Ana Səhifə Blog Səhifə 1025

Шалом Азербайджан, Salam Израиль: 25 лет дружбы

Азербайджан и Израиль прожили в дружбе 25 долгих лет, но что такое четверть века по сравнению с историями наших народов – мгновение.

Фактически через четыре месяца после обретения Азербайджаном независимости, 25 декабря 1991 года, Израиль одним из первых официально признал новую Азербайджанскую Республику. Официальные дипломатические отношения между нашими странами были установлены 7 апреля 1992 года.

С тех пор прошло 25 долгих, порою очень трудных, но чаще всего успешных лет совместной дружбы, взаимодействия и понимания. Однако, история взаимоотношений между нашими народами исчисляется уже не одной четвертью века. И в этой истории радости больше, чем горя, а дружба и взаимопонимание всегда преобладали над страхом и ненавистью.

Проблемы с соседями: и у вас, и у нас

Как ни странно, но наши страны роднит многое – и красивые пейзажи, и ласковое море, и к несчастью, большие проблемы с соседями. К сожалению, все эти годы мы живем на войне, каждый на своей, что забирают наших лучших сыновей и дочерей, омрачают нашу жизнь и тормозят наше развитие.

С другой стороны, приятно осознавать, что Азербайджан является одной из немногих в большинстве мусульманских стран, кроме Турции, Египта, Иордании, а также ряда республик Центральной Азии, у которых так развиты двусторонние политические и экономические отношения с Израилем.

В августе 1993 года в Баку открылось посольство Израиля, что способствовало началу обмена как политическими, так и экономическими делегациями на самом высоком уровне.

За этот период в Азербайджане побывали и президент Израиля Шимон Перес, и премьер-министр Биньямин Нетаньяху, и наши ведущие министры.

Одним из архитекторов современного развития отношений между нашими странами по праву можно считать министра обороны Израиля Авигдора Либермана, который в 2009 году в ранге министра иностранных дел перевел наши взаимоотношения на более высокий уровень.

В Баку неоднократно бывают депутаты израильского парламента (Кнессета), представители израильской общественности, прессы и, естественно, деловых кругов. Подавляющее большинство делегаций обычно принимается на самом высоком уровне.

Азербайджанские делегации в ранге министров, руководителей оборонных ведомств уже не редкость для Израиля, а депутаты Милли Меджлиса практически наши постоянные гости и настоящие друзья.

Ярким примером может служить деятельность председателя комитета молодежи и спорта Милли Меджлиса Азербайджана Фуада Мурадова по налаживанию контактов как с молодежными, так и общественными организациями Израиля.

В принципе, начиная с двухтысячных годов торгово-экономические взаимоотношения, подкрепленные партнерством на самом высоком уровне, развивались столь динамично, что Азербайджан был признан стратегическим партнером Израиля.

Оружие в обмен на нефть

Успешно развивается и военно-техническое сотрудничество двух стран. Общая стоимость военных поставок в республику измеряется в миллиардах долларов, что пропорционально поставкам нефти в Израиль из Азербайджана.

Ведь в последние годы азербайджанская нефть покрывает более чем треть внутренних потребностей Израиля, а это уже суммы в пару миллиардов долларов.

Возможно кто-то скажет, что наши взаимоотношения однобокие: оружие в обмен на нефть, но ведь главное – они взаимовыгодные. И именно на взаимовыгодной основе они и строятся. А то что есть еще возможности для расширения наших отношений, так это не секрет, и они приветствуются обеими сторонами.

И не случайно именно сейчас во время встречи в Баку в декабре прошлого года премьер-министра Израиля Биньямина Нетаньяху с президентом Азербайджана Ильхамом Алиевым были подписаны новые документы о сотрудничестве в сельском хозяйстве, договоры о стандартах и налогообложениях, что позволит начать работу как малому, так и среднему бизнесу.

Именно расширяя уровень наших взаимоотношений и была создана совместная комиссия на уровне министров, в задачу которой входят вопросы налаживания бизнес-партнерства по всему спектру торгово-экономических взаимоотношений.

Пример для Ближнего Востока

Но в наших взаимоотношениях есть нечто особенное, что особо ценится в Израиле и о чем неоднократно заявлял наш премьер-министр Биньямин Нетаньяху — это то, что дружба между Израилем и Азербайджаном дает пример всему Ближнему Востоку и говорит о том, что еврейское и мусульманское государство могут жить в мире и дружбе.

Сегодня в Израиле проживает почти стотысячная община выходцев из Азербайджана, многие из которых уже играют активную роль в израильской политике и экономике. Стараниями выходцев из Баку в Израиле уже десять лет на общественно-политической ниве трудится международная ассоциация “АзИз”, а в израильском парламенте сформировалась дружественная депутатская группа “Израиль-Азербайджан”.

Можно констатировать, что в израильском парламенте активно действует азербайджанское лобби, регулярно дающее отпор армянскому экстремизму и блокирующее все попытки армянской диаспоры протащить в Кнессете закон о признании армянского геноцида в Турции.

К сожалению, из-за сложной геополитической ситуации, в которой находится Азербайджан, в Израиле пока не открыто посольство республики. И тем более мне, как члену правления “АзИз”, приятно осознавать, что своей деятельностью в Израиле мы как бы “официально” представляем Азербайджан, решая при необходимости вопросы и возникающие проблемы.

Действуя при постоянной поддержке Фонда Гейдара Алиева, возглавляемого первым вице-президентом Азербайджанской Республики Мехрибан Алиевой и комитета по делам диаспоры под руководством Назима Ибрагимова, наша ассоциация “АзИз” знакомит израильскую общественность с традициями и культурой Азербайджана, пропагандирует его достижения и зоны отдыха, проводит национальные праздники, отмечает как знаменательные, так и печальные события из жизни азербайджанского народа.

Мы прожили вместе в дружбе 25 долгих лет, но что такое четверть века по сравнению с историями наших народов — мгновение. Но как прекрасны эти мгновения.

Юрий Бочаров, политолог, член правления
Международной Ассоциации Азербайджан-Израиль “АзИз”

Temperatur enəcək, dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

 

Xəbərdarlıq

 

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bakıda faciə: Ana və oğlunun meyiti tapıldı

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.Lent.az xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.

 

1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda dəhşətli qəza: Sürücünün bədəni parçalandı – FOTOLAR

Bakının Yasamal rayonunda, Tbilisi prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.Report- xəbər verir ki, içi qumla dolu “Howo” markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb.

 

Qəzanın artıq təfərrüatları da bəlli olub. Belə ki, qəza zamanı ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan “Howo” markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib.

 

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb. Onun cəsədi parçalanmış formada müəyyən edilib.

 

Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.

 

Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib.

 

 

İnterpol 25 yaşlı azərbaycanlını axtarışa verdi – FOTO

İnterpol oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı barədə beynəlxalq axtarış elan edib.

 

Aktor.Az xəbər verir ki, 1992-ci il təvəllüdlü Araz Məmmədovun barəsində cinayət işi başlanılıb.

 

İstintaqdan yayınan A.Məmmədov barəsində Azərbaycanın məhkəmə orqanı tərəfindən həbs qətimkan tədbiri seçilib və onun barəsində axtarış elan olunması haqqında qərar çıxarılıb. Qərara əsasən, A.Məmmədov İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

 

Milli Qəhrəman Samid İmanovun xatirəsi yad edildi – FOTO

“20 Yanvar” İB “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsini həyata keçirir.

 

Aktor.Az xəbər verir ki, oktyabr ayının 6-sı sözügedən layihə çərçivəsində təşkilat 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş İmanov Samid Gülağa oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Neftçala rayon 1 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.

 

Tədbirdə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Milli Qəhrəmanımız mayor Samid İmanovun ailə üzvləri, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri, eləcə də Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Akif Kərimov, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, həmçinin QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu, VisionTV-nin əməkdaşı Fərqanə Əliyeva, “Neftçala Qadınlarının Sosial İnkişafına Dəstək” İB-nin sədri Gülqədəm Mirzəzadə, “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Müstafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

 

Tədbirin gedişatında layihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli Qəhrəmanımız Samid İmanovun xatirəsinə həsr olunmuş video-rolik izlənilmişdir. Daha sonra isə tədbirin aparıcısı Şəmistan Əlizamanlı ifasında hərbi vətənpərvərlik mahnısı ifa olunmuş, məktəb yeniyetmə və gənclərinin ifasında şeirlər səsləndirilmişdir.

 

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İsterik nevrozları necə müəyyənləşdirmək olar? – Fəxriyyə Məmmədova/VİDEO

Bu gün bir çox insanları narahat edən problemlərdən biri isterik nevrozlardır. Mütəxəssislərə görə, bu cür xəstəliklər cəmiyyətimizdə çox yayılıb. Amma məsələ burasındadır ki, çoxları özlərində müşahidə olunan bu halların psixoloji problem olmasından məlumatlı deyillər.

 

Bu barədə Aktor.Az-a tanınmış psixoterapevt Fəxriyyə Məmmədova danışıb:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com/

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542

Prezident həmsədrləri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

ÜAK-ın ləğvi ermənipərəstlərin fəaliyyətinin nəticəsidir

0

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Bunun üçün göstərilən əsaslar tam subyektiv olmuş (məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”), hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”.

 

Qeyd etmək vacibdir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış və fəaliyyət göstərdiyi müddətddə Rusiyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, eləcə də iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir. Hazırda beynəlxalq münasibətlər sistemində mühüm yerə və rola malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu ölkədə yaşayan azərbaycanlı icması xüsusi rol oynayır. Eynu zamanda, Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. Həmçinin, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.

 

Bununla yanaşı, ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, eləcə də dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışmışlar. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat hər zaman millətlərarası münasibətlərin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış etmiş, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışmışdır.

 

Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olmuş, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etmişdir. Azərbaycan Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərmiş, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

 

Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan etmiş, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da

 

intensivləşməsində maraqlı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə gorüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini demişdir. “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”. Bakı Humanitar Forumunun mütəmadi olaraq ən yüksək səviyyədə keçirildiyini bildirən Rusiya Prezidenti V. Putin iki dövlət qarasında olan münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik oldugunu bildirmişdir. Münasibətlərin xeyli şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf ediyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkəti işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın oldugunu diqqətə çatdırmışdır.

 

Bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə almış, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilmiş və qarşılıqlı dəstək ruhu hökm sürmüşdür. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da davam etdirilir.

 

Buna baxmayaraq, Rusiyadakı Azərbaycan diasporuna belə qərəzli münasibət Azərbaycanla Rusiya arasında, Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin inkişafı və genişlənməsinə xələl gəririr. Azərbaycanda yaşayan ruslar da, Azərbaycan xalqının bu ölkədə rus dilinin, rus mədəniyyəti və ənənələrinin qorunub saxlanmasına qayğısını yüksək qiymətləndirirlər. Həmçinin, bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Eyni zamanda, bu addım Rusiyanın regiondakı fəaliyyətində problem yaradır və onun bitərəf mövqeyinə kölgə salır.

 

Şübhəsiz ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətlərinə zərbə vurmaq planlarını reallaşdırmağa çalışırlar. Bununla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan

 

dairələri, dövlət orqanlarındakı ermənipərəst qüvvələr, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində və KİV-də yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.

 

Bundan əlavə, belə bir ədalətsiz, qərəzli qərarın qəbul edilməsi bəzi suallar da dogurur. Belə ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Eləcə də, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?

 

Eyni zamnda, belə bir addım Ermənistana hərbi yardımını artırması fonunda baş verirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da kölgə altında qoyur. Bu baxımdan, Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir, eləcə də Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən addımdır.

 

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, siyasi elmlər doktoru

Ermənistanın növbəti hərbi cinayəti cəzasızlıq sindromunun nəticəsidir

0

Avqustun 7-də Ermənistan silahlı qüvvələri ölkədəki xunta rejiminin diktəsi ilə növbəti hərbi təxribata əl atmışlar. Azərbaycanın mülki əhalisini və obyektlərini intensiv atəş altında saxlayan erməni hərbi birləşmələri bu dəfə Tovuz rayonunun Qaralar kəndinin 13 yaşlı sakini Ramin Yusifovun yaralanmasına səbəb olan hərbi cinayət törətmişlər. Xatırladaq ki, təxminən bir ay öncə, iyulun 4-də Ermənistanın hərbi birləşmələri Füzuli rayonunuın Alxanlı kəndində misli görünməmiş vəhşiliyə imza atmışdılar. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərmişdi. Dinc əhalinin, xüsusən uşaq, qadın və qocaların erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq hədəfə alınması, əslində, Ermənistan ordusunun assimmetrik mübarizə taktikası seçdiyini və bununla da terrorçu başıpozuq hərbi qruplaşmaya çevrildiyini əyani olaraq sübut edir.

 

Bəs Ermənistanın bu hərbi cinayətləri nəyə hesablanıbdır? Prezident İlham Əliyev cari il iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sualın dəqiq cavabını vermişdir: “İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir”.

 

Ermənistanın siyasi-hərbi rəhbərliyi hər dəfə belə hərbi cinayətlərə əl atmaqla, ilk növbədə münaqişənin tənzimlənməsi ilə bağlı yüksək səviyyəli danışıqlar prosesinin qarşısını almaq istəyir. Sarkisyan rejimi sonsuz olaraq davam edən danışıqlarda və bu yolla status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Həmin maraqdan çıxış edərək Ermənistandakı hərbi xunta rejimi müxtəlif tarixi zamanlarda ən müxtəlif təxribatlara imza atmışdır. Yuxarıda qeyd olunan müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev Ermənistanda hakimiyyəti zorla zəbt etmiş siyasi-hərbi qüvvələrin məlum təxribatçı davranışının əsl mahiyyət və məqsədlərinə də aydınlıq gətirmişdir : “Ermənistan həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

 

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.”

 

Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan hərbi qüvvələrinin terrorçu hərəkətləri, xüsusilə, Alxanlı kəndində törədilmiş hərbi cinayəti dünyada böyük əks-sədaya səbəb oldu. Azərbaycanın haqq işi dünyada geniş dəstək aldı. Ermənistanın barbar davranışı beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılandı. Bütün bunlar danılmaz həqiqətdir. Lakin başqa bir həqiqət də ondan ibarətdir ki, Ermənistanın terrorçu hərbi birləşmələri bütün bu beynəlxalq təzyiqlərə baxmayaraq, yenidən dinc əhalini hədəfə almaqda davam edir və Tovuzda baş verən hadisə erməni vandalizminin növbəti təsdiqidir.

 

Şübhəsiz, “cırtdan” dövlət olan Ermənistan heç bir zaman təkbaşına beynəlxalq hüquqa qarşı belə saymazyana davranış nümayiş etdirə bilməzdi. Lakin fakt faktlığında qalır ki, bu belədir. Ermənistan nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur. Bəs səbəb nədir? Bu sualın da cavabını möhtərəm Prezident İlham Əliyev geniş ictimaiyyətə açıqlayaraq bildirmişdir ki, biri Ermənistana pul verir, biri silah verir, biri onun təbliğatı ilə məşğuldur, bir başqası isə ona lobbiçilik fəaliyyəti göstərir.

 

Bu reallıq fonunda Ermənistanda formalaşmış arxayınçılıq və cəzasızlıq sindromu daha da möhkəmlənir. Tarix şahidlik edir ki, cəzasızlıq rejimi cinayətkarı daha ağır cinayətlərə sövq edən ən ciddi səbəbdir.

 

Deməli, yuxarıda söylədiyimiz fikirlərdən bu qənaət hasil olur ki, münaqişənin həlli prosesinin dalana dirənməsinə, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, xüsusilə də uşaqları hədəfə almasına görə birbaşa məsuliyyət İrəvanda əyləşən siyasi-hərbi xunta rejiminin üzərinə düşür. Eyni zamanda, bu cinayətkar rejimin hərəkətlərinə qarşı adekvat təsir və təzyiq mexanizmlərini tətbiq etməyən beynəlxalq birlik, beynəlxalq ictimaiyyət və xüsusilə də missiyası bu münaqişəni həll etmək olan ATƏT-in Minsk qrupu konkret məsuliyyət daşıyır.

 

Təəssüf hissi ilə onu da qeyd edək ki, ATƏT-in Minsk qrupu heç də münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməmişdir. Faktların müqayisəsi və təhlili göstərir ki, əslində, bu qurumun fəaliyyəti münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Minsk qrupu bu fəaliyyəti ilə də məlum “aprel döyüşləri”nədək öyünürdü. Guya onların fəaliyyəti olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilərdi. Əslində, müharibə davam etməkdə idi, sadəcə onun aktiv hərbi fazasında atəşkəs mövcud idi. Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması, ötən il aprel ayının əvvəlində geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları davamlı olaraq qulaqardına vurmaqdadır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan “fəaliyyəti”nin də bu ilin mart ayında “25 yaşı” tamam olmuşdur. Ermənistan ordusunun yeni hərbi cinayətləri fonunda Minsk qrupunun iki yolu vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır. Zənnimizcə, 25 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq, qətiyyət göstərməsinin vaxtı gəlib çatmışdır.

 

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, Ermənistanın bütün bu təxribatlarına baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın erməni əhalisinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru, professor