Ana Səhifə Blog Səhifə 1015

Yol polisi həm sevinir, həm də çox narahatdır

2017-ci ilin 9 ayı ərzində respublikada 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 554 nəfər həlak olub, 1260 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan paytaxt Bakının payına düşən 450 yol qəzasında 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 hadisə azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb.

Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinə gəlincə isə, V.Əsədov qeyd edib ki, ümumiyyətlə, son illər həm hadisələrin, həm də ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur: “Elə təkcə onu demək kifayətdir ki, 2013-cü illə müqayisədə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb. Bu çox müsbət tendensiyadır və bizi çox sevindirir. Bütün bunlar yol polisinin məqsədyönlü tədbirlər görməsi, müasir  texnologiyaların tətbiqi və ictimaiyyət arasında düzgün təbliğat aparılması nəticəsində əldə olunub”.

Son 5 ildə Bakıda baş vermiş yol qəzalarının statistik təhlili:

Onun sözlərinə görə, bu ilin 9 ayında Bakıda yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb.

Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib. Nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb.

Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Lakin yol polisini daha ciddi narahat edən məqam piyadaların vurulması ilə bağlı baş verən hadisələrin sayının artmasıdır:

“Belə ki, bu il piyadavurmalar artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Halbuki, əvvəlki illərdə bu göstərici təxminən 50-55 % arasında dəyişirdi. Bu il baş vermiş 302 belə yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada vurmaları ötən ilin 9 ayı ilə müqayisə edəndə 17 hadisə, 8 ölüm faktı artıb, lakin 15 xəsarət faktı azalıb.

Baş verən piyadavurma hadisələrinin və bu zaman ölənlərin sayının artması bütün yol polisi əməkdaşlarını, ümumilikdə Daxili İşlər Nazirliyini ciddi narahat edir, həmçinin, təcili və təxirəsalmaz tədbirlərin görülməsini zəruri edir. Belə hadisələrin baş verməsinə səbəb isə əsasən, sürücü səhlənkarlığı və piyadaların diqqətsizliyidir. Bakıda 80-ə yaxın yeraltı və yerüstü piyada keçidinin piyadaların istifadəsinə verilməsinə baxmayaraq, hadisələr əsasən məhz həmin keçidlərin ətrafında baş verir. Piyada mədəniyyətinin zəif olması, onların yol hərəkəti qaydalarına əməl etməməsi bizi ciddi şəkildə düşündürür. Belə ki, 9 ay ərzində yol hərəkətinə qaydalarına əməl etməyən 83 minə yaxın piyada aşkar edilib və inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər”.

İrəvan Dram Teatrı mövsümün açılışına hazırlaşır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümünü  26 oktyabr  2017-ci il tarixində, saat 19:00-da “YARAT” Müasir İncəsənət Mərkəznin səhnəsində əfqan yazıçısı Xalid Hüseynin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə açacaqdır.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramovun Aktor.Az-a verdiyi məlumata görə, səhnələşdirmə və quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

 

Rolları ifa edirlər: Nigar Həsənzadə, Vaqif Kərimov (Əməkdar artist), Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları.

“Qarabağ”ilk xalını qazandı – ÇL-də

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları davam edir.

 

Aktor.Az xəbər verir ki, “Qarabağ” Bakı Olimpiya Stadionunda İspaniyanın “Atletiko” klubu ilə qarşılaşıb.Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb – 0:0.

 

Beləliklə, “Qarabağ” turnirdə ilk xalını qazanıb.

 

 

Kirayə mənzillərin də qiyməti dəyişdi

Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.

 

N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.

 

O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: “Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

 

Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.

Rauf Arifoğlu radikal müxalifəti ifşa etdi – VİDEO

“Cəmil Həsənli nanəcib adamdir, Əli Kərimlinin ağlı yoxdur. Onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər”.

Bu fikirləri çox yaxın keçmişdə radikal müxalifətin düşərgəsində olmuş Rauf Arifoğlu Publika.az-a açıqlamasında deyib.

Radikalların iç üzünü ifşa edən R. Arifoğlu deyib ki, 2013-cü ildən bəri müxalifət düşərgəsində bir nəfər də olsun dəstəklənəsi lider yoxdur.

Yaxın keçmişdə müxalifətin öndə gələnlərindən olan Arifoğlunun fikirlərini əslində etiraf da adlandırmaq olar. Onun bu düşərgədən çıxmasını radikallar cəbhəsindəki murdarlıq və satqınlıqlarla əsaslandıran Arifoğlunun dedikləri bir daha təsdiq edir ki, Milli Şura xarici dəstəklə yaradılmış və əslində əsas məqsədi Azərbaycana zərər vurmaqdır. Əvvəlcə müxalifətə Rusiya vətəndaşı olan bir namizədin dəstəklənməsi diktə edilib. Bu baş tutmayınca Cəmil Həsənlinin üzərində dayanılıb: “Amma Cəmil Həsənlini dəstəklədim – o dəstəyə layiq deyildi, çox nanəcib bir adamdır, lakin proses elə gətirdi ki, biz ən zəif fiqurlarla yarışmağa məhkum edildik. Ondan sonra isə müxalifətin elə bir namizədi olmadı ki, mən onu dəstəkləyim. Məsələn, deyə bilərsinizmi, 2013-cü ildən sonra mən kimi dəstəkləyərdim?”.

Rauf Arifoğlu bildirib ki, Milli Şura və Əli Kərimli hazırda ölkəyə zərər vurmaqla və düşmənçilik toxumu səpməklə məşğuldur. Bu hərəkətlərinə görə də layiq olduqları münasibəti görürlər. O, Əli Kərimlini ağılsız adam adlandırıb: “Ağlı olsaydı, partiyasını, ən qiymətli adamlarını və müxalifətçilik təsisatını o vəziyyətə qoyardı? Müxalifət təsisatını o qədər zibilləyiblər ki, üfunətdən onlara yaxın durmaq olmur. Əslində isə partiya sistemli bir təşkilat olmalı idi. Sizcə, qarşı tərəf, hər hansı bir iqtidar bu cür amansız, cəmiyyətə düşmənçilik toxumu yayan rəqibi ilə başqa nə cür davranmalı idi? …”

Milli Şuranın xarici dairələrin əlində bir təsir vasitəsindən başqa bir şey olmadığını Azərbaycan ictimaiyyəti də yaxşı bilir.

Rauf Arifoğlunun açıqlamaları isə məsələni tam çılpaqlığı ilə ilə ortaya qoyur. O, Əli Kərimlinin partiyasını və Milli Şuranı İŞİD-çilərlə eyniləşdirir: ” Əli Kərimli bir şeyi də anlamır ki, Qərb paytaxtları da, Moskva da cəmiyyətə bu cür düşmənçilik toxumu səpən, radikallıq yayan siyasi İŞİD-çiləri hakimiyyətə buraxmaz. Heç onların siyasi alternativ olmasına belə imkan verməzlər. Necə ki, vermirlər. Çünki onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər. Qərbə və Rusiyaya sadəcə, onların mövcud olması, gərək olanda, indiki hakimiyyətə qarşı təzyiq riçağı kimi istifadəsi lazımdır…”

Rauf Arifoğlunun açıqlamalarından 3 il əvvəl üzvü olduğu Müsavat partiyası da nəsibini alıb. O, Müsavat partiaysının düşdüyü vəziyyəti çox lakonik formada ifadə edib: “Partiya param-parça, bölünmüş və bütün şanslarını itirmiş vəziyyətdədir. Ancaq ölkəyə zərər verməklə məşğuldurlar”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

ÇL: “Real” xal itirdi, “Beşiktaş” qalib gəldi – CƏDVƏL

Futbol üzrə Çempionlar Liqasında III tur başa çatıb. Aktor.Az xəbər verir ki, ilk oyun günündə 4 qrupda oynanılmış 8 qarşılaşma kifayət qədər məhsuldar alınıb.

 

Nəticələri təqdim edirik:

 

E qrupu

“Spartak” (Moskva, Rusiya) – “Sevilya” (İspaniya) – 5:1

“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) – 0:7

 

1 “Spartak” – 5

2 “Liverpul” – 5

3 “Sevilya” – 4

4 “Maribor” – 1.

 

F qrupu

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:1

“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) – 1:2

 

1 “Mançester Siti” – 9

2 “Şaxtyor” – 6

3  “Napoli” – 3

4  “Feyenoord” – 0.

 

G qrupu

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 1:2

“Leyptsiq” (Almaniya) – “Portu” (Portuqaliya) – 3:2

1 “Beşiktaş” – 9

2 “Leyptsiq” – 4

3 “Portu” – 3

4 “Monako” – 1.

 

H qrupu

“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) – 1:1

APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya) – 1:1

 

1 “Real Madrid” – 7

2 “Tottenhem” – 7

3  APOEL – 1

4 “Borussiya” – 1.

Müstəqillik Günü qeyd olunur

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü – Dövlət Müstəqilliyi Günü qeyd olunur.

 

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

 

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

 

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

 

 

Kamal Abdulla İtaliya səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.

 

Universitetdən Aktor.Az-a verilən məlumata görə, A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.

 

İtaliya ilə bağlı xatirələrindən danışan rektor dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun dəvəti ilə onun evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən rektor İtaliya ilə bağlı xoş təəssüratlarını bölüşüb.

 

Multikulturalizm sahəsində əməkdaşlıqdan söz açan K.Abdulla bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir. ADU-nun bir çox xarici universitetlərlə əməkdaşlıq etdiyini deyən rektor əlavə edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə də davam etməsinə çalışacaq: “Çalışacağam ki, italyan alimlər Azərbaycana gəlsinlər. Mən italiyalı alimlərin ADU ilə sıx təmaslarının qurulmasının tərəfdarıyam. Ümid edirəm ki, cənab səfir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə kömək edəcək. Biz “Azərbaycan multikulturalizmi” fənninin təkcə La Sapienza Universitetində deyil, digər ali təhsil müəssisələrində də tədris olunmasından məmnun olardıq”.

 

K.Abdulla qeyd edib ki, xarici universitetlərlə əlaqələr təkcə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bitmir. Bu fənni öyrənən tələbələr Azərbaycana yay və qış multikulturalizm məktəblərinə dəvət edilir, ölkəmizdə yaşayan müxtəlif xalqların həyatı ilə yerindəcə tanış olur.

 

İtalyan dilinin bütün mədəni dillərin ruhunda yaşadığını söyləyən rektor ADU-da italyan dilinin öyrənildiyini, İtalyan dili Mərkəzinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. O, səfirdən İtaliya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərməsini xahiş edib. Artıq Çin, Rumıniya və İndoneziyada müvafiq mərkəzlərin fəaliyyətə başlamasına hazırlıq görüldüyünü vurğulayan K.Abdulla ADU-nun İtaliyada da belə bir mərkəzin açılması ilə bağlı bütün lazımi addımları atmağa hazır olduğunu sözlərinə əlavə edib.

 

Öz növbəsində səfir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu münasibətlər daha da məhsuldar olacaq. Mən əməkdaşlığa, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə öz töhfəmi vermək istərdim. Əminəm ki, digər italyan universitetləri də bu fənnin tədrisinə maraq göstərəcək”.

 

Səfir əlavə edib ki, Bolonya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini təşkil etmək olar və o, bu barədə həmin universitetin rektoruna məlumat verəcək. O, bildirib ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifini müsbət qarşılayır: “Mən bu təklifi yerinə yetirəcəyimə söz verirəm və xahişinizi mənə edilən təkliflər arasında zirvəyə qoyuram. Çünki universitetlər arasındakı əlaqələr prioritet məsələdir”.

 

Səfir ADU-nun rektorunun onun “Səfir saatı” klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmnuniyyətlə tələbələrlə, o cümlədən italyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini bildirib.

 

Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və rektor K.Abdullanın İtaliyada nəşr olunan əsərləri təqdim olunub.

Нацистские истоки армянских зверств в Абхазии

Многие грузины до сих пор удивляются, как это так получилось, что армяне, народ, который они приютили на своих землях, и предоставили им в распоряжение лучшие земли страны, так предательски с ними обошелся. Ведь армяне в Абхазии в 1992-1993 гг. в лице своих боевиков-террористов подняли руки на своих благодетелей и соседей – тех самых, которых называли «братьями-христианами».

Зверства батальона имени Баграмяна в Абхазии во время войны 1992-1993 годов превзошли зверства нацистов на оккупированных ими территориях бывшего СССР. Как бы в насмешку над именем сражавшегося с нацистами маршала Баграмяна, которого армяне считают «своим» полководцем.

 

 

Между тем сами армянские документы, которые проливают свет, в том числе и Абхазии в частности Кавказ второй мировой пишется о заброске армянских нацистских диверсантов в населенные армянами районы Абхазии. Как сообщает Кавказ Плюс, об этом в частности пишет Эдуард Абрамян в своей книге «Кавказцы в Абвере».

В частности в книге Эдуарда Абрамяна сообщается о том, что на территории Абхазии, в районах, где проживало преимущественно армянское население, в основном перебрасывались агенты абвергруппы «Дромедар» армянской национальности. Одной из первых на территорию Абхазии была сброшена разведывательно-диверсионная команда из четырёх человек во главе с Пиливосяном и Даракчяном. Все являлись агентами одной из крымских разведывательно-диверсионных школ «Дромедара». Вскоре после приземления были пойманы два разведчика – К.К. Андрикян и С.О. Кочконян. При них были обнаружены радиостанция, взрывчатые вещества, оружие и немецкая карта Кавказа. Пойманные дромедарцы показали, что они были переброшены из города Симферополя, где генерал Дро Канаян организовал школу разведчиков и диверсантов. Согласно архивным материалам Грузии, 25 августа на территорию Гальского района Абхазии был сброшен новый десант. По показаниям одного из схваченных агентов этой группы, 35 летнего Нерсеса Сарьяна «генерал Дро» (Драстамат Кананян) лично руководил подготовкой к высадке десанта на черноморское побережье Грузии.

 

 

Не исключено что задание уничтожения грузинского населения Абхазии и планы относительно этнических чисток были разработаны еще в годы Второй Мировой войны Драстаматом Канаяном и другими армянскими террористами. Благо свою деятельность террориста и палача тот же «генерал Дро» – Драстамат Канаян начал с убийства именно грузина – Бакинского губернатора Михаила Накашидзе.

Поэтому закономерно что, засылая своих агентов в Абхазию, нацисты-армяне настраивали и местное армянское население враждебно к грузинам.

Безусловно, большая часть армянских нацистских пособников засланных в Абхазию тем же Драстаматом Канаяном была обезврежена или ликвидирована. Но не исключено что определенное «нацистское подполье» среди армян Абхазии с тех времен частично сохранялось и его «идейное наследие» проявилось во время сепаратистского движения в Абхазии и особенно во время войны 1992-1993 годов.

 

 

Вообще книга «Кавказцы в Абвере» посвящена службе представителей кавказских народов на стороне фашистской Германии во Второй Мировой войне. На самом деле эту книгу следовало бы назвать «Армяне в Абвере», поскольку главными её героями являются армяне-дашнаки, преступные деяния которых в период Великой Отечественной войны описываются Абрамяном с большим пиететом и пафосом. Выход этой книги совпадает по времени с нынешним периодом активного восхваления армянскими властями лидеров армянских фашистов в годы Великой Отечественной войны – Гарегина Нжде, Драстамата Канаяна и других.

При этом нужно учесть, что сотрудничество с нацистами армянских националистов в годы второй мировой войны отличалось коллаборационизмом представителей других народов СССР.

 

 

Многие из тех, которые сотрудничали с нацистами, изначально предполагали, что главная цель Гитлера и его сообщников ликвидация большевизма. Именно такими соображениями был обусловлен переход на сторону нацистов многих деятелей эмиграции – в частности тех, которые покинули пределы бывшей Российской Империи после гражданской войны 1918-1922 г.

Но в сотрудничестве армянских дашнаков с нацистами прослеживалось полное единство взглядов. Точно также как немецкие нацисты утверждали, что их нация является «арийской» и стоит выше всех других наций – то же утверждали и армянские националисты. Точно также как нацисты дашнаки проводили этнические чистки под «жизненное пространство» для своего мононационального государства.

 

 

Эдуард Абрамян в своей книге пишет о том, что если первоначально некоторые члены нацистской партии, настроенные против армян, утверждали, что армянам доверять нельзя, то через пять месяцев после создания группы по изучению вопроса, на стол самому Гитлеру легла докладная Розенберга, в котором признавалось «арийское» происхождение армян. В нём говорилось, что их язык принадлежит к индоевропейским, а сам народ – это прямой потомок «ариев». В итоге в течение двенадцати лет были изданы десятки книг об армянах, об их древней истории, о принадлежности к арийцам и о событиях 1915 года в Османской Турции:

«Среди них можно отметить «Армянство-Арийство», «Армяне и Армения», «Нарекаци», «Армяне в общей борьбе», «Зейтун», «Историческая дружба армян и немцев», «На тебя смотрят арийцы», «Историческая роль наших добровольцев» и пр. Впоследствии были созданы молодёжные националистические сообщества, или нацистские и фашистские организации армян, действующие в Берлине, Мюнхене, Бухаресте, Софии и других европейских городах. В Болгарии и Румынии были сформированы группы из армянских националистов, так называемых членов «Цегакрон» – организации, созданной Гарегином Нжде в 1934 г. вначале в США, а потом и в странах Европы. Некоторые группы этой организации впоследствии вошли в состав специальных частей «Абвера» или особого соединения той же структуры – «Бранденбург». В спецподразделение были включены «особые группы», которые, конечно же, состояли не из юношей, а из старых соратников и бывших бойцов Нжде. До конца 1944 г. ведомство Геббельса публиковало еженедельник «Hajastan» («Armenien») – для армянских легионеров (издавался на армянском и немецком языках).

 

 

В том же ведомстве, в качестве дикторов радиопередач на немецком, французском и армянском языках, работало немало армян. Создавалось множество групп и организаций для армяно-германского сотрудничества в различных сферах. Похожая организация была создана в Париже во главе с В. Шантом, который до оккупации сотрудничал с германской разведкой. 15 декабря 1942 г., при содействии Драстамата Кананяна (Дро) был создан Армянский национальный совет, который вскоре был переименован в Армянский национальный комитет. В феврале 1944 г. по приказу министра оккупированных восточных территорий, Альфреда Розенберга был создан Объединённый армянский штаб под руководством Вартана Саркисяна. Данная структура координировала действия всех армянских военно-разведывательных формирований Вермахта и Абвера» [с. 31-34].

Дальше Эдуард Абрамян описывает основные этапы службы армянских националистов немецким нацистам.

 

 

«После Сталинградской битвы руководство Абвер начало работу по созданию особой армянской группы, основу которой составили некоторые агенты АГ-101 (была создана в мае 1941 г.). Её дополнила разведгруппа генерала Дро Кананяна, общей численностью до 70 человек: абвергруппа была создана в начале апреля 1943 г., а до этого находилась в подчинении АГ-101. Группа при создании получила номер 114 и начала именоваться «Зондеркоманда Дромедар» или группа специального назначения «Дромедар». Руководителем АГ-114 назначили Дро Кананяна. Личный состав этой группы уже в июле 1943 г. насчитывал 100-120 человек, весь его состав на правом рукаве кителя имел шеврон армянского триколора (1918-1920 гг.) – щита «ARMENIEN», который был обязателен для всех армян-легионеров, состоящих на службе в германской армии. АГ-114 полностью продемонстрировала свои возможности при взятии и удержании города Керчи, куда на парашютах были десантирована группа разведчиков «Дромедар-I». У них были документы отступающих советских солдат, а в замаскированных сумках радиоаппаратура, фотоаппараты, карты позиций и рельефа тыловых районов советского фронта. Группа неоднократно выходила на связь и контактировала с разведгруппами и агентами особого соединения «Бергманн». Эта группа также вела контрразведывательную деятельность на оккупированных территориях Северного Кавказа, внедряя своих агентов в среду армянского населения, а также ведя непрерывную антисоветскую пропаганду среди армян.

 

 

Кроме антисоветской деятельности пункт создавал также местные центры Армянского Национального Комитета (АНК) и национальные формирования, которые впоследствии отправлялись на охрану армянского населения в Крым и другие регионы. По рассказам и письмам местных армян, АНК практически во всех больших населённых пунктах имел свои центры и штабы, которые всячески пытались помочь армянам, раздавая особые документы для данной категории населения. Кроме материальной помощи комитет использовал любую возможность, чтобы агитировать за Германский рейх и показать народу, что только Гитлер может, так заботится об армянах. Началось их переселение в «национальные» городки и кварталы, где должны были жить только армяне. Создавались отдельные школы только для армян. Велась активная работа среди детей за создание Великой Армении под протекторатом третьего Рейха.Что же касается абвергруппы «Дромедар», то она наиболее активно стала действовать на территории Крым с наступлением лета 1943 г. Члены контрразведывательного пункта «Тигрис» М.Торлакян, А. Тер-Аветисян и др. начали организовывать армянские формирования самообороны и одновременно преследовать советских агентов и партизан, ликвидируя их при обнаружении. В пропаганде АНК Советский Союз сравнивался с Османской империей, и поступление на службу в германскую армию являлось для них патриотическим и правильным поступком…» [с. 67, 69, 71-72, 74].

 

 

В принципе немецкие нацисты прекрасно понимали какими «ценными кадрами» для них являются армянские националисты. У того же нацистского преступника Гарегина Нжде и его соратника «террориста со стажем» Драстамата Канаяна был «богатый опыт» массовых убийств мирного азербайджанского и турецкого населения как в Российской Империи во время революции 1905-1907 годов, так и во время Первой Мировой войны, а также в то время когда народы Южного Кавказа обрели независимость и армянские националисты начали «расчищать» земли от коренного азербайджанского населения под свою «великую Армению». Такой опыт, безусловно, хотели использовать Гитлер и другие нацистские вожди для решения своих задач.

 

 

Поэтому именно армянским нацистам из числа дашнаков доверяли самые ответственные задания фашистским командованием. То, что в этих операциях участвовали коллаборационисты из числа этнических грузин и представителей других кавказских народов никого не должно смущать. В представлении армянских нацистов те же грузины должны были играть роль вспомогательной силы в армянских фашистских планах, и от них позднее предполагалось избавиться.

Очень любопытно читать воспоминания армян об их террористических бандитских и нацистских «подвигов» соплеменников – узнаешь из этого очень много нового. Понятно, что в книге Эдуарда Абрамяна нацисты всячески героизируются, и в этом нет ничего удивительного, особенно если учесть, что почитание нацистских преступников осуществляется в Республике Армении на официальном уровне. И памятник тому же нацистскому палачу Гарегину Нжде в центре Еревана открывал не кто иной, как президент Армении Серж Саргсян.

 

В Испании разбился истребитель – ВИДЕО

17 октября в Испании второй раз за неделю разбился истребитель, в результате чего погиб пилот.Об этом сообщает El Mundo со ссылкой на официальный аккаунт в Twitter авиационной базы Торрехон-де-Ардос.

Самолет модели F-18 потерпел крушение после взлета с упомянутой авиабазы.

На место падения самолета прибыли спасатели, которые подтвердили смерть пилота, который не успел катапультироваться. Погибшего летчика звали Фернандо Перес Серрано. Ему было 26 лет. Пилот управлял истребителем с 2014 года и имел много часов налета.

На фото с места инцидента видно, что после аварии самолет взорвался. На месте аварии работает специальная комиссия с расследования военных авиакатастроф.

Ранее, 12 октября около Альбасете, Испания, разбился истребитель Eurofighter. Тогда пилот также трагически погиб.