Ana Səhifə Blog Səhifə 1003

Cостоялась ассамблея «Платформы гражданского мира между Арменией и Азербайджаном» – ФОТО

Вчера в Тбилиси состоялась I Генеральная ассамблея «Платформы гражданского мира между Арменией и Азербайджаном».

Как сообщает Aktor.Az, председатель оргкомитета по подготовке к Генассамблее Орхан Набиев выступил с докладом о работе, проделанной в рамках Платформы мира за последний год.

После сообщения Мандатного комитета о присутствии на Генеральной ассамблее необходимого количества участников, Генассамблея официально начала свою работу.

Вопросом повестки дня стало образование «Гражданской платформы мира между Арменией и Азербайджаном» на базе «Платформы мира между Арменией и Азербайджаном» и утверждение ее Устава.

Были приняты Итоговое решение Генассамблеи и заявление Генассамблеи. Генеральная ассамблея приняла решение открыть офисы платформы в Тбилиси, Ереване и Баку и провести встречи с общественностью в Армении и Азербайджане.

 

 

 

 

 

Tovuzda qadın kredit üstə döyülərək komaya salındı

Tovuzda qadın kredit üstə döyülüb.Hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub. Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.

Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Prezident və xanımı ziyafətdə iştirak ediblər

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verilib.

 

Ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər iştirak ediblər.

Карабах – кровоточащая рана для Турции – Эрдоган

Нагорно-карабахская проблема – это такая же кровоточащая рана для Турции, как и для Азербайджана, сказал Президент Турции Реджеп Тайип Эрдоган в интервью азербайджанским агентствам.

 

«К сожалению, до тех пор, пока Армения не прекратит оккупацию азербайджанских территорий, решить этот вопрос будет невозможно. Оккупации должен быть незамедлительно положен конец на основе принципов территориальной целостности, суверенитета и международно-признанных границ Азербайджана. Наряду с захватнической политикой Армении, мы осуждаем ее провокации, мишенью которых в последнее время становится гражданское население. Подобные деяния никак не могут способствовать обеспечению мира в регионе. Считаем, что международное сообщество во главе с Минской группой ОБСЕ должно более активно работать по урегулированию нагорно-карабахской проблемы. Мы, как и во всех вопросах, и в этом вопросе будем находиться рядом с Азербайджаном», — сказал Реджеп Тайип Эрдоган.

Fədayə Laçının kriminal avtoritetə görə həbs edilməsinin yeni TƏFƏRRÜATLARI – FOTO

0

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.Musavat.com xəbər verir ki, müğənni qaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Image result for Qoca ləqəbli

Bu zaman “Qoca” maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib.

Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan “Qoca”nın fotoları vurulub.

Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.

Müğənninin həbsi ilə bağlı məlumatı APA yayıb.

Xəbərdə deyilir ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Image result for Ağami

Qeyd edək ki, “Qoca” və digər məhbus Əli Ağami oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.

Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Xatırladaq ki, məhbuslardan Əli Ağami iki gün əvvəl Şirvan şəhərində tutulub.

“İnsan Hüquqları XXI əsr – Azərbaycan”nın layihəsi yekunlaşdı

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” fondunun  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb.

Aktor.Az xəbər verir ki, layihə çərçivəsində yaradılmış etimad xəttinə 150-yə yaxın zəng daxil olmuş, layihəyə cəlb olunan psixoloq və hüquqşünasların dəstəyi ilə ümumilikdə 100-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə fərdi psixoloji və hüquqi yardım göstərilib. 3 ay müddətində davam edən layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, onları  effektiv və pulsuz hüquqi, psixoloji yardımla təmin etməkdir. Onu da qeyd edək ki, “İnsan Hüquqları XXI əsr– Azərbaycan” fondu bu günə qədər Beynəlxalq Qırmızı Xaç komitəsi və Şura ilə birlikdə Bakının bütün rayonlarda müharibədə itkin düşmüş şəxslərin ailələrini psixo-sosial (tibbi-hüquqi xidmətlər) sahələrdə müşaiyət edib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən 1 may 2017-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilmiş şəxslərin sayı 3868 nəfər təşkil etmişdir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437  nəfər isə bu günə kimi girovluqdan azad edilmişdir.

 

Gərginlik ağrıları barədə nə bilirik? – VİDEO

Bəzən insan narahatlığının, gərginliyinin nəticəsini cismani ağrılarla yaşayır. Çoxumuz bu ağrıların gərginlik ağrıları olduğu barədə, bəlkə də, heç nə bilmirik. Çox vaxt müraciət etdiyimiz həkimlər belə bu ağrılara görə dəqiq diaqnoz qoymaqda çətinlik çəkir.

Peşəkar həkim, psixonevroloq Fəxriyyə Məmmədova Aktor.Az-ın oxucularına bu dəfə bu mövzuda geniş məlumat verir:

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542

 

Bu gün Bakı-Tbilisi-Qars istifadəyə verilir

Tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.

 

Aktor.Az-ın məlumatına görə, bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Regionun ikinci böyük layihəsi çöx önəmli nailiyyətidir – Elməddin Behbud

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin – Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir”.

 

Aktor.Az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud səsləndirib:

 

“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin – Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışına şahidlik edəcəyik.

İlkin mərhələdə 1 milyon sərnişin və 4 milyon yük daşımağı hədəfləyən BTQ daha sonra bu rəqəmi müvafiq olaraq 6.5 milyon sərnişin 20 milyona yükə çatdırmağa iddialıdır. BTQ-nin ümumi uzunluğu 829 km-dir. Bunun 504 kilometri Azərbaycanın, 246 kilometri Gürcüstanın,79 kilometri isə Türkiyənin ərazisindən keçir. Bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq gücdədir. Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi eyni zamanda indiyədək Ermənistanın bölgədəki bütün mühüm layihələrdən təcridini uğurla həyata keçirən Azərbaycanın strateji hədəfə çatmağa doğru izlədiyi siyasətdə çox önəmli nailiyyətidir.

BTQ eyni zamanda tarixi İpək Yolunun müasir tələblərə uyğun şəkildə bərpasıdır. Beynəlxalq ictimaiyyət, beyin mərkəzləri bununla Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha doğru şəkildə analiz etmək imkanı qazanacaq. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə düşməsi Azərbaycanın strateji müttəfiqi və qardaş dövləti olan Türkiyə Cumhuriyyəti ilə Naxçıvan MR istisna olmaqla quru sərhəddinin olmamasından irəli gələn çətinliklərin qarşılanması istiqamətində də mühüm irəliləyiş sayılır. Bütün təzyiq və təxribatlara rəğmən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, mahir diplomatik siyasəti nəticəsində Azərbaycan bu tarixi layihəni kağız üzərindən reallığa çevirməyi bacardı.

Ancaq təbii ki, bu layihəyə paralel olaraq Rusiyanın dotasiyası və erməni diasporunun yardımı ilə yaşayan Ermənistanın regionda təcrid olunmuş vəziyyətdən çıxması üçün Abxaziya-Ermənistan dəmir yolu xəttinin bərpası üçün göstərilən səyləri və Gürcüstanın bu məsələdə davranışlarını da diqqətdə saxlamalıyıq…”

Azərbaycanda neçə nəfər insult keçirir? – AÇIQLAMA

Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə qeydə alınır.Trend-in məlumatına görə, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib.

 

Onun sözlərinə görə, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, başqasının yardımına ehtiyacı olur. Qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir.

 

R.Əliyev deyib ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır: “Rusiyada aparılan sorğuya əsasən, gənclər arasında insultla xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 30 nəfər təşkil edir. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə insultla xəstələnmə riski 11 faiz artacaq”.

 

R.Əliyev qeyd edib ki, ürək əməliyyatları edən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: “Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca da insult riski çoxalır. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlif olur. Anadangəlmə ürək qüsurları, bədxassəli, irsi arteraial hipertensiya, təzyiqin cavan yaşda yüksək olması, qan xəstəlikləri, narkotiklərdən istifadə cavan yaşda insulta səbəb olur. Yaşlılarda isə şəkərli diabet, arteraial hipertensiya və s. insulta səbəb olur. Qadınlarda rast gəlinən insultun isə özünəməxsus xüsusiyyətləri var. Hamiləlik, abort, zahılıq dövrü, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə qadınlarda insult riskini artırır”.

 

R.Əliyevin sözlərinə görə, insult daha çox kişilər arasında rast gəlinir: “İnsult keçirən qadın və kişilərdən hansının insultdan sonra daha çox yaşaya biləcəyi isə onlarda risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına mənfi təsir göstərir. Beyin infaktı keçirən xəstələrin beyin qansızması olan, yəni insult keçirən xəstələrə nisbətən yaşama riski yüksəkdir. Amma beyin infaktı keçirən xəstə ilə müqayisədə, qansızma keçirən və bundan sonra sağ qalan xəstədə əlillik daha az olur”.

 

R.Əliyev deyib ki, insult xəstələnmə, əlillik və ölümün baş verməsinə səbəb olan xəstəliklər arasında bütün dünyada III yerdədir: “İnkişaf etməkdə olan ölkələrə insibətən inkişaf etmiş ölkələrdə insulta rast gəlinir. Bunun səbəbi inkişaf etmiş ölkələrdə xəstəliyin qarşısının tez alınmasıdır”.