GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Bütün dünya ölkələrini faşizm ideologiyası ilə düşünən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarını tanımağa çağırırıq

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. On minlərlə insan itkin düşüb.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, erməni millətçilərinin azərbaycanlılara qarşı iki əsr davam edən cinayətkar əməllərinə verilən siyasi qiymət olmuş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Bütün dünya ölkələrini faşizm ideologiyası ilə düşünən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarını tanımağa, insanlıq əleyhinə törədilmiş bu müdhiş cinayətlərə qiymət verməyə çağırırıq.

Jalə Əhmədova
Milllət vəkili