman Nəsirov yenidən deputatlığa namizəddir

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. Elman Nəsirov da siyahıda adı olan namizədlər arasındadır.

Qeyd edək ki, Milli Məclisin V və VI çağırış deputatı olan Elman Nəsirov öz namizədliyini 72 saylı Cəlilabad kənd seçki dairəsindən irəli sürəcək. 

Xatırladaq ki, Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmub. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olub.

1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirib. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışıb. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib.

1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. 2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının Redaksiya heyətinin üzvüdür.

2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir. 2013-cü ildən bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvüdür.

Bundan başqa, Elman Nəsirov müxtəlif illərdə ali mükafat və medallara layiq görülüb.Belə ki, 1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri “Azərbaycan neftinin dünəni, bu günü və sabahı” mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalib olmuş, I dərəcəli diplom və mükafatla təltif edilmişdir. 2000-ci ildə eyni tipli müsabiqənin qaliblərindən biri olaraq III dərəcəli diplom və mükafatla təltif edilmişdir.

2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı laureati diplomu ilə təltif olunmuşdur. 2009-cu ilin 30 dekabr tarixində Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi-vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların Komandanı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2022-ci il ki Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

Bu deputatların YAP-dan namizədliyi irəli sürülməyib – SİYAHI

Hazırda Yeni Azərbaycan Partiyasından parlamentdə deputat olan bir neçə şəxsin növbəti seçiklərdə namizədliyi irəli sürülməyib.Trend-in əldə etdiyi məlumata görə, deputatlar Əliabbas Salahzadə, İqbal Məmmədov, Elnur Allahverdiyev, Cavid Osmanov, Elşad Mirbəşirlinin adı namizədlər siyahısında yoxdur.

Bundan əlavə, Vasif Talıbov, İsa Həbibbəyli, Oqtay Əsədov, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyevanın da adı YAP-ın namizədlər siyahısında yer almayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Düzgün kadr siyasəti ölkənin inkişaf strategiyasının əsas xəttidir

Azərbaycan dövlətçiliyinin davamlı inkişafı, sabit sosial-iqtisadi tərəqqi və rifahlı gələcəyə yönəlmiş siyasətin əsasında uğurlu kadr siyasəti durur. Son illərdə məmur-vətəndaş  münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradan və müasir kadr siyasətinin mahiyyətini müəyyənləşdirən dəyərlər sistemi formalaşdırmışdır. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. İslahatlar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərləri təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi söylədiklərimizin əyani sübutudur. Müasir və güclü dövlətin, demokratik və şəffaf idarəetmənin formalaşdırılması üçün aparılan ardıcıl islahatlar milli kadr siyasətinin əsas istiqamətlərinin zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların məsuliyyətli vəzifələrə təyin olunur, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilir. Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik və ən əsası  xalqa sədaqətlə xidmət kimi meyarlar üzərində qurulmuşdu. Son dövrlərin təyinatında da bu hal özünü qabarıq göstərir. Prezidentin müvafiq Sərəncamı ilə Adil Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi buna bariz nümunədir.

Daxili İşər Nazirlyinin Polis Akademiyasını bitirmiş Adil Əliyev polis polkovnik-leytenantıdır. O, əvvəllər Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin bərə-keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi, Yasamal Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi, deputat seçilənə qədər isə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilmiş, 2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olmuş, 2020-ci ildə Milli Məclisin sədr müavini və Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmiş Adil Əliyev sadə vətəndaşlara səmimi və yaxın münasibəti ilə hər zaman seçilib. Millət vəkili olaraq hər zaman öz səmimiyyəti, seçicilərinə yaxın olması ilə seçilib. Bu günə kimi dərdini bölüşmək üçün onu axtarıb, lakin tapa bilməyən seçici olmayıb. Seçildiyi dairənin ərazisində yaşadığı və seçki qərargahı da burada yerləşdiyi üçün o, insanlara hər zaman yaxın olub. Onun seçki dairəsinə aid ərazidə yaşayan sakinlər öz sosial problemlərini həll etmək üçün dövlət qurumlarına deyil, birbaşa Adil müəllimin ofisinə üz tutublar. O da öz növbəsində seçicilərinin problemini həll etməkdən ötrü əlindən gələni əsirgəməyib. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olaraq idman sahəsində də fəal işləri ilə seçilir. Federasiyanın güclü inkişafını, bu idman növünün cəmiyyətdə özünəməxsus yer tutmasını, mütəmadi olaraq beynəlxalq yarışların keçirilməsini, xarici ölkələrdə idmançılarımızın uğurlar qazanmasını və Azərbaycan bayrağını yüksəklərə qaldırılmasını ölkəmizdə hər kəs bilir. Onun Azərbaycan idmanı üçün gördüyü işlər göz qabağındadır. Beynəlxalq yarışlar təşkil etməklə Azərbaycanın dünyada tanıdılmasına böyük dəstək olur.

Adil Əliyev millət vəkili olaraq ortaya qoyduğu fəaliyyətləri, eləcə də xarici ölkələrlə Azərbaycan arasında müasir əlaqələrin inkişaf etməsində müstəsna xidməti olan bir siyasətçidir. Milli Məclisdə təmsil olunduğu illər qatıldığı beynəlxalq tədbirlərdə ökəmizdə baş verən hadisələr, əldə olunan nailiyyətlər, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, respublikamızın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və digər mühüm məsələləri  hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Öz çıxışlarında Azərbaycanın multikulturalizmin beşiyinə çevrildiyini, bu dəyərlərin dövlət səviyyəsində qoruduğunu dönə-dönə diqqətə çatdırıb. O, xüsusilə Ermənistanın təcavüzkar siyasətini və ermənilərin Rusiya dövlətinə arxayın olaraq törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar edir. Hələ Böyük Zəfərdən əvvəl çıxışlarında beynəlxalq təşkilatların torpaqlarımızın işğalı faktına haqsız yanaşması  ilə bağlı səsləndirdiyi fikirlər hər zaman böyük əks-səda doğurub.

Adil Əliyevin türk dünyası ilə Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin qorunub saxlanılmasında da xüsusi rolu var.  Təsadüfi deyil ki, hələ bir neçə il əvvəl Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev Türkiyə-Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin güclənməsində göstərdiyi xidmətlərə görə, “Avrasiya Xidməti Nişanı” ilə təltif edilmişdir. Millət vəkili, həmçinin, Beynəlxalq Türksoyla İpəkyolu Dərgisi və İpəkyolu Strateji Tədqiqatlar Mərkəzi tərəfindən Türk dünyasının siyasi-sosial və idman həyatında göstərdiyi fəallığına görə “Türk Dünyasına Xidmət Ödülü”nə də  layiq görülüb.

Adil Əliyev millət vəkili olaraq bütün fəaliyyəti dövründə Qarabağ mövzusunu, düşmənin işğalçı siyasətini hər zaman diqqətdə saxlayıb. O, Cənubi Qafqazın bəlası adlandırdığı Ermənistanın işğalçı siyasətini bütün dünyaya çatdırmaq üçün illərdir ki, fədakarcasına mübarizə aparıb. Milli Məclis Sədrinin müavini çalışdığı dönəmdə keçirdiyi bütün beynəlxalq görüşlərdə hər zaman güclü dövlətimizin olduğunu, Ordumuzun bütün növ müasir silahlarla təmin edildiyini, tam şəkildə komplektləşdirildiyini, hazırda nəinki Cənubi Qafqazın, eyni zamanda, dünyanın ən güclü ordularından biri olduğunu qeyd edib. 44 günlük Vətən Müharibəsində qazandığımız Böyük Zəfəri də, Adil Əliyev haqlı olaraq yalnız düşmən üzərində deyil, ikili siyasət yürüdən, illərlə işğalçı dövləti dəstəkləyən bəzi beynəlxal təşkilatlar üzərində qələbə kimi şərh etmişdir. “Ermənistanın xalqımıza qarşı törətdikləri tarixi cinayətlər beynəlxalq ictimaiyyətə yaxşı məlum olmasına baxmayaraq, dünya dövlətləri nəinki ona təzyiq göstərdi, hətta etdiyi bütün özbaşınalıqlara susdu. Münaqişənin nizama salınması məqsədilə ATƏT-dən mandat almış vasitəçilər sülhün və sabitliyin təmin olunmasının təmin etmək, düşmənin hərbi təcavüzünün qarşısını almaq əvəzinə, danışıq prosesinin məntiqi nəticəyə çatmasına da maneə yaradırdılar. Məhz Azərbaycan dövləti lazımi nəticəyə nail olmaq üçün konstruktiv mövqe nümayiş etdirməyə və görüşlərə razılıq verməsinə baxmayaraq, qarşı tərəf prosesi pozur, hər vəchlə sülhün qarşısında əngəl olurdu. Bu gün ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən ABŞ və Fransa isə baş verənləri, sadəcə, izləyir, heç bir əməli addım atmır, Ermənistana təzyiq göstərmirdi. Bu gün açıq-aydın görürük ki, onların münaqişənin nizamlanmasında heç bir marağı olmayıb, hətta müsbət həlli təxirə salmaqla münaqişəni yubadıblar. Onlar münaqişənin həllini uzatmaqla onu qeyri-mümkün etməyə cəhdlər göstəriblər. Danışıqlar prosesi sülhə yaxınlaşdıqda hər dəfə Ermənistan bir bəhanə ilə onu pozdu və müharibədən başqa çıxış yolu qoymadı. Düşmən ölkənin baş nazirinin, digər vəzifəli şəxslərinin təxribatçı bəyanatları, qondarma rejimə səfərləri məhz Azərbaycanın səbir kasasını doldurdu. Nəhayət 2020-ci ildə Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı, qısa müddətdə bütün cəbhəboyu istiqamətlərində uğur qazanıldı və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olduq. Məhz Müzəffər Ali Baş Komandanın hər gün bizə verdiyi xoş xəbərlər, işğaldan növbəti rayonumuzun, şəhərimizin, kəndimizin azad olunması mesajı xalqımızı sevindirdi”, – deyə o müsahibələrində qeyd edirdi.

Adil Əliyev xalqımıza bu tarixi Qələbəni bəxş etmiş şəhidlərimizi, Vətən uğrunda sağlamlığını fəda etmiş qazilərimizi heç zaman unutmur. Təsadüfi deyil ki,  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Əliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunduqdan dərhal sonra ilk görüşləri məhz şəhid ailələri və qazilərlə keçirib. Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl və çoxkonturlu siyasətin uğurlarından bəhs edərək, qazandığımız tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu bildirib. Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığı diqqət və qayğıdan bəhs edən Rayon İcra Hakimiyyətinin başçısı bu siyasətin uğurla davam etdirməyin hər bir kəsin həm də vətəndaşlıq borcu olmasını qeyd edib.

Döyüş meydanında aparılan uğurlu əməliyyatların və diplomatik müstəvidə atılan addımların nəticəsində tarixi torpaqlarımız bu gün azaddır, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid ailələri və qazilərlə birlikdə Şəhidlər Xiyabanlarını ziyarət edib. Rayonun Bülbülə, Əmircan, Zığ, Suraxanı və Hövsan qəsəbələrində, eləcə də Xəzər və Sabunçu rayonlarında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunub. Əminik ki, hər zaman dövlətinə və xalqına sədaqətlə xidmət edən Adil Əliyev icra başçısı olaraq da, xalqa yaxınlığı, Suraxanı rayon sakinlərinin problemlərinə məsuliyyətli münasibəti ilə bu sahədə də bir çox yeniliklərə imza atacaq. Bu təyinatın Vətənə və  xalqa xeyirli olmasını arzu edirik. 

İskəndər Quliyev,

“Şəffaf seçkilər” Monitorinq Mərkəzinin direktoru

“Narkotiklər mənim yolum deyil” adlı sosial çarx təqdim olundu – VİDEO

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai və sosial bəla:narkomaniya!” layihəsi çərçivəsində hazırlan sosial çarx təqdim olunub.

“Narkotiklər mənim yolum deyil” adlı sosial çarxın ssenarisindən də göründüyü kimi, narkotik vasitələrə meyllənən məktəbli sonra dərk edir ki, bu əzablı yoldan daşınmaq lazımdır. Vaxtında geri – məktəbə, təhsilə dönərək, cəmiyyət üçün faydalı addımlar atmalıdır!

Qeyd edək ki, “Narkotiklər mənim yolum deyil” adlı bu sosial çarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai və sosial bəla:narkomaniya!” layihəsi çərçivəsində hazırlanmışdır və sosial çarxda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər!

QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edildi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edib.

Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi – 30000 manat (icra müddəti 6 ayadək)

Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi – 50000 manat (icra müddəti 6 ayadək)

Müsabiqədə iştirak üçün tələblər:

Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə).

Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:

– Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

– Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

– Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində)

– Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri);

– Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz;

– 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

– Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.

Müsabiqədə üstünlük verilən meyarlar:

• Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;

• Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;

• Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi (nümunə əlavə olunur – orta, böyük qrantlar üzrə, məntiqi çərçivə);

• layihənin icra planı (nümunə əlavə olunur);

• layihənin xərclər smetası (nümunə əlavə olunur);

• layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur);

• Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə);

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə);

• Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar;

• Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);

• Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur);

• Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);

• Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri.

Layihələrin qiymətləndirmə meyarları

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,

Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

office@ngoagency.gov.az (+994 12) 493-15-81

Azərbaycanda ekoloji istiqamətlərin təşviqi hansı şəkildə aparılır? – Ekspertlərin şərhi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Milli İnkişaf layihəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin birinci efir müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Sudan İstifadə sahəsində Mütəxəssislər İctimai Birliyinin sədr müavini Amin Məmmədov ilə ətraf mühitin qorunması, dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusunun ekoloji tarazlığı pozması, ətraf mühitin çirklənməsi, iri dövlətlərin az inkişaf etmiş ölkələrdə sənaye sahələrini yaratmaqla təbiətə qarşı zor işlətməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

“Futbola siyasi eynək geyib baxmaq olmaz” — Elman Nəsirov

0

əbər verdiyimiz kimi, Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola Bozqurd işarəsi ilə sevinməsi dünya mediasında gündəm olub. Qol sevincindən sonra UEFA tərəfindən futbolçu haqqında “uyğun olmayan davranış”a görə araşdırma başladılıb. Bu isə milyonlarla  azarkeşin narazılığaına səbəb olub. 

Bildirək ki, türk xalqlarının totemi olan Bozqurd qorxmazlığı, ram olunmazlığı, lider və döyüşçülük ruhunu təcəssüm edir. 

Bəs, Avropa ölkələrinin “Bozqurd” işarəsinə zorla irqçilik donu geydirməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, irqçilikdən danışanlar ilk növbədə,  Avropanın böyük paytaxtlarında islamofobiya və ksenofobiya mübarizə aparsalar daha yaxşı olar. 

Elman Nəsirov qeyd edib ki, futbola belə siyasi eynək geyib baxmaq olmaz və burada qətiyyən irqçilik məsələsi yoxdur:

“Avropa Çempionatı oyununda hər iki qolun müəllifi olan türkiyəli oyunçunun Bozqurd işarəsi göstərməkdə ittiham edilməsinin heç bir əsası yoxdur. Bozqurd türklərin bir simvoludur. Hesab edirəm ki, bu idman hadisəsini siyasiləşdirməkdən başqa bir şey deyil. Ümumiyyətlə, nə zaman idman qalıb kənarda, sadə bir hərəkətə siyasi don geyindirirlər. Bu zaman idman özünün mahiyyətini itirir. İdmanı bu qədər siyasiləşdirmək olmaz. Bu və ya digər dövlətə bunu təzyiq vasitəsinə çevirmək olmaz. Ona qalsa bu gün Avropada islamofobiya, ksenofobiya bir tendensiyaya çevrilib. 

Dünyada əksər dövlətlərin öz simvolları var. Məsələn, rus deyəndə insanın ağlına ayı assosiasiyası yəlir, hətta rus ayısı ifadəsi çox populyardır. Fransada xoruzu simvollaşdırıblar. İranda şir, ərəblər də dəvəni simvollaşdırıb.

 Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşdıqda çoxlu suallar yaranır. Görünür, Türkiyənin Avropanın əsas dövlətlərindən olan Avstriya komandasının üzərində qələbəsini gözləmirdilər. Belə olan vəziyyətdə mən burada öz hikkələrini bu şəkildə ifadə etmək cəhdini görürəm. Hesab edirəm ki, oyunçuya qarşı belə qərəzli yanaşma Avropanın müasir idman qurumlarının, FİFA və UEFA-nın  imicinə qətiyyən müsbət heçnə qatmır. Əksinə, bir çox hallarda oyunda obyektivlikdən danışırlar, amma reallıqda isə öz davranışları obyektiv oyunun keçirilməsinə mane olur və bir siyasiləşmə tendensiyası diqqətdən yayınmır. Ona görə də biz bunun əleyhinəyik. Çoxmilyonluq Türkiyə tamaşaçısı da bu davranışı qınayır”.