Xəbər xətti

Razim Mehmandarovun növbəti “yaşıl soyqırımı”, “ağaclar yandırılsın!”:FOTO/VİDEO

Bu şəkilləri və videonu bir vətəndaş redaksiyamıza göndərib.Gördüyünüz kimi, Mehmandarov küçəsindəki yaşıllıq oktyabrın 14-də gecə saatlarında yandırılıb. Videodan göründüyü kimi, dayanacağa yaxın ərazidəki zeytun ağacları yandırılaraq məhv edilir. Razin Məmmədovun dəstəsi belə əməlləri  törətməkdən əl çəkmir, ona görə də çəkilişdən üzlərini gizlətməyə və qaçmağa cəhd edirlər.

Qeyd etmək istəyirik ki, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov rayonun General Mehmandarov, Şıxlinski, M.Hadi və diğər küçələrdə ağacları süni üsulla məhv edərək əraziləri satmaqda davam edir.

XALQ.AZ məlumat verir ki, növbəti “əməliyyat”, göründüyü kimi,  General Mehmandarov küçəsində baş verir.Ağacları yandıraraq bir müddətdən sonra həmin ərazi hasarlanır və bu isə həmin yerdə ticarət obyektinin tikiləcəyindən xəbər verir. Demək olar ki, bu hal ilk dəfə deyil baş verir, belə hallar davamlı təkrarlanır. Mətbuatın gündəmini yaşıl soyqırımı törədən icra başçısı kimi  xəbərlərlə zəbt edən Razim Məmmədovun növbəti əməli aşkar olundu.

Xalq.Az-ın əməkdaşları Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxlasa da, qurumdan heç bir açıqlama verilməyib. Cavabdeh şəxs telefon zənglərinə cavab verməyib. Mustafayev soyadlı növbətçi isə bildirib ki, telefon nömrələri tanınmadığından cavab verilmir.