Ana Səhifə Blog Səhifə 1027

Dövlət qulluğuna imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir.

 

Mərkəzdən Aktor.Az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat müddətində aparılacaq.

 

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

 

İmtahanların gedişini internet vasitəsilə izləmək mümkündür. Bunun üçün http://94.20.63.11:1991 ünvanına daxil olub istifadəçi adı yerinə operator, şifrə yerinə isə user12345 yazmaq lazımdır.

 

Qeyd edək ki, brauzer kimi yalnız İnternet Explorer proqramından istifadə etməlisiniz.

 

Video müşahidə yalnız imtahan saatlarında mümkün olacaq (10:00-dan 13:00-a qədər).

Kimya üzrə Nobel mükafatçıları məlum oldu – FOTO

İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatları məlum olub.Bu mükafata amerikalı Yoahim Frank, isveçrəli jak Düboşe və britaniyalı Riçard Henderson layiq görülüb.

 

Onlar məhlulda yüksək çözümlü molekulların strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiyanın hazırlanmasına görə Nobel mükafatı ilə təltif ediliblər.

 

Xatırladaq ki, oktyabrın 2-də 2017-ci il üzrə tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub. Onlar ABŞ-lı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq olublar.

 

Oktyabrın 3-də isə 2017-ci il fizika üzrə Nobel mükafatının laureatları məlum olub. Trend-in məlumatına görə, bu mükafata ABŞ-lı alimlər Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüb.

 

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.

 

Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

Stadiona avtomobillə gəlməyə icazə verildi

Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.Aktor.Az AFFA-ya istinadən məlumat verir ki, DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-i saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.

 

Belə ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

 

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 27-də “Qarabağ” – “Roma” oyunu zamanı azarkeşlərin şəxsi avtomobillə Bakı Olimpiya Stadionuna gəlməsinə icazə verilməmişdi.

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna daha 3 ölkə qoşuldu

Oktyabrın 4-də Andorrada ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (Silk Road Support Group of the OSCE PA, SRG)ilk iclası keçirilib. Bu haqda SRG-nin katibi Mirkamal Əlizadə məlumat verib.

 

İclası giriş sözü ilə açan Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb və bu ilin iyulun 8-də Minskdə keçirilən təsis yığıncağından sonra görülən işlərlə əlaqədar məlumat verib. Üzv ölkələr SRG-nin əsasnaməsinə əlavə və dəyişikliyin yalnız konsessus yolu ilə edilməsi haqqında razılığa gəliblər. Bundan başqa Avstriya, Polşa və Makedoniyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzvlüyü haqqında müracətlərinə baxılıb və yekdilliklə həmin ölkələr Qrupun üzvlüyünə qəbul edilib.

 

Azərbaycan və Çinin birgə təşkilatçılığı ilə Bakıda “Bir Kəmər Bir Xətt layihəsinə” həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları haqqında məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa Gürcüstan nümayəndə heyəyətinin üzvü Corc TseritelininSRG-nin növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənmişdir.

 

İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin başçısı Bahar Muradova Bakıda keçitiləcək “Bir Kəmər Bir Xətt layihəsinə” həsr edilən konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib.

 

İclasda söz alan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş Katibi Asəf Hacıyev təmsil etdiyi qurumun SRG ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklifə səsə qoyularaq qəbul edilib.Sonda SRG-nin loqosu, saytı, tvitter hesabı və video çarxı nümayiş etdirilib.

 

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu ilin iyul ayının 8-də Azərbaycanın millət vəkili Azay Quliyevin təşəbbüsü ilə ATƏT PA-nın Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilmişdir.Bu təşəbbüs 17 ölkə- Albaniya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynatərəfindən dəstəklənmiş və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılmışdır.

 

Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə SRG-ə üzv ölkələrin sayı 20-ə çatmışdır.

 

22181213_10155276045463645_3459366586765100879_o.jpg (223 KB)

22219823_10155276045473645_2517527075671453780_o.jpg (317 KB)

1 saylı məktəbin yolunu sel kəsdi – FOTO/VİDEO

Sumqayıt şəhərində orta məktəbi sel suları basıb.Trend-in məlumatına görə, hadisə gecə saatlarında baş verib.Axşam saatlarından şəhər ərazisində güclənən yağış nəticəsində Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin həyətinə sel gəlib. Nəticədə məktəbin həyəti təxminən 40-50 sm hündürlüyündə su ilə dolub. Hadisə nəticəsində şagirdlər orta məktəbə daxil ola bilməyib, geri qayıdıblar.

 

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Sumqayıt şəhər 1 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva faktı təsdiqləyib.

 

Direktor bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinə dərhal məlumat verilərək məktəbdəki vəziyyət bildirilib: “Məktəbin əsas girişindən həyətə daxil olmaq çətin olduğu üçün alternativ yoldan istifadə etmişik. Müəllimlər məktəbdədirlər”.

 

R.Tağıyeva deyib ki, alternativ yol da palçıqlıdır: “Amma ən azından bu yoldan istifadə etmək olur. Şagirdlərdən də məktəbə gələnlər var. Bəzi şagirdlər gəlməsə də, məktəbdə tədris dayanmayıb. İndi gözləyirik ki, aidiyyəti qurumlar məktəbin həyətindəki suyu çəksinlər”.

 

 

Ərdoğan İrana gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib.

 

Aktor.Az-ın məlumatına görə, səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.

 

Görüş zamanı prezidentlər Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin “müstəqillik haqqında referendumu”nun nəticələrini müzakirə edəcəklər.

 

 

BƏƏ şirkəti Azərbaycan bazarını tərk edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquqi şəxsi olan “Globalnik Logistics Group Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

 

Bu barədə Aktor.Az ” Vergilər Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.

Nobel prospektində uzun tıxac

Bu gün səhər saatlarında Bakı şəhərinin Nobel prospektində nəqliyyatın hərəkətində uzun tıxac yaranıb.

 

Prospektlə marşrut avtobusları və şəxsi avtomobilləri ilə hərəkət edən sərnişin və sürücülər bildiriblər ki, saat 08:00-dan başlayaraq prospektin “Nargilə” kafesi yerləşən hissəsindən şəhərin mərkəzinə doğru yolda avtomobillərin sıxlığı yaranıb. Bu da həmin hissədə avtomobillərin ləng hərəkət etməsinə səbəb olub.

 

Ermənilər atəşkəs rejimini 94 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

 

Bu barədə Aktor.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Elektrik enerjisinin verilməsində fasilələr yaranıb

Bakı şəhəri və Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. “Report” xəbər verir ki, kəsinti əsasən Abşeron rayonunun Masazır, Saray qəsəbələrində və Suraxanı rayonunun Hövsan və bir sıra kəndlərində qeydə alınıb.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında bildirib ki, elektrik enerjisi verilişindəki fasilə güclü külək və bütün sutka boyu davam edən yağışlarla bağlıdır: “Gecədən etibarən əməkdaşlarımız və texnikamız hadisə yerinə ezam edilib. Hazırda onlar problemin aradan qaldırılması ilə məşğuldur. Bir çox ərazilərdə yaranan qısa fasilə aradan qaldırılıb və abonentlər elektrik enerjisi ilə təmin edilib. Yaxın saatlarda həmin ərazilərdə də problemlər həll ediləcək”.

 

T.Mustafayevin sözlərinə görə, elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir: “Ötən ilə nisbətən bu il çağrı mərkəzinə edilən zənglərin sayında azalma qeydə alınıb. Havanın küləkli və yağışlı keçməsinə baxmayaraq, abonentlərin müraciətləri barmaqla sayılacaq qədərdir”.