GündəmManşetSiyasət

Bakı QHT Resurs və Təlim Mərkəzi hər zaman xidmətinizdədir

Bildiyimiz kimi, 18 mart 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində “Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi” təsis edilib.
Mərkəzin yaradılmasında məqsəd QHT-lərə təşkilati və texniki yardımlar göstərərək resurslarının və fəaliyyət imkanlarının daha da artırılmasıdır.
QHT-lər öncədən məlumatlandırmaqla Bakı QHT Resurs və Təlim Mərkəzinin konfrans zalında dəyirmi masa, təlim, seminar, təqdimat və digər tədbirlər keçirə bilər.
QHT-lərin diqqətinə çatdırırıq ki, Mərkəz bütün QHT-lərə ödənişsiz əsasda xidmət göstərir.
Ünvan: Bakı şəhəri, AZ 1000. Əhməd Rəcəbli küçəsi 156, “Aynalı Plaza”, IV mərtəbə.
Əlaqə telefonları:
(012) 565-57-27/37
(+994 77) 415 11 11