TCK-nin plastik cərrahı Alessandro Maranonun MÜSAHİBƏSİ
İtaliyanın tanınmış plastik cərrahı Alessandro Marano artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında öz xəstələrini qəbul edir. Alessandro Maranonun Cərrahi fəaliyyətinə əsasən üz-çənə nahiyyəsinin patologiyası üzrə diaqnostika, terapiya, tibbi və cərrahi müdaxilələr daxildir. Aktor.Az onunla müsahibəni təqdim edir:
– Plastik cərrahiyyə Sizin üçün nə edə bilər?
– Plastik cərrahiyyə bədəninizi və üzünüzü dəyişə, köhnə qüsurlarınızı və yaxud xərçəng və malformasiya kimi xəstəlikləri düzəldə və müalicə edə bilər. O cümlədən, zəif cəhətlərinizi və bir çox hallarda ciddi problemlərinizi bərpa edə bilər.
– Plastik cərrahiyyənin sərhədləri nədir?
– Əlbəttə ki, digər bütün cərahiyyələr kimi, müalicə edəcəyimiz problemin növündən asılı olaraq, siqaret çəkənlər və bioloji xəstəlikli xəstələr, həmçinin, əvvəlki əməliyyatlarında pis nəticələrə məruz qalan xəstələrə daha çox sərhəd qoyulacaq, bu hallarda biz mövcud strukturu qoruyaraq lazımı nəticə əldə etməyə çalışacağıq.
– Hansı yaşda plastik cərrahiyyə əməliyyatı keçirtmək olar?
– Adətən,18 yaşa qədər olan xəstələrdə sümüklərin inkişafını gözləyirik; çatlaq dodaq xəstəliyini isə erkən bərpa edə bilərik.
– Bu,təhlükəsizdir?
– Hər bir cərrahiyyə proseduru bəzi risklərə malikdir, biz həmişə bütün xəstələri xüsusi qayğı ilə dəyərləndirərək, ən yaxşı proseduru təklif edirik.Heç bir prosedur yaşa görə baş verən fiziki dəyişikliklər nəticəsində sonsuzadək davam etmir.