Ana Səhifə Blog Səhifə 1002

Avtoritetlər niyə sevilir? – “Mən mərd oğlanam…”

Son zamanlar avtoritetlərlə bağlı xəbərlər ölkə saytlarının ən baxımlı yerində və ən çox oxunanlar sıyahısında olur. Əksəriyyət, xüsusilə, yeniyetmə və gənclər onlardan danışır və oxuyur. Avtoritetlərlə bağlı xəbərləri belə oxunaqlı edən nədir?

Psixoloq Vəfa Rəşidovanın “Ekspress”ə bildirdiyinə görə, avtoritetlərə meyl hər zaman olub: “Elə insanlara qəhrəman kimi baxırlar. Çünki o insanlar özlərini qəhrəman kimi göstəriblər. Bir var portretdə nə görürsünüz, bir də var portretdə rəssam nə göstərib. Belə insanlar “mən kasıb insanlara kömək edirəm”, “kiminsə işini həll etdim”, “mən mərd oğlanam” düşüncəsi ilə özlərini cəmiyyətə göstərirlər.

İdarə olunan, dünyagörüşü dar olan, tarixi az oxuyan insanlar avtoritet deyilən insanları bir az ilahiləşdirir, bütləşdirirlər. Bəli, bu gün yeniyetmə və gənclərə baxsaq, hansısa avtoritetin həyatını izlədiyini, onun kimi davranmaq istədiyini, onu öz üzərinə obraz kimi seçdiyini görərik. Onlar zaman gözləyir ki, nə vaxtsa onların həyatlarını yaşasınlar. Bu: xüsusən, yeniyetmə və gənclərdə olur”.

Rəşidova qeyd edib ki, adətən insanlar belə adamları mifləşdirməyi sevirlər: “Təəssüf ki, çox hallarda insanlar adi şeyləri, bəzən də neqativ hadisələri ilahiləşdirməyə meyl göstərirlər. Nəyi və kimi mifləşdirdiklərinin fərqinə varmırlar. Bu, çox qəribədir. Doğrusu, bəzən insanların bu qədər bəsit düşündüyünə heyrət edirəm”.

Məsələnin sosio-psixoloji tərəfinə gəlincə, psixoloq deyir ki, cəmiyyətdə özünə inamsız insanlar daha çoxdur. Kütlənin hansısa nüfuzlu, məşhur şəxsiyyəti bütləşdirdiyini görüb, o da kütləyə qoşulur. Kriminal avtoritetlər də bu sıradandır. “Bilmirəm, belələrinin cəmiyyətə nə faydası dəyib? Kitab yazıb, jurnal çıxarıb, insanları maarifləndiriblər? Bəlkə, 5 nəfərin həyatını qutarıb, əsgər gedib, şəhid olublar?”

Psixoloq Babək, Koroğlu kimi əsl qəhrəmanların kriminal avtoritetlərlə əvəzlənməsinə mənfi tendensiya kimi yanaşdığını deyib.

Psixoloq Raminə Həsənova bildirib ki, Azərbaycan uşaqları asılı xarakterdə böyüdülür: “Xüsusilə xanımlar. Ona görə də bizim insanlar kimsə nəyisə sərt şəkildə deyirsə, ona tabe olmaq istəyini özündə hiss edir. Əsasən, bir neçə şəxsiyyət tipləri var ki, onlarda bu meyl daha güclüdür. Döymə vurduranlar, sözlərini deyənlər, sərt olanlar, aqressiv olanlar bu cür hərəkətləri etdikdə özlərini şəxsiyyət kimi hiss edirlər”,-deyən psixoloq hesab edir ki, əslində bu, bir xəstəlikdir. Dediyinə görə, özlərini bəyənənlər, narsizm xüsusiyyətləri olan insanlarda bu cür davranışlara meyl olur. Özlərinə kimisə tabe etdirməkdən xoşları gəlir.

R.Həsənova qeyd edib ki, özgüvənləri yüksək olan insanlar çox şey edə bilirlər: “Ətraflarında olan insanlar onlara həsədlə baxır. Məsələn, kimsə sirkdə şirlə məşqçiyə baxanda deyir ki, “mən heç şirə yaxın gedə bilmirəm. Gör, şirlə necə bacarır?!” Şagird müəlliminə necə qibtə ilə baxırsa, yeniyetmə və gənclər də qanuni oğrulara elə baxır. Onların həyat tərzini öz üzərinə köçürənlər də olur”.

Fədayə Laçınla “Qoca”nın VİDEOsu yayıldı: “Uğrunda ölürüm, ölürüm…”

Müğənni Fədayə Laçınla sevgilisi “Qoca” ləqəbli Etibar Məmmədovun görüntüləri əks olunan görüntülər yayılıb.

 

Aktor.Az Femida.az -a istinadən həmin videonu təqdim edir:

ÇL:”Qarabağ” dan tarixi nailiyyət – DİGƏR NƏTİCƏLƏR/VİDEO

Bu gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində 8 matç baş tutub. Aktor.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu səfərdə İspaniyanın “Atletiko Madrid” klubuna qarşı oyun keçirib.

 

Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunun 40-cı dəqiqəsində “Qarabağın” oyunçusu Miçel fərqlənərək hesabı 0:1 edib. Oyunun 56-cı dəqiqəsində ev sahibini oyunçusu Tomas fərqlənərək hesabı bərabərləşdirib – 1:1.

 

Digər nəticələr isə belədir:

 

A qrupu

 

“Mançester Yunayted” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 2:0

“Bazel” (İsveçrə) – MOİK (Rusiya) – 1:2

 

B qrupu

 

PSJ (Fransa) – “Anderlext” (Belçika) – 5:0

“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya) – 1:2

 

C qrupu

 

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) – 1:1

“Roma” (İtaliya) – “Çelsi” (İngiltərə) – 3:0

 

D qrupu

 

“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 1:1

“Olimpiakos” (Yunanıstan) – “Barselona” (İspaniya) – 0:0

 

“Qarabağ” Madriddə tarixi qələbə qazandı – VİDEO

Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.Aktor.Az xəbər verir ki, C qrupunda mübarizə aparan “Qarabağ” gəncləri Madrid “Atletiko”sunun qonağı olub.

 

Görüşdə  45-ci dəqiqədə Deda Ağdam təmsilçisinə tarixi qələbə qazandıran qola imza atıb.

 

Avtoritet “Qoca”nı qaçıran Günay Atakişiyeva kimdir?

0

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

 

Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

 

G.Atakişiyeva hazırda “Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.

 

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

 

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Parlament iki yüksək vəzifəni ləğv etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

 

“Report” xəbər verir ki, hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

 

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır.Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda parklanma müddəti dəyişdi

0

Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

 

Hazırda bu qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsiin (İXM) 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İXM-nin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati protokol tərtib edilir, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

 

Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-ə əsasən, inzibati məsuliyyət cəlb edilməsi, cərimənin məbləği barədə ödənişsiz SMS məlumatı göndərilir.

 

Bu deyilənlər isə onu deməyə əsas verir ki, bir parklanmanın müddəti 24 saat müəyyən edilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz, ona görə də qanunda dəyişikliklərin edilməsinə ehtiyac var.

 

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Koreyada nüvə obyekti çöküb: 200 ölü

Şimali Koreyada yeraltı nüvə sınaqları obyekti çöküb.Xarici medianın məlumatına görə, hadisə nəticəsində 200 nəfər həlak olub.

 

Hadisənin oktyabrın 10-da baş verdiyi deyilir.

 

Aqil Ələsgərin “Səssiz işğal” kitabı Ərdoğana təqdim olundu – FOTO

0

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Türkiyənin Birinci xanımını Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı aparılan mübarizə haqqında ətraflı məlumatlandırıb.

İnterpress.az xəbər verir ki, bu gün Bakı Türk Liseyinin yeni korpusunun təntənəli açılış mərasimindən sonra “Səssiz işğal” və “Terrorun Gülən üzü” kitablarının müəllifi Aqil Ələsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

Aqil Ələsgər Türkiyənin Birinci xanımı ilə söhbətində 2007-ci ildən bu günə kimi FETÖ terror şəbəkəsinə qarşı göstərdiyi ardıcıl fəaliyyəti haqqında məlumat verib və Türkiyədə işıq üzü görmüş “Səssiz işğal” kitabını Əminə Ərdoğana təqdim edib.

Baş redaktor söhbət əsnasında qeyd edib ki, bu kitabda adları keçən bəzi FETÖ-çular Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ilə cəzalandırılıblar, FETÖ-ya məxsus məktəb və universitetlər bağlanıb.

Bundan məmnunluğunu vurğulayan Əminə Ərdoğan isə yarızarafat formada “Əgər qalanlar varsa, adlarını bizə bildirin”, – deyə Aqil Ələsgərə cavab verib. Xoş atmosferdə keçən söhbət zamanı səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ötən gün Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində iştirak üçün Bakıya gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.

Xatırladaq ki, Aqil Ələsgər 2016-ci il iyulun 15-də (FETÖ çevrilişindən bir neçə saat əvvəl) Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşərək, müəllifi olduğu “Terrorun Gülən üzü” kitabını ona təqdim etmişdi.

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

 

 

 

 

 

 

Prezidentlərin təkbətək görüşü keçirilib

Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Aktor.Az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələr müzakirə olunub.