Ana Səhifə Blog Səhifə 1019

İrəvan Dövlət Dram Teatrında yeni təyinat

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni təyinat olub.

 

Aktor.Az-ın məlumatına görə, teatrın mətbuat katibi vəzifəsinə Teymur Bayramov təyin olunub.

 

Qeyd edək ki, T. Bayramov əvvəllər AzTV və ATV telekanallarında çalışıb

“Mirzə Ələkbər Sabir virtual muzeyi” təqdim edildi – FOTOLAR

Bu gün  Mirzə Ələkbər Sabir Fondu dahi şairin  155 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində  “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimatını etdi.

 

Aktor.Az xəbər verir ki, ziyalıların, elm adamlarının, jurnalistlərin, QHT nümayəndələrinin, sənətkarların, tələbələrin də qatıldığı bu tədbiri giriş sözü ilə tanınmış jurnalist Vəsilə Vahidqızı açaraq belə bir layihənin  həyata keçırılməsini ictimiyyət arasında çox müsbət bir rezonans yaradacağını vurğulayaraq bunun sabirsevərlər üçün əvəzsiz bir töhvə olduğu qeyd etdi.

 

Daha sonra söz alan layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihədə Sabirə aid olub müxtəlif mənbələrdə – kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə,  internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığı qedy etdi.

 

Nəzərə çatdıraq ki, şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə  həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin  1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı  Məmmədsəlimin sağlığındaikən  xatirələri əsasında hazırlatdırdığı  maketı və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar  müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin  təmirdən oncəki 360 Panoramik görüntüsü və  muzeyin maketin əsasında  tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da  virtual muzeydə yer alıb. S.Tahirli  qeyd etdi  ki, şairə aid bütün məlumatların daxil ola bildiyi  vahid baza ilk dəfə olaraq yaradılır.

 

Daha sonra  saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli  “Virtual muzey”ın təqdimatını etdi. Təqdimatdan sonra  AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova,  Beynəlxalq Avrasiya Mətbuat  fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar Bayramov, sabirşünas professor Alxan  Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış etdilər.

 

Sonda şairin ABŞ-da yaşayan nəvəsi  və tədbirə SKYPE vasitəsilə qoşulan Gündüz Tahirli hər kəsi  salamlayaraq ədibin Şamaxıda tikilməkdə olan muzeyinin inşası barədə məlumatlar verdi.

 

“Mirzə Ələkbər Sabir virtual muzeyi” ilə bağlı daha ətraflı http://sabirmuseum.az/ ünvanından tanış ola bilərsiniz.

 

 

 

 

 

 

 

 

Nömrələr belə hazırlanır – DYP həmin otağı nümayiş etdirdi – VIDEO

Dövlət qeydiyyat nişanlarının üzərindəki defis işarəsinin pozulmasına görə dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yoxdur.Xəzərxəbər  məlumat verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıq və avadanlıqlar verməklə, yol polislərinin rayon şöbələrini təlimatlandırıb. Sürücülər bir ay ərzində istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda, Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq, həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.

 

Çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox avtomobilin nömrə nişanında defis işarəsi ağ rəngdədir. Halbuki, bu, qanunla qadağandır.

 

Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində nömrələrin hazırlandığı otaqda çəkiliş apararkən müəyyən etdik ki, çap prosesində defisin ağ qalması mümkünsüzdür. Çünki nömrənin üzərində hərflər və rəqəmlər yazıldıqdan sonra o, nömrə tanınma cihazından qeydiyyatdan keçirilir. Əgər nömrədə hanısa bir çatışmazlıq varsa, o, cihazda tanınmır.

 

Onu da qeyd edək ki, yol polisi belə sürücülərə gələn ayın 12-nə qədər vaxt verib ki, avtomobillərinin nömrə nişanını standartlara uyğunlaşdırsınlar. Əks halda 50 manat məbləğində cərimə ediləcəklər.

 

Bakıda iki sərnişin avtobusu toqquşdu – 15 yaralı / FOTOLAR

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var. Yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, “Neftçilər” metrostansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusun ümumilikdə 15 sərnişini xəsarət alıb.

 

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır. /Report

 

 

Араз Агаларов сломал два ребра – ВИДЕО

Российский олигарх азербайджанского происхождения Араз Агаларов переусердствовал во время занятий спортом.

 

Как рассказал сам бизнесмен, у него поломаны два ребра. «Я сейчас еле стою. Еще недели две не смогу активно заниматься спортом», – заявил Араз Агаларов телеканалу «Жара» на презентации Crocus Fitness.

 

«Мальчик поиграл в волейбол», – с улыбкой добавил сын Агаларова Эмин, поглядывая на отца.

 

 

Rusiyanın məqsədi Ermənistanı silahlandırmaqdır – DEPUTAT

Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətinə kredit verməsində məqsəd həmin ölkəni silahlandırmaqdır.Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

 

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün kredit verməsi Azərbaycanda da müəyyən suallar yaradır:

 

“Nəzərə alaq ki, silahlar satılmır, onlar kreditlə verilir. Bu gün Ermənistan çox zəif iqtisadiyyata malikdir və büdcəsini çətinliklə toplayır. Kreditin 20 il müddətində verilməsində məqsəd Ermənistanı silahlandırmaqdır. Hesab edirəm ki, bu məsələnin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində qaldırılması heç də doğru addım deyil”.

 

A.Mirzəzadə əlavə edib ki, müqaviləyə əsasən, 100 milyon dollar məbləğində kredit Ermənistana 20 il müddətinə verilir.

 

Onun fikrincə, 100 milyon dollar bu gün müharibə aparan ölkə üçün çox aşağı bir məbləğdir:

 

“Ermənistana 100 milyon dollarlıq silah tədarük ediləcək. Ermənistanın sərbəst vəsaiti olsaydı, o, silah bazarında özünün sərbəst seçimini edə bilərdi. Reallıq odur ki, Ermənistan yenə də xarici ölkələrdən asılı vəziyyətdədir. Ermənistanın siyasəti ona nə güc, nə nüfuz, nə də kapital gətirə bilmir. Azərbaycanın müstəqil xarici siyasəti isə onun bir dövlət kimi güclənməsinə, bölgə üçün əhəmiyyətli olan layihə iştirakçısına çevrilməsinə, ən əsası ösə özünün haqq-ədalət işini düyada qəbul etdirməsinə səbəb olub”.

 

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

 

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Gəncədə qatil saxlanıldı

Gəncədə qətl törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı verilən məlumatda deyilir ki, oktyabrın 12-də saat 2 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.

Kerri Trampı tənqid etdi

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi üzrə qərarı ilə beynəlxalq böhran yaradır.Bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib.

 

O əlavə edib ki, bu qərarı ilə ABŞ lideri təhlükəsizlik sahəsində özünün və müttəfiqlərinin milli maraqlarını zərbə altına qoymuş olur.

 

 

Türkiyədə eks-spiker özündən 28 yaş kiçik katibəsi ilə evləndi-VİDEO/FOTO

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Ədalət və İnkişaf Partiyasından (AKP) seçilən millət vəkili Mehmet Əli Şahin özündən 28 yaş kiçik keçmiş katibəsi ilə evlənib.

 

Türkiyə mediasını xəbər verir ki, millət vəkilinin evləndiyi 39 yaşlı xanım bir müddət öncəyə qədər AKP Mərkəzi Qərargahında katibə olaraq çalışıb.

 

Xatırladaq ki, 4 uşaq atası olan 67 yaşlı Mehmet Əli Şahinin birinci həyat yoldaşı üç il əvvəl vəfat edib.

1671846_7e591478dcbfaada268d08282c2ac6ae_640x640

Azərbaycanlı teleaparıcını ilan sancması anının VİDEOSU yayıldı

Xəbər verdiyimiz kimi, məşhur teleaparıcı İlqar Mikayıloğlunu Füzuli rayonunda “İlqarla bir gün” verilişinin çəkilişləri zamanı ilan sancmışdı.Oxu.Az-a xəbər verir ki, aparıcı sosial şəbəkədə həmin kadrları paylaşıb.

 

Qeyd edək ki, İlqar Mikayıloğlunu ilan sancması geniş müzakirələrə səbəb olmuşdu. Bir çoxları bu xəbərin şou xətrinə yayıldığını deyirdilər.

 

Amma kadrlar əksini sübut edib.