Prezidentlər “Star” zavodunun açılışında iştirak ediblər
Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən prezident İlham Əliyev sözügedən layihənin strateji əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyev, layihənin Azərbaycan və Türkiyənin birliyinin məhsulu olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, “Star” neft emalı zavodunun istifadəyə verilməsi iqtisadi sahədəki əlaqələrimizi daha da gücləndirəcək.
Prezident İlham Əliyev ”Star” neft emalı zavoduna qoyulmuş sərmayənin həcmindən də danışıb. Bildirib ki, zavoda qoyulmuş yatırım həcminə və əhəmiyyətinə görə çox önəmlidir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında əlaqələr inkişaf etdikcə, belə nəhəng layihələrin sayı da artacaq. Prezident İlham Əliyev hər iki ölkə arasında reallaşan enerji layihələrinə diqqət çəkib.
Daha sonra çıxış edən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ”Star” neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan-Türkiyə qardaşlığının, əməkdaşlığının simvollarından biridir. O bildirib ki, zavodun işə düşməsi hər iki dövlətin gücünə əlavə güc qatacaq. Rəcəb Tayyib Ərdoğan zavodun fəaliyyəti haqqında qısa məlumat verib.
Çıxışının davamında Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Azərbaycan və Türkiyənin iradəsi xaricində bölgədə hansısa böyük layihəni həyata keçirmək mümkün deyil. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə həyata keçirdikləri layihələrlə regionun enerji təhlükəsizliyində önəmli rol oynayırlar.
Rəcəb Tayyib Ərdoğan çıxışında Dağlıq Qarabağ müqaqişəsinə diqqət çəkib. Ölkəsinin dəyişməz mövqeyini növbəti dəfə dilə gətirən Türkiyə prezidenti, dünyanın aparıcı ölkələrini və beynəlxalq təşkilatları bu işğala biganə qalmamağa çağırıb.
”Star” neft emalı zavodunun açılış mərasimində dövlət başçıları terrasdan zavodun ərazisinə baxıblar. Onlar, həmçinin idarəetmə ofisi ilə buca escort tanış olublar. Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonra xatirə şəkli çəkilib.