ManşetXəbər xətti

Erməni tarixinin atasına “od vuran” alim – Əjdər İsmayılov

Əjdər İsmayılov. Böyük  vətənpərvər, cəfakeş  alim, dönməz  Turançı. 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.

1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru,  “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub. 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur “91-lər”dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub.

Bu  hörmətli ziyalı, böyük alim, professor, Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı, Turan sevdalısı,  Bütöv  Azərbaycan,  Böyük  Türk  dünyası fədaisi,  “Turan Araşdırma Mərkəzi” ictimai birliyinin mərhum sədri  Əjdər İsmayılovun həyatı haqqında sadəcə qısa bir məlumat olsa da, bu gün bütün ziyalılar Əjdər İsmayılovu böyük Azərbaycan sevdalısı, vətən, dövlət aşiqi, fədakar ata və baba kimi yad edir, qəlbində yaşadır.

xxx

Ab­bas Za­ma­no­v, professor, Azərbaycan EA müxbir üzvü: “Ə.İs­ma­yı­lo­v elmi tədqiqatlarının bir hissəsini fi­lo­lo­gi­ya el­mi­nin mü­hüm istiqamət­lə­rin­dən bi­ri­nə – dün­ya xalq­la­rı mə­də­niy­yət­lə­ri ara­sın­da qanuna­uy­ğun ənə­nə­vi əla­qə və in­ki­şaf pro­se­si­nin təd­qi­qi­nə həsr etmişdir”.

A.L. Şteyn professor (Moskva): “Əjdər İsmayılov özü­nü tək­cə Azərbay­can ədə­biy­ya­tı­nın bi­li­ci­si kimi de­yil, həm də Şərq və Qər­bi Avro­pa ədə­biy­yat­la­rı prob­lem­lə­rin­dən yax­şı baş çı­xa­ran mü­tə­xəs­sis ki­mi gös­tər­di”.

Mi­rə­li Se­yi­dov, professor, Azərbaycanın Əməkdar elm xadimi: “De­mo­nizm an­la­yı­şı­nı Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­na ilk də­fə Əj­dər İs­ma­yı­lov gətirdi”.

Camal Mustafaev, professor: “Zarvan fəlsəfəsini ilk dəfə fəlsəfə və ədəbiyyatşünaslığımızda Əjdər İsmayılov meydana çıxartmışdı”.

Zlata Mixaylovna, professor (Moskva): “Əjdər İsmayılovun Hüseyn Cavidlə olan tədqiqatlarında SSRİ fəlsəfə və ədəbiyyatşunaslığında ilk dəfə Zarvan fəlsəfəsi öz geniş təhlilini tapmışdı”.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili: “Professor Əjdər İsmayılovun  “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri  Albanşunaslığın əsas açarıdır”.

Qəzənfər Kazımov, professor: “Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elm­­ləri doktoru, pro­fessor Əjdər Tağı oğlu İsmayılovun çox böyük zəh­­mətin nəticəsində meydana gə­tir­diyi “Qədim Ön Asiya və Ön Qaf­­qaz türk tayfala­rı”  kitabıdır”. 

Vəli Əliyev, AMEA-nın muxbir üzvü, professor: “Əjdər Tağıoğlunun kitabında ötən yüz illikdən bəri erməni tarixçi və dilçi alimlərinin elmi ictimaiyyətdən keşişin qara əbası altında gizli saxladıqları bir sirr yalnız bu gün aşkar olur.

Tanınmış alimin hər iki qiymətli əsəri – “Moisey Xorenatsi anonim keşiş müəllifdir” və “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı xarici dillərə tərcümə edilib, dünya elmi ictimaiyyətinə yayılarsa, bu gün ermənipərəst dünyanın qarayaxa, haqsız, ədalətsiz irtica qüvvələri ilə üz-üzə dayanmış Azərbaycanın xarici diplomatiyada əlində ən kəsərli ideoloji silaha çevrilmiş olar.

Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı tarixçilərimizi azərbaycançılıq işığı altında “Ata tarixi”ni yazmağa vətəndaşlıq çağırışıdır”.

Yunus Oğuz yazıçı-publisist, tarixi romanlar müəllifi: “Professor Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifidir” kitabını erməni dilinə çevirməklə ermənilərin atasını öz dillərində yandırmış olarıq. Belə bir əsər ərsəyə gətirmək heç də asan iş deyil, lakin Əjdər Tağıoğlu bu işin öhdəsindən layiqincə gəlib. Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş müəllifidir” kitabı ilə ustalıqla erməni yalanlarını açıb”.

Rüstəm Behrudi: “Əjdər müəllimin dediyi sözlər, kəlamlar, yazdıqları bir manifest kimidir”.

Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, əməkdar müəllim: “Əjdər Tağıoğlu emosional leksikonu mənzərəsində daha təmkinli tədqiqatçıdır. Oxucunu addım-addım həqiqətə yaxınlaşdırmağa çalışır. Mövzunun əlifbasını öyrətməklə mətləbə giriş edir”.

Qasım Hacyev, tarix elmləri doktoru: “Əjdər Tağıoğlu “erməni tarixinin atasına” od vurdu”. “Böyük Armenya tarixi”ni məhv edən Türkçü alim professor Əjdər İsmayılov – Mahmud Əyyub.

Sayalı Sadıqova, AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının  sədr müavini, filologiya üzrə elmlər doktoru, professor: “Biz fəxr etməliyik ki, nəhayət, professor Əjdər Tağıoğlunun simasında Azərbaycan elmi türkün tarixi düşmənləri olan erməni və ermənipərəst rus və Avropa “xristian qardaşları” birliyinin zəhərli ikiyüzillik doqmasını – “Mesrop əlifbası” mifini darmadağın etdi”.

Elməddin Əlibəyzadə, professor: “Əj­dər Ta­ğı­oğ­lu­nun “Qə­dim ön Asi­ya və ön Qaf­qaz türk tay­fa­la­rı” ki­ta­bı də­yər­li bir əsər­dir. Ki­tab Seçenov­dan ve­ril­miş bir epiq­raf­la baş­la­nır. “Qaf­qa­zın ilk an­tro­po­lo­ji insan­la­rı türk­lər­dir”.

Nizami Muradov, filologiya üzrə fəlsəfə doktoru, dosent: “Əjdər Tağıoğlunun ortaya qoyduğu bu kitab çox böyük əhəmiyyətə malikdir. Xüsusilə, Azərbaycan türklərinin öz tarixi torpaqlarının taleyini düşündürməsi, bu torpaqlarda dövlət qurmuş xain düşmənlərin məkrli hərəkətləri, onlara kömək edən siyasi qüvvələrin iç üzünün açılmasında yol göstəricidir”.

İlhami Cəfərsoy, filologiya elmləri doktoru: “18 yaşında igid əsgərlərimiz cəbhə xətdində ermənilərlə hərb səngərlərində, professor Əjdər İsmayılov isə  bu yaşında  ermənilərlə elm səngərində üzbəüz dayanıb”.

Abram Lvoviç Stein professor (Moskva): “Biz-romantizm ədəbiyyatı mütəxəssisləri Əjdər İsmayılovun elmi araşdırmalarına qədər dünya romantizminin XIX əsrdə sona yetdiyi fikrindəydik, sən demə, XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış”.

İsmayıl Kazımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor: “Bu, meydanda olan danılmaz həqiqətdir ki, Əjdər Tağıoğlu bir alim-vətəndaş kimi, dövlətimizin ideoloji-siyası xəttini təşkil edən Azərbaycançılıq mövqeyindən qısa müddətdə gördüyü işi bu günə kimi aidiyyəti olan tədqiqat insitutlarımız görə bilməmişdir”.

Ramiz Məlik, Xalq artisti: “Belə kitablar, tarixi araşdırmalar bir neçə illər əvvəl yazılmalı idi. Çox təəssüf ki, erməninin məkirli xislətini vaxtında yazıb ortaya qoymadıq! Əjdər müəllimə təşəkkür edirəm, gec də olsa ,belə kitabı ərsəyə gətirib! Dayanmaq olmaz, araşdırmaları sürətlə həyata keçirmək lazımdır! Qoy bütün dünya erməninin neçə ünsür  bir məxluq olduğunu bilsinlər!”

Əjdər İsmayılov barəsində 1974-cü ildə tanınmış bir professor tərəfindən Azərbaycan Respublikası Mərkəzi Komitəsinə edilən şikayət: “Akademik Dadaşzadənin rəhbərliyi altında onun dissertantı Azərbaycanda pantürküzmi və panislamizmi dirildir. Bu,Turançılıq bəlasıdır”.

Allah  rəhmət eləsin!