GündəmKriminalManşet

Bakıda gənc dostunu BIÇAQLADI

Bakının Binəqədi rayonunda 2003-cü il təvəllüdlü Rəşad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Miraləmə xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il aprelin 18-də saat 19 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Biləcəri-Xocəsən yolunun kənarında yerləşən “Murad” şadlıq sarayının arxasında baş verib. 

Orada olan körpünün yanında Rəşad görüşdüyü tanışı Miraləmin bundan bir müddət əvvəl hansı səbəbdən onun ünvanına nalayiq sözlər deməsini soruşub. Miraləm yenidən onun ünvanına nalayiq sözlər işlədib. 

Bu səbəbdən aralarında yaranan münaqişə zamanı Rəşad özündə olan bıçaqla Miraləmə xəsarətlər yetirib. 

Hadisəni törədəb Miraləmin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, onun atası Ağcabədi rayonunda, özü isə xalasının evində yaşayırlar: 

“Hadisədən təxminən iki il əvvəl Biləcəri qəsəbəsində yerləşən Heydər Əliyev adına parka tanış olduğum Miraləmlə tez-tez olmasa da, arada həmin parkda görüşüb, söhbət etmişik. Mənim Miraləmin məktəb yoldaşı və şəhərdə tanış olduğum Əlirza ilə yaxşı münasibətlərim olub. Əlirza mənə Miraləmin mənim və ətrafımın ünvanına söyüş söydüyünü dedi. Zəng edərək səbəbini soruşanda Miraləm telefonda məni söyüş söyərək lazım olarsa, üzümə də söyəcəyini bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 18-də, saat 19 radələrində Miraləmlə görüşməkdən ötrü “Murad” şadlıq evinin arxasındakı körpünün ərazisinə gedib: 

“Göstərilən vaxt Əlirza da mənim yanımda olub. Əlirzaya kənarda dayanaraq söhbətə müdaxilə etməməsini tapşırdım. Miraləm tək yaxınlaşsa da, bizdən xeyli aralıda dayanan bir neçə cavan oğlanın sonuncunu müşayiət etdiyini düşündüm. Miraləmdən nə üçün haqqımda söyüşlə danışmasını soruşdum. Sonuncu əvvəlcə həmin sözü pis mənada işlətmədiyini bildirsə də, sonradan hirslənməklə ünvanıma yenə söyüş söyərək üstümə gəlməyə başladı. Miraləmin məni hansısa predmetlə vuracağından ehtiyat etdim, əynimdəki şalvarın arxa cibindən çıxartdığım bıçaqla onun qarın nahiyəsindən bir dəfə vurdum. Biz yerdə güləşməyə başladığımızdan istəmədiyim halda Miraləmin sinə nahiyəsinə də xəsarət yetirməklə ayağa durdumr. Miraləm qaçaraq hadisə yerindən uzaqlaşdı. Mən isə çox qorxub həyəcan hissi keçirdim”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.