Ana Səhifə Blog Səhifə 11

Media və sosial şəbəkələr narkomaniya ilə mübarizədə nə kimi rol oynayır? – Ekspertlərin şərhi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai və sosial bəla:narkomaniya!” layihəsi çərçivəsində nəzərdə tutulmuş ikinci efir müzakirəsi reallaşdırılıb.

Mövzu ilə bağlı sualları Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli və Azxeber.com saytının direktoru Əfsaləddin Ağalarov cavablandırıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır!

Ətraflı videoda:https://www.youtube.com/embed/gEx-zdU8qG4

“Ağ ölüm”lə mübarizə – FOTO

2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyi “Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində narkomaniya bəlasından qorunmaq və bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Göz yaşı” adlı sosial çarx çəkilib.

İsmayıllı rayonunda həyata keçirilən tədbiri layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirib ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi sosial çarx vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Çarx 5 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Sosial çarx mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”. Tədbirdə iştirak edən  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, ekspert Anar Sarıyev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və İsmayıllı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Muradov İsmayıl çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Tədbir ərəfəsində rayonda gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərini və maarifləndirmə işini müasir innovativ metodlarla həyata keçirən İsmayıllı rayon icra hakimiyyətinin başçışı Nahid Bağırova təşəkkürnamə təqdim edildi.

Ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi hansı fəsadlara gətirir?– Ekspertlərin şərhi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Milli İnkişaf layihəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin ikinci efir müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə və “Səma və Eko” İctimai Birliyinin sədri İradə Həsənova ilə ətraf mühitin qorunması, dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusunun ekoloji tarazlığı pozması, ətraf mühitin çirklənməsi, iri dövlətlərin az inkişaf etmiş ölkələrdə sənaye sahələrini yaratmaqla təbiətə qarşı zor işlətməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

Ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi hansı fəsadlara gətirir?– VİDEO

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Milli İnkişaf layihəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin ikinci efir müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə və “Səma və Eko” İctimai Birliyinin sədri İradə Həsənova ilə ətraf mühitin qorunması, dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusunun ekoloji tarazlığı pozması, ətraf mühitin çirklənməsi, iri dövlətlərin az inkişaf etmiş ölkələrdə sənaye sahələrini yaratmaqla təbiətə qarşı zor işlətməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

QAİ-nin Sumqayıt nümayəndəliyində narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “İctimai və sosial bəla: narkomaniya!” layihəsi çərçivəsində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin konfrans zalında tədbir keçirilib.

Şəhərin mərkəzində fəaliyyət göstərən nümayəndəlikdə keçirilən görüşdə ilk çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin rəhbəri Telman Məmmədov tədbir iştirakçılarını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.Natiq sonra “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və narkomaniya ilə mübarizə üzrə təşəbbüslərindən danışıb.

Diqqətə çatdırıb ki, tədbirin keçirilməsi üçün Sumqayıt şəhəri təsadüfi seçilməyib.Şəhər üzrə son statistik göstəricilər qənaətbəxş deyil.Məsələn, 2022-ci il üzrə narkotiklərlə bağlı Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından alınan məlumata görə, təkcə Sumaqıt şəhəri üzrə 2832 cinayət faktı qeydə alınıb.Ona görə də bu bəla ilə mübarizədə hamının, cəmiyyətin səfərbər olmasını vacib sayan layihə rəhbəri nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün böyük təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.

Narkomaniya ilə mübarizə çərçivəsində əsasən gənclərlə maarifləndirmə işinin aparılmasını vacib sayan Sumqayıt şəhəri polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkin Yaşa Çatmayanlarla Profilaktik işin təşkili şöbəsinin rəisi, polis mayoru Azər Bağırov isə narkotik vasitələrin təsnifatına, hər keçən il çeşidlənən növünə aydınlıq gətirib.Onun sözlərinə görə, Azərbaycan gənci zərərli vərdişlərin qurbanı deyil, Qarabağ boyda problemin həllində iştirak etmiş fədailəridir.Sumqayıt ərazisində törədilən cinayət işlərinin, oğurluq hadisələrinin əksəriyyətində narkomanların iştirak etdiyini söyləyən şöbə rəisi xatırladıb ki, bu problemlərdən xilas olmaq üçün vətəndaşlar da səy göstərməli, etinasız qalmamalıdılar. Azərbaycana narkotik vasitələrin əsasən qonşu İrandan keçirildiyini vurğulayan polis mayoru nəzərə çatdırıb ki, bütün hallarda Sumqayıtda bu problemin neytrallaşdırılması üçün lazımı qabaqlayıcı addımlar atılır.

Sumqayıt şəhəri Narkoloji dispanserin şöbə müdiri, həkim narkoloq Vüsal Cabbarov da “ağ ölüm”ün təhlükələrindən danışıb.Onun sözlərinə görə, texniki imkanların genişlənməsi narkotik vasitələrin növünün artmasına təkan verir.Bu isə, öz növbəsində sözügedən zərərli vərdişlərlə mübarizədə ciddi çətinliklər yaradır, tibb yetərincə yüklənir, həkimlər bəzən aciz qalırlar.Həkim sonra təbir iştirakçılarına adi insanlar arasında narkomanları necə fərqləndirməyin sirrini öyrədib.

Ekspert Cəmilə Fəyyaz, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildiriblər ki, cəmiyyətdə bir problem digərini yaradır.Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya ilə mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.

DANİB “Gənc ailə institutu” adlı layihə çərçivəsində Mingəçevir və Ucar şəhərlərində seminar keçirib – FOTOLAR

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc ailə institutu” adlı layihə çərçivəsində Mingəçevir və Ucar şəhərlərində seminar təşkil edib.

Mingəçəvir şəhərində keçirilən tədbirdə məruzə ilə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli türk xalqları tarixinə ekskursiya edərək Azərbaycan ailəsinin daşıdığı milli dəyərlər haqqında danışıb. F.Ələkbərli xalqımızın milli-mənəvi dəyərlərinin, eyni zamanda milli ailə modelinin qorunub saxlanılmasının hazırda da aktual mövzu olduğunu bildirib.

Ucar şəhərində təşkil olunan seminarda çıxış edən ekspert, teoloq Əzim Rəfiyev Azərbaycan xalqının yüzillər ərzində formalaşan və günümüzədək gəlib çatan adət-ənənləri, milli və dini yaddaşımızda yer tutan dəyərlər sistemi haqqında ətraflı məlumat verib. Ə.Rəfiyev təhlükəli, eyni zamanda xalqımızın əxlaqına və dünyagörüşünə zidd olan birgəyaşayış qaydalarının Azərbaycan cəmiyyətində özünə yer tapa bilməməsi üçün yalnız müvafiq dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın fəallıq göstərməli olduğunu, onların milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə miras buraxılmasına çalışmasının zəruriliyini ifadə edib.

Hər iki şəhərdəki seminarda çıxış edən DANİB sədri Elməddin Behbud layihənin məqsədinin milli dəyərlərlərimizin ilk mühafizəçisi və təbliğatçısı olan ailələrimizin qloballaşmanın məruz qoyduğu deqradasiyadan qorunmasının vacibliyi və ənənəvi xarakter daşımayan yad təsirlərin yaratdığı təhlükələr barədə cəmiyyətin maarifləndirilməsi olduğunu deyib. Elməddin Behbud milli və mənəvi dəyərlərimizə söykənən ailə institutumuzu qorumağın həm də milli dövlətimizi mühafizə etmək olduğunu vurğulayıb.

Seminarlarda layihə çərçivəsində internet televiziyasında yayımlanan verilişlər barədə də məlumat verilib.

Mingəçevir və Ucar şəhərlərində keçirilən seminarın iştirakçıları mövzu ilə əlaqədar düşüncələrini bildirməklə yanaşı suallarını da səsləndiriblər. Mövzu ətrafında diskussiyalar aparılıb və sonda tədbir iştirakçılarına sertfikatlar təqdim olunub.

Şirvanda milli inkişafın ekoloji istiqamətlərinin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyi tərəfindən icra olunan “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir keçirilib.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Akt zalında keçirilən görüşdə ilk çıxış edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə 50-dən çox iştirakçını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə Azərbaycanda ekologiya və ətraf mühitin qorunması mövzularına xüsusi həssaslıqla yanaşır.Layihə rəhbəri xatırladıb ki, Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşır, qeyri-hökumət təşkilatlarının təşkilatı işlərinə diqqət göstərir.

Layihə rəhbəri daha sonra nəzərə çatdırıb ki, ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.

Leyla Rəcəbzadə ölkəmizin bu istiqamətdə beynəlxalq uğurlarından da danışıb və vurğulayıb ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransının 11-22 noyabr tarixlərində Bakı şəhərində planlaşdırılması Azərbaycanın dünya çapında nüfuzunun artmasından xəbər verir. COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək.Layihə müəllifi layihəni həm də bu məqsədlə – milli inkişafın ekoloji istiqamətlərinin təşviqinə dəstək üçün ərsəyə gətirdiyini nəzərə çatdırıb.

Şirvan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi Humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə Sektorunun aparıcı məsləhətçisi Səbuhi Şərifov və digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər, görülən işlərdən danışıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər. Şirvan, ümumiyyətlə, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması ilə bağlı  təkliflərini səsləndirir, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.

Elektron xidmətlərin təşkilində yaranan çətinliklər və həlli yollari – Ekspertlərin şərhi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin dördüncü müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva və “Ulduz” İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri, Energetika Nazirliyi yanında İctimai Şuranın katibi Samir Həsənovla əhalinin sosial cəhətdən həssas qrupları arasında açıq hökumət prinsiplərinin təbliği, elektron xidmətlərdən istifadənin təşviqi, həmçinin xidmətlərin əldə edilməsində savadlılığın artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məsələləri ilə bağlı sualları cavablandırıblar.

Ətraflı videoda:

YAP bu şəxsləri cəzalandıracaq – Təftiş komissiyasının üzvündən açıqlama

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 125 namizədlə iştirak edəcək. Artıq YAP-ın siyahısı hazırdır və cəmiyyətə təqdim olunub. 

Lakin bəzi hallarda partiya üzvü olan şəxslər İdarə Heyətinin qərarını məhəl qoymayaraq, müxtəlif dairələrdən öz namizədliklərini irəli sürürlər. Bu isə müəyyən müzakirələrə səbəb olur. 

Bəs görəsən, belə hallar olacağı təqdirdə hakim partiya həmin üzvlərlə bağlı hansısa cəza və tənbeh tədbiri görəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvü, deputat Elman Nəsirov bildirib ki, partiya daxilində demokratik əsaslara söykənən ciddi nizam-intizam var: 

“Hər kəsin bildiyi kimi, Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük partiyasıdır və üzvlərinin sayı az qala 800 minə çatır. Doğrudan da partiya 1993-cü ildən indiyə qədər keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi olub. Budəfəki növbədənkənar parlament seçkilərinə də qələbə əzmi ilə gedir. Partiyada çox ciddi nizam-intizam var. Demokratik əsaslarla formalaşan partiya olaraq, YAP həm də ümumxalq partiyasıdır. Biz partiya olaraq, nizam-intizam məsələlərinə çox ciddi həssaslıqla yanaşırıq. Təbii ki, hər bir vətəndaşın 18 yaşından etibarən seçmək və seçilmək hüququ var. YAP bu seçkilərə qələbə əzmiylə gedir. Adətən biz görmüşük ki, partiya parlamentdə 70-75 deputatla təmsil olunub”. 

Elman Nəsirov partiyanın icazəsi olmadan öz namizədliyini irəli sürən üzvlərlə bağlı da münasibət bildirib: 

“Burada partiya siyahısından kənar, YAP-dan öz namizədliyini irəli sürərkən, həmin şəxslər partiya əzminə müəyyən mənada maneə ola biləcək amilə çevrilir. Yəni Yeni Azərbaycan Partiyasının siyahıda olan namizədi ilə yanaşı, fərdi şəkildə öz namizədliyini irəli sürən YAP-çı da partiyanın əsas namizədinin qalib gəlməsinə maneə olmuş olur. Bu partiyadakı nizam-intizam və yekdillik prinsiplərinə uyğun gəlmir”. 

Şirvanda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “İctimai və sosial bəla: narkomaniya!” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir keçirilib.

Şəhərin mərkəzində fəaliyyət göstərən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Akt zalında keçirilən görüşdə ilk çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin rəhbəri Telman Mamedov 50-dən çox iştirakçını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.

Sədr müavini daha sonra müzakirə iştirakçılarını layihə çərçivəsində hazırlanmış “Narkotiklər mənim yolum deyil!” adlı sosial çarxa baxmağa dəvət edib.

Layihə rəhbəri diqqətə çatdırıb ki, tədbirin keçirilməsi üçün Şirvan şəhəri təsadüfi seçilməyib.Rayon üzrə son statistik göstəricilər qənaətbəxş deyil.Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşır, qeyri-hökumət təşkilatlarının təşkilatı işlərinə diqqət göstərir.Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci də bu cür təşəbbüslərdə ön sırada yer alır.

Layihə rəhbəri daha sonra nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxardığını söyləyən natiq vurğulayıb ki, orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-nevropatoloqu Elşən Qəfərov da narkotiklərin insan orqanizmində yaratdığı fəsadlardan danışıb. Onun sözlərinə görə, narkomaniya hər bir ailəyə psixoloji təhdiddir və narkotik vasitələr istifadəçiləri ölüm həddinə qədər apara bilir.Son statistik göstəricilərə üzüldüyünü xatırladan həkim narkomaniya ilə mübarizə sahəsində ölkə üzrə aparılan təbliğat-təşviqat işlərinin keyfiyyətinə narazılığını bildirib və əlavə edib ki, görüşlər, tədbirlər fasilələrlə deyil, il boyunca həyata keçirilməlidir.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Kəmalə Quliyeva və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova da mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildiriblər ki, cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür.Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.