Ana Səhifə Blog Səhifə 1017

Qubaya qar yağdı – 9 sm

Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.

 

Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.

Rusiyanın Ermənistana silahlar verməsi həmsədrliyə ziddir – Vüqar Rəhimzadə

Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməkdə, təcavüzkara dəstək olmaqda davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir. Minsk qrupu münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində bir iş görmür.

 

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

 

O, qeyd edib ki, Rusiyanın Ermənistana bu cür açıq şəkildə dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil: “Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan isə bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti simvolik xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək yox, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər.”

 

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: “Təhlükəsizlik Şurasının üzvləri nəinki ayrı-ayrı regionlarda, bütün dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox sülhə çağırış etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mövcudluğunu bəyan edən Rusiya nə üçün bu gün Ermənistana açıq şəkildə dəstək verir, bu ölkəni silahlandırır? Təbii ki, bu cür suallar ölkəmizin ictimaiyyətini ciddi şəkildə narahat edir. Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ədalətli və obyektiv yanaşmalı, regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir.”

Певец Олег Газманов попал в ДТП

На трассе в Уральском районе Пермского края попал в ДТП российский певец Олег Газманов, который ехал на концерт. Об этом сам артист сообщил в своем Instagram, предупредив подписчиков об опасности.

 

Отмечается, что около моста через реку Яйва автомобиль Газманова попал в огромную яму с торчащей арматурой и пробил сразу два колеса.

 

«На трассе сразу 2 ямы — из одной торчит арматура, пробили оба колеса. Всем ехать осторожно!!!», — написал Газманов, опубликовав свое селфи с места происшествия.

 

В понедельник у певца был концерт в Березниках, в выходные он выступил в Кунгуре и Лысьве. В среду 18 октября у Газманова последний концерт в рамках пермского тура — в ДК Солдатова  в Перми.

Bakıda torpağın qiyməti dəyişdi

Sentyabr ayında Bakıda torpağın qiyməti bahalaşıb.”MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda torpaq bazarında qiymətlər 1.61 faiz artıb, ilin əvvəli ilə müqayisədə isə 4.2 faiz azalıb.

 

N.İbrahimov daşınmaz əmlakın digər sahələrində də qiymət artımının olduğunu bildirib. Onun sözlərinə görə, kommersiya obyektləri bazarında ay ərzində qiymət artımı 1.5 faiz təşkil edib, ilin əvvəli ilə müqayisədə isə 14.83 faiz azalma olub.

 

Ekspert bildirib ki, obyektlərin icarəsi bazarında da ay ərzində 5.75 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 14.45 faiz azalma olub. Ekspertin sözlərinə görə, ümumən daşınmaz əmlak bazarı üzrə ay ərzində 0.46 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 3.58 faiz azalma qeydə alınıb.

 

N.İbrahimov qeyd edib ki, sentyabr ayında qiymətlərin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin artmasıdır: “Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar”.

“Aİ-nin İnsan Alverinə Qarşı Mübarizə” gününü qeyd olunacaq

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Beynəlxalq Miqrasiya TəşkilatınınAzərbaycandakı Nümayəndəliyi (BMqT) kütləvi informasiya vasitələrinin nümayəndələrini “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” gününə dəvət edir.

Aktor.Az xəbər verir ki,tədbirin başlıca məqsədi insan alveri və onun nəticələrinin geniş auditoriyanın diqqətinə çatdırılması, eləcə də insan alverinin aradan qaldırılmasına yönəlik Aİ strategiyasına, həmçinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental haqlarına dair məlumatlılığının artırılmasıdır. Panel müzakirələr şəklində keçiriləcək tədbirdə, dəvət olunmuş beynəlxalq və yerli ekspertlər insane alverinə qarşı mübarizə istiqamətində mövcud təcrübələrini bölüşəcəklər.

Tədbir 18 oktyabr 2017-ci il tarixində Hyatt Görüş və Konfrans Mərkəzinin Şuşa zalında rəsmi qeydiyyat hissəsi saat 09:00-da başlamaqla 09:30-12:30 aralığında keçiriləcəkdir. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara kofe/çay və qəlyanaltıya dəvət olunacaqlar.

Sözügedən tədbir hazırda BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilir. Layihə hərtərəfli və çox istiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizədə və bununla da transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan Hökumətini dəstəkləmək məqsədi daşıyır.

Tədbir zamanı açılış nitqləri ilə Aİ Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə mübarizə üzrə baş idarəsinin rəisi polis polkovniki Heydərov Heydər və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak çıxış edəcəkdir. Tədbirə nazirlik və dövlət idarələrinin yüksək rütbəli rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri, BMT agentlikləri və Bakıda yerləşən digər beynəlxalq təşkilatların nümayəndələri qatılacaqdır.

Tədbirdə iştirakınızı səbirsizliklə gözləyirik və tədbirlə bağlı yarana biləcək suallarınızın cavablandırılması üçün, eyni zamanda 17 oktyabr 2017-ci il tarixinə qədər iştirakınızı təsdiq etmək məqsədi ilə BMqT-nin Bakı ofisinin layihə köməkçisi Nərgiz Rəsulova ilə 012.465 90 71/72 (daxili nömrə 13) əlaqə nömrələri və ya nrasulova@iom.int elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlanılmasını xahiş edirik.

Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqladı

Oktyabrın 16-da ATƏT PA-nın vitse-prezidenti, ATƏT-in seçki müşahidə missiyasının xüsusi Kordinatoru Azay Quliyev Qırğzıstanda keçirilən prezident seçkiləri haqqında mətbuat konfransı keçirib.

Xüsusi koordinator kimi Qırğızıstanın bütün ərazisində fəaliyyət göstərən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Ofisinin, ATƏT-in Parlament Assambleyasının, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin ümumilikdə 400-dən artıq qısamüddətli müşahidəçisinə rəhbərlik edən Azay Quliyev seçkilərin ilkin nəticələri barədə bəyanat qəbul etdiklərini deyib.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, 15 oktyabrda keçirilmiş prezident seçkiləri Qırğızıstan Respublikasında hakimiyyətin bir prezidentdən digərinə keçidini təmin etməklə demokratik institutların güclənməsinə müsbət təsir edib: “Seçkidə rəqabət və beləliklə seçicilərin geniş seçim imkanı var idi. Namizədlər azad şəkildə təbliğat kampaniyasını apara bilirdilər. Ancaq ictimai resursların səhv istifadəsi, seçicilərə təzyiq və səslərin alınması halları da narahatçılıq səbəbi kimi qalmaqdadır. Texniki cəhətdən seçkilər yaxşı təşkil edilmişdir, lakin Mərkəzi Seçki və Referendum Komissiyasının şərhləri bəzi hallarda qərəzli idi. Teledebatlar plüralizmə müsbət təsir göstərsə də, özünüsenzura və media azadlığındakı müəyyən zəifliklər də mövcuddur”.

Musavat.com-un xəbərinnə görə Azay Quliyev səsvermənin məxfiliyi ilə bağlı problemlərə baxmayaraq, müşahidə aparılan səsvermə məntəqələrində prosesin səsvermə qaydalarına uyğun təşkil edildiyini bildirib. Həmçinin nəticələrin hesablanmasının ilkin mərhələsində nəzərəçarpan prosedur problemləri də olub.

ATƏT-in seçki müşahidə missiyasının xüsusi Kordinatoru 2017-ci ildə bir sıra dəyişikliyə məruz qalmış qanunvericiliyin seçki prosesinin bir sıra aspektlərini tənzimlədiyini, lakin seçki kampaniyalarının aparılması və maliyyələşməsi, vətəndaş nəzarəti və şikayətləri məsələlərinin mükəmməl əks olunmadığını deyib: “Seçkilərin təşkilatçı orqanları texniki cəhətdən hər şeyi yaxşı təşkil etsələr də, Mərkəzi Seçki Komissiyasının neytrallığı ilə bağlı qeyri-əminlik var idi. Ümumilikdə MSK-nın üzvləri peşəkarcasına işləyirdilər, lakin bəzi hallarda müəyyən namizədlərə üstünlük verilirdi və bu da bəzi vacib məsələlərlə bağlı MSK-nın iştirakına zərər vururdu. Seçicilərin qeydiyyatı mərkəzləşdirilmiş əhali qeydiyyatına əsaslanır və bütün seçicilərin biometrik məlumatlarını özündə cəmləşdirib. Seçicilərin qeydiyyatı və təsdiqi sistemi əminlik yaratsa da, əsasən xaricdə yaşayan bir sıra Qırğızıstan vətəndaşı biometrik qeydiyyatdan keçməmişdir”.

Azay Quliyev seçkilərdə 11 prezidentliyə namizədin olmasının seçicilərə geniş seçim imkanı verdiyini, eyni zamanda namizədliyin irəli sürülməsi prosesinin çətinliyinin qeydiyyatın inkluzivliyinə problem yaratdığını bildirib: “Qeydiyyatdan keçmiş namizədlər azad kampaniya apara bilsələr də, müəyyən pozuntular da nəzərə çarpırdı. Həmçinin, əsas namizədlərdən birinə dəstək göstərən müxalif siyasətçilərə qarşı da bir neçə cinayət işi qaldırılmışdı. Qanunvericilikdəki son dəyişikliklər namizədlərin kampaniyaları üçün limiti böyüdüb və xərclərin limitini aradan qaldırıb. Bu da namizədlərin bərabər olması ilə bağlı qeyri-əminlik yaratdı. Qanun gəlir mənbəyinin açıqlanmasını tələb etmir və kampaniyanın maliyyə məsələlərilə bağlı pozuntulara proporsional sanksiyalar təyin etmir. Konstitusiya söz azadlığını təmin edir və açıq şəkildə diffamasiyaya görə cinayət məsuliyyətini qadağan edir. Lakin diffamasiya bağlı təqsirləndirmələr ictimai debatlara əks effekt verir və özünəsenzura hallarına yol açır”.

ATƏT PA-nın vitse prezidenti deyib ki, MSK tərəfindən alınmış şikayətlərin çox hissəsi kampaniya qaydalarını pozulması ilə bağlı olub. MSK şikayətlərin online qeydiyyatını aparırdı ki, bu da şəffaflığı genişləndirirdi. Lakin şikayətlərə baxılsa da, tələb olunan cəzaları tətbiq etmirdi.

Milli azlıqların seçki kampaniyasına cəlb edildiyini və namizədlərin onların səsi üçün mübarizə apardığını bildirən Azay Quliyev seçki platformalarının azlıqların vəziyyəti və onların ictimai inteqrasiyasını əks etdirmədiyini qeyd edib: “Anti-azlıq ritorikasına rast gəlməsək də, bəzən interetnik məsələlərin siyasi aspektlərinə toxunulurdu”.

“Vətəndaş cəmiyyəti vətəndaş və seçici təhsili sahəsində mühüm rol oynayıb və geniş seçki müşahidəsi aparıb. Bu, seçki prosesinin şəffaflığının artırılmasına kömək etdi” deyə Azay Quliyev qeyd edib.

Seçki müşahidə missiyasının xüsusi Kordinatoru mətbuat konfransında deyib ki, seçki günü dinc və şəffaf şəkildə keçib və hər hansı bir hadisə baş verməyib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçici fəallığı 56% olub.

Azay Quliyev ATƏT PA-nın, AŞPA-nın, Avropa Parlamentinin, eləcə də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tərəfdaşlarına səmərəli işlədikiləri və fikirlərini birgə ifadə etməkləri üçün təşəkkürünü bildirib. ATƏT PA-nın vitse-prezidenti həmçinin seçkiləri izləmək üçün onları dəvət etdiyinə görə beynəlxalq seçki müşahidə missiyası adından Qırğızıstan hakimiyyətinə təşəkkür edib.

 

22520229_10155307005903645_6627649754269681551_o.jpg (133 KB)

 

22498936_10155307006303645_3899624546238175198_o.jpg (119 KB)

 

22548690_10155307005928645_1236434613159590795_o.jpg (153 KB)

“Binə”də FACİƏ – özünü asdı

“Binə” ticarət mərkəzində intihar hadisəsi baş verib. Report xəbər verir ki, ticarət mərkəzində satıcı işləyən Buzovna sakini, 1994-cü il təvəllüdlü Xalid Sadıq oğlu Hüseynov özünü asaraq intihar edib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bakıda bıçaqlanma: 1 ölü,1 yaralı – VİDEO

Paytaxtda qətl törədilib.APA TV-nın xəbərinə görə, qanlı insident Bakının Xətai rayonu ərazisində baş verib.

 

Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı hələlik istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs “söhbətin aydınlaşdırılması”na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib.

 

Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.

 

Aslan İsmayılova cinayət işi açıldı

Tanınmış hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb.

 

Aktor.Az xəbər verir ki, bu barədə A. İsmayılov özü məlumat verib. Bildirib ki, ona haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi açılıb: “Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

 

Hava soyuyur – yağış, qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı gözlənilir.