“Delta Telekom”un interneti kəsməyə hazırlaşması yolverilməzdir – EKSPERT
“Delta Telekom”un hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir.
Aktor.Az xəbər verir ki, bunu son zamanlar internet ödənişləri ilə bağlı yaranan problemləri şərh edərkən ekspert Osman Gündüz belə deyib. Onun fikirlərini olduğu kimi diqqətə çatdırırıq:
“Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkəti internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olduğunu bildirib. Yəni dəfələrlə vurğuladığımız “çəkidə aldatma” məsələsini yenidən gündəmə gətirib.
Eyni zamanda əksər provayderlərin onlara borclu oduğunu da yenidən diqqətə çatdırıb.
Ölkənin təxminən 70 % internet təchizatını həyata keçirən qurum borclu provayderlərdən “Qlobal Netvorks” “CNC və “Data Plus” –un internetini tamamilə kəsəcəyini də istisna etməyib.
Dərhal qeyd etmək istərdim ki, biz dəfələrlə bildirmişik ki, istənilən halda qarşılıqlı problemlər səbəbindən Delta-nın hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir
Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi üçün, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər və bu , heç bir halda məqbul variat hesab oluna bilməz. Əmin olmaq istərdim ki, Delta bunun məsuliyyətini bilməmiş deyil.
Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin bu addımı atmağa ehtiyac qalmayıb və biz əminik olmaq istərdik ki bu dəfə də Delta bu addımı atmayacaq.
Amma eyni zamanda şirkətin düşdüyü vəziyyət də anlaşıqlıdır və biz dəfələrlə bununl bağlı açıqlamalar vermişik.
Fikrimizcə məhkəmə variantı ən məqbul variantdır və problem hüquqi müstəvidə həllini tapmalıdır.
Eyni zamanda, fikrimizcə internetin keyifiyyəti ilə bağlı problemlə bağlı Delta-nın gətirdiyi səbəb əslində nəticədir. Köklü səbəblərlə bağlı mən bu yaxınlarda geniş açıqlama verdiyimdən üzərində dayanmaq istəməzdim.
Dəfələrlə biz bildirmişik ki NRYT Nazirliyi ilə birgə maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır.
Ola bilər ki NRYTN Strateji Yol Xəritəsində göstərilən 3-cü bəkbon provayderin internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir. Fikrimcə bu, doğru yanaşma deyildir, elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir.
Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var.
Bu cür köklü problemlər həll olunmadan cidid keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir.
Yeri gəlmişkən, məhkəməyə yerildiyi bildirlən 3 provayder də, bildiyim qədər bu yaxınlarda digər bir bəkbone provayderin tabeliyində olan qurum tərəfindən yenicə satın alınıb. Bu baxımdan bir bəkbon provayder olaraq Delta-nın adı çəkilən provayderlərlə məhkəmə çəkişməsi bitmədən, borclarla bağlı hansısa anlaşma əldə olunmadan başqa bir bəkbonun tabeliydəki quruma məxsus provayderlərin internetini tam kəsməsi doğru olmazdı və heç bir məntiqə sığmazdı”.