ƏdəbiyyatFotoGündəmManşet

Sabir Rüstəmxanlının yeni kitabı çıxdı – “ASTAR”

Azərbaycanın Xalq şairi, HVP sədri Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.”Astar” adlanan kitabda müəllifin iki kiçik həcmli romanı (“Uşaqlığa dəyən güllə”, “Astar”) və hekayələri toplanıb. Bu əsərlərin əksəriyyəti çoxdan yazılsa da, oxuculara ilk dəfə təqdim edilir.
“Astar” adı kitabın ümumi ruhunu dəqiq ifadə edir; həm romanda, həm hekayələrdə müəllifi öz ədəbi qəhrəmanlarının gizli yaşantıları, həyatın görünməyən, astar tərəfi aha çox maraqlandırır.
“Qanun”da çap olunan kitabı nəşriyyatın özündən və Bakının kitab mağazalarından əldə etmək olar.