GündəmManşetTəhsil

“Oğurluq etmir ki…” – Misir Mərdanov qızının təhsil kompleksi açmasından danışdı

Qızımın təhsil kompleksi açması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun deyil.Bunu sabiq təhsil naziri Misir Mərdanov Unikal.org-a deyib.
“Bunlar hamısı boş şayiələrdir. Görünür məni istəməyən şəxslər belə məlumat yayırlar. Gözlərinizlə görmədiyiniz məsələlərə inanmayın. Qızım təhsil kompleksi aça bilər. Burada nə var? Oğurluq etmir ki? Belə şey olsa mənim xəbərim olardı, qızım hər halda bunu mənə deyərdi” – M.Mərdanov əlavə edib.
Samirə Mərdanova isə bildirib ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır:
“Hazırda BDU-dakı vəzifəmin başındayam. Yayılan məlumatlar tamamilə yalandır. Əgər Təhsil Kompleksini açsaydım indi orada olardım”.
Qeyd edək ki, Vergilər Nazirliyi sentyabrın 5-də Bakı Beynəlxalq Təhsil Kompleksi MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin qanuni təmsilçisinin isə Azərbaycanın keçmiş təhsil nazirinin qızı – Samirə Misir qızı Mərdanova olduğu bildirilib.