Xaşuqcinin qatilləri Türkiyədə cəzalandırılmalıdır – Ərdoğan
Jurnalist Camal Xaşuqcinin qatilləri Türkiyədə cəzalandırılmalıdır.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyəli lider qeyd edib ki, jurnalistin Türkiyədə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsini unutmaq olmaz: “Cinayət Türkiyədə törədilib və bu, Ankaranın həmin məsələyə diqqət ayırmasını zəruri edir”