Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib.Qafqazinfo-nun məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xalq artistinə ev hədiyyə olunub.
Könül Xasıyeva xəbəri təsdiq edərək, çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”.
Hacı Cavad məscidinin tikintisi ilin sonunadək başa çatacaq.
Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dövlət başçısının tapşırığı ilə Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binasının inşası davam edir. Tikinti işlərinin xeyli hissəsi artıq icra olunub, tikintinin bu ilin sonunadək başa çatdırılaraq məscidin dindarların istifadəsinə verilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Yasamal rayonunda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır.
Mirzə Ələkbər Sabir Fondunun dahi şairin 155 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimatını etməsi barədə məlumat vermişdik.
Aktor.Az xəbər verir ki, böyük coşqu ilə həyata keçirilən bu təqdimat elektron KİV-lə bərabər ölkədə fəaliyyət göstərən televiziya kanallarında da geniş işıqlandırılıb.
Qeyd edək ki, ziyalıların, elm adamlarının, jurnalistlərin, QHT nümayəndələrinin, sənətkarların, tələbələrin də qatıldığı bu tədbirdə söz alan layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihədə Sabirə aid olub müxtəlif mənbələrdə – kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığını vurğulamışdı.
Nəzərə çatdırılıb ki, şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı Məmmədsəlimin sağlığındaikən xatirələri əsasında hazırlatdırdığı maketı və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü və muzeyin maketin əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb. S.Tahirli qeyd edib ki, şairə aid bütün məlumatların daxil ola bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.
Daha sonra saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli “Virtual muzey”ın təqdimatını edib. Təqdimatdan sonra AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova, Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar Bayramov, sabirşünas professor Alxan Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış ediblər.
“Mirzə Ələkbər Sabir virtual muzeyi” ilə bağlı daha ətraflı http://sabirmuseum.az/ ünvanından tanış ola bilərsiniz.
Aktor.Az telekanallarda efirə gedən həmin materialları təqdim edir:
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.”Report” xəbər verir ki, hadisə 1983-cü il təvəllüdlü Xəlilov Azər İsa oğlu Zabrat qəsəbəsindəki fərdi yaşayış evinin damında təmir işi görən zaman qeydə alınıb.
A.Xəlilov iş görərkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub. Zərərçəkmiş bədənin 70 faizinin termiki yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub.Report xəbər verir ki, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb edilib.
Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.
Hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə hazırda dindirilir.
Saxlanılan şəxslərin barəsində bu gün həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox “Etibar Hacıqabulski” kimi tanınır.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ötən gün Londonda ötən mövsümün ən yaxşılarının mükafatladırılma mərasimi keçirilib. Aktor.Az xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi fransalı Zinəddin Zidan “FİFA” versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib.
Z.Zidan 2016-17 mövsümündə “Real Madrid” klubu ilə İspaniya “La Liqa”sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və “UEFA” Superkubokunun qalibi olub.
Həmin gecədə ilin ən yaxşı futbolçusunun adı da məlum olub.Kral klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “FİFA” versiyası ilə ilin ən yaxşı futbolçusu seçilib.
Ronaldu 2016-17 mövsümündə İspaniya “La Liqa”sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və “UEFA” Superkubokunun qalibi olub. Bundan əlavə portuqaliyalı hücumçu Çempionlar Liqasında 13 oyuna 12 qol vuraraq turnirdə mövsümün ən çox qol vuran oyunçusu olub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il üçüncü rübdəki fəaliyyət barədə hesabat, icrası başa çatmış layihələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili məqsədi ilə yaradılmış İşçi Qrupunun fəaliyyət istiqamətinin müəyyən olunması, Rusiya Federasiyasının İctimai Palatası arasında Əməkdaşlıq və Birgə Fəaliyyət haqqında Memorandumun imzalanması və Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq müvafiq istiqamətlər üzrə cari ilin üçüncü rübündə həyata keçirilən işlər haqqında məlumat verib. F. Qurbanov qeyd edib ki, Şəmkir, Mingəçevir və Şirvan şəhərlərində ölkənin 33 rayonunda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda konfranslar keçirilib. Şuranın Qhtxeber internet saytı və “Vətəndaş Cəmiyyəti” jurnalı QHT-lərə informasiya xidmətini 2017-ci ilin üçüncü rübündə də davam etdirib.
İcraçı direktor bildirib ki, ötən rüb ərzində 5 QHT Şuranın dəstəyi ilə beynəlxalq toplantılarda iştirak edərək ölkəmizi təmsil edib. 147 QHT-nin layihəsinin icrası, həmçinin Şuranın dəstəyi ilə yaradılmış Bakı Resurs və Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı monitorinq aparılıb. Şuranın 2017-ci il qrant müsabiqəsi çərçivəsində icra olunmuş 199 QHT-nin layihəsinin başa çatması ilə əlaqədar müvafiq akt bağlanıb.
Fərasət Qurbanov 2008-2016-cı illərdə Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi məqsədi ilə görülmüş işlər və tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Münsiflər Heyətinin fəaliyyəti barədə də geniş məlumat verib.
Şura üzvləri Şahin İsmayılov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Nərgiz Xələf, Emin Həsənli, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Şura sədri Azay Guliyev yubiley tədbirlərinin və film festivalının təşkili və bir sıra cari məsələlərin icrası ilə bağlı Şura üzvləri və Katiblik əməkdaşlarına tapşırıqlarını verib.
İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupuna yeni şəxslərin üzvlüyə daxil edilməsi və fəaliyyət istiqamətləri ilə bağlı qərar qəbul olunub.
Bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ”20 Yanvar Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Milli Qəhəmanımızın adın daşıyan və qarşısında büstü qoyulan Nəsimi rayon 44 saylı orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.
Aktor.Az xəbər verir ki, tədbirdə Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İB-nin İdarə heyətinin nümayəndələri, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, təşkilatın sədri Sultan Əzimzadə və sədr müavini, eləcə də istefada olan sərhədçi Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri iştirak edib.
Tədbirdə təşkilatın sədri həyata keçirilən layihə haqqında məlumat vermiş, daha sonra 44 saylı orta məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edib. Tədbirin gedişatında vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və 44 saylı orta məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı olan Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Milli Qəhrəmanımız Yusif Mirzəyevlə bağlı xatirələrini danışıb, vətənpərvərlik mahnısının səsləndirilməsi ilə tədbir yekunlaşıb.
Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.