Ana Səhifə Blog Səhifə 1018

Mehriban Əliyeva oğlu üçün şam hazırladı – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə maraqlı paylaşım edib.

 

Aktor.Az xəbər verir ki, o, qardaşı Heydər Əliyevin şam yeməyinin fotosunu paylaşıb və yeməyi birinci-vitse prezident Mehriban Əliyevanın hazırladığını qeyd edib: “Heydər üçün şam yeməyi. Anamın bişirdiyi qayğanaq! Nuş olsun!”

 

Bakıda kişi özünü 7-ci mərtəbədən atdı

0

Bakıda intihar olub.APA-nın məlumatına görə, Binəqədi rayonu, 8-ci mikrorayon, Axundov küçəsi ev 3A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan 1942-ci il təvəllüdlü Vahid Feyzulla oğlu Rüstəmov yaşadığı evin eyvanından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

 

Rüstəmovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Moskvanın mərkəzində ermənini güllələdilər

Moskvanın mərkəzində naməlum şəxslər bir nəfərə atəş açıblar.

 

Aktor.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, güllələnən şəxs 44 yaşlı erməni sahibkarı olub. O, səhər saatlarında avtomobilindən enərkən silahlı hücuma məruz qalıb.

 

Rusiyanın aidiyyəti qurumlarının məlumatına görə, qətl sifarişlə həyata keçirilib.

 

Gürcüstanda erməni və gürcülərin etnik prosesləri: Yakob Axuaşvili

“Vaxt ötür, əsrlər bir-birini əvəz edir, həyat davam edir, suyumuzu bulandıran ermənilər isə dəyişməz olaraq qalırlar və bizimlə o qədər şey üstündə mübahisə edirlər ki, saymaqla qurtarmaq olmaz.

 

Akademik Suren Ayvazyanın dərc etdirdiyi və yaydığı məqalə Axalsixe və Axalkalakidə yaşayan ermənilərə aiddir.

Öz qəzetində o qədər böhtan yazmışdır ki, nəhyət, ona cavab yazmağa, «Dro» («Zaman») qəzetində dərc etdirməyə məcbur oldum.

Bu məqalənin arxasınca 300 səhifəlik «Yeni daşların fəryadı və yaxud biz bu torpaqda qonağıq ya yox?» kitabını yazdım.

Yeri düşmüşkən, bu sözügedən kitabda əhatə olunmuş mövzuları ardıcıl sadalamağı özümə börc hesab edirəm.

Mövzular bunlardır: «Kimdir ermənilər?», «Ermənistanın qısa tarixi şərhi», « Ermənilər Kvemo Kartlidə», «Ermənilər Tetrisxaro torpaqlarında», «Qruzinlər» sən demə başdan «qruzçiklər» olmuşuq» və sair.

Gürcülərə qarşı Suren Ayvazyanın qəlbi kin-küdurət ilə doludur.

 

 

Şota Rustaveli, Georgi Saakadze, İosif Stalin, Bonapart Napoleon və başqaları erməni alimlərinin fikrincə erməni imişlər.Ermənilər gürcülərə böhtanlar yağdırmağı çoxlu yalanlar yaxmağı sevirlər.

Onlar gürcü soyadlarının sonluqlarının nə zaman necə dəyişdirilməsini , Tiflis şəhəri başçılarının kimlər olduğunu özləri bilən kimi düşünürlər.

Bu suallardan başqa mənim kitabımda «Yakob Qoqebaşvili – Tiflis haqqında həqiqət», «İlya Çavçavadze- Erməni alimləri və «Daşların fəryadı», «Vaja Pşavela-Hayos və Kartlos», «Akaki Sereteli- Mənim tövbəm», Kita Buaçidze – «Qara kitab»dan sitatlar» (cəmisi 296 səhifə, Tbilisi, 2005-ci il).

«Somexi» adını onlara gürcülər qoymuşlar. («Somxiti» sözünü müqayisə edin) Armənlər düşmənlər tərəfindən daim hücumlara məruz qaldıqlarından xilas olmanın çarəsini Gürcüstan çarlığı hüdudları daxilində axtarırdılar. Məhz elə burada da özlərinə sığınacaq tapmışlar. Qədim zamanlar tez-tez Gürcüstana gələrək burda yurd salırdılar. Onlar əvvəlcə yığcam şəklində məskunlaşmırdı, Kvemo Kartli, Tetrisxaro torpaqlarına, Cənubi Gürcüstana- Axalsixe-Axalkalaki diyarlarına , Kaxetə –Siğnaği tərəflərə və sair yerlərə gəlirdilər.

 

 

Ermənilər Gürcüstana Samsxe-Cavaxetə kütləvi şəkildə 1829-cu ildə gəldilər. Bu, Rusiya-Türkiyə müharibəsindən sonra baş verdi. Şaumyan, Bolnis-Xaçin, Samğeret, Samşvilde, Durnuk (Böyük və Kiçik) kəndlərində isə 1854-cü ildən məskunlaşmağa başladılar. Bunu arxiv mater ialları, eləcə də rus dilində nəşr olunan «Kavkasskiy kalendar» jurnalı və rus dilli qəzetlər təstiq edir.

Gürcü-erməni əlaqələrində hər şeyin gün kimi aydın olmasına baxmayaraq onların hər halda pis vərdişləri vardır. Onlar hər şeyi qabardılmış şəkildə göstərmək, Gürcüstanda və Tbilisidə öz adlarını ucaltmaq, qarşı tərəfi isə alçaltmaq istəyirlər. Qonşu armenlər bizə qarşı gah onu, gah da bunu uydururlar. Nəhayət isə, tamamilə müvazinətlərini itirdilər və aləmə car çəkərək bildirirlər ki, onlar gürcülərin nəinki qonağı deyil, eləcə də onların sahibidirlər, Gürcüstanın sakinləridirlər, gürcülər isə onların qonaqlarıdır. Onlar bəyan edirlər ki, bircə soyadı gürcü soyadıdır, o da Qamrekeli, qalanları isə erməni soyadlarıdır. Kilsələri-monastrları da ki, tamamilə mənimsəmişlər və bildirirlər ki, Gürcüstanda mövcud olan 653 vahid onlarındır. Büiün səyyahların, o cümlədən Avropa nümayəndələrinin Gürcüstana gəlməsini , ələlxüsus oralı qəzet müxbirlərini , lap elə götürək Avropada keçirilən istənilən ziyafətdə bu və ya digər erməni iştirak edibsə, bütün bu halları özlərinin milli ləyaqətini yüksəldilməsində və gürcülərin təhqir olunmasında bacarıqla istifadə edirlər. Məlum olduğu kimi, ermənilər Hind-Avropa dilləri qrupuna məxsusdurlar. Gürcülərə nisbətən onların soyadları çox qədim vaxtlardan svan soyadlarının təsiri nəticəsində yaranmış, «an» və «yan» suffiksləri ilə qurtarır ki, bu da svanların soyadları üçün xarakterikdir.

 

 

Ermənilərin, eləcə də gürcülərin adları da əsasən ərəmeylərdən, ərəblərdən, türklərdən, farslardan, yəhudilərdən və başqalarından alınmışdır. Məhz elə bu alınan adlar gürcü, eləcə də erməni soyadlarının yaranmasına səbəb olmuşlar. Gürcülər alınan adların formasını dəyişmirdilər və əsas(sözün alındığı) xalqda işləndiyi kimi işlədirdilər. Ermənilər isə alınan adların formasını dəyişirdilər və özlərininki kimi sırıyırdılar. Məsələn, ermənilər xaricdə- Rusiyada, Amerikada, İngiltərədə və sair yerlərdə olduğu kimi. Maskalanır və tamamilə müxtəlif cildlərə girərək adlarının və soyadlarının formasını dəyişirlər. Məlum faktdır ki, bütün xalqların yəhudisi vardır, o cümlədən erməniləri də. Rusiyada yaşayan Aram Mixayloviç Safaryan özünü erməni kimi sırıyırdı. Həqiqətdə isə erməni-yəhudi idi. Bu soyadının əsası , kökü nədir? «Safaryan»da kök «Şöfar»dır ki, bu da xüsusi buynuzların ifadəçisidir. Rabinlərin səs üçün istifadə etdikləri bu buynuzlarla bayram günlərində qonaqları dəvət edirlər. Eləcə də «Aram» adı yəhudi adı olan Abram, İbrahim adından götürülmüşdür ki, bu da «Ulu ata», və yaxud «Yuksəldən» mənasını verir. Məsələn, «Abraham» «çoxlarının atası» mənasını verir. Buradan da Abramyan (ermənicə) və Abramişvili , Abramiya, Abramov və sair götürülmüşdür. Eləcə də Safarov «Şofar»dan götürülmüşdür ki, buna da yunanlarda və müsəlmanlarda rast gəlinir. Gürcülərdə də Safaraşvili soyadı vardır. Gürcüstanda Safari monastrı və gölü vardır. Qeyd etmək istəyirik ki, Lenin qvardiyasında Aram Safaryan adlı birisi var idi ki, bu da erməni ilə deyil, rus ilə deyil, erməni cildinə girmiş yəhudi ilə – yarı rus olan yəhudi ilə evləndi.

 

 

Gürcüstana ermənilər qədəm basan kimi rusların köməklikləri ilə gürcü soyadlarının formasını dəyişməyə, 1873-1886-cı illərdə isə onları erməni qriqoryanlarına çevirməyə, erməniləşdirməyə başladılar. Bu prosesin canlanması 18-ci əsrdən başladı və sonralar başqa proseslər də əlavə olundu.

Məşhur Traktatın imzalanmasından sonra, 1783-cü ildən gürcü soyadlarında «şvili»nin aradan götürülməsi hesabına «ov» rus soyadı sonluğu bərqərar olundu. Təkcə tavad-aznurların deyil, eləcə də kəndlilərin ad və soyadlarının da taleyi belə oldu. Məsələn, Çoloğaşvili, Çolokayevə, Tumanişvili Tumanova və sair çevrildi.

Gürcülərin qriqoryan etiqatının təsiri altına düşməsinə gürcülərin bəzən öz icma kilsəsinin olmaması üzündən mərasimi məcbur olaraq gah yunanların, gah da slavyanların kilsələrində keçirmələri də imkanlar yaradırdı. Əksər hallarda gürcü uşaqlarını erməni keşişləri suya çəkirdilər və adlarının da müvafiq olaraq erməni adları qoyulmasını məsləhət edirdilər. Buna görə də Kvemo Kartlidə erməni adlarından əmələ gəlmiş soyadları yayılmışdır.

Tarixçi professor Quram Maysuradze gürcülərin erməni etiqatına çevrilməsinin bir çox səbəblərini sadalayır.

 

 

O, Mixail Tamaraşvilinin fikirlərini təstiq edərək yazır ki, ermənilər tərəfindən torpaqların alınmasından sonra orada yaşayan gürcülərin bir hissəsi erməni etiqatına keçirdi. Məsələn, Paşişvili Paşikiyan kimi, Donduaşvili Dondarov kimi, Georqadze Qriqoryan kimi edilmişdir. Cavaxetidə də beləcə olmuşdur. Abuladzelər (Cavaxetidə Abul dağı vardır) soyadı Abulovlar və yaxud da Abulyans kimi düzəldilmişdir. Bundan başqa digər faktlar da olmuşdur. Məsələn, gürcü katolik keşişi dua-ibadət mərasimini erməni dilində həyata keçirirdi. Bu işdən ötrü erməni keşişindən istifadə edirdi, sonra isə yenə erməni kilsəsinin nümayəndəliyinə bildirirdi: «Nə istəyirsiniz, rahatlanın, görürsünüz ki. nə latınam, nə də ki, gürcü». Bu cür vasitələrlə camaat xristianlığı qoruyub saxlayırdı, milliyətliliyi ilə qoruya bilmirdi. Buna görə də Pavel və Yakob Poğos və Akopa çevrilirdi, sonra isə Poğosyan və Akopyan soyadları əmələ gəldi. Onu da qeyd etmək lazımdır ki, keçmişdə əksər hallarda milliyət ilə dini bir-biri ilə qarışdırırdılar. Çarlar da dini və milliyəti eyniləşdir irdilər və bu məsələyə diqqət yetirmirdilər.

 

 

Soyadları – adlar və milli əlamətlərdən başqa , eləcə də etiqatın qarışdırılması faktlarına baxmayaraq dövlətlərin ərazi bütövlüyünün pozulması halları da baş verirdi. Məlum olduğu kimi, 1918-ci ilin dekabr ayında Ermənistanın Silahlı Qüvvələri Gürcüstanın dövlət sərhədlərini keçmiş və müharibəyə başlamışdır ki, bunun nəticəsində də Gürcüstanın ərazi bütövlüyü pozuldu. Məsələn, Loru-Taşir həndəvərləri nadir məbədləri ilə, gürcü yazıları ilə və freskaları ilə bu gün Ermənistanın əlindədir. Ona kimi Gürcüstana məxsus idi. Əgər Türkiyə Gürcüstanı mövcuddursa, onda «Ermənistan Gürcüstanı» da mövcud olmalıdır. Bu onu göstərir ki, 1918-ci ildə Ermənistanın zəbt etdiyi və Rusiya hakimiyyətinin ona bərqərar etdiyi Loru-Taşir qədim gürcü torpaqlarıdır.

Bu ərazilərin gürcülərə məxsus olmasını XII, XIII əsrlərə məxsus Məryəm ana adına olan xac-kümbəzli məbədləri təstiq edir.

 

 

Ermənilər tərəfindən 1918-ci ildə törədilən hallar onu göstərir ki, qonşu Ermənistan amansızcasına ərazilərimizi zəbt etməyə cəhd göstərirdi və buna nail də oldu. Həmin vaxtlar Ermənistanın nümayəndələri (Daşnak hökuməti) Tbilisi və Qori ərazilərinin boşaldılmasını tələb edirdilər. Ermənilər həmin vaxtlar Zeqvi körpüsünü də partlatdılar. Həmin vaxtar baş verən bütün şeylər Rusiyanın mürtəce qüvvələrinin köməkliyi ilə planlaşdırılırdı və həyata keçirilirdi.

Gürcülər, eləcə də ermənilər bilməlidirlər ki, 1918-ci ildə gürcülər ilə ermənilər arasında nələr baş verdi.

Sözsüz ki, bu, erməni xalqının böyük səhvi idi.

Gürcüstan bu müharibədə qalib gəldi.

Gürcü qoşunu Ermənistan ərazisinə hücumu həyata keçirdi və İngiltərənin fəal şəkildə müdaxiləsi olmasa idi, güman ki, müharibə geniş xarakter alardı.

 

Yakob Axuaşvili, gürcü tarixçisi

(Gürcü dilindən tərcümə edəni: Mirzə Məmmədoğlu)

 

6 otaqlı ev, həyətdə də avtomobil yandı – Bakıda

0

Bakıda yanğın qeydə alınıb.Fövqəladə Hallar Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan “Qaz” markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

 

Yaxınlıqdaki evlər yanğından mühafizə olunmuşdur.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Porno aktyorlar nə qədər qazanır? – Ən yüksək qonorar AZƏRBAYCANLIDADIR – FOTO

0

Dünyada ən çox çəkilən filmlər pornoqrafiya janrında olanlardır. Porno sektoru internetin kəşfindən sonra inanılmaz şəkildə genişlənib. Bu olay elə bir hala gəlib ki, porno filmlərin çəkilişi dayandırılsa, indiyədək olan ekran işləri əhaliyə 100 il bəs edər.

 

Publika.az xəbər verir ki, sektorun böyüməsi bu filmlərdə baş rol oynayan aktyorlara da marağı artırır. Bu marağın ən başlıcası isə onların aldığı qonorarlarla bağlıdır. Xüsusi bir fədakarlıq tələb edən bu sahədə kimlər nə qədər qazanır?

 

Bu mövzuda sualları cavablandıran şəxs məşhur “LA Direct Models”in rəhbəri Direk Heydir. Bu şirkət sektora yeni simalar qazandırır və aktyorların menecerliyini edir.

 

“Bir qadın bir kişi ilə filmə çəkilirsə 1000 dollar, bir qadınla kamera önünə keçirsə 700 dollar qazanır. Bu məbləğ aktrisanın məşhur olub-olmaması ilə əlaqədar 10-20 faiz arası dəyişir.

 

Əgər bir aktyor və aktrisa əvvəllər yoxlamadıqları pozada əlaqəyə girirlərsə, qonorarın qiyməti artır. Bir aktrisa bir neçə nəfərlə cinsi əlaqəyə girəcəksə, prodüserlər onu razı salmaq üçün əlavə pullar ödəyir.

 

Bu pulların ən çox artdığı məqamlar isə eynicinslilər arasında olan səhnələrdir. Əgər bir aktyor başqa bir aktyorla əlaqəyə girirsə, 2000-8000 dollar əlavə pul alır.

 

Bütün gəlirləri toplayandan sonra bir porno ulduzunun illik gəliri 300.000- 400.000 dollar arası dəyişir.

 

Qeyd edək ki, porno sahəsində azərbaycanlı aktyor və aktrisalar da var. Onlardan ən tanınmışı Muxtar Səfərovdur.

 

O, dünyanın ən böyük cinsiyyət orqanına sahib kişisi olaraq “Ginnesin Rekordlar Kitabı”na da düşüb. Bu sahədən əldə etdiyi gəlir isə filmlərə görə dəyişir. Belə ki, aktyorun dediyinə görə, o, 4 günə 20min avro qazanır.

 

Bakıda rəis müavinini “Vinçestr”lə güllələdilər

Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.Report bildirir ki,insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.

 

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib.

 

Qara Qarayev prospekti, “Ruslan 93” idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

 

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

 

Sabahın hava proqnozu açıqlandı

0

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,

 

Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

 

Qeyd olunur ki, oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur

2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

 

Aktor.Az Rusiyanın Ermənistana müasir silahlar almaq üçün daha 100 milyon dollarlıq güzəştli kredit ayırması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun yazısını təqdim edir:

 

Şübhəsiz ki, əvvəllər də müxtəlif vaxtlarda təcavüzkar Ermənistanın Rusiya tərəfindən silahlandırılması haqqında kifayət qədər faktlar var. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu şərti olaraq mərhələlərə bölsək görərik ki, bu mərhələnin hər biri xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının nəticəsi idi. 1992-ci ilin martında Minsk qrupu yaradılan zaman ATƏT-in vasitəçiliyi bir növ Rusiyaya alternativ kimi qəbul edilirdi. 1993-cü ilin ikinci yarısından 1994-cü ilin dekabrına, yəni, Budapeşt sammitinə qədər olan dövr Rusiyanın regionda nüfuzunun daha da artması ilə xarakterizə olunurdu.

 

Budapeşt sammitindən sonra isə Rusiyanın və ATƏT-in vasitəçilik fəaliyyəti birləşdirildi və Minsk qrupunda Rusiyanın daimi həmsədrliyi möhkəmləndirildi. Güman edilirdi ki, Minsk qrupunda iki həmsədrin olması, Rusiya ilə ATƏT arasında rəqabətin aradan qaldırılmasına və sülh prosesində müsbət nəticələrin əldə ediləcəyinə gətirib çıxaracaq. Lakin 1995-ci ilin əvvəllərindən Qərbin regionda fəallığının artması və sülh prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində getməsi Rusiyanı qane etmirdi.

 

1995-ci il martın 16-da Moskvada Rusiya və Ermənistan arasında 25 il müddətinə müqavilə imzalandı. Bu müqaviləyə görə Ermənistan Respublikasındakı Rusiya hərbi düşərgələrinə hərbi baza statusu verildi və Rusiya qoşunlarının Ermənistanda fəaliyyəti hüquqiləşdirildi. Bununla da Qafqazda hərbi iştirakına hüquqi don geydirmək yolunda növbəti addım atan Rusiya yaxın xarici şəriksiz təsir altında saxlamaq istədiyini bir daha nümayiş etdirdi. Eyni zamanda, Rusiya MDB üzvü olan iki dövlətdən biri – Ermənistanla hərbi əməkdaşlığı gücləndirərək, onunla 1996-cı ilin iyun ayına qədər hərbi sahədə 18 müqavilə imzaladı.

 

Bu ərəfədə Rusiya Federasiyasının MDB ölkələri üzrə əməkdaşlıq naziri Aman Tuleyevin Rusiyanın Ermənistana 1994-1996-cı illərdə müxtəlif növ silah, sursat, o cümlədən 84 tank və 50 PDM satması barədə açıqlaması Azərbaycanda böyük narazılıqla qarşılandı. Azərbaycan Respublikası XİN-nin yaydığı bəyanatda qeyd edilirdi ki, Ermənistan hətta nüvə hücumu vasitələrini daşımağa qadir olan uçuş məsafəsi 300 kilometrə çatan raket komplekslərinə də malikdir.

 

1997-ci il aprelin 11-də Dövlət Duması müdafiə komitəsinin sədri Lev Roxlinin Ermənistana qanunsuz olaraq silah, hərbi texnika və sursat göndərilməsi barədə məruzəsini dinlədi. Məruzədə deyilirdi ki, 1993-1995-ci illərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin müəyyən vəzifəli şəxsləri tərəfindən Ermənistana qanunsuz, gizli və əvəzsiz olaraq Rusiya silahı, o cümlədən 84 ədəd T-72 tankı, 50 ədəd PDM, külli miqdarda R-17 raketi, “Kruq” zenit raket kompleksi, “OSA” zenit raket kompleksi üçün raketlər, “Qrad” yaylım atəşli reaktiv sistemlər, “İqla” səyyar zenit raket qurğuları və bir çox başqa silahlar göndərilmişdir ki, bunların da məbləği 1 milyard Amerika dollarına bərabərdir.

 

Beləliklə, A.Tuleyevin 2 ay öncə dedikləri L.Roxlinin bu məlumatı ilə dövlət səviyyəsində təsdiq olundu. Rusiyanın Ermənistanı Azərbaycanla uzun sürən münaqişədə silahla təmin etməsi faktı yaxşı məlum olsa da, göndərilən çoxlu sayda və müxtəlif növ silahların miqdarı təəccübləndirici idi. Maraq doğuran həm də o idi ki, əvvəl məsələyə çox etinasız yanaşan Rusiya hakim dairələri yeni faktları özləri etiraf edirdilər. Və Rusiyadakı rəhbər vəzifəli şəxslər bu informasiyanın üzə çıxmasından demək olar ki, təəssüflənmirdilər. Bir qədər sonra aydın oldu ki, Rusiyadan Ermənistana silahların göndərilməsi Rusiya hakim dairələrinin birbaşa göstərişi ilə və demək olar ki, dövlət səviyyəsində həyata keçirilmişdir. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Ermənistanı müdafiə etməsi onu göstərirdi ki, Ermənistan regionda Rusiyanın ən yaxın müttəfiqidir.

 

1997-ci il avqustun 29-da Moskvada Rusiya və Ermənistan prezidentləri qarşılıqlı yardım, əməkdaşlıq və dostluq barədə saziş imzaladılar. 23 maddədən ibarət 12 səhifəlik bu sənəddə Rusiya və Ermənistanın öhdəlikləri göstərilirdi. Sənəddə iki dövlət arasında hərbi-strateji, iqtisadi sahələrdə maraqların üst-üstə düşdüyü, qlobal və eləcə də regional problemlərə münasibətdə mövqelərin yaxınlaşdığı qeyd edilirdi. Bu sənəd hər iki dövlətin uzunmüddətli maraqlarına cavab verən və strateji tərəfdaşlıq yolunda ikitərəfli münasibətlərin yeni mərhələsi demək idi.

 

Saziş 25 il müddətinə imzalanmışdı və bu müddətdən sonra 10 ildən bir uzadılması qərara alınmışdı. Sənəd BMT nizamnaməsinin kollektiv müdafiə haqqında 51-ci maddəsinə əsaslanıb qarşılıqlı hərbi yardımın mümkünlüyünü nəzərdə tuturdu. Müqavilədə, həmçinin Ermənistan sərhədlərinin Rusiya ilə birgə qorunması da öz əksini tapmışdı. Bu müqavilənin imzalanması Rusiyanın strateji müttəfiqi olmaqla bərabər, Ermənistanın bütövlükdə Rusiyanın hərbi, siyasi və iqtisadi təsiri altına düşdüyünü bir daha göstərirdi.

 

1998-ci ilin fevralında Ermənistana “S-300 “raketləri, dekabr ayında isə “MİQ-29” təyyarələri göndərildi. Rusiya tərəfi bu dəfə də öz ənənəsinə sadiq qalaraq, bunun Ermənistanda yerləşən Rusiya hərbi bazalarının silahlarının təzələnməsi proqramı çərçivəsində edildiyini bildirdi.

 

Qeyd edək ki, 2013-cü ilin əvvəllərində Rusiya ilə Ermənistan arasında hava vasitəsilə hərbi daşımaların həyata keçirildiyi, Rusiyadan Ermənistana çoxlu sayda silah və sursatın ötürüldüyünə dair məlumatlar da üzə çıxmışdı. Ermənistana verilən silah və texnikalar arasında BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, BTR-70 və BTR-80 tipli zirehli transportyorlar, 2A65 “Msta-B” haubitsaları, 2A36 “Qiatsint-B” topları, 2S3M “Akasiya” özüyeriyən artilleriya qurğuları, habelə çox sayda müxtəlif döyüş sursatları, raketlər, bir divizion “KUB” zenit-raket kompleksi və s. yer almışdı.

 

Beləliklə, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqeyi nəinki problemin dinc vasitələrlə nizama salınması imkanlarını məhdudlaşdırır, eyni zamanda, Qafqaz regionunda sülhün əldə edilməsi yolunda Rusiyanın nüfuzuna da xələl gətirir.

 

Təcavüzkarı silahlandırmaq açıq-açığına onu dəstəkləmək deməkdir. Hesab edirik ki, Rusiya hakimiyyəti bu cür addımlardan çəkinməli və bölgədə sülh və əmin-amanlıq yaradılması üçün səylər artırılmalıdır. Hazırda Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın inhisarındadır. Bundan əlavə, Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edərək, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Əvəzində isə, Ermənistandakı mövcud rejimi silahlandırmaq bir tərəfdən həmin rejimin yaşamasına dəstək verməkdirsə, digər tərəfdən onun təcavüzkarlığına rəvac verməkdir. Bütövlükdə Rusiyanın Ermənistana silah göndərməsi bölgədəki vəziyyəti kəskinləşdirməyə yönələn addımdır. Bu addım, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması deməkdir.

 

Təhlil belə bir fikir söyləməyə əsas verir ki, münaqişənin nizama salınması prosesində “sülhpərvərlik” missiyasını üzərinə götürmüş Rusiyanın MDB kollektiv təhlükəsizlik sistemində müttəfiqi olan və Azərbaycana qarşı təcavüz edən Ermənistanla ayrıca müqavilə bağlayaraq ona hərbi yardım etməsi Rusiyanın Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını pozaraq birtərəfli mövqedə durduğunu göstərir. Bununla yanaşı, Rusiyanın Ermənistanı kredit adı altında silahlandırması, əslində, Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə də tamamilə ziddir. Eyni zamanda, belə bir addım Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistana hərbi yardımı artırması fonunda baş verirsə, bu, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da şübhə altında qoyur.

Azay Quliyev Bişkekdə mətbuat konfransı keçirəcək – FOTO

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.Aktor.Az xəbər verir ki, Azərbaycan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru qismində müşahidə edir. Bu barədə ATƏT PA rəsmi internet səhifəsi oscepa.org məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi hazırda seçki məntəqələrində səsvermənin gedişini və sonra isə səslərin hesablanması prosesini müşahidə edir. Nüfuzlu beynəlxalq media təmsilçilərinin yaydıqları məlumatlara görə seçki prosesi gərgin keçir. ATƏT PA rəsmi internet səhifəsinin yaydığı məlumatda bildirilir ki, sabah oktyabrın 16-da saat 14-30-da Azay Quliyev seçkilərin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq.

 

Qeyd edək ki, ATƏT in hazırkı sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurts Azay Quliyevin Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etməsi üçün onu xüsusi koordinator vəzifəsinə təyin edib. Azay Quliyev Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirir. O, səsvermə gününədək Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirərək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olub.

 

Azay Quliyev sabah Bişkekdə mətbuat konfransı keçirəcək - FOTO

 

Azay Quliyev sabah Bişkekdə mətbuat konfransı keçirəcək - FOTO

 

Azay Quliyev sabah Bişkekdə mətbuat konfransı keçirəcək - FOTO

 

Azay Quliyev sabah Bişkekdə mətbuat konfransı keçirəcək - FOTO