Avropada “Qərbi Nil” – 142 nəfər öldü
Rusiya Səhiyyə İdarəsi Avropada “Qərbi Nil” qızdırmasının yayılması ilə bağlı xəbərdarlıq edib. Trend-in məlumatına görə, idarənin rəsmi saytında bu xəstəliyə son ildə 1,3 min nəfər yoluxub və 140 nəfər dünyasının dəyişib.
Xəstəliklərə nəzarət Avropa İdarəsinin statistik məlumatlarına görə, 4 oktyabr 2018-ci il tarixi üçün ümumilkdə 1317 yoluxma halı (İtaliya – 495, Yunanıstan – 283, Rumıniya – 256, Macarıstan – 197, Xorvatiya – 45, Fransa – 16, Avstriya – 15, Bolqarıstan – 6, Sloveniya – 3, Çexiya – 1) qeydə alınıb.
Həmin dövrdə bu xəstəliyə yoluxanların 142 nəfəri dünyasını dəyişib.