Ana Səhifə Blog Səhifə 1023

Ata qızını baltaladı – Azərbaycanda

Şəmkirdə atası tərəfindən baltalanan qızın olayı ilə bağlı bəzi təfərrüatlar məlum olub.Çaparlı kənd sakinləri Aznews.az-a açıqlamasında bildirib ki, İsmayıl Əhmədov həmişə ailə üzvlərinə işgəncə verib:

 

“İsmayıl tək qızını deyil, bütün ailə üzvlərini döyür. Dəfələrlə oğlunu, qızını, arvadını döyüb. Münaqişəli bir ailədir. İsmayılın səhhətində problemlər var. Bundan istifadə edib hamıya şiddət göstərir. Biz dünən eşitdik ki, İsmayıl qızını möhkəm döyüb, sonra da baltalayıb. Belə hadisələr çox olub. Onun bir oğlu, bir qızı var. Qızı ailə qurub, boşandıqdan sonra atası evinə qayıtmışdı. Onların ailə davasına dəfələrlə polis gəlib”.

 

Qeyd edək ki, Şəmkirdə ata qızını baltalayıb. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Как выпивает Путин-особая техника КГБ – ВИДЕО

Надо сказать, что жизнь публичных людей, в том числе и политических деятелей связано с постоянными встречами, часто с застольями, где предлагаются всевозможные алкогольные напитки и если себя не контролировать, то недолго стать алкоголиком.

 

Мы не знаем учат ли этому в институтах международных отношений, но наверняка в образовательных учреждениях бывшего КГБ этому вопросу уделялось внимание, ведь разведчику или шпиону, называйте как хотите, нужно сохранить трезвый ум в любой обстановке.

 

Кто-то может возразить, что мол ему никто не скажет: «Ты меня Уважаешь?», — как у нас принято, вот  он и пьёт как захочет. Но можно рассуждать что угодно, а можно взять на вооружение и использовать данную технику, хотя бы в необходимых случаях.

 

Путин, как известно, практически не пьет, а больше всего любит пиво, к которому он пристрастился, когда служил в Германии. Radeberger — любимое пиво полковника Путина в то время. Radeberger действительно прекрасное пиво.

 

В большом кремлевском дворце на приеме в честь выпускников военных вузов Владимир Путин продемонстировал как нужно пить, чтобы не пьянеть.

 

Suriyada Rusiya qırıcısı qəzaya uğradı, heyət həlak oldu – FOTO

Suriyada Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus “Su-24” təyyarəsi havaya qalxan zaman qəzaya uğrayıb.

 

Aktor.Az xəbər verir ki, qəza nəticəsində təyyarə heyəti katapult edə bilməyib və həlak olub.

 

İlkin məlumatlara görə, qəzaya təyyarədəki texniki qüsurlar səbəb olub.

 

 

Azərbaycanlı məmurun oğlu faciəvi şəkildə öldü

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.Report-un xəbərinə görə, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

 

O, Sabirabad rayonunda dəfn edilib.

 

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkil ölüb.

 

Картер хочет посетить КНДР

Бывший президент США Джимми Картер желает посетить КНДР и встретиться с лидером этой страны Ким Чен Ыном, передает РИА Новости со ссылкой на южнокорейская газета “Чунан ильбо”.

 

В 1994 году при содействии Картера, побывавшего тогда в Пхеньяне, между США и КНДР были достигнуты Женевские договоренности о выходе из “первого” ядерного кризиса.

 

“Джимми Картер хочет встретиться с высшим руководством Северной Кореи”, — приводит газета слова приглашенного профессора университета штата Джорджия Пак Хан Сика, который встречался с Картером.

 

Несколько дней назад в газете Washington Post 93-летний Картер призвал США направить в КНДР высокопоставленную делегацию для мирных переговоров или поддержать многосторонние переговоры с участием двух корейских государств, США и Китая в любом удобном для них месте.

 

Формально КНДР и Соединенные Штаты находятся в состоянии войны после подписания соглашения о перемирии в Корейской войне 1950-1953 годов. В последнее время противостояние Вашингтона и Пхеньяна особенно накалилось из-за отказа КНДР прекратить ядерные и ракетные разработки под предлогом американской военной угрозы.

Ərdoğan mətbuat konfransında mürgülədi – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Ukraynanın prezidenti Petra Poroşenkonun mətbuat konfransında diqqət çəkən anlar yaşanıb.

 

Aktor.Az xəbər verir ki, konfrans zamanı Ərdoğanın mürgülədiyi görünütləri sosial şəbəkələrdə yayılıb.Ukrayna prizidenti həmkarının yuxuladığını görür və oyatmaq üçün əlini bir neçə dəfə masaya vurur.

 

Həmin görüntüləri təqdim edirik:

 

Təhsil Nazirliyinə tabe olmayan komissiya yaradılmalıdır

Gündəmi orta məktəblərin rus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış tarix kitabındakı bir xəritə zəbt edib. Böyük müzakirəyə və ziyalılar tərəfindən etiraza səbəb olub. Xəritəni çap etmirik, söyüş söyənlə çatdıran yarı-yarıyadı, ona görə.

 

Ümumiyyətlə, son illər buraxılan dərsliklər mütəxəssislər tərəfindən tez-tez tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör. Və bu tənqidlərə də dilucu bir cavab verirlər, bitdi-getdi. Növbəti illərdə yenə həmin şey. Yəni dəyirman öz bildiyini edir, çax-çaxı havayıdan baş ağrıdır. Yəni dəyirman Təhsil Nazirliyidi, başı ağrıyan, çax-çax da bizik. Və ümumiyyətlə, təhsilmiz bu dəqiqə elə bir vəziyyətdədir ki, nə qədər ağıçı lazımdı ki, oturub ağı deyə. Amma ağıyla da düzələn deyil ey. Nə isə…

 

Bəli, məlum xəritədə Roma imperatorluğu dövründə Qara dənizdən Xəzər dənizə qədər böyük bir ərazi – Türkiyənin, İraqın, Suriyanın, İranın bir hissəsi, Azərbaycan, Gürcüstan, Şimali Qafqaz bütövlükdə Ermənistan kimi təqdim olunub.

 

Bu böyük məsuliyyətsizlikdir. Deməli, dərsliyə başdansovdu yanaşıblar. Bu dərslik neçə mütəxəssis əlindən keçib, amma bunu heç kim görməyib.

 

Artıq kitabları yığışdırırlar, yenidən dərc edib paylayacaqlar, amma əlyazmalar yanmır axı, deyirlər. Yəni ortada bir kitab var və Azərbaycanın buraxdığı kitabdı. Və bu kitab indi ermənilərin də əlindədi, tirajlayıb bütün dünyaya yayacaqlar ki, bax, görürsünüz, özləri də etiraf edir ki, bu ərazilər Ermənistanındı.

 

Əvvəla, Nazirliyin və müəlliflərin açıqlamalarını oxuyuram, lap çaşıb qalıram. Bu açıqlamalar üzrü günahından betərdi.

 

Birincisi, müəlliflər «Ərməniyyə» sözünü «Ermənistan» sözü ilə qarışıq salırlar. Bütün ərəb mənbələrində Yaxın Şərqdə bir ərazi Ərməniyyə adlanır. Bu da heç də xəritədə göstərildiyi kimi, Qara dənizlə Xəzər dənizin arası deyil, təxminən dərc olunmuş xəritədə Mesopotamiya kimi göstərilən Dəcləylə Fərat bölgəsində bir ərazidi. Buyurun, ərəb mənbələrini qaldırıb baxın həmin xəritələrə.

 

İkincisi, Ərməniyyənin Ermənistana və erməni xalqına heç bir dəxli yoxdu. Xalq adı deyil, millət adı deyil, ərazi adıdı və özü də əsasən, ərəblərin yaşadığı ərazidi. Həmin ərazidə türklər də yaşayıblar və bu ərazidə şumer xalqı da yaşayıb. Şumerlərin dilləri də türk dilinə yaxın bir dildi. İmkanınız varsa Oljas Süleymenovun «Az i Ya» kitabını bir vərəqləyin, eləcə də Əlisa Nicatın şumerlərlə bağlı yazılarını oxuyun. Özü də faktlara söykənən yazılardı. Şumer dili ilə türk dilinin necə eyni kökə bağlı olduğu haqda yazılardı.

 

Hansısa saxta bir xəritəni götürürsünüz, özü də rus mənbələrindən və «ərməniyyə» sözünü də «armeniya» kimi yazırsınız.

 

Hələ bir yer var ey, Roma imperatorluğu erməni dövləti ilə nə bilim neyləyib. Erməni dövləti, yox bir Amerika Birləşmiş Ştatları. Hardaydı bu erməni dövləti, neçənci ildə olub ki, heç ermənilərin özlərinin dəqiq məlumatı yoxdu?!

 

Təbii ki, erməni də bir xalqdı, kosmosdan gəlməyib. Onun da bir yurdu-yuvası olub. Ya 70-ci illərin sonuydu, ya 80-ci illəriydi, «Elm və həyat» jurnalında işləyirdim, universitetin (onda bir universitet vardı – Azərbaycan Dövlət Universiteti) professorlarından biri redaksiyaya ABŞ-da nəşr olunan bir jurnal gətirmişdi. Jurnalda ABŞ-da yaşayan, milliyyətçə erməni bir professorun ermənilərin soykökü haqqında bir məqaləsi dərc edilmişdi. Professor həmin məqaləni Azərbaycan dilinə tərcümə elədi və biz də onu çap elədik. Ermənilərlə cici-bacı vaxtlarımızıydı və həmin yazıda etməniləri aşağılayan bir şey yoxuydu. Sadəcə olaraq, erməni professor öz xalqının harda doğulub, haralara köç etdiyini yazmışdı.

 

Professor faktlarla sübut edirdi ki, ermənilərin vətəni Himalaydadı. Bəs necə olub ki, onlar qərbə gəlib çıxıblar? Himalayda ermənilərlə türklər birgə yaşayıbmış. Məlumdur ki, türklər 30-40 illik savaşlara çıxırdılar və təbii ki, üzü qərbə. Hələ gəlib Romanı da yandırdılar. Həmin professor yazır ki, türklərin dərziləri, çəkməçiləri, dəlləkləri, at qaşovlayanları, tikinti işləri görənləri, tərcüməçiləri və bir çox hallarda mirzələri ermənilər olub. Və türklər hara gediblərsə, erməniləri də özləriylə daşıyırdılar. Və professor xüsusilə vurğulayır ki, harda türk yaşayırsa, mütləq orda ermənilərlə də rastlaşacaqsınız.

 

Bir də ki ermənilər özlərinə erməni demirlər, «hay» deyirlər. «Hay»ın da bizim dilə tərcüməsi «qaçqın» deməkdi. Ona görə bir-birinə müraciətdə deyirmişlər ki, «hayes», yəni sən də bizdənsən, yurd-yuvandan qaçqınsan?

 

Erməni dövləti! Yox bir Amerika Birləşmiş Ştatları. Erməni harda bir kənddə məskunlaşırdısa özlərinə çar seçirdilər: erməni çarı filankəs. Yox bir prezident…

 

Sero Xandzanyanın bir əsəri var: «Mxitar sparapet». Çox böyük bir romandı. Romanda ermənilərin yadellilərə qarşı «möhtəşəm» bir mübarizəsi təsvir olunur. Mxitar da bunların baş komandanıdı. Oxuyursan, gözünün qabağında böyük bir erməni dövləti canlanır. Bir az ciddi baxırsan, məlum olur ki, bu «möhtəşəm» erməni dövlətinin qoşunundakı əsgərlərin sayı heç bir rota deyil. Budu bunların dövləti, Roma imaperatorluğuyla danışıq masası arxasında oturublar? Lətifəsi uzaq olsun, bu, Qatır Məmmədin ingilis generalı Tomsonla danışıq masası arxasında oturmasına oxşayır.

 

Bəli, xəritə böyük etiraza səbəb olub, təbii ki, haqlı etiraza. Amma açıqlamalar, yuxarıda qeyd etdiyim kimi, üzrü günahından betər. Açıqlamalarda yazılır ki, bu məsələnin müzakirəsi, qabardılması erməni dəyirmanına su tökməkdi.

 

Dostlar, siz özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, hələ bir bizləri də borclu çıxarırsınız?!

 

Ümumiyyətlə, mütəxəssislərdən ibarət və Təhsil Nazirliyinə tabe olmayan bir komissiya yaradılmalıdır və dərsliklər həmin komissiyada geniş müzakirə edilməli, son nəticəyə gəlinməli və sonra dərc edilməlidir.

 

Aqil Abbas, millət vəkili

Türkiyə millisi Avropa çempionu oldu – VİDEO

Fiziki əngəlli futbolçulardan ibarət yığma komandalar arasında Türkiyədə təşkil olunan Avropa çempionatı başa çatıb.

 

Aktor.Az xəbər verir ki, turnirin qalibi meydan sahibləri Türkiyə yığması olub. Türklər finalda İngiltərə millisinə 2:1 hesabı ilə qalib gəiblər.

 

Yol polisindən XƏBƏRDARLIQ

0

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edir.

 

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.

 

V.Əsədov bildirib ki, texniki baxış müddəti bitdikdən sonra baxışdan keçməyən yük avtomobillərinin sahibləri cərimələnəcək. O qeyd edib ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.

 

Qeyd edək ki, yük avtomobilləri və avtobuslar üçün texniki baxış sentyabrın 1-dən oktyabrın 31-ə qədər davam edir.

В Ереване ограблен банк

Филиал крупного банка ограблен в центре Еревана днем в понедельник, сообщается, что преступник унес 60 тысяч евро.

 

Как сообщил агентству «Новости-Армения» начальник отдела аналитики, информации и связям со СМИ полиции Армении Эдгар Джаноян, ограблен филиал Конверсбанка, расположенный на улице Саят–Нова.

 

«Инцидент произошел буквально только что, на месте работает следственная группа», – сказал Джаноян, добавив, что подробности станут известны позже.

 

Как сообщают армянские СМИ со ссылкой на собственные источники, грабитель угрожал сотрудникам банка подорвать себя, после чего забрал 60 тыс. евро. Другие подробности не сообщается.