Ana Səhifə Blog Səhifə 1006

Barda başlayan sevgi qətllə bitdi – Lezbiyan qadınlar

0

Barda tanış olduğu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Viktor Çikonov dindirilib.

 

Viktor Çikonov bildirib ki, sevgilisi Yulya ilə birlikdə qətlə yetirilən qadın İlahə Şahbazovagilə gedib. O, İ.Şahbazovanı Arzu kimi tanıdığını söyləyib.

 

“Həmin gün Yulya ilə görüşdük. Yeyib-içmək istəyirdik. Lakin yer tapmırdıq. Yulya mənə dedi ki, Arzugilə gedək. Onlar çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yox idi. Yulya Arzuya 20 manat verdi. Onlar gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yulyaya dedim ki, gəl səni evə aparım. O da mənimlə çıxdı. Biz getdik”- deyə şahid qeyd edib.

 

O qeyd edib ki, Vorobyovun bundan qabaq da yaşadığı qadın ölüb:

“Oradakı söhbət zamanı bildim ki, Arzudan əvvəl də Sergeyin yaşadığı qadın ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İkinci qadın da öldü, birini tapsa, o da öləcək”.

 

Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınlar Yulya ilə mərhum Arzu arasında heç bir lesbiyanlıq hərəkətləri olmayıb.

 

“Elə şey olmayıb. Kim deyirsə, səhv deyir. Balamın canı, belə şey olmayıb”- deyə şahid bildirib. Amma təqdirləndirilən şəxs buna etiraz edib.

 

Sergey Vorobyov şahidi təhqir edib və iddia edib ki, Arzunu o öldürüb:

“Ay şərəfsiz, sən Arzunu öldürmüsən, məni də bıçaqlamısan. Bizim davamız məhz elə qızların bir-birini qucaqlaması ilə oldu. Bu mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü”.

 

Bildirək ki, təqsirləndirilən şəxs Sergey Vorobyov istintaqa hadisənin təfərrüatı barədə fərqli ifadə verib.

 

O, ittihamla özünü təqsirli bilməyib və İlahəni öldürmək niyyəti olmadığını deyib: “Məni iki dəfə bıçaqla vurduqda əlini burdum, bıçaq təsadüfən ona dəydi. Hadisə zamanı ikimiz də sərxoş idik. Yulya ilə Viktor bizə gələndə spirtlə suyu qarışdırıb içmişdik. Onunla “Arlekino” barında tanış olmuşduq. Özünü “Arzu” kimi təqdim etmişdi. Həmin vaxtdan evimə gəldi, bir yerdə yaşamağa başladıq. İlahə ofisiant işləyirdi. Özünün dediyinə görə, Türkmənistanda anadan olub, 13-14 yaşlarında Azərbaycana gəlib, atası ikinci dəfə ailə qurub, doğma bacı-qardaşları olmayıb. Mənə danışmışdı ki, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib”.

 

S.Vorobyov hadisə günü baş verənləri istintaqda belə izah edibmiş: “Süfrə arxasında Arzu Yulyayla səmimi görüşdüyümə görə mənə irad bildirdi. Dedim ki, “bəsdir, İlahə, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil”.

 

Qonaqlar gedəndən sonra Arzu içki içdiyim üçün mənə irad bildirdi. Mübahisə elədik. Bıçaqla boğazımdan vurmaq istəyəndə başımı geri çəkdim, çənəmi cızdı, sonra sinəmə zərbə vurdu. Özümü müdafiə etmək üçün əlini burdum, tiyəsini İlahəyə tərəf istiqamətləndirdim, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm hələ də döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm. Öldüyünü başa düşdüm. Meyiti xalçaya bükdüm. Artıq meyit çürümüşdü. Üstünü qurd basmışdı. Əvvəl fikirləşdim ki, harasa aparıb ataram. Amma meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı, etiraz etdi”.

 

Qeyd edək ki, sonuncu prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib.

 

Məhkəmə noyabrın 2-də davam edəcək.

 

Hadisə iyunun 3-də Xətai rayonu ərazisində baş verib. Sergey Vorobyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü demişdi.

Diabet xəstələrinin sayı nə qədər dəyişib? – AÇIQLAMA

Bu il ölkədə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb.Bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib.

 

O qeyd edib ki, bu ilin ilk 8 ayı üzrə olan statistikaya əsasən, Azərbaycanda 241 323 şəkərli diabet xəstələri var: “Ölkə üzrə şəkərli diabet xəstələrinin 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Respublika üzrə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543-dür. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır. Təbii ki, Azərbaycanda rəsmi qeydiyyata düşməyən, eləcə də bu xəstəliyə tutulmalarından xəbəri olmayan xəstələr də var. Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır. Dünyada belə xəstələrin 90 faizi ikinci tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd food qidalarından istifadədir”.

 

N.İsmayılova bildirib ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəzi xəstəliyi ilə bağlıdır.

 

Onun sözlərinə görə, belə xəstələrin sayı getdikcə artır: “Bu xəstəliklər daha çox qadınlarda, əsasən də hamiləlik dövründə olan qadınlarda müşahidə olunur”.

 

N.İsmayılova piylənmənin də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəb olduğunu söyləyib.

 

 

Gəncədə baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Srağagün Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb.Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.

 

Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

 

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

 

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.

 

Rəqqasə Fatimə Leyla Əliyeva ilə bir arada – FOTOLAR

Rəqqasəsi Fatimə Fətəliyeva ailəsi ilə birgə Dubaya istirahətə yollanıb.Axşam.az-ın məlumatına görə, sənətçi orada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib. Fatimə bildirib ki, L.Əliyeva ilə orada yeni fəaliyyətə başlayan “Cafe Baku”da olduğu zaman görüşüb.

 

Fətəliyeva İnstaqram səhifəsində paylaşdığı fotoya “Sadə insan, sizi görməyimə çox şad oldum” şərhini yazıb.

 

Rəqqasə Dubaya səfərinin məqsədini də açıqlayıb:

 

“Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə planım var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli bir dekorasiya aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm”.

 

Гули набрасывает план боевых действий? – Прайм Крайм

Как стало известно ИА «Прайм Крайм», воровской мир, затаив дыхание, ждет от 45-летнего вора «в законе» Надира Салифова, он же Гули, освободившегося 24 октября после 22-летнего заключения, первой демонстрации силы.

По нашим данным, Гули уже находится в Стамбуле, в кругу семьи. Поздравления принимает только по телефону. Большинство его собеседников объединяет все еще неверие в происходящее.

О возможном досрочном выходе Гули широко не афишировалось. Узкий круг знал, что вопрос решен, но никто не был уверен в точной дате. Случившийся факт, как и ожидалось, произвел эффект разорвавшейся бомбы. В Азербайджане проводят параллели между Гуявленное снисхождение властей к Гули уже сравнивают с помилованием Ходорковского.

 

 

Если в 2016 году главным событием года было убийство Ровшана, то в этом – обещает быть освобождение Гули. Не удивительно, что эти события взаимосвязаны.

Среди воров высшего эшелона, освободившихся в «нулевых» после длительного заключения, на которых еще смотрели с надеждой, только Шакро и Япончик. Однако, заново покорить воровской мир ни одному из них так и не удалось. У Япончика, которому, если верить экстрасенсам, в американской тюрьме стерли память, при всё еще имевшейся бешеной популярности, вообще не было капитала. У Шакро было и то и другое, но не хватило везения. Сегодня у Гули есть все, включая, то самое главное, чего не было ни у Япончика, ни у Шакро Молодого, – молодости. Про таких, как Гули, когда узнают, сколько ему лет и сколько он отсидел, говорят: «во время сел».

 

 

При тюремном опыте, как у классических «нэпманских» воров, Гули – вор совершенно нового типа. За ним не какая-то бригада вымогателей, а транснациональная корпорация, охватывающая все.

Например, из того, что принадлежало Ровшану, несмотря на притязания Шакро или Джангвеладзе, почти все полностью отошло к Гули. Это никто не стал оспаривать, кроме двоюродного брата Ровшана, Заура Ахмедова, который, единственный, кто все еще находится с Гули в состоянии войны.

По стечению обстоятельств, в день освобождения Гули в Питере были задержаны предполагаемые киллеры Эльшана Мамедова, главнокомандующего Гули, убитого в Тбилиси 11 сентября. Одним из задержанных оказался родной брат Заура, Эмин. Судя по тому, что в бой брошены ближайшие родственники, вокруг Заура остается все меньше людей, на кого он может рассчитывать.

 

 

Сегодня все действующие азербайджанские воры на стороне Гули, но так было не всегда. В числе «крестных отцов» Гули, и это малоизвестный факт, не было азербайджанских воров. Гули был коронован, в 2000 году руставскими ворами: Раулем Кирия и Ширали Аслановым, Джейраном, соответственно, грузином и езидом по национальности.

Азербайджанцы, натравливаемые Хасаном, наоборот, все заодно вскоре попытались остановить Гули. Потом все как один за это поплатились. Вообще, родная для Гули азербайджанская воровская среда, и в том есть немалая его вина, – наиболее конфликтная. Ни один из высокопоставленных азербайджанских «законников» не дожил до преклонных лет и не умер своей смертью. Из «топовых» азербайджанцев только Вагиф в свое время воздержался от критики в адрес Гули, что до сих пор служит залогом их добрых отношений.

 

 

Наиболее вероятным «очагом напряженности» в ближайшее время станет Абхазия. Там у Гули неоконченный разговор с Пызой и компанией. В готовности идти за своими людьми до конца Пыза это, едва ли, то, перед чем Гули может остановиться.

Поскольку Гули – новый игрок, любое усиление его роли не пройдет безболезненно для интересов клана Шакро, поэтому принципиальное выяснение отношений предстоит с «главным офисом». Примечательно, что с Шакро у Гули нет никакой истории взаимоотношений. Не было еще ни столкновений, ни общения вообще. Вернувшись в Россию, Шакро сделал ставку на Ровшана, но только потому что Ровшан, в отличие от Гули, был на свободе. Когда Гули сидел, им еще не о чем было говорить. Теперь, когда сидит Шакро, уже не о чем.

 

 

Хотя, если не с самим Шакро, Гули не избежать разговора с членами его клана, прежде всего, с теми, кто от его лица по прежнему контролирует ситуацию в России. Власть никто не отдаст добровольно. Сильнее всех за нее будет держаться Каха Парпалия. По возрасту и резервам жизненной силы из ближнего окружения Шакро поспорить с Гули может только он.

В предстоящей игре одним из козырей Гули может стать конфликт Парпалия с Кардавой-Мзарелуа, которых связывает личная неприязнь и взаимные претензии. Еще одним оппонентом мингрелов является другой любимчик Шакро, Нодар Асоян. В итоге Шакро выбрал сторону Кахи и Нодара. После этого Гела с тестем исчезли из вида и начали поднимать голову только после ареста Шакро, с опорой на нового союзника в лице Звиададзе. Теперь главной интригой является то, как поведет себя с ними Гули.

 

 

Уже ясно, что Гули будет создавать свой собственный клан. Его преимущество в том, что, в отличие от других, он не сформирован по национальному или территориальному признакам, как например, «кутаисский» или «сухумский». Сегодня, не считая брата Намика, в ближний турецкий круг Гули входят: Пухлый, Кушнер, Ника, Гоча, Маци, Мераб Пипия. Это люди, которые составляют костяк клана Гули.

Не исключено, что возобновятся приемы в семью, которые с 2015 года были под запретом Шакро. Маловероятно, что Гули, увидев в ком-то достойного кандидата и пользу для воровского, будет ждать освобождения Шакро или его разрешения. Гули уже не составило труда в одиночку, без участия Шакро, «оживить» Рашада и Рому Ставропольского, которые ранее не получали подтверждения титула. Сегодня их считают ворами только потому, что так считает Гули. Скорее всего, следующим свой вопрос окончательно закроет Шарап.

При таких активах, главной и единственной амбицией братьев Салифовых может стать только захват всего.

Bakıda daha bir avtobus sürücüsü döyüldü

0

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.”Report” xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.

 

Bakıda daha bir dəhşət – 24 yaşlı qıza təcavüz edildi

Oktyabrın 25-də 24 yaşlı qız zorlanma faktı ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.Bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1993-cü il təvəllüdlü, Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib – red.) bildirib ki, çərşənbə günü səhər saat 05:00 radələrində kirayə yaşadığı evdə Anar adlı tanışı tərəfindən zorlanmaya məruz qalıb.

Onun sözlərinə görə, oğlanı yanına özü buraxıb. Lakin etibar edib otağını bölüşdüyü şəxsin ona təcavüz edəcəyini düşünməyib.

İş üzrə materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib

Sudandakı fəxri konsulumuz “ASAN xidmət”də – FOTO

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun dəvəti ilə Bakıda səfərdə olan Azərbaycanın Respublikasının Sudan Respublikasında fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xidmətdən Aktor.Az-a verilən məlumata görə, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Daha sonra fəxri konsul T.H.Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüşüb.

Görüş zamanı “ASAN xidmət” təcrübəsi, uğurları və yaradıla biləcək qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunub. Həmçinin, Fəxri konsula Azərbaycanda innovativ islahatlar istiqamətində görülən işlər, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” haqqında da məlumat verilib. Bildirilib ki, Konsorsium ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur.

Konsorsiumun məqsədi və fəaliyyət istiqamətiylə tanış olan qonaq üzv olan şirkətlərə səfər edib və bu şirkətlərin xidmət, məhsulları ilə tanış olub.

 

 

 

Nazarbayevdən önəmli FƏRMAN

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb.

 

“Kazinform”a istinadən verdiyi məlumata görə, fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.

 

 

Metroda yaranmış problemlə bağlı AÇIQLAMA

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb.

 

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.