Ana Səhifə Blog Səhifə 1000

Prezident Umaxanov və Şixsaidovu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib.

 

 

“Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Pənəliyev Samir Ramiz oğlu tərəfindən “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Layihənin rəhbəri Samir Pənəliyev, “Asan Xidmət”-in əməkdaşı Rəbiyyə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva və Yasamal rayon 53, 21, 13, 158 və 167 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov açaraq, Azərbaycan gənclər siyasətinin əsas istiqamətinin ölkəmizin gənci, onun arzu və ehtiyaclarını ödəmək üçün qurulmuş bir siyasət olduğunu bildirdi.

Daha sonra layihənin rəhbəri Samir Pənəliyev öz çıxışında qeyd etdi ki, “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyin təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaqdır.

Digər qonaqlarda öz çıxışlarında yeniyetmə və gənclər arasında vətənə hörmət hissinin aşılanması, oxu mədəniyyəti və vətənpərvərliklə bağlı yeniyetmə və gəncləri maarifləndirmək və onların inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsinin dövlətin gənclərə olan diqqət və qayğısının nümunəsi olduğunu qeyd etdilər.

 

 

“Qoca”nın Lənkəran həbsxanasından VİDEOSU YAYILDI – VİDEO

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Lənkəran həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.Video sosial mediada paylaşılıb.

 

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

 

Əlavə edək ki, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

 

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub.

 

E.Məmmədov atışmada yaralanıb və ölüb.

 

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

 

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.(goldnews.az)

Gənclərlə bağlı daha bir layihəyə başlanılır

“Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsinə start verilir.Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Şəhla Qarayevanın təşkilatçılığı ilə həyata keçirilir.

 

Müəllifin Aktor.Az-a verdiyi məlumata görə, layihənin həyata keçiriləcəyi müddətdə gənclərə nitq hazırlama və natiqlik bacarıqları sahəsində təlimlər keçiriləcək.

 

Həyata keçirilən layihənin məqsəd və vəzifəsi keçiriləcək təlimlər vasitəsi ilə gənclərimizin nitq hazırlama və natiqlik bacarıqlarının daha da inkişafına nail olmaqdır, eyni zamanda bu yöndə müsbət irəliləyişlər etmək, gənclərimizin bu sahədə olan bacarıqlara maraqlarının artırılması və ümumiyyətlə də nitq hazırlanma və natiqlik bacarıqlarının təşviqi və təbliğidir.

 

Layihə rəhbəri Şəhla Qarayevanın bildirib ki, hal-hazırda gənclərimiz arasında nitq hazırlama və natiqlik bacarıqları o qədər də yüksək səviyyədə deyil, gənclərimiz çox zaman öz fikirlərini çatdırmaqda çətinlik çəkirlər, bu səbəblə də istər istəməz bu çətinliklər gəncləri özlərini ifadə etmə baxımından geri salmış olur. Gənclərimizin çox hissəsi nitq hazırlama və natiqlik bacarıqlarına malik deyillər, bu da onların sosiallaşmasına , özlərini cəmiyyətdə və ya bir qrup insanlar arasında təsdiqlənməsinə ciddi bir problemdir. Bu səbəblə də bu problemləri həll etmək və gəncləri nitq hazırlama və natiqlik bacarıqları sahəsindəki komplekslərindən azad etmək və bu yöndə müsbət nəticələri əldə etmək üçün bu layihəni həyata keçirməyi qarşıya məqsəd qoyub.

 

 

“Qoca”nı evində kim gizlədirdi? – O da öldürüldü…

0

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Aktor.Az xəbər verir ki, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. (Report)

Atışmada ağır yaralanan “Qoca” öldü – RƏSMİ

0

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “Qoca” ləqəbli Etibar Məmmədov dünən gecə saatlarında keçirilən əməliyyat zamanı ağır yaralanıb. Vəziyyəti ağır olan “Qoca” səhər saatlarında xəstəxanada ölüb

Xalq artistinin dəfn günü məlum oldu

Xalq artisti Rafiq Hüseynovun dəfni noyabrın 3-də olacaq.Xalq artisti Rafiq Hüseynovun cənazəsi noyabrın 2-də axşam saatlarında Bakıya gətiriləcək. Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında noyabrın 3-də saat 10:00-dan 12:00-dək keçiriləcək.

 

Rafiq Hüseynovun yas mərasimi isə noyabrın 3-də Heydər Məscidində təşkil olunacaq. Mərhum Yasamal qəbirstanlığında dəfn ediləcək.

Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da möhkəmlənir

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair Sazişin Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu.

Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz, bu layihənin reallaşması Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması oldu.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, Azərbaycanın iştirakı ilə həyata keçirilən, Asiya ilə Avropanı birləşdirən, tarixi İpək Yolunun bərpasına mühüm töhfə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda yaşayan xalqlara rifah gətirəcək.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. 2010-cu il avqustun 16-da “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adıçəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan, eləcə də iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanıb.

Strateji Əməkdaşlıq Şurasının beşinci iclası əslində Bakıda keçirilməli olsa da, Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar bu toplantı təkrar Ankarada keçirildi. Azərbaycan Prezidentinin bu addımı həm bu hadisə ilə bağlı iki ölkənin birlikdə gücünü, həmrəyliyini, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirilir. 2016-cı il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələləri ilə yanaşı, müdafiə, hərbi və digər istiqamətlərdə əməkdaşlıq da müzakirə edilib və altı müqavilə imzalanıb.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, 2007-ci ildə təməli qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmir yolu xəttinin inşası yolu ilə Bakının Tbilisi ərazisindən dəmir yolu vasitəsilə Qarsla, başqa sözlə, Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək Yolu” adlanan fasiləsiz dəmir yolu şəbəkəsi ortaya çıxır.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaq. Bugünə kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadi əlaqələr bundan sonra dəmir yolu şəbəkələrini də əhatə edərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olur. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox zəruridir. Yəni, Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars ölkəmiz üçün iqtisadi baxımdan da vacib bir layihədir. Həmçinin bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir və burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmir yolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu mənada, Bakı-Tbilisi-Qars həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq.

Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaq. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manşa və Londona keçəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini bir daha sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.

Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu və 6 mühüm sənəd imzalandı. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev preferensial, yəni, imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu Sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdıraraq deyib: “…Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”. Dövlət başçısı, eyni zamanda, diqqətə çatdırdı ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, regionda sabitləşdirici rol oynayır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.

 

Elçin Əhmədov

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru, siyasi elmlər doktoru

Prezident Putinlə görüşdü – Tehranda

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Aktor.Az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələr müzakirə olunub.

 

Vaqif Əsədov Dövlət Departamentinin xəbərdarlığından danışdı – MÜSAHİBƏ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Yeniavaz.com” saytının suallarını cavablandırıb.

– Vaqif müəllim, ABŞ Dövlət Departamenti Azərbaycana səfər etməyi planlaşdıran vətəndaşları üçün xəbərdarlıq yayıb. Xəbərdarlıq həm də bildirilir ki, Azərbaycanda yol qəzalarında ölüm halları yüksəkdir və hər il artmaqda davam edir.

– Azərbaycanda baş verən yol qəzalarını 20 il əvvəllə müqayisə edəndə görürük ki, hər il ölənlərin və xəsarət alanların sayında azalma müşahidə olunur. Küçə və yolların uzanması, genişlənməsi, müasir standartlara gətirilməsi, sürət həddinin artırılması, eyni zamanda “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliklərin nəticəsi göz önündədir. Bu qədər fərq varsa, bu qədər göstərici varsa, hər il yol qəzalarının sayı azalırsa, yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlirsə, deməli, nəticə müsbətə doğru dəyişib. Bu əslində sevindirici faktdır və ən azından düşünürük ki, belə də davam etsə, qısa bir müddətdə yol hərəkəti ilə bağlı olan göstəricilərdə inqilabi dəyişikliyin şahidi olacağıq. Yol-nəqliyyat hadisələri minimum səviyyəyə düşəcək.

– Qəzaların səbəblərini necə izah edərdiniz?

– Onunla razılaşıram ki, bəli, bizdə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması ilə bağlıdır. Qaydalara əməl olunmamasından yol-nəqliyyat hadisələri baş verir. Bütün bunlara baxmayaraq, yol-nəqliyyat hadisələri ilə bağlı bütün göstəricilər təhlil olunanda müsbət dinamikanın müşahidə edildiyini deyə bilərik. Xəsarət dərəcələri belə yüngülləşib. Bu da aparılan təbliğat, dövlət yol polisinin keçirdiyi maarifləndirici tədbirlər, eyni zamanda tətbiq edilən yeni texnologiyaların nəticəsində mümkün olur.

– Yeni texnologiyaların tətbiqi deyərkən nələri qeyd edərdiniz?

– Bircə onu demək kifayətdir ki, bu gün “İ patrul” sistemi 6 ölkədə tətbiq edilir, o cümlədən, Amerikada və bizdə bu sistemdən istifadə edilir. “İ patrul” sistemi bu gün Türkiyədə, Dubayda, Almaniyada, Amerikada və bizdədir. Deməli, öyünməyə dəyər.

Amerikada yəqin ki, bizim internet saytlarında yaydığımız göstəriciləri bir qədər başqa formada təhlil eləyirlər. Görünür, ingilis dilinə tərcümə eləyəndə onlar başqa cür başa düşürlər.

Bu günə qədər ölkə üzrə yol-qəza hadisələrinin sayının 100-dən artıq azalması, eyni zamanda ölüm faktlarının sayının aşağı düşməsi, xəsarətlərin azalması, onların dərəcələrinin yüngülləşməsi yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəlməsi deməkdir.

– Bəs sizi narahat edən məsələlər nələrdir?

– Təbii ki, bəzi faktlar deyilməlidir – bizim mentalitetimizə bağlı olan təhlükəli vərdişlər var. Bununla razılaşaram. Fürsətdən istifadə edərək, müsbətə doğru dəyişən bir məqamı da qeyd etmək istərdim.

Vaxtilə təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin az idi. İndi sürücülərin 30-35 faizi təhlükəsizlik kəməri taxır. Ona görə yox ki, yol polisi onlara cərimə yazır, ona görə ki, insanlar, sürücülər, sərnişinlər şüurlu şəkildə başa düşürlər ki, bunu həm qanun tələb edir, həm təhlükəsizliyin təmin edilməsidir, həm də yol hərəkətində mədəniyyətdir.

Yenə də bir neçə göstərici barədə məlumat verək. Vaxtilə, demək olar əsas hərəkət iştirakçıları nəyəsə güvənib, nəyəsə inanıb “dosta zəng”, “bilmədim”, “görmədim”, “filankəsəm” kimi ifadələr işlədirdilər. Yəni ən azından bunu siz də bilirsiniz. Belə hallar var idi. İndi bu hallar sürücüləri və ya digər hərəkət iştirakçılarını məsuliyyətdən azad eləyirmi? Təbii ki, yox. Yəni mentalitetimizlə bağlı olan təhlükəli vərdişlər kölgə altında qalır, bu da istər-istəməz təhlükəsizliyin təmin edilməsində, həm də yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasında, küçə və yollarda təhlükəsiz vərdişlərin artırılmasında müsbət göstəricidir.

– Mentalitetlə bağlı olan həmin o təhlükəli vərdişlərin aradan qaldırılması mümkündürmü?

– O vərdişlərdən birdən yox, tədricən qurtulmağa çalışırıq. Nədir bunlar? Məsələn, səs siqnallarından istifadə edilməsi. Bilirsiniz, qanuna görə, səs siqnallarından istifadə etmək olmaz. Vaxtilə səs siqnalı verməklə kimisə çağırırdıq, səs siqnalı verməklə xudafizləşirdik. Vaxtilə bu belə idi, amma indi elə deyil.

– ABŞ Dövlət Departamentinin xəbərdarlığında Azərbaycanda yolların kifayət qədər təhlükəli olduğu da vurğulanır.

– Xeyr, mən bununla da razılaşmıram. Küçə və yolların uzunluğu ilbəil artır və bu yolların səviyyəsi standartların tələbinə uyğundur, maksimum sürət həddi 110 kilometr/saat göstərilir, bəzi sürətli yollarda 120 kilometr/saat sürətlə hərəkət mümkündür. Amerikada, ümumiyyətlə, inkişaf etmiş ölkələrdə avtomobilin 150, 160 kilometr/saatla hərəkət etməsi üçün magistrallar da var. Bu o deməkdir ki, Amerikanın bildirdiyi göstəricilər bizə aid deyil. Gündəlik həyat tərzimizə, ölkədə gedən proseslərə nəzər saldıqda bütün sahələr üzrə müsbətə doğru dinamika ilə hərəkət eləyirik. Mentalitetimizlə bağlı təhlükəli vərdişlər isə getdikcə unudulmalıdır.

– Təhlükəli vərdişlər çoxdurmu?

– Söhbət təkcə yüksək sürətdən getmir. Bəzi hərəkət iştirakçıları polis əməkdaşı olmadan öz hərəkətini tənzimləməyi bilmir. Yəni biz sanki ərazidə polis əməkdaşının olması ilə hərəkət edirik. Əslində belə olmamalıdır. XXI əsrdə bütün göstəricilərimiz yüksəkdir, amma küçə və yollarda polis əməkdaşlarının köməyi ilə hərəkət edirik. Şahidsiniz də, pik saatlarında sanki hamımız deyirik ki, ərazidə polis olsun. Paytaxtımızda kameralarla, videonəzarətlə hərəkət tənzimlənirsə, hətta yol-hərəkət qaydalarını pozanlar belə çox sadə üsulla aşkarlanaraq məsuliyyətə cəlb edilirlərsə, yol polisləri niyə durmalıdır orada? Yəni bu o deməkdir ki, bizim xüsusiyyətimizdə bu nöqsanlar var.

Ərazidə polis olmayanda fikirləşirik ki, nə istəsən, etmək olar. Az bir hissəmizdə, yəni bəzi hərəkət iştirakçılarında bu xüsusiyyət, bu təhlükəli vərdiş olduğundan istər-istəməz böyük bir auditoriyaya, sürücülərə təsir edir. Bəzi sürücülər avtomobili yolun hərəkət hissəsində saxlayırlar – adını da qoyurlar mağazadan çörək, dərman alırdım və s. Taksi fəaliyyəti ilə məşğul olanların da bəziləri belə edirlər. Deyirlər ki, biz çörək qazanırıq. Çörəyini qazan, ancaq yolun hərəkət hissəsində dayanıb bir çox sürücülərin hərəkətinə mane olmaq nə dərəcədə düzgündür? Deməli, məcburuq ki, həmin ərazidə yol polisləri dursunlar və narahatlıq olmasın.

Bəzi ərazilərdə yol polisi nəfərləri olmasa, intizamsızlığa meyilli olan sürücülər – tələbləri, qaydaları pozmaqla çörəkpulu qazmaq istəyənlər – narahatlıq yaradır. Polis əməkdaşlarımız onları aşkar eləyir və cəza tətbiq etməklə qarşısını alır. Bu tədbirlər mütəmadi davam etdikcə belələrinin sayı azalır.

– Vaqif müəllim, protokol yazılma halları azalır, yoxsa artır?

– Dayanma-durma tələblərinin pozulması ilə bağlı vaxtilə günə 1000 protokol yazılırdısa, indi tədricən sayı aşağı düşüb. Getdikcə tələbi yerinə yetirənlərin sayı artır. Sürücü, hərəkət iştirakçısı cəzalandıqca ona təsir eləyir və müsbət göstəricilər əldə etməyə imkan verir.

Hazırda bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir. Qalan bütün göstəricilərimiz yaxşıdır. Piyada vurma ümumi hadisələrin 67 faizini təşkil edir ki, bəli, ciddi narahatlıq doğurur. Hadisələr əsasən harada baş verir? Piyada keçidlərində, piyada keçidlərinə yaxın məsafələrdə. Biri deyir “mən yaşlıyam, ora qalxa bilmərəm”, biri deyir “nə olar ki”. Bütün bunların hamısı bəhanələrdir. Hər bir yol ayrıcına, hər bir avtobus duracağına, piyada keçidlərinin yanına, polis nəfərini sutka ərzində təhkim edib xidmət aparmasını təmin etmək mümkün deyil.

Əgər il ərzində yüzminlərlə protokol yazırdıqsa, bu göstərici aşağı düşüb. Avtomobili sərxoş vəziyyətdə idarə edənlərin sayı da getdikcə azalır. Cəza mexanizminin tətbiq edilməsi müsbət göstəricilər əldə etməyə imkan verir. Təkrar edirəm, yeganə bir mənfi göstərici piyadaların vurulmasıdır. Bununla bağlı da çalışırıq. Hesab edirəm ki, bu məsələdə də təkcə yol polisi əməkdaşları ilə müsbət göstərici əldə etməməliyik. Sizlərin də iştirakı ilə bununla bağlı təbliğat aparmalıyıq. İnsanların şüuruna təsir edəcək şəkildə başa salmalıyıq ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hər kəsin bir məsuliyyəti var. Tələbləri yerinə yetirməklə o şəxs həm öz təhlükəsizliyini təmin edir, həm də başqa hərəkət iştirakçılarını təhlükədən qoruyur. Yol polisi olaraq vəzifəmizi bir neçə sahə üzrə tətbiq etməklə yerinə yetiririk. Yəni hərəkəti təşkil edirik, bu bizim vəzifəmizdir, sonrakı mərhələlərdə təbliğat aparırıq, hüquq və vəzifələri izah edirik, daha sonra isə nəzarət mezanizmləri vasitəsi ilə qayda pozanları aşkarlayıb məsuliyyətə cəlb edirik ki, xətaların sayı azalsın, yol-nəqliyyat hadisələri baş verməsin. Bu, bütün dünyada da, bizdə də belədir. Nəqliyyat, sürücü, sərnişin, piyada, yol varsa, hadisələr də qaçılmazdır.

Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən uzaq olsaq, hadisələrin sayı minimuma enər.

– Sosial şəbəkələrdə bəzən Azərbaycanı yol qəzaları ilə bağlı İsveçrəylə müqayisə edirlər…

– İsveçrə kimi bir dövlətlə bizi müqayisə etsək görərik ki, son illər müsbət dəyişikliklər çoxdur. İsveçrənin ərazisi ilə əhalisi Azərbaycanın ərazisi və əhalisinin sayına uyğundur. Fərq nədir – orada avtomobillərin ölkə üzrə sayı 5 milyondan artıqdır, bizdə 1 milyon 400 minə qədərdir. Orada sürücülərin sayı 5 milyondan artıqdır, bizdə 1 milyon 400 minə yaxındır. Orada yol-nəqliyyat hadisələrində ölüm halları təxminən 300-350 arasında olur. Bizdə bu göstərici 20 il əvvəl 3 minə yaxın idisə, indi 800-ə enib.

Mən yeri gəlmişkən, sizin köməyinizlə müraciət etmək istəyirəm – hörmətli hərəkət iştirakçıları, hörmətli sürücülər, hörmətli piyadalar, sərnişinlər, “Yol hərəkəti haqqında” Qanunun tələblərini yerinə yetirin ki, ən azından öz təhlükəsizliyiniz təmin olunsun. Eyni zamanda hərəkətimizi, istiqamətimizi ərazidə yol polisi nəfərinin xidmət aparması ilə əlaqəli müəyyənləşdirməyək. Sərbəst halda getdiyimiz istiqaməti əvvəlcədən özümüz təyin eləyib, özümüz də o istiqamətlər üzrə təhlükəsizliyimizi təmin edək, tələblərə uyğun hərəkət edək.

– Bakıda yolların uzunluğu hazırda neçə kilometrdir, dəyişiklik varmı?

– Bakı şəhəri üzrə vaxtilə yolların uzunluğu 2013 kilometr idisə, indi 2300 kilometrdən artıqdır. Təkcə Bakı şəhəri üzrə yollarımız 250 kilometrdən çox uzanıb, müasir standartlar səviyyəsində uyğunlaşdırılıb. 26 yaşlı gənc bir dövlətik. Bu 26 ildə bütün sahələr üzrə paralel inkişaf prosesindəyik. Hər şeyi 1 gündə əldə etmək mümkün deyil. 20 il əvvəl yollarda hər il 3000 adam itirirdik, indi onların sayı 800-ə enib. Bu özü yollarımızda mədəniyyət səviyyəsinin yüksəlməsindən xəbər vermirmi? Ola bilər ki, əldə olunan yüksək göstəriciləri Amerika qəbul eləyə bilmir…

Biz yol hərəkəti qaydasını pozan xəstə, yaşlı bir xanımı cəzalandırmağa yox, əksinə, ona kömək eləyib yoldan keçirməyə üstünlük veririk. Yaxud azyaşlı bir uşaq xəta törədirsə, onu cəzalandırmırıq, yaşlı bir kişi “Yol hərəkəti haqqında” qanunun tələbini pozursa, biz onu inzibati qaydada məsuliyyətə cəlb etməkdən çox, onu bağışlamağa üstünlük veririk. Çünki bu bizim mentalitetimizdə var. Onun yaşına, onun münasibətinə hörmət edirik. Bu bizim qanımızda var, bunu etiraf etməliyik. Azərbaycan xalqının dünyaca məşhur olan çox gözəl spesifik xüsusiyyətləri var. Qonağa hörmət, yaşlıya hörmət, qadına hörmət, kişiyə hörmət, tanınmış şəxslərə belə hörmət edirik. Bunlar niyə pis göstərici olmalıdır ki? İnzibati cəza sanksiyalarının tətbiq edilməsi ilə yanaşı, ictimai qınaq metodlarından istifadə etdikcə daha təsirli göstəricilər əldə edirik.

Amerika isə əksinə informasiya yayır, guya bizdə… Yəqin ki, orada yaşayan erməni xasiyyətli insanların qarışıqlıq yaratmaq üçün verdiyi informasiyadır.