Ana Səhifə Blog Səhifə 4

Bunları bilmək hər kəsin haqqıdır

Ola bilsin ki, siyasi münasibətlər müstəvisində bəzi mövzuların açıq müzakirəsi müəyyən səbəblərdən doğru sayılmasın. Ancaq cəmiyyətin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılması prosesinin, habelə müxtəlif manipulyasiyaların qarşısını almaq üçün qərəzli şərh olunan mövzulara mütləq olaraq aydınlıq gətirilməsi zərurəti yaranır. Bəzilərinin alovlu emosiyalarının arxasında gizlənmiş məkrli niyyətlərin bu və ya digər şəkildə təzahürünə hər birimiz dəfələrlə şahidlik etmişik. Təəssüflər olsun ki, bu gün manipulyasiya siyasətbazların əsas alətinə çevirib, onlar üçün siyasət elə manipulyasiya deməkdir. Madam ki, bu cür “bazlar” böhtan yolunu seçirlər və milli maraqlar onlar üçün heç bir dəyər təşkil etmir, onda əlbəttə ki, qərəzli siyasətin əsl səbəb və niyyətləri çılpaqlıqla ifşa olunmalıdr. Çünki milli maraqlara təhdid hesab ediləcək istənilən məsələ qarşısında susmaq və ya hansısa güzəşt yolverilməzdir.

Artıq heç kimə sirr deyil ki, regionumuzda öz geosiyasi maraqları olan “güclərin” əsas strateji hədəfi ölkəni təsir altına salmaqdan ibarətdir. Dünyada cərəyan edən proseslər və münaqişələrin sayının durmadan artması qeyd olunan mülahizəni təsbit edir. Təsadüfi deyil ki, Qafqazda həmin “güclərin” “dəbərməsi” (hərəkətə gəlməsi) təqribən eyni zamanda baş verir. Əgər illər öncə onlar bu hədəflərini hansısa formada kamuflyaj etməyə çalışırdılarsa, indi artıq bütün “silahlar” açıq şəkildə işə salınıb: ideoloji təbliğat, müxtəlif səpkili təxribatlar, konkret cəmiyyətdə şübhə toxumunun və “inkarçılıq” mədəniyyətinin yayılması, psevdoliberal dəyərlərin təbliği və s.

İstənilən ölkənin yaxın tarixinə müraciət etsək görə bilərik ki, Qərb bütün dövlətlərdə təqribən eyni siyasi texnologiyalardan istifadə edir. Bu ona görə baş verir ki, onların hədəfləri dəyişmir və onlar son dərəcədə bəllidir: təsir altında olan ərazilərin genişləndirilməsi. Böyük geosiyasətin strateji hədəfi məhz budur. Odur ki, milli maraqlar kontekstində hansısa psevdodemokratik illüziyalara qapılmaq qətiyyən olmaz. Çünki müşahidə etdiyimiz proseslər ondan xəbər verir ki, “super güclərin” iştahı durmadan artır.

Sözügedən kontekstin inkişafında Prezident İlham Əliyevin növbəti sözləri mütləq olaraq yada salınmalıdır: “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bugünə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında.” Xatırladaq ki, qeyd olunan fikirləri dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirmişdir. Əslində Qərb siyasətinin alətləri artıq çoxdan ifşa olunub, məhz elə bu səbəbdən də onlar üçün bu gün sosial şəbəkələr son ümid və əsas “təsəlli məkanıdır”. Həqiqətdə isə əsl demokratiya və siyasi peşəkarlıqla heç bir əlaqəsi olmayan sosial şəbəkələr sadəcə mükəmməl kütləvi manipulyasiya alətləridir. Burada cəmiyyətlərin siyasi-ictimai şüurunu “əyləndirilərək” zombiləşdirilməsi imkanları olduqca genişdir.

Müşahidə olunan “maraqlı” tendensiyalardan danışarkən daha bir məsələyə toxunmalıyıq. Qərbin hərəkətliliyinin artmasının hansı dövrə təsadüf etdiyinə xüsusi olaraq diqqət yetirmək lazımdır. Tarixi Qələbəmiz Qərbin regiona müdaxilə etmək imkanlarını əsaslı şəkildə məhdudlaşdırdı. Qələbədən dərhal sonra da siyasi partiyalar müstəvisində aparılan islahatlar sayəsində Qərb ölkə daxilində son dayaqlarını itirmə təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin ritorikasında rastlaşdığımız “yeni siyasi konfiqurasiya” ifadəsi isə ümumiyyətlə onlarda “qıcıq” yaradır. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq hər kəs birmənalı olaraq bilməlidir ki, dövlətə qarşı aparılan siyasətdə istənilən xarici qüvvə məhz ölkənin daxilində olan satqınlardan istifadə edir. Bəli, təəssüflər olsun, ancaq bu həqiqətdir: məsələləri öz adı ilə qeyd etməliyik və burada çəkinmək olmaz.

Lüzumsuz və əsassız tənqidlərin qarşısını almaq üçün onu da xüsusi olaraq vurğulamalıyıq ki, bəziləri bu cür yanaşmanı qərəzli olaraq anti-Qərb mövqeyi kimi dəyərləndirməyə çalışırlar. Bu, əsla elə deyil. Əksinə, ölkənin siyasi ritorikasında bəzi dairələr tərəfindən “anti-Qərb” ifadəsi məqsədyönlü şəkildə tirajlanılır ki, Qərbi Azərbaycana qarşı olan düşərgəyə çevirsinlər. Qərb üçün bu şərti obraz ona görə lazımdır ki, ölkəmizə qarşı apardıqları mübarizəni legitimləşdirsinlər.

Diqqət yetirin: Qərbin hərəkətliliyi məhz əldə olunmuş tarixi Qələbənin nəticəsində regionda formalaşan yeni reallıq, Azərbaycanın artan beynəlxalq logistik statusu, siyasi partiyalar müstəvisində aparılan islahatlar, habelə siyasi dialoq mühitinin ölkəmizdə geniş şəkildə vüsət tapması fonunda baş verir. Bütün bunların təsadüf olmasına kimsə inana bilər? Əlbəttə ki, yox. Sualı başqa cür də qoya bilərik: bütün regionun müstəqil şəkildə inkişafını təmin edə biləcək potensiala malik olan Azərbaycanın qüdrətinin artması Qərbin geosiyasi maraqlarına cavab verirmi? Əlbəttə ki, yenə də yox. Elə ona görə də siyasi partiyalardan əllərini üzmüş Qərb öz manipulyasiyalarını indi də QHT və KİV vasitəsilə etməyə çalışır. Sözsüz ki, radikallar hələ də siyasətdə öz mövcudluğunu “necəsə” qoruya biliblər, sadəcə ötən illərdən fərqli olaraq onlar artıq tam ifşa olunublar.

Bu il fevral ayının 14-də keçirilən andiçmə mərasimində bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”. Əslində budur artan məkrli hərəkətliliyin başlıca səbəbi. Bunları bilmək isə hər kəsin haqqıdır.

Asif Adil

“К сожалению, международные организации не оказывают финансовой поддержки минной проблеме” – Айгюн Алиева

Некоторые международные организации предлагают Азербайджану проекты, не отвечающие интересам и ценностям азербайджанского общества.

Как сообщает Report, об этом заявила исполнительный директор Агентства государственной поддержки неправительственных организаций Азербайджанской Республики Айгюн Алиева на конференции «Фактор победившего лидера: растущий авторитет нашей страны в мире и новые реалии».

Она подчеркнула, что сегодня в Азербайджане более 10 государственных структур финансируют проекты НПО: «Только наше Агентство за последние три года оказало поддержку более чем 1800 проектам и инициативам. Это показывает, что НПО в Азербайджане не нуждаются в финансовой поддержке со стороны организаций, находящихся под влиянием внешних сил».

Айгюн Алиева также отметила, что одной из ключевых задач для Азербайджана сегодня является борьба с минной угрозой: «К сожалению, международные организации практически не оказывают финансовой поддержки в этом направлении. За исключением редких, незначительных инициатив, все усилия ложатся на наше государство».

Ukraynanı BİTİRİRLƏR: Ağ Evin yeni sahibindən Kiyevə MESAJ – FOTO

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olmasının vacibliyini bəyan edib. O, Rusiya-Ukrayna müharibəsində həddindən artıq insanın həyatını itirdiyini diqqətə çatdıraraq, razılaşmanın zərurət olduğunu vurğulayıb.

Ağ Evin yeni sahibi deyib ki, bu, sondur və V.Zelenski razılığa gəlməyə hazır olmalıdır. D.Tramp qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır. ABŞ Prezidentinin sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamaq niyyətindədir.

Ukraynanı BİTİRİRLƏR: <span style=color:red>Ağ Evin yeni sahibindən Kiyevə MESAJ - FOTO

Maraqlıdır, V.Zelenski razılığa gələcəkmi? Rusiya-Ukrayna müharibəsi hansı şərtlər altında başa çata bilər? Rusiya prezidenti ABŞ-li həmkarı ilə razılaşacaqmı bu məsələdə?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Telman İsa söyləyib ki, Rusiya-Ukrayna baxımından çox ciddi tarixi proseslər baş verir.

O, D.Trampla V.Zelenski arasında 7 dekabr tarixində keçirilən görüşü, ABŞ-nin yeni prezidentinin Rusiya-Ukrayna müharibəsi barədə açıqlamalarını, 2025-ci ilin yanvar ayında keçiriləcək inauqurasiya mərasiminə Ukrayna prezidentinin dəvət olunmamasını xatırladıb.

Ukraynanı BİTİRİRLƏR: <span style=color:red>Ağ Evin yeni sahibindən Kiyevə MESAJ - FOTO

Qeyd edib ki, bütün bunlar ABŞ-nin yeni prezidentinin Ukraynaya və onun prezidentinə münasibətinin nümayişidir: “Tramp hələ son mətbuat konfransından öncə – 7 dekabrda Parisdə keçirilən görüşündə birmənalı şəkildə vurğulamışdı ki, bütün hallarda Zelenski güzəştə getməlidir. Parisdə yanğından sonra bərpa olunan kilsənin açılışına Fransa prezidenti Emmanuel Makron Trampı da dəvət etmişdi. Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da bu açlışa dəvət olunmuşdu. Bilirsiniz ki, bu dəvətlərin kökündə əsas məqam Trampla Makronun “nüvəsinə” daxil olan rəhbər şəxslərin bir görüşünü təşkil etmək idi. 35 dəqiqəlik həmin Paris görüşündə Tramp ilə Zelenski arasında təkbətək görüş oldu. Bütün hallarda Tramp birmənalı şəkildə vurğuladı ki, Kiyev Moskva ilə razılaşmalıdır, hətta lazım gələrsə, güzəştlər etməlidir. Amma Zelenski cavabında, Kiyev o şəkildə Moskva ilə danışıqlara, ya da masa arxasında əyləşməyə hazırdır ki, Rusiya Federasiyası zəmanət Ukraynaya qarşı hər hansı bir təkrar hücum olmayacağına dair zəmanət versin, demişdi. Zelenski hətta dilə gətirmişdi ki, hər hansı bir sövdələşmə olmasa beynəlxalq güclər, o cümlədən ABŞ-nin zəmanəti ilə Putinə hücum etməyəcəyi ilə bağlı hər hansı sənədə imza atdırılmasa, Kiyev bu məsələlərdən uzaq duracaq”.

Ukraynanı BİTİRİRLƏR: <span style=color:red>Ağ Evin yeni sahibindən Kiyevə MESAJ - FOTO

T.İsa deyib ki, Parisdə yaşanan əsas məqamlardan biri də Makronla Zelenski arasında keçirilən görüş olub: “Makronla Zelenskinin mövqeləri tam üst-üstə düşür. Trampdan fərli olaraq, onların hər ikisi açıqlamalarında bildirirdi ki, ABŞ Bəşər Əsəd iqtidarına qarşı göstərdiyi təzyiqlər şəklində Moskvaya da eyni təzyiqləri etməlidir. Bununla bağlı Trampı inandırmağa çalışırdılar. İstər Makron, Tramp və Zelenski üçlüyü, eləcə də ayrı-ayrılıqda ikilikdə keçirilən görüşlərdən də çox aydın şəkildə anlaşılırdı ki, ABŞ-nin yeni prezidentinin özünün bildiyi bir məsələ var. Əsas məsələ də ondan ibarət idi ki, bu problem həll olmalıdır. Trampın seçki qabağı özünün verdiyi açıqlamalar da hər halda gərək həyatda öz əksini tapa. Trampa seçki qabağı vurğulamışdı ki, o, bir sutka ərzində müharibəni dayandıracaq. Bu açıqlamadan sonra Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov mətbuata açıqlama vermişdi. Vurğulamışdı ki, müharibə o qədər gərgin bir mərhələyə yüksəlib ki, Rusiya tərəfi bu münaqişənin bir sutka ərzində həll ediləcəyinə inanmır. Tramp dünənki açıqlamasında çox aydın şəkildə bir daha Ukraynaya ismarıc göndərmiş oldu ki, Zelenski Rusiya ilə danışıqlara mütləq şəkildə hazır olmalıdır. Tramp bu fikirlərini onunla izah edib ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir bu miqyasda itkilər, insan tələfatı var. Böyük bir ərazi müharibə bataqlığına yuvarlanıb. Ona görə də bu məsələ həll olunmalıdır”.

Ukraynanı BİTİRİRLƏR: <span style=color:red>Ağ Evin yeni sahibindən Kiyevə MESAJ - FOTO

T.İsa bildirib ki, hər nə qədər Avropa dövlətləri, o cümlədən Makron və ABŞ-nin artıq yola salınan iqtidarı Ukraynanın arxasında idisə, Ağ Evin yeni sahibi Tramp tamam başqa fikirdədir: “Makron, Qərb, xüsusilə Avropa ölkələri bunu başa düşür. Hətta Rusiyanın özü də bilir ki, məsələ o cür həll olunmayacaq. Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində fərqli mövqe sərgiləyir və bunu sona qədər müdafiə etməli olacaq. Görünən odur ki, Ukrayna müəyyən itkilərə məruz qalmalı olacaq. Hansı şəkildə, hansı bölgələri, hansı siyasi motivlər, o əlbəttə ki, yaxın vaxtlarda bəlli olacaq. Əks halda ABŞ öz hərbi və siyasi dəstəyini azaldacaq. Bu nə ilə bağlıdır? Elə dünənki mətbuat konfransında da Tramp bir məqama toxunub. Belə ki, prezident səlahiyyətini təhvil verən Co Bayden Ukraynaya ABŞ istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisini hədəfə almağa icazə vermişdi. Bu, çox ciddi problemlərə gətirib çıxara bilərdi. Tramp bunu dünənki mətbuat konfransında xüsusi olaraq, həmçinin bir qədər yumuşaq şəkildə dedi. Çox güman ki, bunun qarşısını alacaq, qərarını rəsmiləşdirəcək. O, tövsiyə etdi ki, Kiyev iqtidarı bu raketlərdən istifadədən məhdudlaşdırsın, dayandırsın. Əlbəttə ki, əgər Zelenski buna getməsə, Tramp prezidentliyə gələndən sonra bu qanun layihəsinin geri çağrılması ilə bağlı qərar verə bilər. Ola bilər ki, bu, müəyyən mənada onun nüfuzuna kiçik də olsa mənfi təsir göstərəcək. Amma bütün hallarda görünən odur ki, Tramp bunu edəcək”.

Ətraf mühitin qorunması və sudan səmərəli istifadə məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən icra edilən “Ətraf mühitin qorunması və sudan səmərəli istifadə” adlı layihənin təlimləri uğurla yekunlaşıb. İctimai Birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ekologiya üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.

Təlimlərdə Azərbaycanın gələcəyə yönəlik müəyyən etdiyi uğurlu inkişaf strategiyasının əsas istiqamətləri, davamlı inkişaf strategiyası, ölkənin bu günü, gələcəyi istiqamətində əsas prioritetlər müzakirə edilib.

Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından ekologiyanın qorunmasının təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə bu sahə üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında ətraf mühitin qorunması və sudan səmərəli istifadə edilməsi konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Ekoloji maarifləndirmənin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.

Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, politoloq Zaur Məmmədov, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssis Murtaza Həsənov, Anar Şükürov, İKT üzrə mütəxəssis Əliyar Musayev və digərləri çıxış ediblər.

Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.

“Biz tezliklə ortaq məxrəcə gələ biləcəyik”

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 5-də Maltada ATƏT-in xarici işlər nazirləri Şurasındakı toplantısında maraqlı çıxış edib. Çıxış həm də konstruktivliyi ilə fərqlənib. Mediada tam şəkildə yayımlanan çıxışa baxılırsa, Ermənistanın əvvəlki destruktiv ritorikadan imtina etdiyi qənaətinə gəlmək olar”.

Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Azər Həsrət söyləyib.

A.Həsrət qeyd edib ki, A.Mirzoyanın özəlliklə də Azərbaycan və qardaş Türkiyə ilə münasibətlər haqqında dedikləri təqdirəlayiqdir: “Hər şeydən öncə diqqət çəkən odur ki, Ermənistan təmsilçisi Azərbaycanla sülh müqaviləsinin 17 bəndindən 15-nin qarşılıqlı şəkildə razılaşdırıldığını deyir. Bu, yetərincə yaxşı xəbərdir və sülhün tezliklə əldə edilməsinə yol açır. Digər tərəfdən diqqətimizi Ararat Mirzoyanın bu çıxışında Azərbaycana qarşı ənənəvi hücum və ittihamlara yer verməməsi çəkir. Bu da yaxşı görsənişdir və yəqin ki, Azərbaycan tərəfi uyğun reaksiya verəcək. Üçüncü bir məqam isə qardaş Türkiyə ilə münasibətlərin düzəldilməsinə yenə də yetərincə uyğun yanaşmadır. Nazir çıxışını gərəkli şəkildə – nəzakətli qurub”.

Siyasi şərhçi həmçinin bir qayda olaraq erməni rəsmilərin bütün beynəlxalq platformalarda Azərbaycana və Türkiyəyə hücumlarla diqqət çəkdiyini, ona görə də qarşılıqlı münasibətlərin qurulmasının, dayanıqlı sülhün əldə edilməsinin mümkün olmadığını diqqətə çatdırıb: “Çünki Ermənistan hücum taktikası seçəndə Azərbaycan da cavab vermək məcburiyyətində qalıb. Təbii ki, belə bir şəraitdə işləmək – anlaşmaq mümkün deyil. Ümid edək ki, bundan sonra erməni tərəfi bu ruhda da davam edəcək və biz tezliklə ortaq məxrəcə gələ biləcəyik”.

Yeni siyasi konfiqurasiya?!

Obyektivlik nisbi məfhum olsa da, onu hər zaman yalnız həqiqətin yanında axtarmaq lazım gəlir. Və bu həqiqətin  ortaya çıxması naminə niyyətimiz siyasi cəhətdən maarifləndirmək, məqsədimiz isə vətəndaşlarımızı qərəzli manipulyasiyaların aləti olmaqdan mümkün qədər sığortalamaqdır. Bu səbəbdən mövcud köşədə davamlı olaraq sosial şəbəkələrdə qərəzli şəkildə təhrif olunan mövzulara müraciət etməyimiz də təsadüfi deyil. Belə ki, hökumət nümayəndələri, habelə deputat və siyasətçilərin ritorikalarında davamlı olaraq rastlaşdığımız əsas ifadələrdən biri məhz “yeni siyasi konfiqurasiya”dır. Heç şübhəsiz ki, “yeni” və “siyasət” kimi sözlər bir arada istifadə olunan zaman şüuraltı səviyyədə yaranan ilk assosiasiya məhz “islahatlar” məfhumu ilə bağlı olur. İslahatlar mövzusu isə hər bir cəmiyyətdə yeniliklər və həm də yeni ümidlərlə əlaqələndirilir.

Ölkəmizdə davamlı şəkildə aparılan sistemli dəyişiklər sadəcə struktur və normativ dəyişikliklərlə bitmir. Burada institusional dəyişikliklər qədər önəmli olan amil yanaşmaların dəyişməsi və yeni münasibətlər sisteminin qurulmasıdır. Məhz gələcəyə yönəlmiş islahatlar ölkənin dayanıqlı inkişafını təmin edə bilər. Bu cür islahatlar suverenliyimizin toxunulmazlığının zəmanəti olsa da, mütləq əlavə etməliyik ki, onlar  mahiyyət etibarı ilə populyar sayıla bilməzlər. Məhz elə buna görə də bu cür islahatlar əksər hallarda demaqoqların ucuz və qərəzli tənqidlərinə məruz qalır.

Əlbəttə ki, hər bir islahat kifayət qədər ağrılı prosesdir. Yeni yanaşmaların və düşüncə paradiqmalarının formalaşmasına xidmət edən islahatlar isə daha mürəkkəb sosial-siyasi təzahürdür. Bu mənada yalnız güclü və iradəli hakimiyyət davamlı islahatların təşəbbüskarı kimi çıxış edə bilər. Yalnız dəyişikliklərə, o cümlədən yeniliklərə açıq olan hakimiyyət demokratik, güclü və peşəkar sayıla bilər. Sözügedən təsbit heç bir sübuta ehtiyacı olmayan sadə siyasi həqiqətdir. Hər bir islahat, xüsusilə də siyasi münasibətlər sistemindəki islahatlar, yenilik və təkmilləşmə qapılarının açarıdır.

Sosial şəbəkələri “vərəqləyəndə” qeyd olunanlar müstəvisində hər zaman düşünməyə vadar edən maraqlı bir məsələ ilə rastlaşıram. Heç bir siyasi təcrübəyə malik olmadan, sadəcə məntiqə söykənərək deyə bilərik ki, əslində “islahat” mövzusu həm də radikal müxalifətin marağında olmalıdır. Axı, deyəsən onların siyasi “mübarizəsinin” başlıca “hədəfi” yenilik və dəyişikliklərə nail olmaqdır… Əgər bu belə deyilsə, o zaman onların siyasi fəaliyyətinin əsasında nə dayanıb? Niyə görə onlar hər vəchlə “yeni siyasi konfiqurasiya” mövzusundan yan keçirlər və hətta çalışırlar ki, təhrikedici şərhlərlə sözügedən mövzunu kölgədə saxlasınlar? Daha bir ritorik sual: hər hansı bir fəaliyyətin əsasında təkmilləşmə və inkişaf dayanmırsa, bu cür fəaliyyətin təyinatı nə ola bilər? Bu cür sualların cavablarını biz yalnız radikal təfəkkürün mahiyyətində tapa bilərik.  

Aydın görünür ki, “yeni siyasi konfiqurasiya” mövzusu bəzi siyasətşivənləri əməlli-başlı narahat edir. Sözügedən faktın əsl səbəblərinin müəyyən olunması bizi maraqlı məsələlərə gətirib çıxara bilər. Əslində bu məsələnin izahını bilavasitə Prezident İlham Əliyevin hələ Qələbədən bir neçə ay öncə xalqa müraciətində xüsusi vurğuladığı qətiyyətli fikirlərdə tapa bilirik: “Yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq.” Qeyd edək ki, bu fikir 19 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində öz əksini tapmışdır.

Görünən odur ki, təqribən son beş il ərzində dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan od sudan qorxduğu qədər çəkinirlər. Əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji parçalanmasını mümkünsüz edir. Sözügedən fakt radikal təfəkkürün nəfəs borusuna dözülməz təzyiq deməkdir.

Görəsən, amalı və “dərdi” dövlətinin və cəmiyyətin inkişafı olan hansısa bir siyasətçini açıq əməkdaşlıqdan qaçmağa nə vadar edə bilər? Bəs o zaman ölkəmizə qarşı xüsusi “maraqları” olanlara, açıq-aşkar riyakarlıq sərgiləyənlərə rahat əl uzatmağa, milli birliyə hesablanmış əməkdaşlıq mühitini gözdən salmaq naminə bitmək bilməyən təxribatlara nə ad vermək olar? Bəllidir ki, bu cür ucuz və prinsipsiz demaqoqların dərdi nə dövlət, nə də ki, cəmiyyət deyil. Cəmiyyət isə onlar üçün sadəcə manipulyasiya alətidir. Bu, acı da olsa, həqiqətdir və hər bir məsuliyyətli vətəndaş bütün bunları nəzərə almalıdır, çünki acı həqiqətlər qaranlıqda qalmış məkrli niyyətlərin üzərinə işıq saçır.

Bəli, sistemli, xüsusilə də siyasi konfiqurasiya ilə bağlı olan islahatlar, mövcud hakimiyyət üçün çoxsaylı çətinlik və risklərlə müşahidə olunur. Razılaşın ki, ölkəni “oturuşmuş” sistem şəraitində idarə etmək daha rahatdır. Buna baxmayaraq ölkəmizdə aparılan islahatların məzmun etibarilə mahiyyəti dövlətçilik sisteminin güclənməsi ilə yanaşı cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasından ibarətdir. Mərhələli şəkildə reallaşan islahatlar təkcə mövcud siyasi sistemin immunitetini artırmır, onlar eyni zamanda dövlətimizin beynəlxalq münasibətlər sistemində yeni statusunu müəyyən edir.

Bu cür islahatların müstəsna əhəmiyyəti siyasi sabitliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, habelə yaşanıla biləcək müxtəlif “stresslərə” qarşı sağlam müqavimətin göstərilməsi kimi mühüm vəzifələrin icrası prosesində daha aydın şəkildə görünür. Əlbəttə ki, dövlətin gücləndirilməsi və müqavimət immunitetinin artırılması Azərbaycana qarşı olan qüvvələrin geosiyasi maraqlarına cavab vermir. Vətəni sevən və ona sadiq olan vətəndaş bilməlidir ki, xaos, tənəzzül və anarxiya ilə milli demokratiya qurulmaz.       

Yeni siyasi konfiqurasiya ilə bağlı olan islahatlar çərçivəsində ən mühüm və maraqlı mövzulardan biri məhz ölkənin siyasi partiyalar sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olan dövlətin təşəbbüsləridir. Bu islahatlar demək olar ki, bütün müstəvilərdə aparılır: qanunverici, institusional və hətta ideoloji müstəvilərdə. Siyasi partiyalar sahəsində aparılan islahatlara kənardan baxan zaman aydın olur ki, ardıcıl təşəbbüslər nəticəsində uzun illər ərzində toxunulmaz şəkildə mövcud olan və xarici qüvvələr tərəfindən “bəslənilən” hansısa “kərtənkələ yuvası” dağıdılır.

Həmin bu “kərtənkələ yuvasını” qoruyan xarici qüvvələr indi də təşvişə düşüblər və öz marionet kuklalarının müdafiəsinə çıxıblar. Radikalların bayraqtutanının 30 il sonra ucuz sarı mətbuat üslubunda yazılmış və məzmun etibarı ilə heç bir dəyəri olmayan məqaləsini sanki siyasət elmində avtomobil üçün kəşf olunmuş beşinci təkər kimi təqdim etməyə çalışan Qərb, əslində bu cür hərəkətləri ilə “demokratiyanın” onlar üçün sadəcə geosiyasi silah olduğunu ifşa etmiş olur. Orada sözə və fikrə həqiqətən dəyər verilirsə, o zaman niyə bu günə qədər bizim alimlərimiz tərəfindən yazılmış və dünyanın ən nüfuzlu nəşrlərində çap olunmuş elmi əsərlərdən həmin o nəşrlərdə söhbət açılmır? Niyə alternativ mövqeyi əks etdirən yazıları həmin nəşrlərdə görə bilmirik? Bəli, bu cür davranış yalnız sifarişli siyasi maraqların mövcudluğu ilə izah oluna bilər. Hər şey gün kimi aydındır və heç bir demaqogiya, habelə heç bir psevdodemokratik şüar onların bu mahiyyət və niyyətlərini artıq gizlədə bilməz. Qərbin demokratiya bayrağında olan yırtıqların sayı günbəgün artır.  

Köhnə səhvləri təkrar etməyə haqqımız yoxdur. “Demokratiya” adlı parıltılı konfet kağızı ilə gizlədilən Qərbin geosiyasəti əslində müstəqil dövlətlərdə dövlətçilik sisteminə zərbə vurur, dəyərləri dağıdır, habelə konkret cəmiyyətlərdə ideoloji vakuum yaradır. Bir çox ölkələrin uğursuz təcrübəsi qeyd olunan təsbiti aşkar şəkildə sübut edir.

Lüzumsuz tənqidlərin qarşısını almaq üçün onu da xüsusi olaraq vurğulamalıyıq ki, bu cür yanaşmanı bəzən qərəzli olaraq anti-Qərb mövqe kimi dəyərləndirilməyə çalışırlar. Bu, əsla elə deyil. Əksinə, ölkənin siyasi ritorikasında bəzi dairələr tərəfindən “anti-Qərb” ifadəsi məqsədyönlü şəkildə tirajlanılır ki, Qərbi Azərbaycana qarşı olan düşərgəyə çevirsinlər. Azərbaycan bütün ölkələr ilə əməkdaşlıq edir və mövcud əməkdaşlıq qarşılıqlı maraqların təmin olunması əsasında qurulur. Prezident İlham Əliyev sözügedən fikri öz çıxışlarında dəfələrlə vurğulayıb. Azərbaycan öz milli maraqlarını qoruyur və bu yolda məhz onun maraqlarına cavab verən siyasət yürüdür. Göstərilən bütün təzyiqlərə rəğmən əldə olunmuş tarixi Qələbəmiz bunun açıq sübutudur. Bu səbəbdən də heç çəkinmədən deyə bilərik ki, “yeni siyasi konfiqurasiya”  müstəqil siyasətin təzahürü və bilavasitə davamıdır.

Bəzi siyasətbazların bu ifadəni eşidəndə ilan sancmış kimi atılmalarının səbəbi indi olduqca aydındır.

Mövcud istiqamətdə atılan bütün təşəbbüslərin mahiyyətinə sistemli şəkildə diqqət yetirəndə deyə bilərik ki, “yeni siyasi konfiqurasiya” anlayışının arxasında növbəti amillər nəzərdə tutulur: əldə olunmuş tarixi Qələbənin sayəsində formalaşan yeni reallıq; ictimai-siyasi münasibətlər əhatə etdiyi bütün müstəvilərdə mərhələli şəkildə reallaşdırılan sistemli islahatlar; siyasətdə köhnə stereotiplərin dəyişdirilməsi, habelə yeni yanaşma və fəaliyyət paradiqmaların müəyyən olunması; siyasi sistemin immunitetinin artırılması; cəmiyyətdə milli həmrəylik mühitinin təmin olunması; siyasi münasibətlər müstəvisində açıq əməkdaşlığı və sağlam rəqabəti təşviq edən siyasi dialoq mühitinin təminatı; siyasətdə dövlət və cəmiyyət naminə qarşılıqlı etibar amilinin aktuallaşdırılması və s.        

Odur ki, yeni siyasi konfiqurasiya təkmilləşmə və modernləşmə ilə yanaşı eyni zamanda “ziyanvericilərə” qarşı profilaktik tədbirlərin görülməsi deməkdir. Təsadüfi deyil ki, ötən dövrlərdə siyasi münasibətlərin iştirakçıları bir-birinə az qala düşmən gözü ilə baxdıqları halda bu gün isə planlı şəkildə təşviq olunan siyasi dialoq səriştələrin nəticəsində müxalifət partiyalarının hətta milli Məclisdə təmsil olunmalarına belə artıq adi demokratik təcrübə kimi baxırıq.

Sözügedən təcrübənin mövcudluğu Azərbaycanda artıq demokratik dövlətçilik ənənələrinin şaxələndiyindən xəbər verir. Əlbəttə ki, dialoq və həmrəylik mühitinin toxunulmazlığı təmin olunduğu halda milli demokratik ənənələr daha da dərinləşəcək və dövlətin immuniteti daha da artacaqdır. Elə ona görə də “yeni siyasi konfiqurasiya” bizim regionumuzda geosiyasi maraqları olan qlobal güclərdə və onların yerli marionet kuklalarında bu qədər böyük qıcıq yaradır. Onların bu cür məkrli niyyətlərinə ən gözəl cavab bütün vətənsevər qüvvələrin yeni siyasi konfiqurasiyada özünə yer tapması ola bilər.   

Asif Adil

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçiriləcək – FOTOLAR

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçiriləcək. Forumdan öncə Azərbaycan nümayəndə heyəti Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə Ümummilli Lider Heydər Əliyev Meydanını ziyarət edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin üzvü Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev və digər şəxslər Ulu Öndərin abidəsi önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

ABŞ-nin Azərbaycandakı səfiri istefa verib

ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libby diplomatik xidmətindən istefa verib.

Bu barədə səfirin bəyanatında bildirilib.

O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır: “2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib.

Bakıda tibbi xidmətlərdən faydalandığını vurğulayan Libby deyib: “Son test nəticələrinə əsasən, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmağın vaxtıdır”.

Səfir deyib ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “ Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.

Libby qeyd edib ki, Azərbaycanla ABŞ iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurub: “COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.

O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk etdiyini vurğulayıb.

“İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.

Millət vəkili öncə COP-29-un yüksək səviyyədə təşkilinə və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkürünü ifadə edib.

Qüdrət Həsənquliyev əlavə edib ki, büdcə zərfi ilə tanışlıq iqtisadiyyatda islahatların genişləndirilməsinə böyük ehtiyac olduğunu göstərir: “İslahatların uğurlu aparılmasını təmin edəcək güclü xarizmatik Prezidentin, Birinci vitse-prezidentin, qəbul olunacaq qərarların uğurla həyata keçirilməsini təmin edəcək Baş nazirin olmasını nəzərə alaraq və islahatlara inanaraq, iqtidar nümayəndələrinin fərqli fikrə hörmət və dözümlə yanaşacağı ümidi ilə bəzi məsələlərə münasibət bildirmək istəyirəm.

Hörmətli həmkarlar, hökumət üzvləri!

Hər il büdcənin gəlir və xərcləri artır, iqtisadiyyatımızın həcmi böyüyür. Bu müsbət tendensiyadır, amma ÜDM-in real ifadədə 3.5%-lik artımı heç birimizi qane etməməlidir. Çünki qarşımızda həllini gözləyən iri malyyə tutumlu işlər, o cümlədən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var.

“Milli Təhlükəsizlik haqqında” qanuna görə, milli təhlükəsizliyimizin təmin olunmasının 6 əsas prinsipindən birincisi Azərbaycan Rrespublikası Konstitusiyasına və Qanunlarına riayət olunmasıdır.
Müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanları əməkdaşlarına, hakimlərə, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər əməkhaqqı vermədən korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etmək və beləliklə də əlverişli biznes mühiti yaratmaq qarşımızda çətin vəzifə olaraq qalacaq. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli, yəni optimallaşdırılmalı və bunun hesabına digərlərinin əməkhaqqı artırılmalıdır.

Birinci oxunuşda bəzi həmkarlarım bizi Qərbi Avropa ölkələri ilə müqayisə etməyi təklif edirdi, 2023-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan adambaşına düşən ÜDM-in həcmi 12 114 manat (7155 ABŞ dolları) olub. Bu Qərbi Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır. İqtisadiyyata investisiya qoyuluşu keçən illə müqayisədə 3.9 % azalıb. “Milli təhlükəsizlik haqqında” qanuna görə iqyisadiyyata investisiya qoyuluşunun azalması iqtisadi təhlükəsizliyə əsas təhdid hesab olunur. 2016-cı ildə Prezident tərəfindən təsdiq olunmuş iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzən məzənnəyə keçməli, böyük özəlləşdirməyə getməliyik.

Hər il olduğu kimi həmkarlarım hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir. Amma sual yaranır, hardan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var. Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır”.

Millət vəkili həmçinin diqqətə çatdırıb: “Diqqətinizi bəzi rəqəmlərə cəlb etmək istəyirəm.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər 612 milyon 230 min manat proqnozlaşdırılır. Onun 462 milyonunu Dövlət Neft Şirkəti ödəyəcək. Yerdə qalan 150 milyon 230 min manatını isə yerdə qalan digər müəssisələr, onların sayı və dövlət müəssisələrinin birlikdə ödəyəcəkləri vergilərin həcmi barədə də məlumat yoxdur. Hesab edirəm şəffaflıq təmin edilsə bu istiqamədə büdcəyə daha çox vəsait cəlb edə bilərik.

Təəssüf ki, büdcə sənədlərində neft-qaz və qeyri- neft-qaz sektorları, hüquqi və fiziki şəxslər üzrə vergilərə dair təsnifat aparılsa da, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarının neçə faizinin özəl, neçə faizinin dövlət müəssiələri tərəfindən ödəniləcəyi barədə məlumatlar aydın görsənmir.

Hesablama Palataının rəyində də deyildiyi kimi, investisiya fəaliyyətini xarakteriza edən məlumatlar yetərli deyil. 2024-cü ilin birinci yarısında 45 409 yeni iş yeri açılıb , bunun 95.1 %- i qeyri dövlət mülkiyyətinin payına düşür. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır. Bu həm də Konstitusiyanın tələbidir. Konstitusiyanın 59-cu maddəsinə görə dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Real həyatda isə dövlət iqtisadiyyata total nəzarəti həyata keçirir.

Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq, dövlət bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradıb azad sahibkarlığa təminat verməsə indikindən artıq nəticələr əldə etmək mümkün deyil. Yerli kommersiya banklarına vətəndaşların inamını bərpa etmək və sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməlidir. Fiziki və hüquqi şəxslərdən öz pullarını geri qaytarmaq tələb olunursa dövlət özü bunu niyə etmir?

İqtisadiyyatımızın mövcud vəziyyətini belə xarakterizə edə bilərik, neft gəlirləri, xarici ticarət dövriyyəsi, qeyri-neft-qaz ixracatı, iqtisadiyyata investisiya qoyuluşu azalır, idxal və dövlət borcları, borclara görə büdcədən ödəmələr isə artır.

Özəlləşdirmənin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün büdcədən 27.5 milyon manat vəsait ayrılsa da neçə müəssisənin özəlləşdiriləcəyi və buradan büdcəyə nə qədər vasit daxil olacağı göstərilmir”.

Millət vəkili çıxşının sonunda təkliflərlə çıxış edib: “Sonda bir neçə təklif də vermək istəyirəm.

Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əməkhaqlarının artırılmasına ciddi ehtiyac var.

Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə ötən il dünyasını dəyişən kişiərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu hamımızı düşündürməli və narahat etməlidir.

Güclü yağış yağanda su basan gecəqondular tikinti şirkətlərinə verilməli ,müasir kanalizasiya sisteminin çəkilməsi onlara tapşırılmalıdır. Eynilə zirzəmiləri kanalizasiya suları ilə dolmuş, həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac duyulan 9 mərtəbəli binalar da.

Xarici investorlar cəlb edilməklə neftayırma zavodu Bakının mərkəzindən köçürülməlidir. Ölkədə dövlət müəssisələrinin və xidmət sahələrinin özəlləşdirilməsinə gedilməli, qarşıdakı illərdə neft gəlirlərinin azalacağını da nəzərə alaraq vaxt itirmədən Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tam olaraq azad bazar iqtisadiyyatına keçməliyik. Təkliflərimin öyrəniləcəyi və nəzərə alınacağı ümidi ilə görülən işlər görə hökumətə təşəkkür edir, islahatların həyata keçirilməsində uğurlar arzu edirəm. Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə görə hökumətə təşəkkür edirəm, büdcə layihəsinə səs verəcəyəm”.

“Bu, vəzifədən sui-istifadə etməkdir”

“Co Baydenin oğlu vergi cinayətlərində günahkar bilinirdi. Bayden öz prezidentlik hüququndan istifadə edərək belə bir addım atıb, oğlunu əfv edib”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Politoloq “əfvetmə təbii ki, prezidentin səlahiyyətlərinə daxildir, amma bu, ABŞ cəmiyyətində ali insan hüquqlarının dəyər verildiyi, qanunun aliliyinə həmişə önəm verən bir ölkədə bu baş verirsə, əlbəttə, hüququn tapdanması, vəzifədən sui-istifadə edilməsidir” deyə əlavə edib.