Coğrafiya elmləri doktoru, professor Tapdıq Güləhməd oğlu Həsənov 89 yaşında dünyasını dəyişib.
Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qarayazı (Qardabani) rayonunun Təzəkənd kəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır.

Elmi fəaliyyətinə gəlincə, görkəmli alim 1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüydü.2007-ci ildə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.Böyük ziyalı 140-dan çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb.
Allah rəhmət eləsin!

Elmi əsərləri
Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52.
Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. 2007 .¹1, səh. 139-146.
Bakı-Abşeron və ətraf regionlarda təsərrüfatın mütənasib inkişaf problemləri// Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Hüquq, sosial-ictimai, iqtisad, filologiya və pedaqoji elmlər seriyası. 2007, ¹21, s. 48-54.
Azərbaycanda ətraf mühitin mühafizəsinin iqtisadi-coğrafi problemləri//Hidrometeorologiya və ətraf mühitin monitorinqi. 2007 ¹4, səh. 7-16.
Azərbaycanın ekoloji-coğrafi mövqeyi və onun yaratdığı problemlər/Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XII cild Bakı, 2008, səh. 318-442.
“Regionların innovasiyalı sosial-iqtisadi inkişafı : reallıqlar və perspektivləri “ mövzusunda respublika elmi praktiki konfransın materialları. 7 may, 2015, “Avropa “ nəşir s.207-210
Ümümmilli lider Heydər əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Regional idarəetmə: innovativ yanaşmalar və perspektiv imkanlar. Aprel,2015, Bakı-Azərbaycan, s.219-225
Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqmətləri.Şərikli.”Coğrafiya və təbii resurslar “ jurnalı № 2 , 2015-il, s. 23-30, Azərbaycan Coğrafiya cəmiyyəti.
İqtisadi-coğrafi rayonlaşdırma ölkənin sosial-iqtisadi həyatının tənzimlənməsi-nin fəaliyyət vasitəsidir. BDU-nun Coğrafiya fakultəsinin “ Coğrafiya: nəzəriyyə ,praktika və innovasiya” mövzusunda Elmi –praktiki konfransın materialları. 2015-ci il 10 dekabr, s.23-29
Azərbaycan iqtisadiyatının dayanıqlı ekoinkişaf modeli// “Opto-, nanoelektronika, kondensə olunmuşmühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransın materialları. 2015-ci il.

Kitabları
Coğrafiya tarixi. Bakı, 2001 (dərslik, həmmüəlliflə). Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку, 2004.
Pedaqoji təcrübə və onun təşkili. Metodiki vəsait, Bakı 2015.

Mükafatları
Azərbaycan “Əməkdar müəllim” fəxri adı
Azərbaycan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
Azərbaycan Bakı Dövlət Universitetinin “Fəxri fərmanı”


