Ana Səhifə Blog Səhifə 1016

Çempionlar Liqasının oyunları bu kanallarda – SİYAHI

Çempionlar Liqasının qrup mərhələsində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

 

Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

 

AZƏRBAYCAN

 

“AZTV”

 

22:45. “Real” (Madrid) – “Tottenhem”

 

“İdman Azərbaycan”

 

22:45. “Monako” – “Beşiktaş”

 

TÜRKİYƏ

 

“TRT 1”

 

22:45. “Monako” – “Beşiktaş”

 

“Tivibu Spor 3”

 

22:45. “Real” – “Tottenhem”

 

 

RUSİYA

 

“Matç TV”

 

22:45. “Spartak” – “Sevilya”

 

“Futbol 1”

 

22:45. “Real” – “Tottenhem”

 

“Futbol 2”

 

22:45. “Mançester Siti” – “Napoli”

 

“Matç Arena”

 

22:45. “Maribor” – “Liverpul”

 

“Matç Naş Sport”

 

22:45. “Feyenoord” – “Şaxtyor” (Donetsk)

Nazir bu jurnalistlərə VƏZİFƏ VERDİ

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb. Aktor.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin 6 bölgəsində – Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər “polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.

Polis leytenantları Eşqin Qasımov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhər, rayonları daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.

Bu il Azərbaycanda 500-ə yaxın şirkət fəaliyyətini dayandırıb

2017-ci il oktyabrın 1-nə Azərbaycanda 115 min 651 hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,7% çoxdur.Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

9 ay ərzində 8782 hüquqi şəxs qeydiyyatdan keçib, 489 hüquqi şəxs (əsasən şirkətlər) fəaliyyətini dayandırıb.

 

2017-ci il oktyabrın 1-nə respublikada 10398 kənd təsərrüfatı (artım 4,2%), 6369  emal (artım 4%), 11705 tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.

 

Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 30445 (artım 9,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1612 (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1475 (artım 13,1%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4595 (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 288 min (artım 7,3%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1783 (artım 7,1%) hüquqi şəxs qeydiyyata alınıb.

 

2017-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 103421 hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,4%-i) özəl müəssisələrin, 6781 hüquqi şəxs xarici, 2106 hüquqi şəxs birgə müəssisələrin, 10527 hüquqi şəxs (9,1%) dövlət müəssisələrinin, 1703hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.

 

Oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 785 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,7% artıb.

 

Kənd təsərrüfatı sahəsində 227141, emal sənayesi sahəsində 16,974, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 200092 fiziki şəxs fəaliyyət göstərir.

 

Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1685, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12005, inzibati və yardımçı xidmətlər sahəsində 2801, tikinti fəaliyyəti ilə 5867, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37088, nəqliyyat və anbar təsərrüfatı ilə 82443, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10648, digər xidmətlərlə 140263 fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.

 

Statistik məlumatlara görə, Bakıda 53748 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 229594fiziki şəxs var.

Bakıda mənzildə meyit tapılıb

0

Paytaxtda mənzildə meyit tapılıb.Fövqəladə Hallar Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

 

Bu komissiyada dinləmələr Ermənistanın maraqlarına xidmət edir – DEPUTAT

ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də keçirməyi planlaşdırdığı “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir.Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov bildirib ki, Helsinki Komissiyasına rəhbərliyi Kristofer Smit həyata keçirir: “Kristofer Smitin adı bizim üçün çox yaxşı tanışdır, o, ermənipərəst mövqedə olan, erməni lobbisi və diasporunun əlində alətə çevrilmiş şəxsdir. 1992-ci il oktyabr ayının 24-də ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də Kristofer Smit çox böyük fəallıq nümayiş etdirib. O, eyni zamanda beynəlxalq aləmdə, dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində çox fəallıq nümayiş etdirib. Kristofer Smitin bütün fəaliyyəti Azərbaycan və Türkiyə əleyhinə yönəlib və Ermənistanın mənafeyini müdafiə etməyə istiqamətlənib”.

 

Deputatın sözlərinə görə, Helsinki Komissiyasında indi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsinin əsas məqsədi isə birinci növbədə ABŞ-dan Ermənistana və onun yaratdığı separatçı rejimə daha böyük həcmdə maliyyə ayrılmalarına nail olmaq, separatçı rejimin mövqelərini möhkəmləndirmək və bütövlükdə münaqişənin tənzimlənməsi prosesindəki status-kvo vəziyyətini maksimum qoruyub saxlamaqdır: “Bu fəaliyyətin məqsədi həm də Azərbaycanı beynəlxalq aləmdə tamamilə fərqli formada təqdim etmək, guya ölkəmizin aqressiv siyasət yeritdiyi, münaqişəni dinc yolla deyil, yalnız hərbi yolla həll etmək niyyətində olduğu və s. bu kimi həqiqətə zidd olan, Ermənistanın maraqlarına xidmət edən bir mövqe ortaya qoymaqdır. Bizim üçün bu hadisələr yeni deyil. Azərbaycan ictimaiyyəti bu qüvvələrin əsl mahiyyətini çox yaxşı bilir. Bu qüvvələr eyni zamanda, onu istəyirlər ki, Azərbaycandakı inkişaf, ictimai siyasi sabitlik, təhlükəsizlik mühiti pozulsun. Onların niyyəti idarə olunan xaos vəziyyəti yaratmaqdır. Amma onların bu niyyətləri heç vaxt baş tutmayacaq. Xalqımız müdrikdir, ağı qaradan seçməyi bacarır. Xalqımız yaxşı bilir ki, bu dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət göstərir”.

 

Qeyd edək ki, Helsinki Komissiyasına ABŞ-da erməni lobbisi ilə sıx münasibətdə olan Kristofer Smit rəhbərlik edir. K.Smit həmçinin, daha əvvəl ABŞ Konqresinin Helsinki Komissiyasına təqdim etdiyi antiazərbaycan qanunu layihəsinin təşəbbüskarı olub.

Manualterapevt Oqtay Şəfioğlundan daha bir uğur – VİDEO

Tanınmış manualterapevt Oqtay Şəfioğlu daha bir uğura imza atıb. Aktor.Az-a danışan həkim bildirib ki, İsmayıllıdan pasienti olan  5 yaşlı Aysu Serebral iflic xəstəliyi səbəbindən yeriyə bilmirdi. Onun üçün yerimə şansının olmadığını demişdilər.

İntensiv müalicələrin nəticəsində Aysu xəstəliyinə,qorxularına və problemlərinə qalib gələrək, ilk addımlarının sevincini yaşamağa başlayıb.

Qeyd edək ki, Serebral iflic xəstəliyi keçirən uşaqlarda beyinin zədələnməsi nəticəsində hərəkət mərkəzinə olan təsirindən bədənin biomexanik sistemi pozulmuş olur.Nəticədə idarə olunma, kontrol edilmə çətinləşir və ya mümkünsüz hala çevrilir.Belə xəstələr bəzi hallarda əlini, ya da ayağını hərəkət etdirə bilmir,oturmaq,durmaq kimi mühüm funksiyalarını itirir.

Videodan da göründüyü kimi, xəstəyə yardım etmək məqsədi ilə Oqtay həkim pasientin bədənin zədəli vəziyyətinə müxtəlif hərəkətlərlə kömək göstərməyə, beyinin nəzarətdə saxlanılmasına çalışır.

Həkim qazandığı təcrübələr nəticəsində xəstələrlə yetərincə nəticələr əldə edib.Buna 5 yaşlı Aysunu və Gədəbəydən gələn 4 yaşlı Nihadı misal gətirmək olar.

Aktor.Az həmin anları təqdim edir:

 

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/oktay.heshimov.75

 

 

Vado Korovinə yeni vəzifə verildi

0

“Parni iz Baku” KVN komandasının üzvlərindən olan Vado Korovinin ATV-dəki vəzifəsindən uzaqlaşdırılması xəbəri yayılmışdı.Axşam.az-ın məlumatına görə, Korovin hazırda yeni vəzifəyə təyin edilib. O, sözügedən kanalda yaradıcılıq departamentində fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, V.Korovin əvvəl telekanalın baş prodüseri kimi çalışırdı. ATV-də rəhbər dəyişikliyindən sonra onun işdən uzaqlaşdırıldığı deyilmişdi.

 

V.Korovin eyni zamanda kanalda yayımlanan “Vine show”nun münsif kürsüsündə əyləşir.

Şirkət rəhbəri iş yerində özünü asdı – Bakıda

Bakıda intihar hadisəsi baş verib.Lent.az-a xəbər verir ki, Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.

 

Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış.

 

Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Ölən türk hərbçilərin sayı 4-ə çatdı

İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatında ölən türk hərbçilərin sayı 4-ə çatıb.

 

Türkiyə mətbuatının məlumatına görə, qarşıdurma zamanı 16 terrorçu zərərsizləşdirilib.

Bakıda məktəbdə QANLI DAVA

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.Lent.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.