Ana Səhifə Blog Səhifə 1001

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı olub – FOTOLAR

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib.Aktor.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

 

Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.

 

 

Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var.

 

 

Açılışda iştirak edənlər muzeyin önəminə diqqət çəkərək vurğulayıblar ki, xatirə muzeyinin məhz universitetdə, tələbələrin gediş-gəlişinin sıx olduğu bir yerdə yaradılması vətənpərvərlik hissini daha da gücləndirəcəkdir.

 

Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm…” filminin təqdimat mərasiminə toplaşıblar.

 

 

Azərbaycanın ilk hərbi diktoru olan Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər.

 

Həmin döyüşlər gedən zaman xüsusi qurğularla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək mümkün olur. Alınan məlumatlardan bəlli olur

 

 

ki, mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr endirirlər. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan itkilər verir. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər və qumbara ilə özlərini partladaraq şəhid olublar.

 

Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

 

Filmdə bəhs olunan kəşfiyyatçılarımız haqqında qısa məlumat verildikdən sonra Rey Kərimoğlunun ssenarisi əsasında çəkilən rejissor Nicat Kərimovun “Səkkiz oğul istərəm…” filmi nümayiş etdirilib.

 

 

Filmin nümayişindən sonra qəhrəmancasına, gözünü qırpmadan canını fəda edən həmin kəşfiyyatçıların ailə üzvlərinə “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatı tərəfindən təsis edilmiş medallar verilib.

 

Şəhid kəşfiyyatçımız, leytenant Vüqar Yarəhmədovun adını daşıyan oğlu, AzTU-nun tələbəsi Vüqar Yarəhmədov çıxış edərək atası ilə fəxr etdiyini, şəhidlərin, o cümlədən atasının adının uca tutulduğu üçün dövlət başçısına, universitet rəhbərliyinə təşəkkürünü bildirib.

 

AzTU-nun prorektoru İsa Xəlilov çıxış edərək bildirib ki, universitetdə hərbi vətənpərvərlik ideyası hər zaman önə çəkilib. O, qeyd edib ki, kəşfiyyatçılarımızın şücaəti hətta düşməni də heyran qoyub. Ermənistan hərbi ideoloqları kəşfiyyatçılarımızın bu igidliyini öz əsgərlərinə nümunə göstərmək üçün hərbi qaydada, ehtiramla dəfn ediblər.

 

 

Çıxış edən millət vəkili Hadı Rəcəbli, QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan polkovnik Şair Ramaldanov və xüsusi təyinatlıların komandiri, polkovnik Xətai Baxışov bu əməliyyatın önəmindən danışıblar və kəşfiyyatçılarımızın nəşinin, həmçinin sağ qalan çavuş Aqil Əhmədovun düşməndən alınması ilə bağlı məlumat veriblər. Bildirilib ki, yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində onların cəsədləri alınır və iki gün sonra Bakıda, II Şəhidlər Xiyabanında dəfn edilir.

 

Sonda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları ilə tədbirə yekun vurulub.

Fədayənin yeni sevgilisi tapıldı: O, mənsiz öləcək… – FOTO

Fədayənin başına gələnləri eşitdim, çox üzüldüm. Görəsən, bilirmi ki, üzgünəm? Fədayə, həqiqətən, məni çox sevir.

Bu sözləri güneyli şair Məhəmməd Çalğın müğənni Fədayə Laçının son günlər yaşadığı olaylar və onunla münasibəti haqda Kult.az-a danışarkən deyib. O, Fədayə Laçınla yaxın münasibətdə olduğunu iddia edib:

“Kitablarımın təqdimatına gələndə mənə söz vermişdi ki, növbəti gəlişimdə məni gəzdirəcək. Fədayə ölürdü məndən ötrü. Qocadan uzaqlaşacağına and içmişdi. Kimə iltimasa gedim, onu mənə xatir buraxsınlar? Biz təzə tanış olmuşuq axı. O, mənsiz öləcək məhbəsdə, bilirəm”.

M.Çalğın Fədayə Laçınla münasibətlərini təsdiqləyən heç bir foto və ya görüntü təqdim etməyib.

Qeyd edək ki, müğənni Fədayə Laçın sevgilisi, “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmağına kömək etməsi ittihamı ilə həbs edilib.

 

“Min Möhtəşəm Günəş” yenidən səhnədə

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 136-cı mövsüm açılışının anşlaqla keçməsi, 600 nəfər tamaşaçının yer olmadığından geri qayıtmaq məcburiyyətində qalması və teatrsevərlərin sevgisini nəzərə alan teatrdan şad xəbər var.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov Aktor.Az-a məlumat verərək bildirib ki, noyabrın 27-də saat 19:00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı yenidən tamaşaçılara təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissor assistenti Tural Xəlilzadədir.

Tamaşaya biletlər mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmət və Rus Dram Teatrının kassasından əldə etmək mümkündür.

Yağış, qar yağacaq – HAVA

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

“Qoca” “baqajda” gizlədibmiş? – Taksi sürücüsü danışdı

0

Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. APA xəbər verir ki, o, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib. Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Hacıyev Məhəmməd Famil oğlu Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İş üzrə daha iki nəfər – Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib. Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir.

Faktla bağlı digər saxlanılanların da olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Prezident İrandadır

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb.Aktor.Az xəbər verir ki, Tehranda prezident İ. Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb.

 

Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti bu gün Tehranda bir neçə saatdan sonra keçiriləcək.

 

Prezident İ. Əliyev həmin sammitdə iştirak etmək üçün Tehrana səfər edib.

Leyla Şıxlinskaya barəsində cinayət işi açıldı

Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayınıb.Femida.az xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.
Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

Фьюри: Уайлдер и Джошуа, я иду, чтобы уничтожить вас – ВИДЕО

Бывший чемпион мира в супертяжелом весе Тайсон Фьюри, который по-прежнему отстранен от соревнований в связи с употреблением наркотиков и допинговым скандалом, обещает вернуться в ринг и победить нынешних чемпионов – Энтони Джошуаи Деонтея Уайлдера, пишут зарубежные СМИ.

“Старый чемпион возвращается. Все вы думаете, что я лягу. Но я не боюсь мышц, у меня психология победителя, я никогда не проигрывал. Настоящий чемпион возвращается, чтобы вернуть трон. Это моя эра, это бойцы моей эры, и я должен их уничтожить.

Уайлдер и Джошуа, я иду, чтобы найти вас и уничтожить. Давайте снова сделаем наш вес самым великим”, – заявил британец.

 

Prezidentliyə namizədlərə yenə pul ayrılmayacaq

2018-ci il prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycanın siyasi mühitində canlanma müşahidə olunur.Partiyalar  prezident seçkilərində iştiraka təşviq etmək üçünsə maliyyə də böyük rol oynayır.Bu mənada bir neçə il əvvəl Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən prezidentliyə namizədlərə maliyyə ayırırdı.

 

Misal üçün, 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı, lakin 8 nəfər namizəddən yalnız üç nəfəri 3 faizlik baryeri keçmişdi.

 

2008-ci ilin prezident seçkilərində namizədlərin hər biri üçün dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı. Bu seçkilərdə 3 faizlik baryeri keçməyən partiyalara isə pul verilməmişdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2003 -cü ilin prezident seçkisində 3% – dən az səs topladıqlarına və dövlət büdcəsindən ayrılan pulu geri qaytarmadıqlarına görə onlara 2008-də maliyyə verilmədi.

 

Lakin sonradan istər parlament, istərsə də prezident seçkilərində iştirak edən partiyalara dövlət büdcəsindən pul ayrılması dayandırıldı. Belə ki, 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqləndi.Bəs 2018-ci ilin prezident seçkiləri öncəsi namizədlərə dövlət büdcəsindən pul ayrılması üçün Seçki Məcəlləsinə yenidən baxıla bilərmi?

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov mövzu ilə bağlı Modern.az saytına danışıb.

 

Deputat bildirib ki, hazırda Seçki Məcəlləsinə belə dəyişiklik edilməsi gündəmdə deyil.

 

“Əvvəllər prezident seçkilərində namizədlərin hər birinə təxminən 15 min manat civarında pul ayrılırdı. Bu vəsait tələb olunan səs toplanmadıqda, geri qaytarılmalı idi”-deyə S. Novruzov söyləyib.

 

YAP funksioneri qeyd edib ki, prezidentliyə namizədlər lazım olan səsi yığa bilməsələr də, onlara ayrılan pulu geri qaytarmırdılar.”Buna görə də, bu məsələ açıq vəziyyətdə qaldı”.

 

“Bəs siyasi aktivliyi artırmaq və partiyaları prezident seçkilərində iştiraka təşviq etmək üçün namizədlər üçün yenidən pul ayrıla bilərmi” sualına isə parlamentin komitə sədrinin cavabı belə olub:

 

“Siyasi aktivlik onsuz da var. Kifayət qədər insan bəyanat verib ki, prezident seçkilərində iştirak edəcək. Bir çoxları istər parlament, istərsə də prezident seçkilərində seçilmək üçün yox, məhz o pulu almaq üçün namizədliklərini verirdi. Buna görə də, qanunvericiliyə dəyişiklik edildi”.

Jurnalistin ölümü ilə bağlı məhkəmə təxirə salındı

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə keçirilməli olan proses təxirə salınıb.”Report”un məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək iclasın təxirə salınmasına səbəb təqsirləndirilən S.Mustafayevin vəkili Bəxtiyar Hacıyevin məhkəməyə gəlməməsi olub. Belə ki, B.Hacıyev Ali Məhkəməyə teleqram göndərib. O qeyd edib ki, səhhətində yaranmış problemlə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilməyəcək.

 

Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

 

Qeyd edək ki, Bakı şəhər sakini, “Ann.tv”-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikakayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən vəkil Rəsul Yusibəyli ilkin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə şikayəti təmin etməyib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Daha sonra məhkumlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

 

Xatırladaq ki, cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. “Qəbələ”nin futbolçusunun işinə Səbail rayon Məhkəməsində baxılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.