Ana SəhifəAktor Tv“Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi başa çatıb – VİDEO

“Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi başa çatıb – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində üçüncü və sayca sonuncu maarifləndirici veriliş ərsəyə gəlib.

AXC TV-nin “Azad meydan” verilişində mövzu ilə bağlı sualları “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri, “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin rəhbəri Reyhanə Hacıyeva və AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Zaur Şükürov cavablandırıb.

Xatırladaq ki, verilişin sonunda təşkilat tərəfindən hazırlanmış sosial çarx nümayiş olunub.

Beləliklə, üç ay ərzində nəzərdə tutulmuş “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi başa çatıb.Bu müddətdə üç maarifləndirici veriliş, İsmayıllı, Abşeron rayonları və Gəncə şəhərində tədbirlər, həmçinin Fəaliyyət Planında qadın sahibkarlığın təbliğini nəzərdə tutan sosial-çarx ərsəyə gəlib.

 

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments