Yazmaq gərəkir pozmamaq şərti ilə… – Raqif Allahverdi yazır
Düsünmək zaman istəyir… Zamansız düşündüklərimizlə yolumuzu davam etmək bizi daha da cılızlaşdırır. İmkanlar içində imkansızlıq ruhuna sığınmaq bir çoxuna görə kamil davranışdır. Hətta ağıllı görkəmi alaraq bunu tövsiyyə edənlərdə az deyil. Bu tövsiyyə cəmiyyətə qorxaqlıq toxumu səpməkdir və nəticə etibarı ilə yalnışlıqlar dünyasına “sağlam” ideologiyaların “qəhrəmanlarını” yetişdirməkdir.
Dünya mənim səsimi eşitməyə bilər. Amma iç dünyam sükutu pozaraq deyir: baş verənlərə gözumuzə görünənlər üzərindən qiymət vermək öz imkanlarının üzərindən xətt çəkməkdir. Halbuki növbəti on illiklər hətta 30 illiklər üzərindən baxdıqda daha müjdəli xəbərlərin çarçısı olmaq iddiasına var olmaq istəyirəm.
İnanın, inanın ki, bizi irəlidə daha böyük uğurlar gözləyir. İlahi cəsarətə sığınaraq elə o cəsarətlə deyirəm: Azərbaycan yeni dünya düzəninin baxış nöqtəsi olacaq! Detallara varmaq məni ötə biləcək bir yanaşma olar bilər. Amma tövsiyəm budur ki, hazır olaq, güclü Azərbaycanımıza daha da bağlanaraq onun bu şərəfli və dünyəvi missiyasında ən aktivlərdən olaq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki öz çıxışında gələcəkdə görüləcək işlərin əsas istiqamətlərini müəyyən etmişdir: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Strateji plan xarakterli bu istiqamətlər həm əməkdaş və həm də vətəndaş olaraq bizim üçün fəaliyyətimizin və yaşam fəlsəfəmizin məsuliyyətidir.
Güclü Azərbyacan naminə böyük sevgi ilə…
Raqif Allahverdi