Ana Səhifə Blog Səhifə 7

İKT Akademiyası – 2024 layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb – FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən Ucar və  Zərdab rayonlarında icra olunan “İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb.
Layihənin əsas məqsədi müxtəlif sahələrdə çalışan və işsiz Qızlar və qadınların İKT bilikləri və praktiki vərdişlərinə yiyələnməsi və çalışdıqları sahələrdə innovativ metodlardan istifadə etməsi  üçün müasir internet resurslarından istifadə bacarıqlarının artırılmasından ibarətdir.
8 mobil kursdan ibarət olan layihə Ucar və Zərdabda yaşayan 50 qız və qadınların yararlanmasına imkan yaradıb. Mobil kurslar vasitəsi ilə iştirakçılar kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları,dizayn, e-hökumət, onlayn proqram resurslarından istifadə istiqamətində marifləndiriliblər.

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib. “İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov xüsusilə bildirib ki, Azərbaycanda ekoloji miqrasiya ölkənin daxili miqrasiya mənzərəsinə müəyyən təsirlər edib. Vurğulanıb ki, daxili miqrantlar arasında təbii fəlakətlər və digər ekoloji səbəblərə görə yaşayış yerini tərk etmək məcburiyyətində qalan ekoloji miqrantları görmək olur. Bütövlükdə, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiya fenomeninin miqyasının genişlənməsi nəticələnir.

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirinin müxtəlif aspektləri barədə geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə danışıblar. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər.

Tədbirdə iştirak edən Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov, Rəhilə Mehdiyeva, Nailə İsmayılova və digərləri ekoloji miqrasiya sahəsi ilə bağlı miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların iqlim dəyişikliyi fonunda hüquq və azadlıqlarının təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Miqrasiya üzrə Qlobal Saziş və digər beynəlxalq sənədlərdə ekoloji miqrasiya ilə bağlı yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb.

İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

Millət vəkili Şəhidin anım günündə iştirak edib – FOTOLAR

Oktyabrın 6-da Vətən müharibəsi şəhid leytenant Məhəmməd Şəbiyevin anım günü münasibətilə Zabrat qəsəbəsində xatirə tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Azər Allahverənov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər. Azər Allahverənov çıxışında Vətən müharibəsinin ədaləti bərpa etdiyini və Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük zəfərə nail olduğunu vurğulayıb. Deputat 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. O, şəhidlərin canı və qanı bahasına əldə edilən bu tarixi qələbənin xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə mümkün olduğunu vurğulayıb. Allahverənov, həmçinin, şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağını bildirib.

Tədbir zamanı şəhidin abidəsi ziyarət olunub və gül dəstələri qoyulub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Avropa gənc alimləri arasında Azərbaycan ekologiyası ilə bağlı təbliğat işinin qurulması” layihəsi çərçivəsində Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində seminar təşkil edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məlumat verib. O bildirib ki, iştirakçılara dövlətimizin ekoloji siyasəti barədə ətraflı məlumat verilib, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər Avropa elmi ictimaiyyəti arasında təbliğ edilib. Gənc alim və tədqiqatçılar arasında Azərbaycanda reallaşdırılan genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yaşıl enerjiyə keçiddə əldə edilən bir sıra nailiyyətlər və Azərbaycanla Avropa İttifaqı arasında alternativ enerji ehtiyatlarının inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin qurulması məsələləri barədə geniş maarifləndirmə işi qurulub.

İlqar Orucov qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, meşə ehtiyatlarının qorunması, atmosferin çirklənməsinə, münbit torpaqların deqradasiyaya uğramasına qarşı mübarizə, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması ilə bağlı dövlətin apardığı tədbirlər, plastik tullantıların səmərəli idarə olunması istiqamətində görülən işlər barədə maarifləndirmə fəaliyyəti həyata keçirilib.

Təqdimatlarda Ermənistanın 30 ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxladığı dövrdə bölgədə mina terroru, meşə və yaşıllıq zonalarının tamamilə dağıdılması, təbii ehtiyatların qanunsuz istismarı barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İşğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji terror, Oxçuçayın yüksək kimyəvi tərkibli istehsalat suları ilə çirkləndirilməsi nəticəsində onun Azərbaycandan keçdiyi ərazilərdə ekoloji sistemin bərpaolunmaz deqradasiyaya məruz qoyulmasında alman şirkəti “Cronimet”in bu ekoloji cinayətdə Ermənistanla birgə iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi və əvvəlki vəziyyətə gətirilməsi üçün böyük maliyyə vəsaiti ilə yanaşı, on illərlə vaxt tələb olunur.

Layihə çərçivəsində, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il Azərbaycanda keçirilməsinin ölkədə ekologiyanın və ətraf mühitin qorunmasına töhfə olaraq qiymətləndirilməsi qeyd edilib

“Ermənistan Bakının sülh sazişinin imzalanmasına dair tələblərini icra etməkdən yayınır”

Sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar meydana çıxan kimi, Ermənistan ənənəvi qaydada təxribatçı davranışlara start verir. COP29 ərəfəsində hansısa çərçivə sazişinin imzalana biləcəyi, XİN başçılarının Nyu-York görüşündən sonra bunun inandırıcı olması haqda informasiyaların ardınca İrəvan Azərbaycana qarşı növbəti sülh şərləməsinə yol verib.

Ermənistan parlamentinin sədri Alen Simonyan özünün də başa düşməyəcəyi şəkildə absurd bir bəyanat səsləndirib. O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Simonyan hətta belə sənədi COP29 zamanı Bakıda da imzalaya biləcəklərini deyib. Ardınca isə söyləyib: “Hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının prinsipial mövqeyindən bəhs etdi: “Ermənistan bilir ki, Azərbaycan münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva etməyən sazişi imzalamayacaq. Ona görə də davamlı olaraq özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Müharibədə məğlub olan tərəf olsalar da həyasızcasına onların şərtləri ilə sülh sazişinin imzalanmasını təklif edirlər. Çünki əmindirlər ki, heç kim buna getməz. Onlar bununla Azərbaycanın Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi şərtilə, sülh sazişinin imzalanmasına dair tələblərini icra etməkdən yayınır, Azərbaycanı beynəlxalq birlik qarşısında “sülh istəməyən ölkə” kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq təzyiqləri artırmağa nail olmaq, revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmaq istəyirlər”. Q.Həsənquliyevin sözlərinə görə, ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq və bunun nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşacaq: “Ermənilər gözləyirlər ki, Rusiyada müharibənin nəticəsi olaraq yeni yaranacaq qərbyönümlü hakimiyyət birinci Qarabağ savaşında olduğu kimi, Qərbin təsiri ilə onların revanşist müharibəsini dəstəkləyəcək. Ukraynada savaş olmasaydı, Ermənistan çoxdan sülh sazişini imzalamışdı”. Millət vəkili hesab edir ki, Azərbaycan və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir: “Ermənistan torpaqlarımızın işğalına son qoymayıb, sülhdən yayınaraq, 30 il işğalı davam etdirməsinin hansı nəticələrə gətirib çıxardığını anlamalı, yenidən möcüzə gözləyərək eyni səhvi təkrarlamamalı, öhdəliklərini yerinə yetirməli, yaxın qonşuluq siyasəti yürütməlidir”.

Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar aşkar olunub. Beləliklə, Ermənistan kütləvi məzarlıqların yerini belə açıqlamadığı halda, Azərbaycana qarşı fitnəkar iddialar qaldırır, üstəlik, absurd şəkildə yarımçıq sülhü imzalamağa çağırış edir. Ermənistanın hay-küyü həm də 30 il ərzində törətdiyi müharibə cinayətlərini ört-basdır etməyə yönəlik məkrli siyasətdir…

В Яффо совершен теракт, семь погибших

Вечером 1 октября двое террористов вышли из трамвая на бульваре Иерушалаим в Яффо и открыли огонь по прохожим.

После прибытия первой бригады парамедиков службы «Маген Давид Адом» на место теракта, было объявлено, что речь идет о происшествии с большим количеством пострадавших.

Смерть шести человек была констатирована на месте происшествия, еще девять человек были доставлены в больницы с ранениями различной степени тяжести.

Оба террориста ликвидированы сотрудниками служб безопасности. По данным спецслужб, оба террориста были жителями Хеврона и находились на территории Израиля незаконно.

Позже врачи больницы «Ихилов» сообщили о смерти мужчины, поступившего в критическом состоянии с места теракта в Яффо. Таким образом, число жертв теракта выросло до семи.

Восемь человек, получивших ранения в результате атаки террористов, остаются в больницах «Вольфсон» и «Ихилов». Состояние пятерых остается тяжелым.

Мэр Лода Яир Ревиво в своем «икс-блоге» сообщил, что в результате теракта в Яффо погибла 30-летняя жительница города, танцовщица международного уровня Шахар Голдман.

Newsru-Израиль

В приграничной зоне Армении и Грузии произошло землетрясение

0

Землетрясение произошло в 15 км к востоку от села Бавра, пишет Aysor/
 
2 октября в 03:38 по местному времени (1 октября в 23:38 по Гринвичу) сейсмологическая сеть Территориальной службы сейсмической защиты МВД РА зафиксировала землетрясение силой 3,7 балла и глубиной 10 км на приграничной зоне Армении и Грузии с географическими координатами на 41,13⁰ северной широты. и 43,98⁰ восточной долготы, в 15 км к востоку от села Бавра .
 
Сила подземного толчка в эпицентральной зоне составила 5 баллов.
 
Землетрясение магнитудой 4-5 ощущалось в ряде населенных пунктов Ширакской области.

В результате стрельбы в Израиле погиб гражданин Грузии

Гражданин Грузии, который был ранен в результате ракетного обстрела Израиля Ираном, умер.

Как передает Aktor.Az, об этом сообщило агентство «Интерпрессньюс», ссылаясь на МИД Грузии.

Как сообщается, гражданин Грузии умер в клинике, куда был доставлен после получения ранения. На место прибыл грузинский консул.

Ранее МИД Грузии сообщил о ранении одного гражданина Грузии при ракетном обстреле Израиля.

Valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqinə dairsilsilə tədbirlər keçirilib – FOTOLAR

“Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizmli uşaqların valideynləri ilə çoxsəviyyəli sistemli işin təşviqi və bu ailələrdə şəxslərarası davranışların profilaktikası” layihəsini başa çatdırır.
Cari ilin 01 iyul – 30 sentyabr tarixlərində icra edilən layihənin məqsədi autizmli uşaqların valideynlərinin bilik və bacarıqlarını artırmaqla onların autizmli şəxslərin reabilitasiyasında geniş iştirakına və bununla da çoxsəviyyəli sistemli iş formatında aparılan reabilitasiya prosesinin keyfiyyətinin artırılmasına, autizmli uşaqların reabilitasiyasında müsbət nəticələrin əldə olunmasına nail olmaq olub. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində autizmli uşaqların ailələrində reabilitasiya prosesində valideynlərinin iştirakı ilə bağlı ümumi vəziyyət öyrənilib, autizmli uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində valideynlərin iştirakına dair yeni davranışlarla barədə 300 ədəd maarifləndirici buklet nəşr olunub, autizmli uşaqların valideynləri üçün tematik təlimlər keçirilib. Bununla yanaşı layihə çərçivəsində həm də psixoloji dəstəyə ehtiyacı olan azı 100 nəfərə yaxın valideynə psixoloji məsləhətlər verilib.
Qeyd olunduğu kimi, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində müvafiq davranışların bərqərar olunmasını təşviq edən əyani vəsait nəşr edilib. Çap olunmuş “Autizmli uşaqlar və onların ailələrində şəxslərarası münasibətlərin profilaktikası üçün bunları bilmək vacibdir” adlı buklet əsasında layihənin hədəf qrupları üçün bir sıra maarifləndirmə və məlumatlandırma tədbirləri keçirilib. Belə ki, hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailə üzvləri üçün tematik təlimlər təşkil olunub və həmin şəxslərin təmsil etdikləri ailələrdə reabilitasiya işinin düzgün aparılmasına dair zəruri məsləhətlər verilib.
Layihə icra olunan zaman aidiyyəti dövlət qurumları və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq olunub.

Депутат:”Сильная система ценностей способна противостоять любым угрозам” – ВИДЕО

Во время прямого эфира на канале CBC TV Azerbaijan от 30 сентября 2024 года депутат Милли Меджлиса Азер Аллахверанов ответил на вопросы об идеологических угрозах системе морально-нравственных ценностей азербайджанского народа и о роли национальных НПО, способных мобилизовать свои усилия в дело борьбы с этими видами идеологических нападок.

НФ предлагает данный интервью: