Ana Səhifə Blog Səhifə 1008

“Delta Telekom”un interneti kəsməyə hazırlaşması yolverilməzdir – EKSPERT

“Delta Telekom”un hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir.

 

Aktor.Az xəbər verir ki, bunu son zamanlar internet ödənişləri ilə bağlı yaranan problemləri şərh edərkən ekspert Osman Gündüz belə deyib. Onun fikirlərini olduğu kimi diqqətə çatdırırıq:

 

“Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkəti internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olduğunu bildirib. Yəni dəfələrlə vurğuladığımız “çəkidə aldatma” məsələsini yenidən gündəmə gətirib.

Eyni zamanda əksər provayderlərin onlara borclu oduğunu da yenidən diqqətə çatdırıb.

Ölkənin təxminən 70 % internet təchizatını həyata keçirən qurum borclu provayderlərdən “Qlobal Netvorks” “CNC və “Data Plus” –un internetini tamamilə kəsəcəyini də istisna etməyib.

Dərhal qeyd etmək istərdim ki, biz dəfələrlə bildirmişik ki, istənilən halda qarşılıqlı problemlər səbəbindən Delta-nın hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir

Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi üçün, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər və bu , heç bir halda məqbul variat hesab oluna bilməz. Əmin olmaq istərdim ki, Delta bunun məsuliyyətini bilməmiş deyil.

Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin bu addımı atmağa ehtiyac qalmayıb və biz əminik olmaq istərdik ki bu dəfə də Delta bu addımı atmayacaq.

Amma eyni zamanda şirkətin düşdüyü vəziyyət də anlaşıqlıdır və biz dəfələrlə bununl bağlı açıqlamalar vermişik.

Fikrimizcə məhkəmə variantı ən məqbul variantdır və problem hüquqi müstəvidə həllini tapmalıdır.

Eyni zamanda, fikrimizcə internetin keyifiyyəti ilə bağlı problemlə bağlı Delta-nın gətirdiyi səbəb əslində nəticədir. Köklü səbəblərlə bağlı mən bu yaxınlarda geniş açıqlama verdiyimdən üzərində dayanmaq istəməzdim.

Dəfələrlə biz bildirmişik ki NRYT Nazirliyi ilə birgə maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır.

Ola bilər ki NRYTN Strateji Yol Xəritəsində göstərilən 3-cü bəkbon provayderin internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir. Fikrimcə bu, doğru yanaşma deyildir, elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir.

Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var.

Bu cür köklü problemlər həll olunmadan cidid keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir.

Yeri gəlmişkən, məhkəməyə yerildiyi bildirlən 3 provayder də, bildiyim qədər bu yaxınlarda digər bir bəkbone provayderin tabeliyində olan qurum tərəfindən yenicə satın alınıb. Bu baxımdan bir bəkbon provayder olaraq Delta-nın adı çəkilən provayderlərlə məhkəmə çəkişməsi bitmədən, borclarla bağlı hansısa anlaşma əldə olunmadan başqa bir bəkbonun tabeliydəki quruma məxsus provayderlərin internetini tam kəsməsi doğru olmazdı və heç bir məntiqə sığmazdı”.

 

Talıb Tale maşını vurdu – VİDEO

Ötən gün “Maşın” realiti şousunun final gecəsində maraqlı hadisə baş verib.Yarışmanın sonunda qalib Talıb Tale maşına minərək studiyadan çıxmaq istəyib.

 

O, avtomobil idarə erkən dönmə əməliyyatını düzgün yerinə yetirməyib və maşın kamerala sürtülüb.

 

 

Prokurorluq Abşerondakı əməliyyatla bağlı məlumat yaydı

25 oktyabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda – Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

 

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

 

Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Azərbaycanda yeni assosiasiya yaradıldı

Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyası yaradılıb.Aktor.Az-ın məlumatına görə, bu barədə qadın sahibkarlığına həsr olunmuş tədbir çərçivəsində elan olunub.

 

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, assosiasiyanın yaradılması qadınların sahibkarlıq sahəsində rolunu gücləndirəcək.

 

Daha sonra Assosiasiyanın İdarə heyətinin və Nəzarət-təftiş komissiyasının üzvləri seçilib. İdarə heyətinin sədri “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva seçilib.

Lotu Qulinin qardaşı ilə Türkiyədən ilk FOTOSU

0

İki gün öncə azadlığa çıxan kriminal avtoritet Nadir Səlifov Türkiyəyə yerləşib.

 

O, İstanbul şəhərindədir.

 

“Lotu Quli” yayılan fotoda tanınmış avtoritet olan qardaşı Namiq Səlifovla birlikdədir.

 

Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra ilk olaraq Gürcüstana, doğulduğu Dmanisi rayonuna yollanıb. Lakin, qonşu ölkə höküməti “Quli”dən Gürcüstanı tərk etməyi tələb edib./Yenicag.az

 

Lotu Qulinin lüks otağına aydınlıq gətirildi: “Hansı yolla olubsa…” – FOTO

0

Sosial şəbəkələrdə “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun həbsxanadakı sonuncu fotosu ciddi müzakirələrə səbəb olub.

 

Fotoda Lotu Quli lüks kamerada görüntülənib. Başdan ayağa qaraya bürünən “Lotu Quli”nin qara eynək və papaq da taxdığı görünür. İlk növbədə isə diqqəti cəlb edən kameradakı mebel və avadanlıqların kifayət qədər bahalı olmasıdır.

 

Maraqlıdır, məhbuslara belə lüks kameralar verilə bilərmi?

 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Nadir Səlifov adi kamerada saxlanılıb, lüks otaqda olmayıb: “Harada şəkil çəkilib bilmirəm. Ola bilsin ki, vəkil otağında olub. Çünki hamı üçün eyni şəraitli kameradır. Həmin şəxs də o cür kamerada saxalanılıb. Bu, məhbus otağı deyil. Ola bilsin vəkil otağında olanda vəkil onun şəklini çəkib, onu bilmərəm. Hansı yolla olubsa, hər halda kamera deyil”.

 

Qeyd edək ki,“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb.

 

Digər bir xəbərə görə isə o, hazırda Gürcüstandadır. Lotu Quli 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət aləmində nüfuzlu azərbaycanlı “oğru”lardan sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skype vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalı idi, ancaq vaxtından əvvəl buraxılıb.

 

 

“Xutor”dakı evlər söküləcəkmi? – Abid Şərifovdan açıqlama – VİDEO

Paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə bu səlahiyyət verilib.

 

Baş nazirin müavini Abid Şəriov açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb.Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb.

 

Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu, onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını deyib.

 

Qeyd edək ki, bu il ərzində yalnız Sabunçu rayonunda 1 bina təhvil verilib. Artıq binaların nə vaxt veriləcəyi tarix də məlumdur. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

 

Baş nazirin müavini yeni görkəm alan “Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını, az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını qeyd edib.

 

Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən işlər mərhələli şəkildə həyata keçirilir.

 

Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi “Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.

 

Xırdalandakı atışma yerindən görüntülər yayıldı – FOTOLAR

0

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.”Report”-un məlumatına görə, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

 

Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


Murad Dadaşov jurnalistlərə “savaş açdı”

ATV-də yayımlanan “Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib.Azxeber.com xəbər verir ki, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub.

 

Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş.

 

Ancaq media Murad Dadaşovun bu yalanını üzə çıxarıb və “Maşın”ı Talıb Talehin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir.

 

Bundan başqa aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobili də sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb.

 

Murad Dadaşov və komandasının nəzərinə çatdırmaq istəyirik ki, mətbuata savaş açmaq bu günə qədər heç kimə başucalığı gətirməyib, özünüz hər zaman efirdə xalqın gözü tərəzidir deyirsiz, əgər xalqa bu qədər hörmət edirsizsə, onu aldatmayın. Unutmayın ki, sizə reytinq qazandıran sponsorlarınız yox, tamaşaçılardır. O tamaşaçıları aldatmaq isə mümkün deyil artıq dünəndən hər kəs şounun qalibinin kimliyini bilir. Sosial şəbəkələrdə bu saxtakarlıq və yalançılıq kəskin şəkildə tənqid edilir.

 

Hətta müğənni Nadir Qafarzadə də dünən canlı yayımda Talıb Talehi təbrik etdi. Öz komandanıza söz deyə bilmirsizsə, heç olmasa qonaqlara xəbərdarlıq edərdiz ki, yalanınızı üzə çıxarmasın.

 

Ümid edirik ki, MTRŞ da yaxın günlərdə şounun monitorinqi ilə bağlı nəticələri açıqlayacaq və bu gün həqiqəti yazan mətbuat növbəti dəfə haqlı çıxacaq.

 

Jurnalistlərə saymazlıq edən Murad Dadaşov və komandası “Maşın bu dəfə sizin üçün əldən getməsə yaxşıdır”.

MQF Sumqayıtda dəyirmi masa keçirib – FOTO

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı”adlı dəyirmi masa keçirib.

 

Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov tədbir iştirakçılarını salamlayaraq “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı” mövzusunda fikir bildirmiş və layihənin əhəmiyyəti barədə demişdir: “Belə bir tədbirin Sumqayıtda keçirilməsi təsadüfi hadisə deyil və qürurverici haldır ki, Sumqayıtda fəaliyyət göstərən QHT–lər ölkəmizin inkişafı, azərbaycançılıq məfkurəsinin geniş təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələri uğurla icra edir. Ölkənin inkişafı vətəndaş cəmiyyətinin inkişafı deməkdir”. Son iki ildə Sumqayıtda aparılan infrastruktur layihələri barədə fikir söyləyən Fərman Kazımov eyni zamanda Sumqayıt şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat vermişdir. Eləcə də bildirmişdir ki, yaxın zamanda YAP-ın yeni binasının istifadəyə verilməsi, Şəhər Bayraq Muzeyinin açılışının baş tutması, Kimyaçılar Mədəniyyət Sarayının yenidən bərpasının başa çatacağı və bir neçə sənaye müəssisələrinin açılışı gözlənilir. Sumqayıt QHT-lərinin layihələrini həyata keçirilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti dəstək verir və daima dəstək verməyə hazırdır.

 

Daha sonra Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə dəstək verən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkürünü bildirmişdir. Mili QHT Forumunun yaranış tarixi, məqsəd və fəaliyyətləri barədə məlumat verən Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışmışdır. Azərbaycan Milli QHT Forumu barədə etraflı məlumat verən Rauf Zeyni “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirmişdir ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan heç bir inkişafdan söz gedə bilməz.

 

Rauf Zeyni bildirmişdir: “Sumqayıtın və digər rayonların sosial- iqtisadi layihələr çərçivəsində inkişafı çox qürurverici bir hadisədir. Regionların inkişafı ilə yanaşı vətəndaş cəmiyyyətinin də inkişafı ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biridir”. Ölkəmiz tərəfindən hər zaman QHT-lərə dəstək verildiyini qeyd edən Rauf Zeyni bildirmişdir ki, MDB məkanında ilk dəfə Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası yaranmışdır və bununla da Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaranmış və hər il vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət büdcəsindən maliyyə dəstəyi ayrılır. Bundan sonra MQF-nin bu il həyata keçirdiyi layihənin vətəndaş quruculuğunun inkişafı, QHT hərəkatının gücləndirilməsindən,QHT-lərə institusional sahədə xidmətlərin göstərilməsindən və onlara qayğısından ibarət olduğunu bildirmişdir. Bununla yanaşı MQF-nin 6 regional resurs və təlim mərkəzinin və MQF-də bir neçə mərkəzin fəaliyyət göstərdiyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

 

Tədbirin sonunda mövzu ətrafında maraqlı müzakirələr aparılmış, müəllim və QHT nümayəndələri öz fikirlərini bildirmiş, mövzu ətrafında suallar cavablandırılmış və MQF ilə geniş əməkdaşlıq təklif olunmuşdur. Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət şüarı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.