Ana Səhifə Blog Səhifə 1009

Sürücü yol polisi tərəfindən döyüldü – Şamaxıda

Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.APA xəbər verir ki, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb.

 

Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikovtərəfindən saxlanılıb.

 

Ruslan Feyzullayev bildirib ki, polis əməkdaşı onu avtomobil idarə edərkən siqaret çəkdiyinə görə saxlayıb və sənədləri yoxlayan zaman aralarında mübahisə yaranıb: “Sənədlərim qaydasında oldu və siqaret çəkdiyimə görə saxlanılmağımın qanunsuz olduğunu izah edərkən, polis əməkdaşı Fərid Məlikov tərəfindən təhqir olundum. O, mənim sinəmə, ayağıma yumruq və ayaq zərbəsi vurdu. Avtomobilimdə olan qardaşım və əmim oğlu da hadisənin şahidləridir. Məni təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişik. Həkim müayinəsindən keçmişəm, şahidlərim var, məsələ araşdırılır”.

 

Yol polisi əməkdaşı, baş leytenant Fərid Məlikov isə bildirib ki, sürücü yolda digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxlanılıb və barəsində protokol tərtib olunub. “Sürücü siqaret çəkirdi, mən onu saxlayıb sənədlərini yoxladıqda, o, ağzı ilə siqaretin tüstüsünü üzümə vurdu. Ona dedim ki, mən özümü mədəni şəkildə polis zabiti kimi təqdim elədim, amma sən siqaretin tüstüsünü üzümə vurursan, etikan, mədəniyyətin olsun. Mən onu siqaret çəkdiyinə görə saxlamamışam. Yalan deyir, mənə böhtan atır. Yol polisi avtomobilinin kamerasının qarşısında mən onu döyə bilmərəm. O, əsəbi şəkildə mənimlə mübahisə yaratdı, onu sakitləşdirib yola saldıq, sonra gedib məndən şikayət edib. Mən cəriməni yazdım, o, məni qəsdən şərləyir”.

 

Faktla bağlı araşdırma aparılır.

Heydər əl-Abadi Türkiyədə

İraqın baş naziri Heydər əl-Abadi Türkiyəyə səfərə gəlib.

 

Türkiyə mediasının məlumatına görə, iraqlı baş nazirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi barədə KİV-lərdə xəbər yer alıb.

 

Əli Həsənovun məqaləsi “Science and world” jurnalında – FOTO

Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi məqaləsi ingilis dilində dərc edilib.

 

Məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.

 

Müəllif zəngin xarici mənbələrə və tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

 

Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır və göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Nəticədə 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.

 

Müəllif məqalədə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini elmi mənbələrə əsasən araşdırır, xüsusilə XX əsrin so¬nun¬da ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirir. Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilmiş vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin tarixinə nəzər salınır, Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblər göstərilir ki, bu da Dağlıq Qarabağda strateji əhəmiyyətli və əhalisi soyqırımına məruz qalmış ərazi haqqında daha ətraflı məlumat almaq istəyən xarici oxucuda geniş təsəvvür yaradır.

 

Məqalədə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi daha geniş tanınması məsələləri tədqiq edilir, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər araşdırılır. Xüsusilə, bu qırğını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantılarında qəbul edilən sənədlər də ayrıca təhlil edilir.

 

Qeyd edilir ki, hazırda Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə daha geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan addımlar Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Fondun bu istiqamətdə fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha geniş məlumatlandırılır.

 

Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq edilib. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır və adıçəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.

 

Professor Əli Həsənovun məqaləsinin nüfuzlu “Science and world” jurnalında dərc edilməsi təkcə müasir tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması və ifşa olunması baxımından əhəmiyyətlidir.

 

Lombarda silahlı basqın – BAKIDA

0

Bakıda lombarda basqın olub.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 24-də Nəsimi rayonu ərazisindəki lombardlardan birinə gələrək orada işləyən Abşeron rayon sakini Anar Əliyevi tapançaya bənzər əşya ilə hədələyib pul və qızıl əşyalar verməsini tələb edən Bakı şəhər sakini Kamran Allahverdiyev Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

 

Ondan oyuncaq tapança götürülüb.

Keçmiş məhkum taksi sürücüsünü qarət edib

Bakıdan Qusara gedən keçmiş məhkum taksi sürücüsünü qarət edib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağdam rayon sakini Rafayel Novruzov oktyabrın 24-də Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir gün əvvəl Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.

 

Araşdırmalarla məlum olub ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan R.Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun “Samsung” markalı telefonunu da götürərək aradan çıxıb.

 

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib.

 

Araşdırma zamanı onun Qusar rayonunun Hil kəndi sakini, əvvəllər məhkum olunmuş Samir Zalov olduğu müəyyən edilib. Ş.Zalov törətdiyi əməli etiraf edib və R.Novruzova məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

S.Zalovun digər cinayətlərdə də iştirakının olub-olmadığı araşdırılır.

“Lotu Quli”nin vəkilindən ilk açıqlama: “23 ildir ki…”

0

Azadlığa çıxan kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) vəkili açıqlama verib.Musavat.com-a danışan vəkil Təranə Əliyeva deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə N.Səlifov ötən gün azadlığa çıxıb.

 

Vəkilin sözlərinə görə, “Lotu Quli” hazırda Gürcüstandadır: “Onun səhhətində problemlər var. 23 ildir ki, içəridə idi”.

 

Qeyd edək ki, “Lotu Quli” cəzasının 3/4-ü çəkdiyi üçün dünən azadlığa buraxılıb.

 

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

“ВАЗ” выпустит 12 новых моделей авто

Крупнейший российский автопроизводитель планирует до 2026 года полностью обновить модельный ряд, выпустив 12 новых моделей машин.

 

Кроме того, в течение ближайших девяти лет концерн планирует полностью загрузить все имеющиеся производственные мощности. В частности, на трех линиях завода в Тольятти и одной в Ижевске будет налажена сборка моделей Lada, Renault и Nissan, отмечает «Федеральное агентство новостей».

Murad maşını Talıba niyə vermədi? – SƏBƏB

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında “Maşın” realiti şousunun qalibi məlum olub. Xatun Əliyeva həmkarı Talıb Taleyə jest edərək əlini maşından çəkib. Ancaq yarışmanın dünən gecə yayımlanan buraxılışında qalibin adı rəsmi olaraq elan olunmayıb, final gecəsi keçirilməyib.

 

Qafqazinfo xəbər verir ki, final mərasiminin dünən keçirilməməsinə səbəb şounun əvvəldən hazırlanan planına görədir. Belə ki, sponsorlara layihənin 17 gün davam edəcəyi və finalın oktyabrın 25-də baş tutacağı deyilib. Eyni zamanda, ATV kanalında da yayım üçün həmin müddət “MGP” tərəfindən alınıb. Məhz bu səbəbdən final bu axşam keçiriləcək.

 

Şounun son buraxılışında yarışmanın bütün iştirakçıları və şou-biznesin məşhur simaları iştirak edəcəklər.

İslam həmrəyliyi ilə bağlı daha bir layihəyə start verilib

Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi “İslam həmrəyliyi Azərbaycan gənclyinin gözü ilə” layihəsinə artıq start verilib. Layihənin rəhbəri Aynur İsmayıllının Aktor.Az-a verdiyi məlumata görə, layihə çərçivəsində videorolikin hazırlanması, islam həmrəyliyinin Azərbaycan nümunəsinini ictimai müzakirəsi təşkil olunacaq. Müzakirədə gənclərlə bərabər millət vəkilləri, dövlər orqanlarının nümayəndələri iştirak edəcək.

Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda bizdə dünyəvi prinsirlər də hakimdir. Artıq bir həqiqət qəbul edilir ki, dünyada islam həmrəyliyinə böyük ehtiyac var. O da bəllidir ki, müxtəlif dini qruplaşmalar islamı öz istədikləri kimi təbliğ edirlər.

Məhz bu baxımdan yanaşılanda gənclər arasında həqiqi islam dəyərlərinin təbliği və dini dəyərlərin doğru anlaşılması vacibdir.

İslam dini sülh və əmin-amanlıq dinidir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri yaxşı gündə də, dar gündə də bizimlə bir sıradadırlar. Bu uğurla aparılan dövlət siyasətinin nəticəsidir.

Ölkəmizdə İslam Həmrəyliyi oyunlarının keçirilməsi gənclər arasında bu mövzuya marağı daha da artırır. Eyni zamanda Azərbaycan bu oyunları keçirməklə islam həmrəyliyi sahəsində artıq dünyaya bir nümunə göstərir.

Layihə Bakı şəhərində həyata keçiriləcək və 3 ay müddətində reallaşacaq.

“Maşın şou”nun qalibi bəlli oldu – ÖZƏL

ATV-də yayımlanan “Maşın şou”nun qalibi bəlli olub.AZXEBER.COM xəbər verir ki, maşın uğrunda 19 günlük mübarizə yekunlaşıb. Yarışmanın qalibi müğənni Talıb Taleh olub.

 

Qeyd edək ki, finalda maşın uğrunda Talıb Talehlə Xatun yarışırdı