Ana Səhifə Blog Səhifə 999

“Qarabağ”da Qurbanovu kim əvəzləyəcək? – Rəsmi

Qurban Qurbanov milli və klub baş məşqçiliyini paralel aparacaq.

 

Bu sözləri Teleqraf.com-a “Qarabağ”ın baş məşqçisini bu vəzifədə kimin əvəzləyəcəyi ilə bağlı suala aydınlıq gətirərkən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

 

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında Qurban Qurbanov milli futbol komandamızın baş məşqçisi təyin edilib.

Əli Həsənov: Bölgədənin liderliyi Azərbaycana məxsusdur – MÜSAHİBƏ

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend-ə müsahibəsi

– Ötən gün İranın paytaxtı Tehranda baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Son bir həftədə Azərbaycan Prezidenti bölgənin demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə bölgənin siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə, dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb.

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək.

Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.

Onu da qeyd etməliyəm ki, son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Ona görə də, bütün digər məsələlərdə olduğu kimi, dünənki görüşdə də Azərbaycanın liderliyi özünü göstərirdi və gələcəkdə də özünü göstərəcək.

Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaıları da artıq formalaşıb və fəaliyyət göstərirlər. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar bölgədə sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək.

– Üçtərəfli görüşün yekun bəyanatında münaqişələrin regionun inkişafına maneə törətdiyi qeyd edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi baxımından bu bəyanatı necə xarakterizə etmək olar?

– Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsləndirdikləri bəyanatlar bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər.

Regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir. Beynəlxalq səviyyədə Yaxın Şərqdə – Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və digər münaqişələrə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə mürəkkəb məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Btün bunlar prezidentlərinin Tehran görüşündə də səsləndi.

Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldığını diqqətə çatdırdı. Bildirildi ki, bu münaqişə Cənubi Qafqazda və ümumiyyətlə, Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması zəruriliyi ortaya qoyuldu. Düşünürəm ki, prinsipcə bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyanatı üst-üstə düşdü.

Qeyd edim ki, Birgə Bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı.

– Görüşdə Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ətrafında da fikir mübadiləsi aparıldı. Bu nəqliyyat dəhlizlərinin gələcək perspektivi baxımından Azərbaycanın mövqeyini və rolunu necə qiymətləndirmək olar?

– Tehranda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir-birini tamamladığı, ətraf ölkələrə iqtisadi cəhətdən daha səmərəli imkanlar yaradacağı birmənalı şəkildə qeyd olundu. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub istiqaməti üzrə digər nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığı vurğulandı və region ölkələrinin – İran, Rusiya və Azərbaycanın hər iki dəhlizdən öz maraqları çərçivəsində istifadə edəcəkləri iradəsi ortaya qoyuldu. Yəni həm Azərbaycan İranın və Rusiyanın mövcud nəqliyyat-tranzit infrastrukturlarından, həm də İran və Rusiya Azərbaycanın mövcud nəqliyyat-tranzit imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcəklər. Ticari-iqtisadi əlaqələrin elə istiqamətləri var ki, burada Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə daha sərfəli olacaq. Bütün bunlar bir-birinə rəqabət yaratmayan, bir-birini tamamlayan layihələr kimi dəyərləndirilir.

Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq bu iki nəqliyyat-tranzit xəttinin bir-birinə uyğunlaşdırılması məsələsi də müzakirə olundu. Yəni gələcəkdə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərindən əlaqəli şəkildə, bir-birini tamamlayaraq istifadə olunması əzmi nümayiş etdirildi və düşünürük ki, belə də olacaq. Bütövlükdə Avropanı Asiya ilə, Şimalı Cənubla, Şərqi Qərblə birləşdirmə anlamında həmin layihələrin alternativi yoxdur. Bunlar digər layihələrlə birlikdə dünyada ticari-iqtisadi əlaqələrin daha intensivləşməsinə, daha rahat şəkildə həyata keçirilməsinə xidmət göstərir və Azərbaycan da müvafiq olaraq onların mərkəzində dayanan üç ölkədən biridir.

– İlk üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığı qeyd olundu. Budəfəki görüşdən sonra da bu istiqamətdə artıma proqnoz vermək mümkündürmü?

– Tehran görüşündə ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivi hərtərəfli müzakirə olundu. Azərbaycan və İran arasındakı ticarət dövriyyəsinin artım tempindən bəhs edildi. Dövlət başçıları bildirdilər ki, bu göstərici iki ölkənin iqtisadi potensialına hələ də tam cavab vermir və artırıla bilər. Məsələn, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizə yaxın artmışdı. Bu ilin 9 ayında isə 37 faiz də artıb. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi cari ilin 9 ayında 60 faizə yaxın olub. Baxmayaraq ki, bu göstərici ticari-iqtisadi əlaqələrdə mühüm elementlərdən birini təşkil edən enerji daşıyıcılarının qiymətinin düşməsi fonunda müşahidə olunub.

Görüşdə hər üç ölkə öz iradəsini ortaya qoydu ki, bundan sonra da tərəfdaşlıq kursunu, bölgədə qarşılıqlı iqtisadi maraqların təmin olunması üçün həm energetika, həm nəqliyyat-tranzit, həm də təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq formatını davam etdirsinlər.

Millimizin baş məşqçisi müəyyənləşdi

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.AFFA-dan Aktor.Az-a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

 

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Gəncədə ağır yol qəzası – 2 ölü

0

Gəncədə ağır yol qəzası olub, 2 nəfər ölüb.Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili səkiyə çırpılıb.

Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü – 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin – 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun meyitlərini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

 

ŞOK: Quliyə sui-qəsd:İstanbulda Lənkəranskinin qardaşı və 11 killer saxlanıldı – VİDEO/FOTOLAR

0

Bir neçə saat əvvəl İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Qeyd edək ki, Azərbaycanda 20 il həbs cəzası çəkən N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula gedib.

Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cəmiyyətinin başçısına çevrilib və onu kriminal aləmin alternativsiz lideri kimi tanıyıblar.

Aktor.Az yerli mətbuata istinadən xəbər verir ki,  dünən – noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət quldur qrupu gəlib.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

 

Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir

0

Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

 

Bu fikri Aktor.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

 

E.Əhmədov qeyd edib ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı qüvvəsidir. Xüsusilə, son vaxtlarda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya kimi formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli şəkildə fəaliyyət göstərir.

 

2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli Zirvə görüşü tarixi hadisə olmaqla yanaşı, siyasi-iqtisadi və regional təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar. Bununla yanaşı, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşündə ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi aparılan danışıqların əsas müzakirə mövzularından biri olub. Bu layihə Hindistandan, İrandan, Körfəz ölkələrindən Azərbaycan, Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilib.

 

Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm geosiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən ölkəmiz əsrlərboyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

 

Qeyd etmək lazımdır ki, 2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəb¬bü¬sü ilə Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Beynəlxalq Avrasiya Konfransı keçirilib və burada 37 ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək və Rusiya, Hindistan və İran tərəfindən irəli sürülən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalanıb. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi ma¬raq¬larından çıxış edərək bu layihəyə qoşulmağa razılıq verib. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhədində, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, dəmir yolu körpüsünün tikintisinə start verilib. Bəhs olunan nəqliyyat kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas li¬manına çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azər¬baycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.

 

2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü zamanı, ilk növbədə, regional təhlükəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb.

 

Bununla yanaşı, müzakirə edilən digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə çox müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilib. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib.

 

Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə edilən məsələlərin əsas mövzusu olub. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib. “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışan Həsən Ruhani bu yolun Azərbaycan və Rusiyadan keçməklə Avropaya qədər uzanacağını diqqətə çatdırdı. Ölkələrimizin yaxşı neft-qaz ehtiyatlarına və nadir beynəlxalq vəziyyətə malik olduğunu diqqətə çatdıran İran dövlətinin başçısı keçirilən görüşlərdə bir çox iqtisadi sahələrlə yanaşı, ekoloji, xüsusilə Xəzər dənizinə aid məsələlərin diqqət mərkəzində olduğunu, Xəzərin hüquqi statusu ətrafında fikir mübadiləsinin aparıldığını vurğuladı. Hər üç ölkənin terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığının vacibliyini qeyd etdi. Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanların mövcudluğunu bildirən İran Prezidenti hər üç ölkənin neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malik olduğunu bildirərək texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılmasının çox əhəmiyyətli olduğunu dedi.

 

Azərbaycan Prezidenti İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirildiyini, bu üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını, eləcə də gözəl gələcəyinin olduğunu bildirərək dedi: “…Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir”. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırdı. Eyni zamanda, Prezident İlham Əliyev keçən il İran-Azərbaycan ticarət dövriyyəsinin 70 faiz artdığını qeyd edərək bildirdi ki, bu, ilk növbədə, üç ölkə arasında çox səmimi dostluq münasibətlərinin mövcudluğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər qalan hissənin inşa edildiyini, həmçinin Astaraçay üzərində körpünün də tikildiyini bildirərək birinci qatarın Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçdiyini, eləcə də hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsinin tam istismara hazır olduğunu diqqətə çatdırdı. Dövlət başçısı Astara-Rəşt dəmir yolunun çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə edildiyini, ölkələrimizin dünya enerji təhlükəsizliyinə töhfə verdiyini bildirdi.

 

Bununla yanaşı, Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü zamanı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məsələlər müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini qeyd edərək bu marşrutun öz səmərəliliyini artıq nümayiş etdirdiyini vurğulayaraq səmimi şəraitdə keçən üçtərəfli Zirvə görüşünün ölkələrimizə və xalqlarımıza fayda gətirəcəyinə əminliyini ifadə etdi.

 

Eyni zamanda, transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirildi, onun yüksək potensialı və perspektivi vurğulandı, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənildi.

 

Beləliklə, Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı inkişaf etdirilir. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tam səmərəli istifadə edilməsi üçün yeni perspektivlər açılır.

 

Ümumiyyətlə, təhlil belə söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlərdə region dövlətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edir və dövlət başçısının təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca nikbin nəticələr vəd edir. Bu da geosiyasi və coğrafi baxımdan mühüm əhəmiyyətə malik Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi- FOTOLAR

0

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

APA-nın məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi-

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi-

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi-

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi-

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi-

“Qoca”nın ölümündən öncəki son VİDEOsu

Bu gün hüquq mühafizə orqanlarının əməkdaşları ilə atışmada həlak olan Bakı-Astara-Bakı qatarından qaçan “Qoca” ləqəbli Etibar Məmmədovun ölümündən öncəki son videosu yayılıb. 

Əlavə edək ki, E.Məmmədov xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

 

Şəhid anası oğlunun təhsil aldığı universitetdə

Azərbaycan Texniki Universitetinin (AzTU) Şəhid məzunu Əliyev Elşad Hacıbaba oğlunun valideyni Flora Əliyeva oğlunu yad etmək üçün universitetə gəlib.

 

Aktor.Az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin açılış mərasimi ilə bağlı gedən video və foto materiallarda oğlunun adını görən Flora Əliyeva əvvəlcə universitetin həyətindəki abidə kompleksi önünə gül dəstələri qoyub.Şəhid anası daha sonra muzeylə tanış olub.

 

 

AzTU-nun prorektoru İsa Xəlilov Şəhid anasına muzey və ümumilikdə universitetin Şəhid məzunları haqqında geniş məlumat verib. Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində, eləcə də sonrakı illərdə AzTU-nun tələbələri və məzunları Vətənin bütövlüyü, suverenliyi uğrunda böyük rəşadət göstərib, bəziləri isə Şəhidlik zirvəsinə ucalıblar.

 

 

Flora Əliyeva muzeylə yaxından tanış olandan sonra bildirib ki, tələbələrin Elşad Əliyev haqqında daha dolğun təəssürata malik olması üçün muzeyə oğlu ilə bağlı materiallar təqdim edəcək.

 

 

Universitetin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin təsisçisi Zöhrə Məmmədova Şəhid anası ilə görüş zamanı bildirib ki, bütün şəhidlərin muzeydə anım günlərinin qeyd olunması planlaşdırılır. Bununla bağlı olaraq qərara alınıb ki, növbəti ilin fevral ayının 27-də Flora Əliyevanın və digər ailə üzvlərinin iştirakı ilə Şəhid Elşad Əliyevin anım günü qeyd edilsin.

 

 

Deputat prezidentlərin görüşünü şərh etdi

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirovun sözlərinə görə, Tehranda keçirilmiş budəfəki görüşün əhəmiyyəti onunla bağlıdır ki, dövlət başçıları üçtərəfli əməkdaşlıq formatına sadiq qaldıqlarını nümayiş etdirdilər: “Görüşdə bundan sonra da üçtərəfli formatda müxtəlif istiqamətlərdə, o cümlədən enerji, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı ilə bağlı konkret mövqelər ortaya qoyuldu”.

 

Deputatın fikrincə, eyni zamanda, görüşün ən mühüm iqtisadi əhəmiyyəti isə ondan ibarət idi ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu üç ölkə ilə xüsusilə bağlıdır: “Yüklər Pakistandan İrana, İrandan Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Avropaya daşınacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm birləşdirici ölkələri Azərbaycan, Rusiya və İrandır. Azərbaycan paytaxtında keçirilən ilk görüşdə bu üçtərəfli əməkdaşlığın əsası qoyuldu və İranda bu əməkdaşlıq daha da genişləndirildi”.

 

E.Nəsirov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ardınca Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı atılmış bu addım hər üç dövlətin Avropa ilə Asiya arasında nəqliyyat daşımalarında rolunu və çəkisini daha da gücləndirir:

 

“Hesab edirəm ki, bu görüş təkcə üçtərəfli deyil, ikitərəfli əlaqələr baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycan dövlət başçısının həm Rusiya, həm də İran prezidenti ilə ikitərəfli görüşləri keçirildi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı, ortaq mövqelər ortaya qoyuldu. Belə görüşlərin keçirilməsi regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir”.

 

Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.