Ana Səhifə Blog Səhifə 8

Состоялось заседание Совета мигрантов при Государственной миграционной службе – FOTO

В Государственной  миграционной службе АР проведено очередное заседание Совета мигрантов, который создан с целью более широкого привлечения живущих в стране мигрантов к управлению миграцией, более эффективной защиты их прав и свобод, повышения качества услуг, оказываемых иностранцам и лицам без гражданства, а также оценки влияния принятых решений в сфере миграции на повседневную жизнь иностранных граждан.

На заседании обсуждены организационные вопросы. Подчеркнута важность расширения сотрудничества ГМС с мигрантами и мигрантскими общинами. Рассмотрен также вопрос избрания председателя и секретаря совета. Председателем Совета мигрантов избран гражданин РФ Тельман Мамедов, секретарем – гражданка Казахстана Ассел Аубагирова, об этом передает Пресс служба Государственной миграционной службы Азербайджанской Республики.

Наряду с этим, состоялись консультации по проблемам, с которыми сталкиваются мигранты в Азербайджане, и обмен мнениями по другим вопросам, представляющим интерес.

В Стамбуле загорелся корабль

0

У берегов района Шиле в Стамбуле (Турция) на корабле длиной 62 метра произошел пожар, об этом сообщает CNN Türk.

На место происшествие прибыли подразделения пожарной службы.

Причины пожара неизвестны

Korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə korrupsiya ilə mübarizə” mövzusunda təşkil olunan seminarda Xidmətin bir qrup əməkdaşı iştirak edib.

Seminarı açıq elan edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ayrı-ayrı müddəaları barədə danışıb, həmin sahədə müəyyən olunmuş bir sıra vəzifələrin icrası zamanı vətəndaş cəmiyyəti instituları ilə əməkdaşlıq əlaqələrinin səmərəliliyinə toxunub, ictimai iştirakçılığın təşviqi digər istiqamətlərdə birgə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

“Miqrasiya proseslərinin effektiv idarə olunması və korrupsiyaya qarşı mübarizə: nəzəri və praktiki aspektlər” mövzusunda geniş məruzə ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov korrupsiyanın yaratdığı təhlükələr barədə danışıb, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə əsas anlayışlar, hüquqpozmaların subyektləri, korrupsiya riskləri və digər məsələlər haqqında geniş məlumat verib.

Bununla yanaşı A.Allahverənov korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə danışıb, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması və s. kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Sədr həmçinin miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər aktorlar tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Пашинян об участии Армении в COP29 в Баку

Армения пока не приняла решение, будет ли участвовать в предстоящей COP29, которая состоится в Баку.

Как передает Aktror.Az, об этом заявил премьер Армении Никол Пашинян.

Sumqayıtda 20 yaşlı fəhlə faciəvi şəkildə öldü

0

Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb. Hadisə Zeynalabdin qəsəbəsinin ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov qəsəbədə aparılan tikintilərdən birində iş zamanı hündürlükdən yıxılaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Xanbabayevaya ağır itki

Xalq artisti Zülfiyyə Xanbabayevanın qardaşı Rəcəb Sadıqov dünyasını dəyişib.

Bu barədə xeyriyyəçi, teleaparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb – FOTOLAR

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bu gün COP29 QHT Koalisiyasının üzvləri ilə “zoom” görüş keçirib, onların suallarını cavablandırıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumu məlumat yayıb.

Görüşdə COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, UNFCCC-nin Müşahidəçi Təşkilatları ilə iş üzrə koordinator Şəhriyar Hacıyev, COP29 Prezidentliyinin UNFCCC Qərargahındakı (Bonn) milli koordinatoru Toğrul Feyziyev və digər şəxslər də iştirak edib.

Görüşdə suallar cavablandırılıb, məsələlər aydınlaşdırılıb. Xarici QHT-lər COP29 Prezidentliyinin, Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə açıq dialoqunu yüksək qiymətləndiriblər.

COP29 QHT Koalisiyası 2024-cü ilin iyulunda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə təsis olunub, qısa müddətdə Koalisiyaya 60 ölkədən 260 QHT qoşulub. Bu QHT-lərdən 90-ı “UNFCCC Constituency” kateqoriyası üzrədir. Koalisiyada 9 “UNFCCC Constituency”dən 8-i təmsil olunur. Koalisiyada yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar yer alır. Azərbaycandan isə cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur.

Forum analoji görüşlərin davam edəcəyini açıqlayıb.

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

“Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
İcra olunan layihə barədə qısa məlumat verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov icra olunan layihənin məqsəd və vəzifələri, həyata keçirilən fəaliyyətlər və icrası nəzərdə tutulan işlər barədə danışıb.

Bildirilib ki, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş şəkildə təşviq olunması üçün miqrasiya qanunvericiliyi sahəsində sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var.

Xüsusilə vurğulanıb ki, həmin tədbirlər həm qeyri-hökumət təşkilatları, həm də miqrant qrupları arasında hədəfli şəkildə icra olunmalıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin meneceri Natiq Lahıcov miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə icra olunan hazırkı layihənin əhəmiyyəti barədə danışıb.

Qeyd olunub ki, miqrasiya sahəsində maarifləndirmə tədbirləri bütövlükdə maraqlı tərəflərin, xüsusilə də hədəf qruplarının maraqlarına cavab verir və son nəticədə ölkədə təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş vüsət almasına səbəb olur.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə nəzər salıb, həmin sənədlərdə yer alan müddəalara və onlardan irəli gələn məsələlər haqqında danışıb.

Tədbirdə iştirak edən hüquqşünaslar Kəmalə Məmmədova, Fariz Əkbərov, Vəfa Əkbərova, Elvina Əliyeva, İradə Dünyamalılı, miqrant qruplarının təmsilçiləri Əli Şoxri, Fesih Alıoğlu, Rəcəb Yaşar və digərləri miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, aktuallığı ilə xarakterizə edilən məsələlərə toxunublar. İnteraktiv qaydada keçirilən müzakirədə miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində qalma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib
Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib
Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib
Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib

“Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi başa çatıb

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən icra etdiyi “ Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi başa çatıb.

Layihə rəhbəri Leyla Rəcəbzadənin bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunub.Sumqayit, Şirvan və İsmayıllı şəhərində həyata keçirilən tədbirlərin hər birində 40 çox (18-35 yaş aralığı) iştirakçı qatılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.Tədbirlərdə həmçinin layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunan ekspertlər iştirak edib.

Leyla Rəcəbzadə onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 veriliş, həmçinin İsmayıllı rayonunda ekoloji inkişafa dəstək məqsədi ilə gənclər, eləcə də digər yaş kateqoriyasından olan yerli sakinlərlə flaşmob düzənlənib, təbliğat xarakterli söhbətlər aparılıb.Onun sözlərinə görə, davamlılığı təmin etmək üçün təmsil etdiyi təşkilat bundan sonra eyni mövzuya müraciət edəcək.

Leyla Rəcəbzadə hər cür dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi başa çatıb

“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən icrasına başladığı “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi başa çatıb

Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2024-cü il) icra olunub.Ucar və Oğuz rayonlarında həyata keçirilən hər tədbirdə 40 nəfərdən çox şəxs iştirak edib. Tədbirlərdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunan ekspertlər, mütəxəssislər də iştirak ediblər.

Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 4 veriliş ərsəyə gətirilib. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulmuşdu..