Ana Səhifə Blog Səhifə 1007

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı- FOTOLAR

Aşağıda fotolarını təqdim edəcəyimiz körpə 1 aylıqdır. Anadangəlmə kəskin ürək qüsuru diaqnozu qoyulub. 

Tovuz rayonu Vahidli kəndindəndir. 10 günlüyündən xəstəxanalardadır, bu səbəbdən hələ rəsmi adı qoyulmayan körpəyə valideynləri İgid deyirlər. İgidin ürəyində bir neçə dəfə cərrahi əməliyyat aparılmalıdır. Hazırda körpənin ürəyində olan qüsur səbəbindən bədəni 52 faiz oksigenlə təmin olunur, 2-3 ayından sonra oksigen azalmağa başlayacaq və həkimlərin rəyinə görə, bundan sonra körpə maksimum 6 ay yaşaya bilər. Olduqca ağır və riskli olan əməliyyatı Hərbi Hospitalın həkimləri üzərinə götürüb. Lakin əməliyyat üçün lazım olan 7800 manatı verməyə valideynlərin imkanı çatmır. Sosial şəbəkə və media vasitəsilə yardım kampaniyası başladılıb, təqdim ediləcək hesaba e-manat və milliön ödəmə mərkəzlərindən də ödəniş etmək mümkündür.
Əziz oxucular! Hər birinizdən bu yardım kampaniyasına qoşulmağı, körpə İgidə dəstək olmağı xahiş edirik. İgidin həyatının xilas olması sizlərin əlindədir./AFN.AZ

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı-

“Lotu Quli”nin Türkiyədən daha 5 FOTOSU

0

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) yaxın dostlarının əhatəsində olduğu bildirilir.

 

Aktor.Az xəbər verir ki, oğru dünyasına yaxın olan sosial şəbəkələrdə “Lotu Quli”nin yeni şəkilləri paylaşımağa başlanılıb. İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən “qanuni oğru”lar baş çəkiblər.  Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn “qanuni oğru”lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.

 

Xatırladaq ki, “Lotu Quli” həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

 

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün Nadir Səlifov Gürcüstana getmişdi.

 

 

 

 

“Lotu Quli” Türkiyədə əlinə silah aldı:düşmənlərə mesaj – YENİ FOTO

0
İki gün öncə azadlığa çıxan kriminal avtoritet Nadir Səlifovun Türkiyəyə yerləşdiyini xəbər vermişdik.
“Qanuni oğru” qardaşı Namiq Səlifovla birlikdə İstanbuldadır.

Bu dəfə təqdim etdiyimiz fotoda isə Lotu Quli azadlığa çıxar-çıxmaz qardaşı ilə birlikdə əlinə silah alıb. Bu isə onun kriminal aləmindəki düşmənlərinə subliminal mesaj ola bilər.  /Yenicag.az/

Prosineçki millidən getdi

0

Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA-dan verilən məlumata görə, Assosiasiya rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

НАТО пригрозило Турции – СКАНДАЛ

Стране-члену НАТО Турции в случае покупки российских зенитно-ракетных комплексов С-400 придется приготовиться к “необходимым последствиям”. Как передает Aktor.Az, об этом заявил начальник Военного комитета НАТО генерал Петр Павел, пишет сайт военных новостей Defense News.

 

По словам топ-военного Альянса, “хотя любая страна может принимать самостоятельные оборонные решения”, приобретение российских установок не позволит Турции быть частью совместной системы ПВО НАТО из-за технических различий комплексов.

 

“Принцип суверенитета, само собой, лежит в основе таких приобретений оборонной аппаратуры. Но точно так же, как государства независимы в своих решениях, они суверенны и по части последствий своих решений”, – предостерег Павел.

 

Турция объявила о выборе в качестве ПВО установок С-400 в сентябре, но еще не подписала финальные документы о покупке. Пока это не произошло, говорит генерал НАТО, “будет справедливо, если союзники обсудят этот вопрос, проблемы и возможные трудности”.

 

По словам Павела, одно присутствие комплексов С-400 в стране-члене НАТО “создаст сложности для объектов союзников, которые могут быть размещены на территории этой страны”. Военный, вероятно, имеет ввиду, что электронные системы российских установок ПВО рядом с транспортным хабом для истребителей-невидимок F-35, задействованных в программе Joint Strike Fighter Program, потенциально могут выяснить различную информацию о возможностях самолета.

 

Тем не менее, подчеркнул он, Турция остается “ключевой частью НАТО” и “никто не отрицает ее роль, как важного союзника на крайне непростом перекрестке задач Альянса”. Павел отмахнулся от того, что недавний дипломатический скандал между США и Турцией из-за определенных проблем с демократией при Эрдогане может повлиять на сотрудничество военных двух стран.

 

“Когда речь заходит о дефиците демократии, покажите мне хоть какую-то идеальную в этом плане нацию. Никто не идеален”, – подытожил он.

“Murad Dadaşov ən böyük alverçidir” – SƏRT AÇIQLAMALAR

ATV-də yayımlanan “Maşın şou”da jurnalistlərə qarşı böyük hörmətsizlik edilib.

Şounun qalibi 2 gün öncə məlum olsa da, aparıcı Murad Dadaşov və komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəliblər. Sponsorlarla bağlanan müqaviləyə görə, şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş. Ancaq media M.Dadaşovun bu “oyun”unu üzə çıxardıb və yarışı Talıb Talenin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o, mühafizəçilərə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq göstərişi verib. Mühafizəçilər media nümayəndələrini studiyadan kobud şəkildə uzaqlaşdırıblar.Metbuat.az sözügedən məsələ ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib:

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli baş verənləri ilk növbədə tərbiyəsizlik və böyük mədəniyyətsizlik kimi dəyərləndirdiyini söylədi:

“Bu tərbiyəsizliyin səbəbi odur ki, media nümayəndələri şou təşkilatçılarının saxtakarlığını və yalanını üzə çıxarıblar. Onlar bu dəfə xalqı aldada bilmədilər, çünki şounun bitdiyini 2 gün öncə ilk olaraq bizim sayt yazdı. Məhz bu səbəbdən də təşkilatçılar jurnalistlərdən qisas almaq üçün belə addım atıblar. Amma bu addım onları daha da hörmətdən saldı. “Maşın” şou bu gün üçün bitə bilər, ancaq bunun sabahı da var. Bu gün bu hərəkəti edənlər sabah yenə mediaya möhtac olacaqlar.”

“Premtime.az”-ın baş redaktoru Türkan Məmmədli məsələ ilə bağlı açıqlama vermək istəmədi: “Məsələni hələ araşdırmamışam”.

“Showxeber.az”-ın studiyadan uzaqlaşdırılan müxbiri Elman Məmmədov isə baş verənlərin hörmətsizlik yox, birbaşa təhqir olduğunu söylədi:

“Bu mediaya qarşı hörmətsizlik yox, birbaşa təhqirdir. Belə böyük miqyasda layihə hazırlanırsa, yayılması istənilməyən məlumatlar qorunmalıdır. Qalibin kimliyinə gəldikdə, bu məlumat sızıbsa, xəbərin yazılmasında media günahkar deyil. Əvvəlcə medianı dəvət edib, sonra peşman olmaq heç bir etikaya sığmır. Şou başlayandan səhifə-səhifə xəbərlər yazan saytlara qoyulan “hörmət”i artıqlaması ilə hiss etdik. Bağışlasınlar, amma bilmək istərdim, bu xəbərin də linkini yollasaq, saytlarında paylaşarlar?”

“Azvision.az”-ın baş redaktoru Vüsal Məmmədov isə şounun komandasına haqq qazandırdı:

Azərbaycanda jurnalistin bu qədər hörmətsiz olmasının əsas günahkarı elə jurnalistlərin özləridirlər. Buna görə də, əcəb olub. Gərək qovanda yağlı bir təpik də vurardılar”.

“Enter.News Media Qrup”un rəhbəri Elçin Bayramov isə baş verənlərə başqa müstəvidən yanaşdı:

“Jurnalistlərin studiyadan qovulmasına aydınlıq gətirmək üçün sizə kiçik bir arayış təqdim etməliyəm: Murad Dadaşovun “Maşın”ı Azərbaycan istehsalı olduğu üçün sözün bütün mənalarında köhnəlib. Azərbaycan xalqı daha çox alman maşınlarını sevir. Murad Dadaşov teleməkanının ən böyük alverçisidir. Fürsətdən istifadə edib çox yaxşı pul qazanır. Məqsədim onun pulunu hesablamaq deyil, reallığı çatdırmaqdır. “Maşın” təzə başlayanda ölkədə maraqla izlənilirdi. Xalq arasında da ciddi proqram kimi qarşılanırdı. Xalqın gözü tərəzidir. Tamaşaçılar sonradan gördü ki, bu adam proqram aparmır, alverlə məşğuldur, ancaq sponsorları və cibini düşünür. Bundan sonra “Maşın”ın reytinqi hər il aşağı düşdü. Layihənin xalq arasında nüfuzu getdikcə azaldı. Murad Dadaşov elə bilir ki, bu proqram qlobal bir layihədir və özünü BBC, CNN, ABC, NTV səviyyəsində hiss edir. Amma unutmasın ki, əyalət səviyyəli bir layihə aparır. Jurnalistləri studiyadan kənarlaşdırmağa gəlincə, onu bildirim ki, bu etikaya sığmayan addımdır. Mərifətli insan heç vaxt belə addım atmaz. Əvvəlcədən dəvət etməsəydilər, daha doğru olardı, nəinki çağırıb, studiyadan qovmaq. Murad Dadaşov sonuncu “Maşın”larda başa düşdü ki, artıq bu “Santa-Barbara”dır, əvvəlki kimi izlənmir. Qıcıq olmağa başladı. Hansısa bir sayt vaxtından əvvəl qalibin adını açıqlayırsa, bu işin günahkarı jurnalist deyil. Problem onun komandasının qeyri-peşəkarlığıdır. İnformasiya təhlükəsizliyini qoruya bilmirlərsə və saytlar bunu xəbər edirsə, Murad Dadaşov jurnalistlərdən niyə qisas alır? Jurnalistin peşəsi xəbər tapmaqdır. Hadisə doğrudan da belə olubsa, aparıcının bu addımını kəskin şəkildə qınayıram.”

Россия вручила США ноту протеста

Россия вручила посольству США ноту протеста в связи с действиями Вашингтона в отношении архива российского генконсульства в Сан-Франциско.Об этом заявила официальный представитель МИД России Мария Захарова в ходе брифинга.

 

«Насколько нам известно, после вторжения американских властей в помещение генконсульства некоторые архивы генконсульства были без согласия российской стороны подвергнуты досмотру, они были перепакованы, вывезены с привлечением услуг <…> частной транспортной компании. Безусловно, на все эти действия была направлена нота протеста», — сказала Захарова.

 

По её словам, подобные действия американской стороны нарушают статью 17 Консульской конвенции между СССР и США от 1 июня 1964 года, в которой говорится, что консульские архивы являются неприкосновенными в любое время и независимо от их местонахождения.

Nazarbayev Bakıya gəlir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana səfərə gələcək.

 

Aktor.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat yayıb.

 

Rəşad Dağlı “Lotu Quli”nin ziyafətində qafiyə dedi: “Quli də bizimdi, Namiq də…- VİDEO

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb. Artıq bir neçə gündür N.Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə ziyafət də təşkil edilib.

 

Həmin ziyafətlərin birində məşhur meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif Əzimov və digərləri də iştirak ediblər.

 

Rəşad Dağlı məşur avtoritetlə bağlı belə bir qafiyə deyib: “Quli də bizimdi, Namiq də bizimdi…”.

 

Qeyd edək ki, “Lotu Quli”nin qardaşı “Lotu Namiq” də azadlığa çıxıb./Bax 

 

Sinə qabarması problemi:Oqtay Şəfioğlunun müalicə metodları – VİDEO

Peşəkar mütəxəssis, manualterapevt Oqtay Şəfioğlunun müalicə metodları ilə bağlı oxucularımızı tanış etməkdə davam edirik.

Aktor.az bildirir ki, həkimin kiçik yaşlı növbəti pasientinin valideynləri ondan razılıq ediblər, uşaqlarının fiziki inkişafında ciddi irəliləyişlərin olduğunu bildiriblər və övladlarının sinə nahiyəsində irəli çıxma halının tədricən aradan qalxdığını məmnun hisslərlə dilə gətiriblər.

Qeyd edək ki, sinə qabarması zaman keçdikcə insanın fizioloji görüntüsünün pozulmasına səbəb olur, çiyin hissəsindəki onurğa bölgəsini əyir. Nəticədə bu, iç orqanlara əks təsir göstərir, ağciyərlərə, diafraqmaya, ürək ritmlərinin pozulması və digər problemlərə gətirib çıxarır.

Videoda görünən bu iş mualicənin çox kiçik bir hissəsini əks etdirir.Oqtay Şəfioğlunun bu və bir çox onurğa xəstəlikləri ilə bağlı problemlərin həllinin öhdəsindən rahatlıqla gəldiyini demək mümkündür.

 

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/oktay.heshimov.75