Zeynəb Xanlarova Rasim Balayevə kömək istədi: “Əncam çəkin”
Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı müraciət edib.
Aktor.Az-ın məlumatına görə,millət vəkili məsələ ilə bağlı Səhiyyə və Mədəniyyət nazirliklərindən dəstək vermələrini xahiş edib.
Z.Xanlarovanın çıxışına cavab olaraq Milli Məclisin spiker Oqtay Əsədov bildirib ki, bu məsələ diqqətdə saxlanılacaq.