Ana Səhifə Blog Səhifə 1013

“Dialoq məkanı: Azərbaycan” layihəsinə start verilir

Azərbaycanda “Dialoq məkanı: Azərbaycan” layihəsinin icrasına start verilir.Aktor.Az xəbər verir ki,layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, gənc fəal Aygün Gözəlovanın təşkilatçılığı ilə həyata keçirilir.

 

Layihənin məqsədi gənclərdə islam həmrəyliyi ilə bağlı məlumatlılığın artırılmasıdır. Qeyd etmək yerinə düşər ki, gənclərdə bu sahəyə maraq yaratmaqla bərabər, həm də islam həmrəyliyinin Azərbaycan nümunəsinin xüsusiyyətləri və üstünükləri ilə bağlı informasiyaların mənimsənilməsinə meylin artırılması da olduqca vacibdir.

 

Layihə həyata keçiriləcəyi 3 ay ( 16 oktyabr 2017- 16 yanvar 2018) müddətində Bakı şəhərində fəaliyyət göstərən 2 ali təhsil müəssisəsi, 2 kollecin tələbələri, 2 orta məktəbin yuxarı sinif şagirdləri üçün təlimlər həyata keçiriləcək.

 

Bu layihə çərçivəsində həyata keçiriləcək təlimlər vasitəsilə ölkəmizdə keçirilən İslam Həmrəyliyi oyunları, multikulturalizm və tolerantlığın Azərbaycan modeli haqqında gənclərə geniş, hərtərəfli məlumatların verilməsi, onların bu sahədəki elmi ədəbiyyatla tanış olmaları və xaricdə yaşayan soydaşlarımızla videokörpülər vasitəsilə müzakirələr aparmaq imkanları təmin ediləcək.

 

Hesab olunur ki, layihənin həyata keçirilməsi nəticəsində gənclərimizdə islam həmrəyliyi ilə bağlı bilgilər artacaq. Bu isə öz növbəsində gənclərdə dünyagörüşün formalaşmasına, biliklərin artmasına gətirib çıxaracaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun feysbuk səhifəsi:  https://www.facebook.com/youthfundaz/

 

Suraxanıda Milli Qəhrəman Rafiq Alıcanov yad edildi – FOTO

Bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ”20 Yanvar Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Alıcanov Rafiq Cəfər oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Suraxanı rayon Gənclər evində yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.

 

Aktor.Az xəbər verir ki, tədbirdə Milli Qəhrəman Rafiq Alıcanovun ailə üzvləri, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, eyni zamanda tədbirin aparıcısı Emin Həsənli, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İB-nin sədri Mehdi Mehdiyev, “Ehtiyatda olan Zabitlər Konfiderasiyası”nın Səbail rayon şöbəsinin müdiri və ehtiyatda olan polkovnik Xətayi Baxışov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, QHT TV-nin rəhbəri Cəsarət Hüseynov, “Müvəkkil hüquq mərkəzinin rəhbəri, hüquqşunas Səməd Vəkilov, Sosial Rifah və Tətqiqatlar İB-nin sədri və fact-info satının redaktoru Əkrəm Bəydəmirli, AYB-nin ədəbi işçisi, şairə Güləmail Murad, Jurnalist Fəridə Ləman, “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, məktəblilər iştirak edib.

 

Tədbirin gedişatında layihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli Qəhrəmanımız Rafiq Alıcanovun xatirəsi yad olunmuşdur.

 

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.

 




ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi

0

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən   ” Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği ” layihəsinin yekun mətbuat konfransını  keçirdi.

 

Layihə rəhbəri_Məlahət Xəlilova  dedi ki,  iyulun 25-dən oktyabrın 25-dək 3 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində icra planında  nəzərdə tutulmuş   Bakının Qaradağ,Yasamal və Xətai rayonlarında   aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəmanlar  Samid Gülağa oğlu İmanov, Murad Mirzəyev,gizir Rusif İbrahim oğlu Ağayevin ailələrini ziyarət etdik. Şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək”. Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqlar qəzet,facebook,saytlar   vasitəsilə ictimailəşdirilməci üçün müsahibələr alındı və yayıldı.Mövzu ilə bağlı silsilə məqalə və müsahibələr “Olaylar” qəzeti,”Sabahinfo.az” ,”Olaylar.az” saytlarinda dərcedilmiş və facebookda geniş yayınlanmışdır.Bu isə layihənin geniş oxucu  kütləsinin məlumatlanmasına musbət təsirinin nəticəsidir. M.Xəlilova bu  ziyarətlərin nəticəsi kimi Aprel şəhidlərinin tanıdılması ,gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi üçün orta və ali  məktəblərdə maarifləndirmə işinin daha geniş çapda aparılması, televiziya kanallarında  müvafiq sosial çarxların hazırlanması,şəhidlər barədə romanlar yazılması,filmlər çəkilməsini vacib hesab edir.Dövlət qurumları və QHT Dövlət Dəstəyi Şurası  ilə yanaşı bütün digər ictimai qurumlar da Qarabağ şəhid və əlil ailələrini diqqət mərkəzində saxlamalı,və onlara mənəvi dəstəklərini göstərməlidirlər.Onların bu dəstəyə çox ehtiyacları var.

 

Mətbuat  konfransında iştirak edən  Mübariz Göyüşlü-“Müasir inkişaf” İctimai Birliyinin sədri,Vilayət  Muxtar-“İnsan hüquqları və Maarifçilik” İctimai Birliyinin sədr müavini,Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru,Nailə  İsmayılova-“Yeni həyat”HSD İctimai Birliyinin sədri,Rey Kərimoğlu-Qarabağ qazisi,jurnalist,Nahid Canbaxışlı-“Vətənİnfo”saytının direktoru,Qarabağ qazisi, Seyfəddin Qurbanov -Şəhid atası mövzunun həmişə aktual olacağını bildirərək, Qarabağ şəhid və əlil ailələrinə,veteranlarına mənəvi dəstək olmaq üçün hər şeyə hazır  olduqlarını nəzərə çatdırdılar.

 

 

Müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub

0

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub.

 

Aktor.Az-ın  məlumatına əsasən, 2018-ci ilin dövlət büdcəsində ümumilkidə müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulur.

 

Bu məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.

 

Dövlət büdcəsindən həmçinin, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.329 milyard manatın ayrılması nəzərdə tutulur.

Tanınmış elm adamı vəfat etdi – FOTO

0

Belə ki, Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib.Xeberle.com xəbər verir ki, 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M.Tahirovanı xilas etmək mümkün olmayıb.

 

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “SSRI təhsil əlaçısı”, “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsüdür.

 

 

Pərvin Abıyevanın ad günündə qaynar rəqs – VİDEO

Aktrisa Pərvin Abıyeva özünə dəbdəbəli ad günü mərasimi keçirib.

 

Bakının məşhur restoranlarından birində baş tutan özəl gündə Pərvin ən yaxın dostlarını ətrafına toplayıb və görüntülərini dostları kameraya çəkərək sosial şəbəkədə paylaşıb.

Azərbaycana ən çox sərmayə qoyan ölkələrin adı açıqlandı

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar sərmayə yatırıb.Bunu Azərbaycan – Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və Bəhreyn tərəfindən qoyulub:

 

“Eyni zamanda, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb”.

 

Ş.Mustafayev bildirib ki, Azərbaycanda təqribən Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kapitallı 280 şirkət fəaliyyət göstərir: “Azərbaycan investisiya qoyulması baxımından əlverişli ölkədir”.

 

O əlavə edib ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əmtəə dövriyyəsi son illərdə artım nümayiş etdirsə də, yüksək səviyyədə deyil – cari ilin 8 ayı ərzində 40 milyon dollardan çox.

Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq

Oktyabrın 26-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konserti olacaq.

 

Bu haqda Rusiya azərbaycanlılarının vahid informasiya portalı “AzRu.org” məlumat yayıb. Konsertdə Azərbaycan xalqının zəngin tarixi və mədəni irsini əks etdirən xalq rəqsləri ifa olunacaq. Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Çaykovski konsert salonunda baş tutacaq.

“VAZ” 20 min avtomobili geri çağırdı

“AvtoVAZ” şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

 

Aktor.Az xəbər verir ki, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır.

 

 

Ərəb dövlətləri ilə əməkdaşlıq müzakirə olunub – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti  Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

 

Aktor.Az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirildi. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Bildirildi ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir.

 

STP-nin baş direktoru Emin Məmmədov qonaqları salamlayaraq, müəssisənin məhsullarının körfəz ərəb dövlətlərinin bazarlarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışdı. STP ilə təşkilata üzv dövlətlərin şirkətləri arasında əməkdaşlıq əlaqələrin qurulmasından və daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırdı. Qeyd etdi ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır: “Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bu da bizə xaricə bazarlara çıxmaq imkanı verir. Müəssisə daxili təlabatla yanaşı, xarici bazarında ehtiyaclarını tam qarşılamaq gücündədir. İstehsal edilən yüksək keyfiyyətli məhsullarımız və münasib qiymətlərimizi sizlərin də tələblərinə uyğun olduğunu hesab edirəm”.

 

Nümayəndə heyətinin rəhbəri Əbdüllətif bin Raşid Əl-Zəyyəni qonaqpərvərliyə görə minnətdarlığına bildirdi. Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd etdi. Azərbaycan ilə şüraya üzv dövlətlər arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğuladı. STP ilə gələcək əlaqələrin qurulması üçün sabah keçiriləcək Azərbaycan- Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda müzakirə edilməsinin vacib olduğunu bildirdi.

 

Daha sonra nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün zavodları gəzdi. Onları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırıldı.