Ana Səhifə Blog Səhifə 1028

66 624 abonentin qaz təminatı dayandırılıb

Əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb.

 

Aktor.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

 

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1449 min manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb. 399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 624 abonentin qaz təminatı dayandırılıb.

 

Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6755 min manat, iyun ayı ərzində isə 4091 min manat debitor borc yığılıb.

 

14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32 302 min manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub.

 

Hesabatda qeyd olunur ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 155 müəssisə üzrə 12 921 min manat, iyun ayı ərzində isə 328 müəssisə üzrə 2240 min manat debitor borc siyahısı təqdim olunub. 96 müəssisəyə məhkəmə iddiası qaldırılıb.

 

“Azəristiliktəchizat” ASC üzrə 89 532 min manat borcun ödənilməsi və 01.05.2017-ci il tarixə yaranmış borc qalığı barədə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktının təsdiq olunması üçün “Azəristiliktəchizat” ASC-yə rəsmi müraciət olunub.

 

Abonentlərin saldosuna əsasən sərfiyyatlar araşdırılıb, sərfiyyatında kənarlaşma və ya şübhə doğuran abonentlərin sayğaclarına və qaz təsərrüfatına yerində baxış keçirilib, elektron tipli sayğacların elektron arxiv məlumatları araşdırılıb, aşkar edilmiş qeyri-qanuni istifadə hallarının (sayğaca müdaxilə, sayğacdan kənar xətt vasitəsilə istifadə, sayğacsız qazdan istifadə, layihədən kənar cihazların quraşdırılması ilə sərfiyyata uyğun olmayan sayğac vasitəsilə qazdan istifadə, sayğacın üfüqi vəziyyətə gətirilməsi ilə qazdan istifadə) nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə aktlar tərtib edilib.

 

Qeyri-qanuni qazdan istifadəyə görə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş ziyanın bərpası üzrə hesabatın verilməsi, qeyri-qanuni istifadə halının və dəymiş ziyanın ödənişinin təmin edilməsi məqsədilə tələbnamələr hazırlanıb. Belə ki, 2017-ci ilin 6 ayı ərzində aşkar edilmiş qeyri-qanuni istifadə hallarının nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 11486 akt tərtib edilib. Qazdan qeyri-qanuni istifadə hallarının nəticəsində dəymiş 543 508,6 manat (27 175 443 kubmetr) ziyanın ödənişinin təmin edilməsi məqsədilə müvafiq tələbnamələr hazırlanıb və ödənilməsi üçün abonentlərə təqdim olunub.

“VAZ” dərəyə düşüb – xəsarət alan var

Ucar rayonunda yol qəzası olub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.

 

Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İstanbul səhəri antiterror əməliyyatı ilə açdı

İstanbul polisi “İnqilabçı xalq-azadlıq partiyası – Cəbhə” (DHKP-C) təşkilatının üzvlərinə qarşı antiterror əməliyyatı keçirir.

 

Bu barədə Trend-in İstanbul şəhər Polis İdarəsinə istinadən məlumat verir.

 

Əməliyyat çərçivəsində 24 nəfər saxlanılıb. Onlar həmin təşkilatla əlaqədə şübhəli bilinirlər.

 

Qeyd edək ki, DHKP-C 2013-cü ilin mayında Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən terror aktına görə məsuliyyət daşıyır.

Millimizin heyətində ciddi itki

Maksim Medvedev millinin düşərgəsindən ayrılıb.

 

Aktor.Az AFFA-nın saytına istinadən məlumat verir ki, M.Medvedev zədəli olduğü üçün 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 5-də Çexiya, ayın 8-də isə Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.

Qubada zəlzələ olub

Oktyabrın 4-də Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 06:36-da Qubadan 10km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Təkanların dərinliyi 6 kilometr olub.

Sabirin gəlini dəfn olundu – FOTOLAR

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gəlini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, əməkdar müəllim Zemfira Tahirli dünyasını dəyişməsi barədə məlumat vermişdik.

Aktor.Az-ın suallarını cavablandıran şairin nəvəsi, eyni zamanda Sabir Fondunun prezidenti Sevda Tahirli bildirib ki, anasının nəşi bu gün Amerikdan gətiriləcək və Şamaxıda Yeddi Günbəz qəbristanlığında atası Məmmədsəlim Tahirlinin (M.Ə.Sabirin oğlu –red.) yanında dəfn olunacaq.

Aldığımız son məlumata görə, bu dəqiqələrdə Zemfira Tahirlinin dəfn mərasimi keçirilir.

Qeyd edək ki, mərhum Amerikada yaşayırdı və burada müalicə alırdı.

Diqqətə çatdıraq ki, Zemfira Tahirlinin cümə axşamı məclisi avqustun 17-də saat 12-dən başlayaraq (həm kişilər, həm də qadınlar üçün ) Heydər Məscidinin 3-cü mərtəbəsində olacaq.

Allah rəhmət eləsin!

 

 

 

 

Sabirin yubileyi “Müzakirə vaxtı”nda – VİDEO

Mirzə Ələkbər Sabirin 155 iiliyi ilə bağlı tədbirlər ölkəmizin müxtəlif yerlərində davam edir. Şairin yubileyi onun yaradıcılığına diqqəti bir qədər də artırıb.

Bu günlərdə İctimai Telelviziyanın “Müzakirə vaxtı” tok-şousunda azərbaycanlı gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı aparılan müzakirə zamanı Sabirin şerləri də  bir daha diqqət mərkəzində olub. Verilişdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, o cümlədən H.Cavid, Şəhriyar, C.Məmmədquluzadə, B.Vahabzadə, M.Araz və başqa böyük mütəfəkkirlərinin yaradıcılığına xüsusi diqqət yetirilib. Mövzuya yazıçı Elçin, yazıçı Anar, tanınmış tədiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyeva, M. Ə.Sabir Fondunun prezidenti Sevda xanım Tahirli münasibət bildirib.

AKTOR.AZ saytının oxucuları üçün həmin müzakirəni təqdim edirik.

 

Sabir Fondu jurnalistlərlə görüş keçirdi – FOTOLAR

0

Dahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığıyla mətbuat nümayəndələri ilə görüş keçirilib.

Aktor.Az xəbər verir ki, görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Daha sonra S.Tahirli Fondun məhz dahi şairin maarifçilik ideyalarını davam etdirmək üçün yaradıldığını vurğulayıb: “2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Həmçinin bu irsi gənclər arasında təbliğ etmək, Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək,habelə onun yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmağa çalışırıq. Fəaliyyətimiz müddətində xidmət sahəsində dil qaydalarının qorunması istiqamətində monitorinqlər aparmışıq. Axundov adına Milli Kitabxanasında virtual bələdçi hazırlamışıq, Sabirin 1912-ci ildən bu vaxta çap olunan bütün kitabları, onun haqqında yazılan kitablar hamısı elektronlaşdırılıb”.

S.Tahirli dahi şairin doğum gününün təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də qeyd edildiyini bildirib: “Türkiyə və Ukraynada 150 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu il türkiyənin Mərmərə universitetində möhtəşəm tədbir təşkil edilmişdi. Türkiyənin digər universitetlərində bu cür tədbirlər keçiriləcək”.

S.Tahirli M.Ə.Sabirin həyatı barədə bəzi mənbələrdə yanlış bilinən bir sıra məqamlara da aydınlıq gətirib.

Sonda S.Tahirli mətbuat nümayəndlərinə bir daha təşəkkürünü bildirib və onlara təşəkkürnamələr verib. Daha sonra görüş səhər yeməyi süfrəsi arxasında davam etdirilib.

 

 

 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


Sabirin yubileyi 158 nömrəli məktəbdə – FOTOLAR

02 may 2017 – ci il tarixində Bakı şəhəri, Yasamal rayonu 158 № li məktəbdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olundu.Aktor.Az xəbər verir ki, tədbirdə BDU – nun dosenti, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkin, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlıları İctimai Birliyi”nin sədri, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi”nin sədri Tofiq Əlizadə v iştirak başqaları iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan 158 № li məktəbin direktoru Mehriban Ələkbərova ilk çıxış üçün sözü Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirliyə verdi.

Sevda xanım tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə, həmçinin 158 № li məktəbin direktoru Mehriban xanıma rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirdi. Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti dahi şairin həyatından maraqlı məqamlar ilə tədbir iştirakçılarını tanış etdi.

Tədbir 158 saylı məktəbin şagirdlərinin ifasında M.Ə.Sabirin qələmindən çıxan bir–birindən maraqlı şeirlər, şairin sözlərinə bəstələnmiş mahnılar, eyni zamanda əsərlərindən səhnəciklərlə davam etdirildi.

Şagirdlərin ifasından sonra çıxış üçün söz “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkinə verildi. Nəcibə xanım cəmiyyət və yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışdı.

Sonda şagirdlər fəxri fərmanlarla təltif edildi, xatirə şəkli çəkildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sabirin yubileyi Türkiyədə qeyd olunacaq

Dahi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 155 illiyi münasibətilə Türkiyənin Mərmərə Universitetində 27 Aprel tarixində möhtəşəm tədbir keçiriləcək.

Aktor.Az xəbər verir ki, bu mərasimin ərsəyə gəlməsi üçün Fond rəhbəri İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Əlp -ə təşəkkürünü bildirib.