Ana Səhifə Blog Səhifə 3

Azərbaycadan yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin növbəti iclası keçirilib – FOTOLAR

26 yanvar 2025-ci il tarixində Saatlı rayonu Şirinbəy kəndində, Saatlı, Sabirabad və Beyləqan rayonları üzrə bölgə toplantısı təşkil olundu. Toplantıda Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov da iştirak etdi. Toplantıya ATVİB İH-nin üzvləri, kənd ilk təşkilat sədrləri, və kənd fəalları dəvət olunmuşdu. Toplantını bölgə rəhbəri Mühiddin Xəlilov açıq elan etdi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bu barədə ATVİB mətbuat xidmətindən Aktor.Az-a verilən məlumatda deyilir.

ATVİB-nin sədri Xalid Xəlilov, gündəlikdə duran birinci məsələ olan: Vətənə köç komissiyasının 17 yanvar 2025-ci il tarixində keçirilən toplantısı haqqında ətraflı məlumat verdi. Daha sonra ATVİB İH-nin sədr müavini Rüstəm Xəlilov da məsələ haqqında ətraflı məlumat verdi.

Gündəlikdə duran ikinci məsələ olaraq, 2021-ci ildə ATVİB İH-nin sədri və İH-nin üzvlərinin Dünyanın 9 ölkəsində yaşayan Axısxa Türklərinə aid cəmiyyət və dərnək sədrlərinə DATÜB ətrafında birlik və bərabərlik şəraitində fəaliyyətimizi davam etdirilməsi çağrısına davam olaraq, xalqın istək və arzularını nəzərə almaqla toplantı iştirakçıları qərar aldı və həmin cəmiyyət və dərnəklərin DATÜB ətrafında sıx birləşərək Vətən mücadiləsini birlikdə yürüdülməsini xahiş etdilər.

Tədbirin sonunda ATVİB-nin sədri Xalid Xəlilov, Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo idman növü üzrə beynəlxalq turnirdə iştirak edərək uğurlu nəticələr əldə edən gənclərimizə fəxri fərman və hədiyyələr təqdim edib.

Həqiqətdən uzaqlaşdıran manipulyasiyalar  

“Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir desək, heç də yanılmarıq. Sosial şəbəkələrdə edilən paylaşımlarda, yazılan məqalələrdə və hətta televiziya verilişlərində belə bu söz ən sevimli ifadəyə çevrilib. Bir sözlə, hamı bu haqda danışır. Bəs həqiqətdə “manipulyasiya” haqqında nələri bilirik və biz özümüzü manipulyasiyalardan qorumağı bacarırıqmı?  

Müasir dövrdə bu istiqamətdə maarifləndirici işlərin aparılmasına hava-su qədər ehtiyac duyulur. Biz hətta fərdi münasibətlərdə belə manipulyasiyalardan sığortalanmamışıq. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha çətin olur. Siyasi manipulyatorlar isə bütün bunlardan çox gözəl istifadə edirlər. “Manipulyasiya” ifadəsi gündəlik məişət leksikonumuza da daxil olub və bu proses sürətlə inkişaf edir. Bəzən elə təsəvvür yaranır ki, elə dünya da məhz manipulyasiyalar vasitəsilə idarə olunur və yönəldilir. Bütün bunları nəzərə almamaq və sadəcə kənarda dayanmaq artıq mümkünsüzdür.

Sosial şəbəkə fenomenləri və populyar səhifələr artıq geniş yayılmış manipulyasiya alətlərinə çevriliblər. Müəyyən fərdlər idarə etdikləri səhifələr və ya öz sosial şəbəkə hesabları üzərindən əhaliyə təsir etmək imkanlarına görə bəzən hətta siyasi partiyaları, böyük təşkilatları belə qabaqlayırlar. İnsanlar özləri də bilmədən kimlərinsə manipulyasiya alətinə çevrilirlər. Heç şübhəsiz ki, ən ağrılı manipulyasiyalar siyasi münasibətlər müstəvisində aparılır. Hətta çəkinmədən onu da deyə bilərik ki, manipulyasiya siyasi avantürist, demaqoq və psevdopatriotların əsas qazanc mənbəyinə çevrilib. Vəziyyət o səviyyəyə gəlib çıxıb ki, sıravi internet istifadəçiləri üçün radikal təfəkkür sahiblərinin sosial şəbəkələrdəki demaqogiyalarına qulaq asmaq psixoloqların qəbulunda olmaq effektini bəxş edir. Odur ki, manipulyasiya eyni zamanda psixoloji təsir etmək deməkdir.

Sadəlövhlüyə yer vermək olmaz, burada insani hisslər və bəşəri dəyərlər sadəcə təzyiq aləti kimi istifadə olunur. Manipulyatorlar həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış stereotiplər formalaşdırırlar. Mövcud metod vasitəsilə insanların ictimai-siyasi təfəkkürü dolayısilə zombiləşdirilir. “Zombiləşmənin” nəticəsində isə baş vermiş bu və ya digər hadisənin əsl səbəbi heç kim üçün maraqlı olmur, ictimaiyyətin siyasi diqqəti və neqativ enerjisi yalnız şərti “düşməndən heyfin” çıxarılmasına yönəldilir. Bununla da rasional düşüncə emosiyalara məğlub olur və fərdin adekvatlığı itir. Əlbəttə ki, mövcud vəziyyət radikal təfəkkürün inkişafı üçün münbit şərait yaradır.  

Radikal təfəkkürün təyinatı dünyanı yalnız ağ və qara rənglərə boyamaqdan ibarətdir. Siyasətdə sözügedən üslub cəmiyyətin parçalanmasına xidmət edir. Bax, burada biz radikalların növbəti strateji hədəflərinə gəlib çıxırıq: cəmiyyəti parçalamaq, total şübhə toxumları yaymaq və ictimaiyyətin diqqətini yalnız neqativ halların üzərində  cəmləmək. Göründüyü kimi, siyasi radikalçılıq xalis sosial-psixoloji fenomendir. Burada hər hansı bir xoş niyyət və ya ülvi ədalətin axtarışından söhbət belə gedə bilməz.

Radikal təfəkkür eyni zamanda yanlış sosial oriyentirləri yaradır və saxta qəhrəmanları formalaşdırır. Bunun nəticəsində isə ictimai təfəkkürün deqradasiyası qaçılmaz olur, fərd aqressivləşir və dünyaya “düşmən” gözü ilə baxır. Qeyd olunanların hamısı ictimai-siyasi münasibətlərdə gərginliyin yaradılmasına yönəlibdir. Mürəkkəb təhlillərdən uzaq dayansaq, manipulyasiyaların təsir alqoritminin məhz qeyd olunanlardan ibarət olduğunu deyə bilərik. Odur ki, manipulyasiyanın fərqində olaraq susmaq, yolverilməzdir.

Bəli, İmişli rayonu ərazisində yaşanmış yol-nəqliyyat hadisəsi olduqca ağır olaydır. İstənilən halda uşaq və yeniyetmənin ölümü ilə nəticələnən hadisə öz emosionallığına görə yalnız yaşana biləcək fərdi faciə ilə müqayisə oluna bilər. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz.  Ancaq məkrli niyyətlərə xidmət edən qərəzli manipulyasiyalara da göz yummaq olmaz. Emosional manipulyasiyalar yalan ilə həqiqət arasında sərhədləri pozur. Məhz elə buna görə də radikal təfəkkürün siyasətdə mövcudluğu cəmiyyətin inkişafı üçün açıq təhdiddir. Prinsipial olaraq qeyd etməliyik ki, radikal təfəkkür ilə mübarizədə profilaktik tədbirlərin görülməsi zərurəti artmaqdadır. Əks halda geridönməz proseslər yaşana bilər. Sifarişli manipulyatorların İmişlidə baş vermiş hadisə ilə bağlı olan ritorikalarına diqqət yetirin: yalnız alternativsiz sərt ifadələrə müraciət olunur. Sosial şəbəkə istifadəçilərə seçim imkanı belə tanınılmır. Əlbəttə ki, burada obyektivlikdən söhbət belə gedə bilməz. Heç şübhəsiz ki, mövzunun alovlanmasında Qərbin sosial mühəndislik metodları da işə salınıb. 30 il ərzində eyni konspekt əsasında çıxış edən və ritorikasını belə dəyişdirməyən radikalların birdən-birə Qərbin siyasi texnologiyalarına müraciət etməkləri diqqətsiz qala bilməz.     

Mövcud kontekstin inkişafında kiçik və bəsit bir statistikanı qeyd edək. Yol-nəqliyyat hadisələri nəticəsində il ərzində dünyada təqribən 1,3 milyon insan vəfat edir, 50 milyon insan isə ağır xəsarət alır. Qeyd olunan statistikada xüsusi təyinatlı nəqliyyat vasitələrinin payına düşən hissə heç də kiçik rəqəmlərdən ibarət deyil. Əlbəttə ki, İmişlidə  yaşanmış hadisə ilə bağlı da cinayət işi açılacaq, istintaq da aparılacaqdır. Sosial şəbəkələrdə işıq surəti ilə yayılmış həmin o kadrlar hamının yaddaşına həkk olunub. Odur ki, burada məsuliyyətdən yayınmaq mümkünsüz olacaqdır.

Mövzu ilə bağlı aparılan manipulyasiyaların əsas təyinatı isə hadisənin siyasiləşdirilməsidir. Bəziləri faciəni yaşayan ailələrin acılarına şərik çıxmırlar, onlar yaşanmış faciənin acı şirəsini sıxıb çıxardırlar. Əlbəttə ki, mövcud məsələ yalnız siyasi əxlaqsızlıq kimi dəyərləndirilməlidir. Bu cür siyasətçilər cüzi də olsa cəmiyyətdə özlərinə simpatiya qazanmaq istəmiş olsaydılar, dünyasını dəyişmiş uşaqların ailələrini ziyarət edər və bunu ictimailəşdirərdilər. Görünən odur ki, onların hədəfləri başqadır, məqsəd nifrət hisslərinin cəmiyyətdə yayılmasına nail olmaqdır. Burada hər hansı səmimi hisslərdən söhbət belə gedə bilməz.

Radikal təfəkkürlü siyasətçilərin ritorikasına diqqət yetirin. Onlar hər vəchlə təlqin etməyə çalışırlar ki, cəmiyyətdə barış və həmrəyliyin əldə olunması mümkünsüzdür. Əlbəttə ki, İmişlidə yaşanmış hadisənin siyasiləşdirilməsi cəhdləri yalnız manipulyasiyadır. Mövcud məsələdə ritorikaları diqqətlə təhlil edən zaman aparılan manipulyasiyaların təyinatını çox rahat ifşa etmiş olarıq:  insanları inandırmaq lazımdır ki, səbəbkar hüquqi məsuliyyət daşımayacaq, mövcud hadisə ört-basdır edilərək unutdurulacaq. Göründüyü kimi, əsas hədəf emosional gərginliyin artırılmasıdır, yəni yaşanmış hadisədən mümkün qədər daha çox “acı şirə”nin sıxılmasıdır.

Elə məhz bütün bunlara görə radikal ritorikalar, davranışlar ikrah hissi yaradır. İmişlidə emosiyalara qapılaraq və manipulyasiyalara uyaraq məlum hadisələrdə iştirak etmiş insanların insani hisslərindən yararlanmağa çalışanlar faciə yaşamış ailələrin yanında yox, qarışıqlıq yaratmaq istəyən manipulyatorların yanında dayanırlar. İnsanların hissləri manipulyasiya alətinə çevrilməməli, sabitlik və birlik kimlərinsə xəstə siyasi ambisiyalarının qurbanı olmamalıdır. İbtidai instinktlərə söykənən manipulyasiyalar cəmiyyəti geri mağara dövrünə aparar, siyasi münasibətləri isə yenidən küçə səviyyəsinə çatdırar. Odur ki, siyasi müstəvidə aparılan maarifçilik kiməsə qarşı yönəlmiş fəaliyyət növü deyil. Tam əksinə, insanları qərəzli siyasətdən qoruyan fəaliyyətdir.

Asif Adil

İcma BMT-nin Baş katibi və ali komissarına məktublar ünvanlayıb

Qərbi Azərbaycan İcması BMT Baş katibi Antonio Quterreşə və qurumun insan hüquqları üzrə ali komissarı Folker Türkə məktublar ünvanlayıb.

Aktor.az xəbər verir ki, bu barədə İcmadan məlumat verilib.

Bildirilib ki, son günlərdə Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının video yazısı mətbuatda yayılıb:

“Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyətə malik bir dəlildir”.

Vurğulanıb ki, bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir:

“Qərbi Azərbaycan İcması bu məsələ ilə bağlı BMT Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir”.

CMS: Наши суда все еще не освобождены – Причина

Азербайджанские суда, задержанные в ноябре прошлого года в территориальных водах Эритреи, все еще не освобождены из-за позиции властей этой страны, которые продолжают расследование инцидента.

Как передает Aktor.az со ссылкой на Report сообщили в Caspian Marine Services B.V., филиал которой в Азербайджане эксплуатирует данные суда.

“Процесс оформления документов для освобождения азербайджанских судов в Эритрее еще не завершен. Причина, по которой суда до сих пор не отпущены, связана с позицией государства Эритрея. В настоящее время там проводится расследование, на которое требуется определенное время”, – пояснили в компании.

В компании также подчеркнули, что продолжают регулярно поддерживать связь с членами экипажей судов. “Все члены экипажа чувствуют себя хорошо. Они обеспечены продовольствием и поддерживают связь с семьями”, – говорится в заявлении.

Напомним, инцидент произошел 7 ноября прошлого года. Суда “CMS Pəhləvan”, “CMS İgid” и “CMS-3” – под азербайджанским флагом и эксплуатируемые филиалом компании Caspian Marine Services B.V. в Азербайджане, на пути из Суэцкого канала в Абу-Даби были вынуждены войти в территориальные воды Эритреи из-за ухудшения погодных условий.

Азербайджанские суда попытались заранее связаться с портовыми управлениями Эритреи, однако сделать этого не удалось. Суда вошли в территориальные воды Эритреи на глубину в 12 миль и уполномоченные ведомства этой страны посчитали вход несанкционированным, на основании чего задержали корабли.

Среди задержанных членов экипажей кораблей находятся 18 граждан Азербайджана.

MƏP üzvü “Azad meydan”da – VİDEO

Los Ancelesdə artıq bir neçə gündür ki, minlərlə evi dağıdan və ən azı 24 nəfərin ölümünə səbəb olan meşə yanğınları davam edir. Rəsmilər xəbərdalrıq edib ki, bir neçə yerdə davam edən yanğın nəzarət altına alınandan və işçilər dağıntılar altında axtarışlar aparmağa başlayanan sonra tələfat sayı arta bilər.

AXC TV-nin “Azad meydan” verilişində bu yöndə sualları Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə və Miqrasiya Əməkdaşlıq Platformasına (MƏP) daxil olan Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova cavablandırıb.

Ətraflı videoda:

Rusiyada bu hava limanlarına məhdudiyyət qoyuldu

Rusiyanın Penza və Ulyanovsk hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.Bu barədə “Rosaviasiya” (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) nümayəndəsi Artem Korenyako teleqram kanalında bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Kazan və Saratov hava limanlarında tətbiq olunmaqda davam edir. Korenyako qeyd edib ki, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Təyyarə qəzasında xəsarət alanların son durumu

0

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.

Aktor.az
 xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Mənbə qeyd edir ki, 30.12.2024-cü il tarixində stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.

Qeyd edək ki, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.

Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.

Mərhum pilotumuz məşhur idmançının atası imiş – Nazir müavinin paylaşımı/FOTOLAR

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin qızı gimnast Daryanın atası imiş. Darya milli komandamızın üzvüdür.

Bu barədə gənclər və idman nazirinin müavini Mariana Vasilyeva paylaşım edib.

Qeyd edək ki, məlumatı FORVARD.AZ idman saytı paylaşıb.

Идеальный пример политической солидарности

Крушение самолета – это при любом раскладе в первую очередь является трагедией. Халатность, теракт, стечение обстоятельств или еще что-то стало причиной человеческих жертв – все это является абсолютно неважным в сравнении с тем фактом, что трагически погибли люди, наши соотечественники. Конечно, будет расследование, и конечно же истинные причины будут определены. Зная личностные качества главы государства Ильхама Алиева и зная его принципиальную позицию в подобных вопросах, никаких сомнений быть не может в том, что правда будет определена. Безусловно, все политические, международные и правовые аспекты будут соблюдены. Поэтому в первую очередь мы должны уметь не поддаваться различным манипуляциям.
Именно в данном контексте обособляется идеологическая значимость всех политических и гражданских институтов, которые принимают участие в процессе обеспечения целостности и мобильности всего общества. Напомним, что, учитывая опыт развитых стран, целостность и мобильность общества выступают гарантом устойчивого развития. В развитии данного контекста отметим, что сразу после случившегося события действующие в Азербайджане политические партии распространили Заявление в связи с крушением вблизи города Актау в Казахстане пассажирского самолета Embraer 190 авиакомпании AZAL, выполнявшего рейс по маршруту Баку-Грозный.
Обратим особое внимание всего лишь на два эпизода из данного совместного заявления политических партий. Цитата 1: «Верим, что соответствующие государственные учреждения в короткие сроки расследуют причины аварии и предоставят общественности подробную информацию, а пострадавшим в результате аварии будет оказана необходимая государственная помощь». Таким образом, политические партии, которые представляют интересы различных слоев общества на самом деле этим своим совместным заявлением определяют некий социальный заказ по поводу данного события. Это и есть самая настоящая демократия, т.е. общество посредством политических партий принимает косвенное участие в процессе государственного управления.
Цитата 2: «Мы заявляем, что в эти трудные дни мы вместе с нашим народом и нашим государством, осуждаем попытку некоторых превратить эту трагедию в предмет политических спекуляций, призываем наших граждан и всех азербайджанцев мира проявить солидарность». Политические партии данным своим обращением открыто призывают общество к солидарности. Политическая солидарность – это триумф национальной сплоченности. Данная идеологическая «вершина» общественно-политических отношений так и остается недостижимой мечтой для многих государств мира. На данном конкретном примере наши политические партии, как раз наоборот, демонстрируют серьезный потенциал политической солидарности азербайджанского общества.
Безусловно, искренне радует также и то, что именно политические партии критикуют попытки некоторых спекулировать на данную тему. Трагедия и человеческие судьбы не должны быть предметом политических спекуляций и манипуляций. Это и есть самая настоящая безнравственность. Именно эту политическую безнравственность как раз и демонстрируют Партия Народного Фронта и Мусават, которые не приняли участие в совместном заявлении. Жаль, но эти партии даже человеческую трагедию используют для своих грязных манипуляций. Таким образом эти партии в очередной раз отвернулись от общества. В таком случае как иначе их называть кроме как «радикальные партии». Безнравственность – это и есть одно из основных проявлений радикализма.    
Таким образом, данный конкретный эпизод и совместное Заявление очевидно демонстрируют нам ту роль, которую играют политические партии в процессе обеспечения национального единства.   

политолог Асиф Адиль 

QHT sədrinə ağır itki üz verib – FOTO

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimovanın  bacısı Nüşabə xanım dünyasını dəyişib.

Diqqətə çatdıraq ki, Nüşabə xanım xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin, yaxınlarına, doğmalarına səbr diləyirik!