Ana Səhifə Blog Səhifə 1012

Турция добивается от Германии выдачи 81 человека

После неудавшегося путча в июле 2016 года Турция подала в Германию 81 запрос о высылке предполагаемых преступников. Об этом говорится в ответе федерального министерства юстиции на запрос фракции “левых” в бундестаге, сообщает Deutsche Welle.

 

При этом неизвестно, сколько запросов турецких властей связаны с подозрениями в терроризме.

 

Турция обвиняет Германию в том, что она укрывает тысячи турецких граждан, подозреваемых Анкарой в терроризме. “Германии переданы 4500 досье, касающихся сторонников Рабочей партии Курдистана. И ни по одному из них мы не получили ответа”, – заявил на прошлой неделе президент Турции Реджеп Тайип Эрдоган.

 

По его словам, то же самое можно сказать о сторонниках движения проповедника Фетхуллаха Гюлена, которых турецкие власти считают террористами и обвиняют в организации путча.

 

В феврале текущего года министерство внутренних дел ФРГ опубликовало статистику за 2016 год. Тогда из 60 запросов о депортации только в восьми случаях речь шла о делах, связанных с терроризмом. Подавляющее большинство запросов были связаны с уголовными преступлениями. Сколько из них были удовлетворены немецкими властями, не сообщается.

 

Azərbaycanlı tələbə yaşadığı qadını öldürdü

Ukrayna paytaxtı Kiyevdə azərbaycanlı qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

 

Ukrayna Milli Polis Təşkilatının mətbuat xidmətindən “Report”un Ukrayna bürosuna verilən məlumata görə, həmin şəxsin özü hadisə yerinə polis çağırıb və cinayəti törətdiyini etiraf edib.

 

Məlumata görə, oktybarın 10-də gecə saat 2 radələrində naməlum şəxs polis şöbəsinə zəng edərək qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını öldürdüyünü bildirib. Polis əməkdaşları hadisə yerinə gələn zaman mənzildə cinayəti törətdiyini etiraf edən 23 yaşlı kişi olub. O, təxminən iki il bir yerdə yaşadığı qadınla mabahisə etdikdən sonra ona bir neçə bıçaq zərbəsi vurduğunu bildirib. Ekspertlər qətlə yetirilən 22 yaşlı qadının bədəninin müxtəlif yerlərində, xüsusən də boğaz və qarın nahiyələrində bıçaq yaraları aşkar edib.

 

Saxlanılan şəxsin Kiyevdəki universitetlərin birinin sonuncu kursunda oxuduğu və başqa dövlətin vətəndaşı olduğu məlum olub. O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib.

 

Qeyd edək ki, daha əvvəl Ukrayna KİV-i Kiyevdə azərbaycanlının qadını öldürməsi barədə xəbər yaymışdı.

Könül Xasıyevanın son halı – VİDEO

Bir müddətdir onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyevanın yeni görüntüsü yayılıb.Aktor.Az-ın məlumatına görə, xanəndənin videosu İnstaqramda paylaşılıb.

 

K.Xasıyevanın saçlarının ağardığı diqqətdən qaçmayıb.

 

Bakıda 8-9 ballıq zəlzələ olacaqmı? – AÇIQLAMA

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır.Bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

 

Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:

 

“Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir”.

Yunus Oğuzun “Atabəy Eldəniz”nin müzakirəsi keçiriləcək

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçiriləcək.

 

Bu barədə Aktor.Az-a Y.Oğuz məlumat verib.

 

Səyyar ASAN xidmət bu bölgələrdə

Səyyar ASAN xidmət 23 oktyabr-11 noyabr Ağsu rayonu, 23 oktyabr-6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr-25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr-6 noyabr Oğuz şəhəri, 28 oktyabr-11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

 

Bu barədə Aktor.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Həmçinin, 2-31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.

 

Bundan başqa səyyar avtobuslar 25 sentyabr-24 oktyabr Şirvan və Xırdalanda, 9-23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşların xidmətində olacaqlar.

 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

Notariat fəaliyyəti;

 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

 

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

 

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

 

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

 

Əmək pensiyalarının təyin edilməsi;

 

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

 

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

 

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

ATU Qarabağ və aprel döyüşlərinin iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Qarabağ uğrunda döyüşlərində, o cümlədən aprel döyüşlərində iştirak edən Qazilərlə görüşü keçirilib. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusuna həsr edilmiş görüşdə ATU-nun professor müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Aktor.Az xəbər verir ki, tədbirdə ATU rektoru Gəray Gəraybəyli çıxış edərək aprel döyüşlərini Azərbaycan xalqının mübarizliyinin, Milli ordunun gücünün, qüdrətinin təntənəsi kimi qiymətləndirdi. Rektor Dağlıq Qarabağın azadlığı uğrunda aparılan döyüşlərdə əsgərlərimizin böyük qəhrəmanlıq və şücaət nümayiş etdirdiyini bildirdi. Onun sözlərinə görə, aprel döyüşləri müasir Azərbaycan gəncliyi üçün bir vətənpərvərlik örnəyi oldu: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, deyən rektor G.Gəraybəyli tezliklə işğal altında olan torpaqlarımızın hamısının azad olunacağından əmin olduğunu bildirdi.

 

Daha sonra tələbələrlə görüşə gəlmiş Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov həmin döyüşlərin Azərbaycan ordusunun hərbi gücünün, ordumuzun peşəkarlığının, qalib gəlmək əzminin, xalq-ordu, ordu-xalq birliyinin nümayişinə çevrildiyini söyləyib. Qarabağ qazisi Rey Kərimoğlu Azərbaycan Milli Ordusunun ilk əsgərlərindən biri kimi döyüşdüyü kəşfiyyat batalyonunun apardığı əməliyyatlardan, özünün iştirak etdiyi bir sıra döyüşlərdən epizodlar xatırlayıb. Eşqin Hüseynov qeyd etdi ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Digər tərəfdən, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını da göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu.

 

Çıxışlar zamanı qeyd olundu ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Çünki bizdə vətən uğrunda həm ölməyə, həm də öldürməyə hazır olan qəhrəmanlarımız var.

 

Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Tacir Şahmaroğlunun “Bayatı Şiraz”ı ifası ilə başlayan bu hissədə Şəmistan Əlizamanlı, ATU-nun Hərbi Tibb və ictimai tibb fakültəsinin tələbələri, “Şəfa” xalq çalğı alətləri ansamblının ifasında vətənpərvər ruhlu mahnılar və şeirlər ifa olunub.

 

 

Bakıda avtobus qəzası – Ölən var

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.Lent.az xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində “Daewoo” markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

ABŞ sivil ölkə deyil – Ərdoğan

ABŞ-ı sivil ölkə adlandırmaq olmaz, çünki orada insan hüquqları ilə bağlı ciddi problemlər var.

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

 

“ABŞ tərəfindən mənim cangüdənlərimə həbs qərarı veriləndən sonra mən bu ölkəni sivil adlandıra bilmərəm”.

Hərbi qulluqçumuz şəhid oldu

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

 

Azərbaycan Müdafiə Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

 

Son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər. Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir.

 

Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir.

 

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.