Ana Səhifə Blog Səhifə 1021

Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb.

 

Aktor.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

 

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib.

 

Yağış nə vaxta kimi davam edəcək? – AÇIQLAMA

“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

 

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Qulu Kəngərlinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Qulu Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edib. Belə ki, Qulu Kəngərli qanlı 20 Yanvar günlərində qırğına məruz qalmış vətəndaşlarımızın fotolarını ilk olaraq dünyaya yaymağa müvəffəq olub. Həmçinin qanlı Yanvar hadisələrinə dair film ssenarisi yazıb.

Qeyd edilib ki, Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, “Şəhidlər-2” bukletlərini çap etdirib.

1991-ci ildə Azərbaycan və rus dillərində “Qanlı Yanvar şəhidləri” kitabı işıq üzü görüb.

Tahir Aydınoğlu deyib ki, Qulu Kəngərli həm də yaradıcı insandır. Onun zəhməti hesabına Azərbaycan ədiblərinin əsərləri Daşkənddə özbək dilində çap olunub. Beləliklə, bu dildə 17 kitab işıq üzü görüb. Bu nəşrlərin tərtibçisi kimi onun əməyi böyükdür. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında “Sürgün” sənədli filmi çəkilib. Hazırda Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab üzərində işləyir.

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Qulu Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır. Bildirib ki, Qulu Kəngərli Özbəkistanda davamlı olaraq Azərbaycanla bağlı kitabların çap edilib yayılmasında böyük xidmətlər göstərir. Nizami Cəfərov bu sırada Sabir Rüstəmxanlı, tarixi romanlar müəllifi Yunus Oğuz, eləcə də digər müəlliflərin kitablarının Özbəkistanda geniş yayıldığını diqqətə çatdırıb və Qulu Kəngərlıinin əməyini yüksək qiymətləndirib. Millət vəkili deyib ki, Özbəkistan türk dünyasının ən böyük mədəniyyət mərkəzlərindən biridir və burada Oğuz cəmiyyəti yaşayır. Nizami Cəfərov Qulu Kəngərlinin bu fəaliyyətinin Azərbaycan-Özbəkistan əlaqələrinin, xüsusilə iki ölkə arasında mədəni sahədə əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Xalq şairi Sabir Rüstəmxanlı da Qulu Kəngərli fəaliyyətini təqdir edib. Alqışlayıb. Bildirib ki, Qulu Kəngərlidə ədəbiyyata, mədəniyyətə aşiqlik var. Son illərdə ortaq türk dili, ədəbiyyatı barədə çox danışdığımızı, lakin bu istiqamətdə konkret heç bir addım atmadığımızı deyən xalq şairi deyib ki, Qulu Kəngərlinin fəaliyyəti, ədəbi yaradıcılığı əslində ortaq dil və əlifbanın formalaşmasına təkan verir. Məhz bu kimi fəaliyətlərin Azərbaycan-Özbəkistan əməkdaşlığına da müsbət təsir göstərdiyini deyən Sabir Rüstəmxanlının sözlərinə görə, Bakı ilə Daşkənd arasında ədəbi və bədii sahələrdə əlaqələrin inkişafında böyük xidmətləri olmuş şəxslərdən biri də məhz Qulu Kəngərlidir. Tədbirdə çıxış edən AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə, ədəbiyyatşünas, tərcüməçi-publisist Ramiz Əsgər və digərləri Qulu Kəngərlinin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dəyərli töhfələr verdiyini vurğulayıblar. Həmçinin qeyd edilib ki, Qulu Kəngərli bu fəaliyyəti ilə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına da öz töhfəsini verir. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanda indiyə qədər 4 kitabının tərcümə edilərək yayıldığını və beşinci kitabı üzərində iş getdiyini deyib. Bildirib ki, bütün bunların ərsəyə gəlməsində Qulu Kəngərlinin əməyi böyük olub. Yunus Oğuz “Əmir Teymur” kitabının Özbəkistanda tərcümə olunub yayılması barədə ətraflı məlumat verib: “Özbəkistanda kitab sərgisində Sabir Rüstəmxanlı məni Usman Kuçkarla tanış etdi. Usman Kuçkar Əmir Teymur haqqında kitab yazdığımı bildikdən sonra onu özbək dilinə tərcümə etmək istəyini ifadə etdi. Təxminən 2 ay sonra mənə zəng edərək kitabın özbək dili variantının hazır olduğunu dedi və mən də Özbəkistana səfər etdim. Ancaq bir neçə gün biz həmin kitabın təqdimatının keçirilməsinə nail olmaq üçün heç bir iş görə bilmədik və hansı idarəyə, təşkilata getdiksə, bizi qapıdan qaytardılar”. Yunus Oğuz deyib ki, o zaman Qulu Kəngərli mərhum Özbəkistan prezidenti İslam Kərimova teleqram vurmağı məsləhət görüb: “Qulu Kəngərli bildirdi ki, İslam Kərimov xarici ölkədən gələn teleqramlara xüsusi diqqət edir. Mən də Azərbaycandan İslam Kərimovun adına teleqram vurdum və niyyətimi açıqladım. İki həftə sonra Usman Kuçkar mənə zəng vurub dedi ki, 13 vərəqlik tərcümeyi hal lazımdır və kitabın təqdimatı keçiriləcək. Beləliklə, həmin kitabın Özbəkistanda geniş təqdimat mərasimi keçirildi və Usman Kuçkarı da o zaman nəşriyyatın baş direktoru təyin etdilər”. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Qulu Kəngərlinin media təmsilçisi kimi də yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyib. Bildirib ki, Qulu Kəngərlinin Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin inkişafında xidmətləri əvəzsizdir. Elçin Mirzəbəyli deyib ki, Qulu Kəngərli Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edir. Tanınmış özbək yazıçısı Şöhrət Barlas da Qulu Kəngərlinin fəaliyyətini təqdir edərək onun gördüyü işlərin iki ölkə arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını bildirib. Sonda çıxış edən Qulu Kəngərli bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib. Bildirib ki, bu fəaliyyəti özünə borc bilir və maksimum dərəcədə Azərbaycan mədəniyyəti, ədəbiyyatını təbliğ etməyə, yaymağa çalışacaq. Qulu Kəngərli yaxın vaxtlarda daha bir neçə kitabın da özbək dilində bu ölkədə yayılacağına diqqət çəkib. Qulu Kəngərli bu işdə ona Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və şəxsən Mərkəzin rəhbəri Samir Abbasovun yaxından dəstək verdiyini söyləyib. Bildirib ki, hətta Samir Abbasov bu kimi işlərin görülməsi üçün Mərkəzin binasında Qulu Kəngərli üçün otaq da ayırıb. Qulu Kəngərli bundan sonra da media ilə yanaşı. ədəbi və bədii sahədə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Azərbaycanda yeni nazir təyin edildi

Prezident İlham Əliyev Pərviz Şahbazovun energetika naziri postuna təyin edilməsi barədə sərəncam imzalayıb.Aktor.Az xəbər verir ki, P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

 

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

 

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.

 

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Telefon oğrusu yaxalanıb

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmayıb. Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

 

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, “Samsung” və “İphone -7” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Sabahın havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı

Bakı gələcəkdə də töhfə verməyə hazırdır – Prezident

Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

 

Dövlətimizin başçısı çıxışında təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə də toxunub:

 

“Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”.

Sabirin virtual muzeyi təqdim olunacaq – BMM-də

Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mirzə Ələkbər Sabir Fondu dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsini təqdim edəcək.

 

Aktor.Az xəbər verir ki, layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb. M.Ə.Sabirin 1912-ci ildən bu günlərimizədək çap olunmuş kitabları, əsərlərinin müxtəlif dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü, muzeyin tikilməkdə olan yeni görüntüsünün maketi, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb.

 

Qeyd edək ki, şairə aid bütün məlumatların daxil ola bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.

 

Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Lüt rusiyalı turistin ölüm görüntüsü kameraya düşdü – VİDEO (18+)

Rusiyanın Ren TV telekanalında rusiyalı xanım turistin Dominikan Respublikasında faciəvi şəkildə ölməsi ilə bağlı xəbər efirə verilib.

 

Aktor.Az-ın sözügedən kanala istinadən məlumatına görə, videoda lüt şəkildə əylənən xanımın bir anda ölməsi əks olunub.

 

TV-nin iddiasına əsasən, onu yaxından sürətlə keçən nəqliyyat vasitəsi vurub.

 

 

Bu avtobuslardan adam iyrənir… – BNA cavab vermir

0

Bakıdakı bəzi avtobusların oturacaqları bərbad durumdadır.Bu haqda Milli.az-a Bakı şəhər, Binəqədi rayon sakini Asif Əhmədov məlumat verib. Sayta müraciət edən sakin paytaxtdakı sərnişin nəqliyyatında istifadə edilən avtobuslardakı antisanitariyadan şikayətlənib. Onun sözlərinə görə, həmin avtobuslar guya Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindən keçsə də, adam oturacaqlardan iyrənir:

 

“BNA-nın yoxlamasından keçən bir sıra marşrut avtobuslarına guya onların dezinfeksiya olunduğu, avtobuslarda video müşahidə aparıldığına dair stikerlər vurulub. Halbuki, orada nə hər hansı dezinfeksiyadan, nə də kameradan danışmaq olmaz. Həmin stikerlərin vurulduğu elə avtobuslar var ki, adam iyrəndiyindən heç oturacağa oturmaq belə istərmir. Belə olduğu təqdirdə o stikerlər nə üçün və hansı əsasla vurulur? Niyə həmin avtobuslar dezinfeksiya olunmur? Niyə oturacaqların örtükləri vaxtında dəyişdirilmir? Niyə buna lazımi nəzarət edilib tədbir görülmür?!”

 

Məsələ ilə bağlı sayt bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.