Ana Səhifə Blog Səhifə 1014

В Ереване ограбили машину замминистра

В Ереване неизвестные преступники ограбили машину замминистра Диаспоры.

 

В полицейский отдел Малатии 18 октября обратился Сержик Срапионян и сообщил, что в промежутке с 21:30 часов 17 октября до 08:20 часов 18 октября ограблена его машина Nissan Qashqai, припаркованная во дворе дома.

 

По информации Shamshyan.com, грабители сломали стекло в машине и похитили 220 тысяч драмов.

 

 

Könül Kərimovaya qanunsuz torpaq verilib – Komitə

0

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirib.

 

Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov Report-a bildirib ki, bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: “Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq bəndinə uyğun olaraq həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Hazırki qanunvericiliyə əsasən, bələdiyyələr ilk növbədə torpaqlara dair öz hüquqlarını tanımalıdır. Daha sonra hərrac vasitəsilə vətəndaşlar üçün alqı-satqı edilməlidir. Çünki qanun bunu tələb edir”.

 

Komitə rəsmisi əlavə edib ki, ƏMDK tərəfindən Könül Kərimovaya cavab məktubu yazılaraq qanunvericilik və bələdiyyənin ona qeyri-qanuni torpaq sahəsi ayırması izah edilib.

 

Qeyd edək ki, tanınmış müğənni Könül Kərimova Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib. Müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Könül Kərimova məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: “Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur”.

Месси съел спрятанную таблетку во время матча – ВИДЕО

Барселона в среду, 18 октября, на Камп Ноу проводила матч третьего тура группового этапа Лиги чемпионов, в котором “сине-гранатовым“ противостоял Олимпиакос.

 

Каталонский гранд не испытал проблем в матче с греческим клубом, даже несмотря на удаление в первом тайме, уверенно победив 3:1.

 

В начале поединка произошел интересный эпизод. Нападающий Барселоны Лионель Месси уже через десять минут после старта игры достал из гетры таблетку и быстро разжевал ее.

 

По информации испанских источников, футболист съел таблетку глюкозы, чтобы пополнить свои энергетические запасы.

 

Отметим, что в данном матче звездный аргентинец забил свой 100-й гол в еврокубках.

 

 

Arif Quliyev də toylarda müğənnilik edəcək – VİDEO

Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib.Aktyor bu haqda “APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib bir müddətdir mahnı oxuyur:

 

“Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm. Düz 2 il incəsənət universitetinə aktyorluqdan imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma üçüncü dəfə fikirləşdim ki, sənədlərimi musiqili komediya fakültəsinə verim. Elə mahnını yaxşı oxuduğuma görə, məni ali məktəbə qəbul elədilər”.

 

Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil:

 

“Heç bir zaman bir qiymət deyib, o məbləğdə də dayanmıram. Kim nə hörmət edirsə, o qiymətə də razılaşıram. Yəni toy qiymətim elə də baha deyil”.

 

Meriya Müsavat Partiyasının yürüşü ilə bağlı qərar verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.APA-nın xəbərinə görə, meriya yürüşün keçirilməsinə razılıq verməyib.

 

BŞİH Müsavat Partiyasına həmin tarixdə keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.

 

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

 

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunmuşdu.

DYP işçi axtarır

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (siravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

 

İdarədən Aktor.Az-a verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterdə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santımetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum edilməmiş, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

 

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 8-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

– Şəxsiyyət vəsiqəsi

 

– Təhsil haqqında sənədin əsli

 

– Hərbi bilet (kişilər üçün)

 

– əmək kitabçası (olanlar üçün)

 

– sürücülük vəsiqəsi

 

– kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd ( sertifikat və s.)

 

Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66

Azərbaycanda ilanların pulla tutulması təklif edildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

 

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

 

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: “Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-in razılıq məktubu əsasında İnstitutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.

 

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda İnstitutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.

 

Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin: “Bunun üçün İnstitutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Həmin müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.

 

E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: “İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirilər”.

 

Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artması qənaətinə gəlirlər.

Bakıda universitetdə kütləvi dava — VİDEO

Bir neçə dəqiqə əvvəl Azərbaycan Kooperasiya Universitetində tələbələr arasında kütləvi dava düşüb.İki qrup arasında yaranmış mübahisə sonradan yaxınlıqdakı binaların arasında əlbəyaxa davaya çevrilib.

 

Aktor.Az Ölkə.Az-a istinadən həmin görüntüləri təqdim edir.

 

Bəzi deputatlarımızın Azərbaycan əleyhinə səs verməsi üzücüdür – Ünüvar

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlarının Azərbaycanla bağlı qətnamənin qəbul edilməsi lehinə səs verməsi üzücüdür.Bu barədə N.Ünüvar Trend-ə açıqlamasında bildirib.

 

Bu addımı qətiyyətlə pisləyən millət vəkili qeyd edib ki, CHP-dən olan deputatların belə fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinə əsla təsir etməyəcək:

 

“Türkiyə və Azərbaycan bütün beynəlxalq təşkilatlarda qardaş mövqeyindən çıxış ediblər. Bu gün Azərbaycan və Türkiyə münasibətləri mükəmməl səviyyədədir”.

 

Onun sözlərinə görə, Azərbaycan əleyhinə səs verənlər Azərbaycanın sosial, siyasi və demokratik inkişafının fərqində olsaydılar, belə addım atmazdılar.

 

Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.

 

Bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdı – Elməddin Behbud

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcəyi bildirilir.

 

Müstəqilliyimizin bərpasının 26-cı ildönümü günündə təşkil olunacaq bu dinləmələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud fikirlərini bildirib:

 

– Hazırda bir sıra beynəlxalq qurumlar və böyük dövlətlər tərəfindən Azərbaycana qarşı “qara piar” kampaniyası aparırılır. Əlbəttə, İraqa, Suriyaya, eləcə də possovet ölkələrindəki münaqişələrə bəslədikləri ziddiyətli və riyakar münasibətin “insan haqları”, “demokratiya” adlı örtüklərini tamamilə üzərlərindən götürdüyü bu qurumlar etiraf etmək istəməsə də, aydın görünür ki, onların antiazərbaycan fəaliyyətində erməni lobbisinin danılmaz, altından xüsusi cizgiylə çəkiləcək dərəcədə təsiri var. Helsinki Komissiyanın ermənipərəst rəhbəri Kristofer Smitin məlum təşəbbüsü də ölkəmizə qarşı bu sıradan olan hücumlar kateqoriyasına aiddir. Maraqlıdır ki, Helsinki Komissiyasının bütün prinsiplərini son 25 ildə tapdalamış Ermənistanın əleyhinə hansısa bir tənqidi fikir səsləndirməyən və işğalçı ölkəni bu gün də davam etdirdiyi hüquqa və insanlığa zidd əməllərdən çəkinməyə vadar edən heç bir praktiki addım atmayan komissiya üzvləri bölgənin mühüm siyasi-iqtisadi platforması olan Azərbaycana qarşı hər cür əsassız iddialar irəli sürməkdən çəkinmirlər. Bu dinləmələrin məqsədi yalnız Ermənistanın əməllərini leqallaşdırmağa yönəlib və anti-Azərbaycan xaraktei daşıyır. Birmənalı şəkildə söyləmək olar ki, bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır.

 

Elməddin Behbud xatırladıb ki, Kristofer Smit hələ 1992-ci il oktyabr ayının 24-də ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də böyük canfəşanlıq göstərmiş şəxsdir. O cümlədən, bir sıra ölkələrdə qondarma erməni soyqırımının tanınmasında da bu şəxsin xüsusi “əməyi” vardır. Bu şəxsin demək olar ki, fəaliyyətinin ana xətti Azərbaycan və Türkiyənin əleyhinə olan kampaniyalara qoşulmaqdan ibarətdir.

 

“Təəssüflər olsun ki, Azərbaycanın regional təhlükəsizlik, enerji daşıyıcıları və digər bir sıra məsələlərdə strateji müttəfiqi olan ABŞ-ın Helsinki Komissiyasının rəhbərliyində belə bir antiturk, ermənipərəsrt şəxs təmsil olunur. Bu dinləmələrin əsas məqsədi Ermənistana və onun Azərbaycan torpaqlarında yaratdığı cinayətkar, separatçı rejimə daha böyük həcmdə maliyyə dəstəyinə nail olmaqdır. Bununla da Ermənistanın separatçılıq faəliyyətinə göz yummaq və münaqişənin həlli prosesində işğalçı ölkənin qeyri-konstruktiv siyasətinə “don” geyindirməyi hədəfləyirlər. Bütövlükdə bu həm də onu göstərir ki, ABŞ-ın Helsinki Komissiyasının prinsipləri və bu istiqamətdə fəaliyyəti yalnız kağız üzərindədir. Bu komissiya ilk növbədə münaqişənin həlli ilə bağlı qarşısına qoyduğu prinsipləri bir daha kobud şəkildə pozur. Bu isə Azərbaycan dövlətinin, vətəndaş cəmiyyəti institutlarının haqlı narazılığına səbəb olur”,- deyə o, bildirib.