Qorxaqlığın və ondan da o yananın pik nöqtəsi…
Son zamanlar axmaq bir işə cəhd edənlər haqqında xəbərlərə yaman çox rast gəlirik. Belələri düşünürlər ki, bu sarsaq addımları ilə insanlara sanki dərin bir mesaj verib onları yaxşı mənada düşündürəcəklər. Bəziləri isə çox yanlış yerə bunu cəsarət, qəhrəmanlıq numunəsi kimi qələmə verib, çox zərərli bir əməli özləri də istəmədən təbliğ edirlər, zorla cəmiyyətə sırıyırlar. Qəhrəmanlıq və cəsarət sözünü inanın ki, ən dəhəşətli dərəcədə təhqir olunması onun bu axmaqlara şamil olunduğu situasiyadır. Bu nəinki cəsarət deyil, əksinə qorxaqlığın, öznüdən geridə qalan yaxınlarının hamısını sanuzelin dəliyinə atmaq qədər əclaf işdir. Yaşamaqdan, ünsiyyətdən, çətinliklərdən, əziyyətdən, evlənməkdən, qız dilə tutmaqdan, uşaqdan, böyükdən, işləməkdən, zövq almaqdan, mübarizədən çəkinənlərin, qorxanların nə cəsarəti var, nə qəhrəmanlığı, nə də ki, adamlığı!
Belələri üçün qorxaqlığın pik həddi Bakı bulvarı, körpülərin üstü, hündür binaların damı, qatar relsinin üstü, metro tuneli, kəndir, dərman, kəsici alətlər və s. vasitələdir. O, ən axmaq işlərdən birini edib “o yana” gedənlərin və bunu etməyi ağlından keçirənləri şiddətlə, şiddətlə və daha da şiddətlə, özü də dönə-dönə qınayıram.
Ay gicbəsər insanabənzər varlıq, sənin kimi biz də bu ölkədə, bu dünyada yaşayırıq. Hər birimizin də özünə görə qayğısı, kədəri, acısı, nisgili, gözləntisi, istəyi, arzusu var. Heç də həmişə hər arzumuzu reallaşdıra bilmirik. Amma bu milyonların həyat eşqini azaltmır. Vallahi azaltmır. Dindirən kimi başlayırlar ki, ay sosial problemlər belə gəldi, maaş azlığı belə getdi, şəhərdə kirayədə qalmaq belə oldu, kreditim belədi, borclarım bu qədərdi, istədiyim 78 qızın birindən də razılıq ala bilməməyim elə getdi, məni anlamırsız, başa deşmək istəmirsiz məni, like qoymursuz, bazlığa aparmırsız, saçımı sığallamırsız, yumşağımı qaşımırsız, dovğamı qarışdırmırsız… filan filan. Guya ki, bunlar Marsadan axşam gəliblər düşüblər içimizə, səhər camaat yuxudan oyananda baxıb görüblər ki, Yer planetinin əhalisiylə yola gedə bilməyəcəklər, bizlərlə uyğunlaşmağı barmayacaqlar…
Azacıq da olsa kişi olun və gedin özünüzə ölümlər içində ölüm seçin. O ölüm ki həqiqətən qəhrəmanlıqdır, cəsarətdir, mətanətdir, şücaətdir, mərdlikdir, igidlikdir, rəşadətdir, əzmdir, dəyanətdir. Qəhrəmanlıq və cəsarət simvolu olan azərbaycanlı qardaşlarımızın adlarını sayım sizə? Mənim kimi özünüzdə edə bilərsiniz bunu. Əgər inanmırsınızsa yolunuzu Şəhidlər Xiyabanından salın!
Qəhrəmanlıq və cəsarət kimi xüsusiyyətləri o axmaq işi edənlərə yapışdıranlar, o müqəddəs yerdə uyuyanların baş daşlarını görəndə hansı hissləri keçirəcəksiniz? Yaxud bütün günü “mən də filankəslər kimi filan şey edəcəm, bezmişəm ədalətsizlikdən, əlvida, görüşənədək, son məktub …” yazıb haray çəkib, şivən qoparıb, üz cıraraq hamını narahat edən tiplər heç utanacaqsınız? Zatən Sizdə utanan sifət olsa Inti h Ar etməzsiniz! Ar eliyin, utanın, axmaq fikirlərdən daşının və bu dünyanın daha ədalətli, yaşanılası duruma gəlməsi üçün çalışın!
Azər Rüstəmli