Ana Səhifə Blog Səhifə 1020

77 yaşlı anasını zorladı – Bakıda daha bir dəhşət

Bakıda 46 yaşlı kişi 77 yaşlı anasını zorlayıb.Qafqazinfo xəbər verir ki, hadisə bu il mayın 23-də paytaxtın Binəqədi rayonunda baş verib.

 

Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində anası, 1940-cı il təvəllüdlü Əsmər Yusubovaya işgəncə verərək, zorlayıb. Anası xəstə və qoca olduğu üçün ona müqavimət göstərə bilməyib və içkili olan T.Yusubov bundan istifadə edərək, anasını döyüb. O, anasına qarşı xüsusi amansızlıqla davranaraq başından dəfələrlə və şillə-yumruqla vurub, sifətində zədələr əmələ gətirib. Nəticədə Ə.Yusubovanın gözünə qan sızıb, beyni silkələnib.

T.Yusubov daha sonra 77 yaşlı anasını yerə yıxaraq, alt paltarını cırıb və lüt soyunduraraq, onu qeyri-təbbi yolla zorlayıb.

 

Telman Yusubov sexdən təkər oğurlamağa görə də ittiham edilir.

 

O, istintaqa ifadəsində deyib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur: “Uşaq vaxtından bəri 4 saylı ruhi əsəb poliklinikasında qeydiyyatdayam, orada da müalicə olunmuşam. Hazırda xəstəyəm, içki içəndə huşum başımdan çıxır, nə hərəkət etdiyimi bilmirəm. Anam ilə son vaxtlar münasibətlərimiz yaxşı deyil, tez-tez aramızda münaqişə olurdu. Həmin gün də qəsəbədə mağazadan araq alıb başıma çəkdim. Sərxoş olduğum üçün anama nə etdiyim, hansı səbəbdən etdiyim yadımda deyil. Mənim həm də yaddaş pozğunluğum var deyə konkret bir şey deyə bilmirəm. Xahiş edirəm, mənim ruhi əsəb xəstəliyindən müalicə olunmağıma kömək edəsiniz”.

 

Təqsirləndirilən T.Yusubov qeyd edib ki, bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə tək yaşayıb.

 

T.Yusubov 2016-cı ildə Dağıstanda yaşayan Zəminə Yusubova ilə evlənib, qadın orada qaldığı üçün tez-tez Dərbəndə gedib-gəlib.

 

Ə.Yusubovanı kimin zorlaması onun gecə köynəyindən götürülən spermadan bilinib. Ekspertiza nəticəsində spermanın Ə.Yusubovanın oğluna məxsus olması müəyyənləşdirilib.

 

Zorlanmaya məruz qalan Əsmər Yusubova da əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Təqsirləndirilən T.Yusubovanın cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun icraatında baxılır.

Təşkilat sədrindən Arzu Qeybullayevaya sərt cavab – VYANADA

Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media üzrə ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada keçirilən “İnternet azadlığı konfransı: İnternet medianın rolu və vəzifələri” adlı konfransda iştirak edir.

 

Aktor.Az-ın xəbərinə görə, tədbirə ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri də qatılıblar.

 

Konfransda çıxış edən ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemləri qaldırmaqla yanaşı Azərbaycan əleyhinə neqativ fikirlər söyləyən Arzu Qeybullayevaya sərt cavab verib:

 

“Hörmətli xanımlar və cənablar. Məndən öncə çıxış edən dəyərli həmkarlarım Avropada və dünyada yeni medianın inkişaf perspektivləri, mövcud problemləri barədə geniş məruzə etdilər. Mən də çıxışımda Azərbaycanda, Cənubi Qafqaz regionunda internet medianın vəziyyəti, mövcud problemlər barədə danışacam. Artıq 26 ildir ki, Azərbaycan müstəqillik əldə edib, demokratik inkişaf yoluna qədəm qoyub.

 

Heç kimə sirr deyil ki, keçmiş sovet ölkələrinin böyük əksəriyyəti keçid dövrünü itkilərlə keçiriblər. Bəzi ölkələrdə bu proses hələ də davam edir. Azərbacyan bu prosesi minimum itki ilə başa vurum. Bu prosesdə azad jurnalistikanın rolu çox böyükdür. Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklamdan olur. Sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir.

 

Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu sadəcə mümkün deyil. Digər  tərəfdən biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib”.

 

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcək.

YUNESKO-da yeni baş direktor

Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.

 

Aktor.Az xəbər verir ki, səsvermədə Azule 30 səs toplayıb, rəqibi qətərli Həməd bin Ədüləziz Əl-Kavari 28 səs toplayıb.

 

 

Ayselin “Qadın”ına klip çəkildi – VİDEO

Həmişə tamaşaçıları və dinləyicilərinin görüşünə fərqli layihələrlə gələn “Ozan MVV Production” bu dəfə də yeni, maraqlı klip təqdim edib.

 

Aktor.Az xəbər verir ki, söhbət gənc və istedadlı şairə Aysel Xanlar qızı Səfərlinin müəllifi olduğu “Qadın” adlı şerinə çəkilmiş klipdən gedir. Şairənin dilindən səslənən görüntülər Azərbaycan klip sənətində orijinallığı ilə seçilir. Layihənin prodüseri, bir çox media layihəsinə imza atmış, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan, “Ozan MVV Production”-nun baş direktoru,tanınmış prodüser Altay Yaşardır.

 

Altay Yaşarın dediklərinə görə, ümumi mövzu qadın olsa da, şairənin yanaşması fərqli və maraqlıdır.

 

Onu da qeyd edək ki, “Qadın” klipinin rejissoru Elnur Elmanoğludur.

 

 

Xatırladaq  ki, 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olan Aysel Xanlar qızı Səfərli ixtisasca filoloqdur.

Uşaq yaşlarından şeirə,musiqi və ədəbiyyata olan böyük sevgisi, marağı və içində qaynayan ilham bulağı onu şeirlər yazmağa sövq edib.

“Ziya” ədəbi məclisinin yetirməsi olan Aysel məktəb illərindən müxtəlif qəzet və jurnallarda,(“Ulduz”,”Məşəl”,Ədəbiyyat və s.)almanax şeirlər kitablarında şeirləri ilə çıxış edir.

2003-cü ildə Bakı “Şirvannəşrdə” işıq üzü görən “Bir dünya var”adlı kiçik şeirlər kitabının müəllifidir. Rayon ve respublika tədbirlərinin fəal iştirakçısı olub. Uzun illər İspaniya Krallığında yaşadığı müddətdə şeirlər yazmağa davam etsə də,mətbuatdan bir az uzaq düşmüşdü.

Ailəlidir, bir qızı,bir oğlu var.Həyat yoldaşı Səfa Rəşid də yaradıcılıqla məşğul olur,mətbuatda şeirləri dərc olunur.

İncəsənət və yaradıcılığa olan vurğunluq ailədə uşaqlardan da yan keçməyib.Uşaqlarda olan rəsm qabiliyyəti, şahmat, musiqi bacarığı bunu bir daha sübut edir.

 

 

 

 

США лгут всему миру – Эрдоган

Представители США, которые утверждают, что не могут встретиться с арестованным сотрудником американского генконсульства в Стамбуле, лгут. Об этом заявил турецкий лидер Реджеп Тайип Эрдоган.

 

«США лгут всему миру. Никто не запрашивал встречи с сотрудником их консульства после его ареста 4 октября. Им нужен документ? Его даст не МИД, а суд», — приводит РИА Новости заявление президента, сделанное в ходе выступления в Анкаре.

 

Он также отметил, что Турцию серьёзно беспокоит двуличие стран, которые называют себя партнёрами Анкары.

 

«При встречах с глазу на глаз они дают обещания и гарантии, а за нашей спиной ведут грязные игры, которые приняли такой характер, что их уже невозможно скрыть», — заключил он.

 

Ранее Эрдоган сравнил действия США с попыткой укротить льва.

 

8 октября посольство США в Турции приостановило выдачу неиммиграционных виз турецким гражданам после решения об аресте сотрудника генконсульства в Стамбуле Метина Топуза.

 

Впоследствии посольство Турции в США объявило об аналогичном решении.

 

 

Bunun adı ikili standart, islamofobiya və ədalətdən uzaq davranışdır

Bu günə qədər Avropa Şurasında Azərbaycanla bağlı bir çox müzakirələr aparılıb və qətnamələr qəbul edilib. Dünən də AŞPA-da Azərbaycan əleyhində iki qərəzli qətnamə qəbul edildi, bəzi​ ​dairələrin istəyi ilə məqsədli çıxışlar, tənqidi fikirlər səsləndirildi. AŞPA-da aparılan müzakirələrdə hər zaman Azərbaycan əleyhində qərəzli çıxışlarıyla gündəm yaradan qrupların varlığı heç zaman diqqətdən yayınmır. Ümumiyyətlə isə AŞPA-nın ayrı-ayrı ölkələrlə bağlı müzakirələrinə nəzər saldıqda əhalisi müsəlman olan ölkələrə qarşı göstərilən münasibətin hər zaman ikili standartlarla aparıldığını görürük.

 

Bir çox Avropa ölkəsinin AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi əksər hallarda görməzdən gəlinir. Amma nədənsə mövzu Türkiyə və Azərbaycana gəlincə AŞPA içərisində sözügedən​ ​qrupların səyləri ilə bu iki ölkə haqqında sərt çıxışlar və qərəzli qətnamələr qəbul edilir. İnsanın diqqətini bu cür ikili standartlara məruz qalan iki ölkənin ikisinin də müsəlman ölkəsi olması çəkir. Bu isə bizə AŞPA içərisində müsəlman ölkələrə qarşı anti​-​təbliğat kampaniyası aparan qrupların​ ​islam​o​fob dairələrin təsiri altında olduğundan və yaxud birbaşa olaraq həmin dərin dairələr tərəfindən təlimatlandırıldığından xəbər verir. AŞPA-da Azərbaycan əleyhində aparılan anti-təbliğat kampaniyası da bu məsələnin tərkib hissəsidir.

 

25 ildən çoxdur ki Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının təməl insan hüquqları Ermənistan tərəfindən pozulub və həmin insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən parlamentarilərin istəkləri həqiqətən demokratik dəyərlərin, insan haqq və hüquqlarının qorunmasıdırsa o zaman bizə 1 milyondan çox insanın təməl hüquqlarını pozan təcavüzkar Ermən​i​stana qarşı müzakirələr zamanı etdikləri çıxışları, qəbul etdirdikləri qətnamələri göstərsinlər.

 

Bundan əlavə beş-on nəfər cinsi ​azğının “hüquqlarını” qorumaq üçün az qala Avropanı ayağa qaldıranları görəsən bir milyon insanın haqq və hüquqları heç maraqlandırmır? Bu necə insan h​ü​quqlarının müdafiəsidir? Xeyr, bunun adı ikili standart, islam​o​fobiya, haqq və ədalətdən uzaq bir davranışdır.

 

Ramiq Vəliyev

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri

 

Bakı-Gəncə sürət qatarı ilə gediş haqqı açıqlandı

Sürət qatarlarında Bakı-Gəncə yolu üzrə gediş haqqı açıqlanıb.Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov sürət qatarlarında Bakı-Gəncə üzrə gediş haqqının ilkin qiymətləndirməyə əsasən 10-14 dollar olacağını bildirib:

 

“Yəni biletin qiyməti 20 manatdan çox olmayacaq”.

Израиль покидает ЮНЕСКО

Израиль покидает ЮНЕСКО вслед за США. Решение вступает в силу 31 декабря будущего года.Премьер-министр Израиля Беньямин Нетаньяху назвал это решение «смелым» и поддержал его. Он поручил МИД своей страны подготовить аналогичное. По словам премьера, эта организация «превратилась в театр абсурда. Вместо того, чтобы сохранять историю, она ее искажает».

 

Напомним, у Израиля сложились напряженные отношения с ЮНЕСКО, где регулярно оспаривают правомерность его контроля над историческим центром Иерусалима и районами Западного берега реки Иордан.

 

США впервые решили выйти из ЮНЕСКО еще в 1985 году, обвинив ее в антиамериканизме и расточительстве. Но в 2003-м возобновили свое членство. Вплоть до недавнего времени Вашингтон был главным донором организации. Однако в 2011-м после принятия в ее ряды Палестины США, а затем и Израиль, отказались платить взносы. В итоге международная организация лишилась 22% своего финансирования.

 

В Список всемирного наследия ЮНЕСКО включены 23 объекта, расположенные в США и девять израильских. В их числе Статуя Свободы в Нью-Йорке, древняя крепость Масада и Белый город в Тель-Авиве.

“Nə qədər istədim özümü ona sırıyam, almadı məni” – Nura Suri

“Xəzər” televiziyasında yayımlanan “5/5” verilişində sualları cavablandıran müğənni Nura Suri Samir Cavadzadə ilə münasibətlərinə aydınlıq gətirib.Milli.Az xəbər verir ki, cazibədar ifaçı Samirlə bağlı danışarkən maraqlı etirafları ilə diqqət çəkib:

 

“Ümimiyyətlə, hamı onu itirib, hamı da mənə zəng edir. Deyirəm, vallah, özüm itirmişəm. Sevgili olduğumuz haqda söz də çıxdı. Desinlər də! Nə fərqi var ki. Mən Samiri çox istəyirəm. Nə qədər istədim özümü ona sırıyam, almadı məni. Aylarla, illərlə Samir itir. Sonra heç nə olmamış kimi qayıdır. O arvadlar olar e ər-ər gedib, gəzər, gələr. Samiri olduğu kimi qəbul edirəm. Gördüm məni alan yoxdur, evdə qalmışam. Dedim, Samir, ürəyim partlayır, məni al. İndi hardadır, tapa bilmirəm”.

 

Qadın akulanı tutdu və dənizə buraxdı – VİDEO

Avstraliyada maraqli hadisə baş verib. Aktor.Az xarici mediaya istinadən xəbər verir ki, təsadüf nəticəsində akula Sidney sahillərində yerləşən açıq hovuza üzüb düşüb və həmin yerdən geri – açıq dənizə qayıda bilməyib.

 

Bunu görən Melissa Hezer çəkinmədən onu açıq sulara qaytarıb. Onun bu hərəkəti ətrafdakılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Həmin anı təqdim edirik: